Sayfa 3/4 İlkİlk 1234 SonSon
31 sonuçtan 21 ile 30 arası

Nizami Gəncəvi

  1. #21
    Junior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    4

    Re: Nizami Gəncəvi

    kendi sanatcilariniza sahip cikmaniz cok guzel.bu forumda tanimadigim bircok azeri unlu sahsi gordum.tesekkuler

  2. #22
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Nizami Gəncəvi

    Alıntı cinawar Nickli Üyeden Alıntı
    kendi sanatcilariniza sahip cikmaniz cok guzel.bu forumda tanimadigim bircok azeri unlu sahsi gordum.tesekkuler
    Deymez Sizde oxuduqunuz ucun saqolun!
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  3. #23
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Nizami Gəncəvi

    SAXLARSAN



    Mənim tək köhnə bir dostu necin qəmxar saxlarsan?

    Var ol, əhsən deyir aləm, nə yaxşı yar saxlarsan.



    Mənə xoşdur qəmim, canan, ona gəl dərman axtarma!

    Sual etmə "Nədir dərdin?" əcəb bimar saxlarsan?



    Nə rəngdə sən olursan ol, səninlə mən varam daim,

    Əgər təsbihə mayilsən və ya zınnar saxlarsan



    Səni mən dost sayardım, sən məni düşmən hesab etdin.

    Səninlə fəxr edirdim, sən məni nacar saxlarsan.



    Əgər olsa qəmim yüngül, sənin qəssən olar asan,


    Necə ki, könlümə xoşdur, məni, dildar, saxlarsan.



    Səni daim Nizami öz əziz cananı bilmişdir,

    Rəvamə sən onu, böylə, sitəmlə xar saxlarsan!?
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  4. #24
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Nizami Gəncəvi

    VAR



    Canımı aldın, əcəb karin var.

    Qeyri bir yerdə də bazarən var?



    Coxdur aşiqlərin, ey nazlı pəri,

    Məndən olmaz, belə bidarin var.



    Gül üzündə o siyah zülfünlə

    Yar bəla adlə, bəla yarın var.



    Vəslə зatdər bu Nizamini, gözəl,

    Nə əcəb, aşiqi-dildarın var!
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  5. #25
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: Nizami Gəncəvi

    Sən, ey on dörd yaşlım, hər elmə yetkin!
    Gözündə əksi var iki aləmin!
    Yeddi yaşın oldu o zaman ki, sən,
    Açıldın gül kimi, güləndə çəmən.
    İndi ki, çatmışdır yaşın on dördə,
    Başın sərv kimi durur göylərdə.
    Qəflətdə oynama, qeyrət vaxtıdır,
    İndi hünər vaxtı, şöhrət vaxtıdır.
    Ucalmaq istəsən, bir kamala çat,
    Kamala ehtiram göstərər həyat.
    Uşaqkən əslini sorsalar bir az.
    Ağac bar verəndə cinsi sorulmaz!
    Elə ki böyüdün, belədir qayda,
    Atanın adından sənə nə fayda?
    Sən, aslanlar kimi keç cəbhələrdən,
    Yalnız hünərinin balası ol sən!
    Səadət kamalla yetişir başa,
    Xalqa hörmət elə, ədəblə yaşa.
    Başına əfsanə düşdüyü zaman
    Allah qorxusunu unutma bir an.
    Öz adına layiq işlər gör ki, sən

    Axırda utanma xəcalətindən.
    Oğul, sözlərimə yaxşı qulaq as!
    Ata nəsihəti faydasız olmaz.
    Görürəm, şöhrətdə ləyaqətin var,
    Şerdə, sənətdə məharətin var.
    Şairlik eləmə Dövrə bax ki, bir„
    Tərif əvəzinə pislənir şer
    Şerdən ucalıq umma dünyada.
    Çünki Nizamiylə qurtardı o da.
    Hərçəndi sənətin çox rütbəsi var»
    Həyata faydalı bir elm axtar.
    Bu əyri cizgilər cədvəlində sən
    Özünü şərh edib, özünü öyrən!
    Ol öz vicdanının sirrinə açar,
    Çünki bu mərifət qəlbə nur saçar,
    Elmlər elmidir demiş peyğəmbər
    Din elmə, təbabət elmi müxtəsər.
    Göbəkdəki ətri bu iki elmin
    Fəqihlə təbibdir bunu bil yəqin.
    Fəqih olsan əgər itaətkar ol,
    Hiylədən, riyadan daim kənar ol.
    İsa mərifətli həkim ol, amma,
    İnsanı öldurən bir həkim olma.

    Bir elm öyrənmək istədikdə sən
    Çalış ki, hər şeyi kamil biləsən.
    Kamil bir palançı olsa da insan,
    Yaxşıdır yarımçıq papaqçılıqdan.
    Məndən söyləməkdir, səndən eşitmək,
    Bir insan əliboş gəzməsin gərək

  6. #26
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: Nizami Gəncəvi

    bağışlayın tekrar oldu ama...

  7. #27
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Nizami Gəncəvi

    Alıntı suzi333 Nickli Üyeden Alıntı
    bağışlayın tekrar oldu ama...
    Olsun Tekrar biliyin anasidir
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  8. #28
    Senior Member
    Üyelik tarihi
    Feb 2010
    Mesajlar
    126

    DAHi NiZAMi GENCEVi

    Nizami Gəncəvi, (Cənub Az.نظامی گنجوی) İlyas Yusif oğlu Nizami Gəncəvi (1141, Gəncə - 1209, Gəncə)

    Azərbaycan şairi və mütəfəkkiri.




    Sənətkar ailəsində doğulmuş, Gəncə mədrəsələrində təhsil almış, şəxsi mütailə sayəsində orta əsr elmlərini mükəmməl öyrənmiş, xüsusən Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Türk dilindən başqa Ərəb ve Fars dillərini də mükəmməl bilən şairin Yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfəsini, astranomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür. Ömrü boyu Gəncədə yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır. Təqribən 1169/1970-ci ildə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur.

    Nizami Gəncəvi yaradıcılığa lirik şerlərlə başlamışdır. Əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Lakin Şərq təzkirəçilərinin 20 min beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şerlərin çox az hissəsi dövrümüzədək gəlib çatmışdır. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şerlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şerlərində ifadə etmişdir.

    Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir.

    Lakin Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət "Xəmsə" ("Beşlik") müəllifi kimi daxil olmuşdur. 1177-ci ildə bitirdiyi "Məxzənül-əsrar" ("Şirlər xəzinəsi") adlı ilk poeması şairə böyük şöhrət qazandırmışdır. III Toğrulun sifarişi ilə qələmə aldığı «Xosrov və Şirin» poemasını 1180-cı ildə bitirmiş və Məhəmməd Cahan Pəhləvana göndərmişdir. Cahan Pəhləvanın ölümündən sonra taxta çıxan Qızıl Arslan Gəncənin yaxınlığında öz çadırında şairlə görüşmüş və onun nəsihətlərini dinləmiş, şairə Həmdünyan adlı bir kənd bağışlamışdır. 1188-ci ildə Şirvan hökumdarı I Axsitan şairə «Leyli və Məcnun» mövzusunda bir əsər yazmağı sifariş etmişdir. Nizami Gəncəvi bundan boyun qaçırmaq istəsə də oğlunun təkidi ilə təklifi qəbul edib az müddətdə «Leyli və Məcnun» poemasını (Şərqdə ilk dəfə) yaratmışdır. 1196-cı ildə Əlaəddin Körpə Arslanın adına «Yeddi gözəl» əsərini, nəhayət, ömrünün sonlarına yaxın bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı «İsgəndərnamə» (təqr. 1203) poemasını qələmə almışdır.

    Nizami Gəncəvinin ilkin Şərq Intibahının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümümbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır.

    Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars,ərəb,çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Hümanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə , insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.

    Nizami Gəncəvi həm də vətənpərvər idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.

    Nizami Gəncəvinin yaradıcılığı hümanizm, yüksək sənətkarlığı ilə Zaqafqaziya, Yaxın Şərq xalqları (fars, tacik, hind, əfqan, kürd, türkmən, özbək, qazax, qırğız və s.) ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur.

    Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri bir çox şəhərlərin (Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd,Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və s.) məhşur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.

    Nizami Gəncəvinin Gəncədə dəfn olunduğu yerdə möhtəşəm məqbərəsi ucaldılmışdır.


  9. #29
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: DAHi NiZAMi GENCEVi

    cox sag ol deyerli melumata gore
    [

  10. #30
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Nizami Gencevi

    Sen, ey on dörd yaşlım, her elmi yetkin!
    Gözünde eksi var iki alemin!
    Yeddi yaşın oldu o zaman ki, sen,
    Açıldın gül kimi, gülende çemen.
    İndi ki, çatmışdır yaşın on dörde,
    Başın serv kimi durur göylerde.
    Qefletde oynama, qeyret vaxtıdır,
    İndi hüner vaxtı, şöhret vaxtıdır.
    Ucalmaq istesen, bir kamala çat,
    Kamala ehtiram gösterer heyat.
    Uşaqken eslini sorsalar bir az.
    Ağac bar verende cinsi sorulmaz!
    Ele ki böyüdün, beledir qayda,
    Atanın adından sene ne fayda
    Sen, aslanlar kimi keç cebhelerden,
    Yalnız hünerinin balası ol sen!
    Seadet kamalla yetişir başa,
    Xalqa hörmet ele, edeble yaşa.
    Başına efsane düşdüyü zaman
    Allah qorxusunu unutma bir an.
    Öz adına layiq işler gör ki, sen
    Axırda utanma xecaletinden.
    Oğul, sözlerime yaxşı qulaq as!
    Ata nesiheti faydasız olmaz.
    Görürem, şöhretde leyaqetin var,
    Şerde, senetde meharetin var.
    Şairlik eleme Dövre bax ki, bir„
    Terif evezine pislenir şer
    Şerden ucalıq umma dünyada.
    Çünki Nizamiyle qurtardı o da.
    Herçendi senetin çox rütbesi var»
    Heyata faydalı bir elm axtar.
    Bu eyri cizgiler cedvelinde sen
    Özünü şerh edib, özünü öyren!
    Ol öz vicdanının sirrine açar,
    Çünki bu merifet qelbe nur saçar,
    Elmler elmidir demiş peyğember
    Din elme, tebabet elmi müxteser.
    Göbekdeki etri bu iki elmin
    Feqihle tebibdir bunu bil yeqin.
    Feqih olsan eger itaetkar ol,
    HaKKım heLaL,Sewqim haRam oLsun

Sayfa 3/4 İlkİlk 1234 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.