Sayfa 12/16 İlkİlk ... 21011121314 ... SonSon
159 sonuçtan 111 ile 120 arası

Azərbaycan, Odlar Yurdu

  1. #111
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    Culfa
    CULFA RAYONU - Naxçıvan şəhərindən şərqdə yerləşir. Yayda burada quru və isti, qışda çox soyuq olur. İldə 220-600 mm-ə yaxın yağıntı düşür. Burada ƏLİNCƏ, QARDƏRYA, eləcə də ARAZ (İranla sərhəd boyunca) çayları axır. Culfa yolu boyunca dağlar olduqca gözəl və özünəməxsusdur - geoloji faktor (süxurların tərkibi, onların yaşı və s.) xarici görünüşə təsirini göstərib - zahirən dağlar nəhəng, qübbəvari, fantastik tikililəri xatırladır.
    CULFA dağlarında meşə massivlərinə rast gəlinir, meşələrdə fıstıq, vələs, palıd bitir; faunanı canavarlar, tülkülər və dovşanlar təmsil edirlər.

    Araz çayının sahilində qədim tikililərin xarabalıqları qalmışdır. Bunlar - Azərbaycan ərazisində ən qədimi sayılan XIII yüzil karvansarası, Naxçıvan xanı, hakim Ziyaəddinin əmri ilə XIV yüzilin əvvəlində salınmış körpünün qalıqları CUQA kəndi yaxınlığında kiçik GÜLÜSTAN məqbərəsi (XIII yüzil), DƏR kəndi yaxınlığında daha üç qədim məqbərə - onlardan bürclü məqbərə daha yaxşı vəziyyətdədir (XV yüzil). O cümlədən, ƏLİNCƏ qalası (XII-XIII yüzillər) və bir çox digər abidələr və qədim tikililərin qalıqları göstərilə bilər.
    Rayonun ərazisində çoxlu (40-a yaxın) su qaynaqları və bulaqlar mövcuddur. Onlardan biri, DARIDAĞın ətəklərindəki bulaq gündə 500 min litrə yaxın güclü minerallaşdırılmış su verir.

    CULFA ŞƏHƏRİ Araz çayının sahilində, İranla sərhəddə yerləşir. Azərbaycan CULFAsına demək olar simmetrik şəkildə Arazın o biri sahilində, eyni ilə CULFA adlanın İran şəhəri yerləşir. Keçmişdə İrandan Şirvana, Gürcüstana, Dağıstana gedən qədim karvan yolu buradan keçirdi. İndi burada sərhəd nəzarət buraxılış məntəqəsi yerləşir. Burada dəmiryol vağzalı yaxınlığındakı "Araz" mehmanxanasında qalmaq olar. Elə orada restoran da var. "Gülüstan" restoranında və "Eldar" kafesində də nahar edə bilərsiniz.

  2. #112
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    Babek
    BABƏK RAYONU - Muxtar Respublikanın şimalında Ermənistanla, cənubda İranla həmsərhəddir. Bu ərazinin şimalı və cənub-şərqi dağ relyefinə malikdir, cənub-qərbi isə düzənlikdir. Ən yüksək dağ zirvələri - KEÇƏLTƏPƏ (2740 metr), QARAQUŞ (2617 metr), BUZQOV (2470 metr).

    Rayonun ərazisində SİRAB, QAHAB, VAYXIR mineral su qaynaqları, daş duz yataqları mövcuddur. Buradan NAXÇIVANÇAY və onun qolu CƏHRİÇAY axır, ARAZ, NEHRƏM, UZUNOBA, SİRAB su anbarları yerləşir.
    Rayon ərazisində meşəyə rast gəlinmir, üzümçülük, taxılçılıq, bostançılıq və heyvandarlıq inkişaf etmişdir.
    Rayonun ərazisində məlum arxeoloji abidələr: GÜLTƏPƏ və GÜLTƏPƏ-2, ABBASABAD, VAYXIR, AZNABYURDun qədim xarabalıqları yerləşir.
    BABƏK ŞƏHƏRİ rayonun inzibati mərkəzidir. 1978-ci ilə qədər TƏZƏKƏND adlanıb.

  3. #113
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    Sahbuz
    ŞAHBUZ RAYONU - Naxçıvan Muxtar Respublikasının şimalında yerləşir. Bura dağlıq ərazidir. Ən yüksək nöqtəsi SALVARTI (3160 metr), KEÇƏLDAĞdır (3115 metr), BİÇƏNƏK dağ aşırımı da buradan keçir.
    Muxtar respublikanın bütün ərazisində olduğu kimi, burada da çoxlu yeraltı sular, o cümlədən BADAMLI, BATABAT, KARVANSARA, BİÇƏNƏK mineral sular axır. Burada kükürd, tikinti materialları, torf yataqları var. NAXÇIVANÇAY və onun qolları: KÜKÜ, ŞAHBUZ, SALVARTI axır. Göllər - QANLIGÖL, BATABAT. Dağlarda meşə massivləri var.

    ŞAHBUZ ŞƏHƏRİ - rayonun inzibati mərkəzidir. Şəhərin həndəvərində qədim maraqlı bir abidə aşkar edilib. Xalq arasında bura Nizaminin "Fərhad və Şirin" poemasının qəhrəmanının adı ilə "Fərhadın evi" adlandırılır. Əslində bu qədim insanın yurd yeridir və o qədər də adi görünüşə malik deyil: dağın daş-divarında "verandası" olan 4 otaq yonulmuşdur. Arxeoloqlar tərəfindən qədim hakimin adını daşıyan "Şahpur" qalasının da xarabalıqları tapılmışdır. Hesab edilir ki, bu ad zaman keçdikcə "Şahbuz" şəklini almışdır.

    QARABAĞLAR kəndində məşhur QARABAĞLAR məqbərəsi yerləşir. Bağlarla, qədim, lakin bu gün də işləyən kəhrizlərlə əhatəyə alınmış bu kənd ZƏNGƏZUR sıra dağlarının ətəyində yerləşir. Burada bürcləri olan istehkamların və su təchizatı sisteminin olması bu yaşayış məntəqəsinin qədim mənşəyindən xəbər verir. Belə bir ehtimal var ki, XVII yüzil əlyazmasında adı xatırlanan "10 min evi, 70 məscidi, onlardan 40-ı minarəli, QARABAĞLAR ŞƏHƏRİ" haqqında qeyd bu kəndə aiddir.
    Burada yerli sakinlərin evində qonaq qalmaq olar. Badamlı mineral suyunun doldurulduğu zavodun yanında "Badamlı" istirahət zonası tikilmişdir (1400 metr yüksəklikdə).

  4. #114
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    ŞƏRUR
    ŞƏRUR RAYONU - Muxtar Respublikanın qərbində yerləşir, cənubda İranla həmsərhəddir. Ərazisinin şimalı və şərqi dağ relyefinə malikdir. DƏRƏLƏYƏZ dağ sistemi buradan keçir. Ən yüksək dağı - QALINQAYAdır (2775 metr). İqlimi yarımsəhra, quraqdır. Lakin kifayət qədər yumşaqdır - qışda temperatur nadir hallarda +3 dərəcədən aşağı düşür, yayda +26 dərəcədən yuxarı qalxmır.

    Buradan ARAZ çayının qolu ARPAÇAY və digərləri axır. Arpaçay suyundan suvarmada istifadə edilir. Onun üstündə Arpaçay su anbarı tikilmişdir. Yerli faunası - muflonlar (dağ qoyunu), canavarlar, dağ keçiləri, tülkülər, qabanlar, dovşanlardır.

    Burada az olan tarixi abidələr Araz və Arpaçay sahilləri boyunca bürünc dövrünə aid qədim yaşayış məskənləri ilə təmsil olunur. QAZMA mağarasında mustye dövrünə aid daş və obsidian əmək alətləri, ŞAHTAXTI yaşayış məskənində zövqlə işlənmiş bəzəkli saxsı qab nümunələri aşkar edilmişdir. Arbatan, Verməziyar, Qarahəsənli, Babəki, Kosacan kəndləri yaxınlığında aparılmış arxeoloji qazıntılar göstərmişdir ki, burada qədim yaşayış məskənləri yerləşirmiş. Onlar Kölüklər, Köhnə, Arbatan, Köhnəkənd, Kültəpə kimi toponimlərin yaddaşında yaşayır. Burada çoxlu ev əşyaları və bəzəkli saxsı qablar aşkar edilmişdir.

    ŞƏRUR ŞƏHƏRİ - Şərur rayonunun inzibati mərkəzidir. Yeni şəhərdir, dəmiryolun çəkilişi zamanı yaranmışdır. Burada iki park, muzey, stadion, məscid, şəhidlərin xatirə abidəsi, kinoteatr var.

    Burada dəmir yolunun o biri tərəfində hamamları, bazarı, məscidləri ilə köhnə şəhər də qorunub-saxlanmışdır.
    Burada yerli sakinlərin evlərində qonaq qalmaq olar.

  5. #115
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    KƏNGƏRLİ
    KƏNGƏRLİ RAYONU - Babək və Şərur rayonlarının arasında yerləşir. Rayonun cənub hissəsi İranla, şimalı - Ermənistanla həmsərhəddir. Rayon dağlıq relyefə malik olmaqla, DƏRƏLƏYƏZ dağlarında yerləşir.
    Muxtar Respublikanın hər yerində olduğu kimi, iqlimi kəskin kontinentaldır - yayda çox isti, qışda soyuq olur. Rayonun ərazisindən, Azərbaycanla İranın dövlət sərhəddi boyunca Araz çayı axır.
    Dağlıq relyef, iqlimin xüsusiyyətləri və kiçik çayların olmaması yerli bitki örtüyünü şərtləndirir. Onlar əsasən, yarımsəhra və dağ növləri ilə (kolluqlar, otlar, nadir ağaclar) təmsil olunur.

    Bu kənd təsərrüfatı rayonunda tütün, üzüm, dənli bitkilər, tərəvəz və bostan məhsulları yetişdirilir.

    Naxçıvan Muxtar Respublikasının hər yerində olduğu kimi burada da böyük sayda qədim abidələr qalır ki, bu da diyarın arxaik zamanlardan əhali ilə məskun olduğundan xəbər verir: ÇALXAN QALA kurqanları, QAZMA mağarası, eləcə də QALACIQ, GOVURQALA, DAMLAMA, QULAMLITƏPƏ, BALATƏPƏ yaşayış məskənləri.
    Sonrakı dövrlərin salamat qalmış abidələri: XOK kəndində CAME MƏSCİDİ (XVIII yüzil) və ŞAHTAXTI kəndində hamam (XIX yüzil).

    QIVRAQ qəsəbəsi - 2004-cü ildə yaradılmış bu yeni rayonun inzibati mərkəzidir. Qıvraq Naxçıvan-Şərur şossesi üzərində, diyarın paytaxtı Naxçıvan şəhərindən 30 km aralıda yerləşir. Qəsəbədən Araz çayınadək 6 km-dir.
    Rayonun inzibati mərkəzi statusunu təzəlikcə alması ilə bağlı olaraq Qıvraq qəsəbəsində hələlik turistlərin qəbulu üçün infrastruktur yoxdur. Lakin, burada yerli sakinlərin evlərində qonaq qalmaq olar.

  6. #116
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    MUZEYLƏR
    Bakı
    Abdulla Şaiqin Ev Muzeyi

    Arxeologiya və Etnoqrafiya Muzeyi

    Azərbaycan Dövlət Dini Tarixi Muzeyi
    Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyi
    Azərbaycan Dövlət Şəkil Qalereyası
    Azərbaycan Geologiya Muzeyi
    Azərbaycan Miniatürasının İncəsənət Mərkəzi
    Azərbaycan Respublikası Milli Təhsil Muzeyi
    Azərbaycanın Müstəqilliyi Muzeyi
    Bül-Bül Memorial Muzeyi
    Cəfər Cabbarlı Ev Muzeyi

    Cəlil Məmmədquluzadənin Ev Muzeyi

    Dövlət Tarixi-Arxitektura Muzeyi-Qoruğu “Şirvanşahlar Sarayı Kompleksi”

    Həsən Bəy Zərdabi adına Təbiətşünaslıq Muzeyi

    Leopold və Mstislav Rostropovichin Ev MuzeyiLətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi
    Milli Azərbaycan Tarixi Muzeyi
    Miniatür Kitabların Muzeyi

    Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
    Məmməd Səid Ordubadinin Xatirə Muzeyi

    N. Nərimanovun Xatirə Muzeyi

    Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi
    Rinay Malacofauna Museyi
    Rüstam Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi

    Səməd Vurğunun Ev Muzeyi

    Sərgi zalı Vəcihə Səmədova

    Üzeyir Hacıbəyovun Ev Muzeyi

    Əzim Əzimzadənin Ev Muzeyi

    С.Сabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi
    “Qobustan” Dövlət Tarixi-Bədii Qoruğu

  7. #117
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    KONSERT ZALLARI/TEATRLAR
    Filarmoniya


    Bakı
    Azərbaycan Dövlət Filarmoniyası

    Gəncə
    F. Əmirov adına Gəncə Dövlət Filarmoniyası

    Naxçıvan
    Naxçıvan Dövlət Filarmoniyası

    Opera Studiyası


    Bakı
    Şövkət Məmmədova adına Opera Studiyası

    Kapellhaus


    Bakı
    Kapellhaus Alman-Azərbaycan Mədəniyyət Assosiasiyası

    Saray


    Bakı
    Heydar Aliyev adına Sarayı

    Teatr


    Bakı
    Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla TeatrıAzərbaycan Dövlət Akademik Opera və Balet TeatrıAzərbaycan Dövlət Gənc Tamaşaçılar TeatrıAzərbaycan Dövlət Gənclər TeatrıAzərbaycan Milli Dövlət Dram TeatrıBakı Marionet TeatrıBələdiyyə TeatrıKukla TeatrıRəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı TeatrıSəməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram TeatrıYux Teatrıİctimai Pantomima TeatrıŞıxəli Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrı“Muğam” Azərbaycan Xalq Musiqisi Teatrı“ÜNS” Teatrı

    Gəncə
    Gəncə Dövlət Dram Teatrı Gəncə Dövlət Kukla Teatrı Nizami adına Poeziya TeatrıZərdabi adına Dövlət Poeziya Teatrı

    Mingəçevir
    Mingəçevir Dövlət Dram Teatrı

    Salyan
    Səlyan Dövlət Kukla Teatrı

    Sumqayıt
    Ərəblinski adına Dövlət Musiqili Dram Teatrı

    Şəki şəhəri
    Şəki Dövlət Dram TeatrıŞəki İctimai Teatrı

    Лянкярань
    Lənkəran Dövlət Dram Teatrı

    Ağdaş
    Naxçıvan Dövlət Musiqili Dram Teatrı

    Sirk


    Bakı
    Bakı Dövlət Sirki

    Zaqatala
    Zaqatala şəhərində Xalq Kəndirbazlar Sirki

    Konsert zalı


    Bakı
    Azərbaycan Dövlət Filarmoniyası yanında Kamera və Boru Orqan musiqisi ZalıBakı Caz Mərkəzi

    Mədəniyyət Mərkəzi


    Bakı
    Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzi

    İdman və Konsert Kompleksi


    Bakı
    İdman və Konsert Kompleksi

  8. #118
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    Aşıq yaradıcılığı
    Dastanlar, nəğmələr, rəvayətlər nəsildən-nəsilə ötürülür və söyləyənin bacarığından, süjetin təfsilatını, rəngarəng poetik obrazları yaddaşına köçürmək qabiliyyətindən asılı olaraq dəyişikliyə məruz qalır. Şifahi yaradıcılığın qorunub saxlanmasında, onun bədii məziyyətlərinin zənginləşməsində xalqın mənəvi sərvətinin keşiyində duran xalq dastançılarının xidməti böyükdür.

    Azərbaycanda qədim zamanlardan belə dastançılar-ozanlar mövcud olmuşlar. Onlar sonradan 16-17-ci əsrlərdən aşıq adlanmışlar.

    Müasir Azərbaycan aşıqlarının əcdadları olan qədim ozanların həyatından, sevgisindən, qəhrəmanlığından bəhs edən ən qədim epik əsər 7-ci əsrə aid olan «Kitabı - Dədə Qorqud» dastanıdır. 1300 il bundan əvvəl dastançı Dədə Qorqud sülhə çağırır, şücaəti, dəyanəti və məhəbbəti vəsf edirdi.

    Həm ozanlar, həm də aşıqlar eyni zamanda dastançı, nəğməkar və özlərini müşayiət edən çalğıçı idilər. Ozanların əsas musiqi aləti simli mizrablı qopuz idi. Rəvayətə görə, bu aləti Dədə Qorqud özü icad etmiş və bu alətdə gözəl çalmışdır. Müasir aşıqlar 8-11 simli sazdan istifadə edirlər. Bu alətdə onlar həmçinin gözəl rəqs havaları çalırlar.

    Azərbaycanın peşəkar aşıqları iki qismə bölünür: ifaçı aşıqlar və şair aşıqlar.
    İfaçı aşıqlar poetik yaradıcılıqla məşğul olmurlar. Peşəkar dastançı kimi onlar folklorun xüsusiyyətinə dərindən bələddirlər. Fərdi qabiliyyətlərindən asılı olaraq onlar folklorun xüsusilə nəsr formalarında (dastan, rəvayət) müxtəlif dəyişikliklər edirlər.

    Şair aşıqlar dastançı fəaliyyəti ilə yanaşı fərdi poetik yaradıcılıqla da məşğul olurlar. Belə fitri istedada malik, təkcə aşıq poeziyasına deyil, Azərbaycanın yazılı ədəbiyyatına da güclü təsir göstərmiş aşıqlardan Qurbanini (16 əsr), Aşıq Abbas Tufarqanlını (17 əsr), aşıq Valehi (18 əsr), aşıq Ələsgəri (1826-1926), Aşıq Hüseyn Bozalqanlını göstərmək olar. Bunlar ustad aşıqlardır. Hərəsi bir məktəb yaradan bu aşıqların şagirdləri də olmuşdur. Aşıq poeziyası xalq tərəfindən sevildiyi üçün ağızdan-ağıza verilirdi. Bu şifahi ənənə əsrlər boyu qorunub saxlanmışdı və yalnız 19-20 əsrlərdə aşıq poeziyası nümunələri intensiv toplanıb nəşr olunmağa başladı.

    Aşıq yaradıcılığında əsas poetik ölçü heca vəznidir. Aşıq havalarının mətni, əsasən, bəndlərdən ibarət olur. Hər bəndin əvvəlində instrumental giriş olur.

    Milli poeziyanın qoşma, müxəmməs, ustadnamə, qıfılbənd kimi janrları, həmçinin onların gəraylı, divani, təcnis kimi poetik şəkilləri aşıq yaradıcılığında geniş yayılmışdır.

    Aşıq yaradıcılığında gözəlləmə lirik janrı geniş yayılmışdır. Burada qəhrəman, əsas surət vəsf olunur.
    Didaktik səciyyəli ustadnamələr də aşıq yaradıcılığında mühüm yer tutur.

    Lakin əlbəttə ki, aşıq poeziyasının ən geniş janrı dastandır, xüsusilə onun epik-qəhrəmanlıq formaları. Dastanlarda vokal-instrumental hissələr poetik dialoqlarla növbələşir. 16-cı əsrin xalq qəhrəmanı, zülmkarlara və yadelli işğalçılara qarşı vuruşan igid Koroğlu haqqında dastan daha geniş yayılmışdır.

    Qədimdə aşıqlar tək-tək və ya sazandalarla birlikdə səfərə çıxır, şəhər və kəndləri dolaşır, toylarda, el şənliklərində çıxış edirlər. Aşıqların repertuarına məhəbbət mövzusunda çoxlu lirik əsərlər daxil idi. Bunlar həm əsəri ifa edən aşığın özünə, digər aşıqlara məxsus ola bilərdi, çox vaxt isə xalq tərəfindən sevilən mahnılar idi. Aşıqların çıxışının əsas hissəsi epik rəvayətlərin, qəhrəmanlıq və romantik-məhəbbət dastanlarının söylənilməsi idi. Qəhrəmanlıq səciyyəli «Misri» havası çox vaxt aşıqların dəyişməsi zamanı ifa olunurdu və konkret mövzu ətrafında improvizə edilirdi.

    İki, üç, bəzən də dörd aşığın iştirakı ilə keçirilən belə yarışmalar hər bir aşığın yaradıcılığında mühüm hadisə idi. Bu yarışmalar zamanı şerlər bədahətən deyilirdi. Aşıqlardan biri müəyyən mövzuda bir bənd deyirdi. İkinci bəndi deyən rəqib aşıq nəinki mövzuya riayət etməli, həm də, şerin ölçüsünü, qafiyəsini gözləməli idi. Yarışmanı daha da mürəkkəbləşdirmək üçün aşıqlar bir-birinə şer formasında tapmaca suallar verirdilər. Tempdən kənara çıxmış, şerin ölçüsünü pozmuş və ya tapmacaya cavab verə bilməmiş aşıq uduzmuş hesab olunur və ənənəyə görə, sazını qalib aşığa verməli idi.

    Belə yarışmalarda aşığın nəinki mürəkkəb tapmaca demək bacarığı, həm də onun cavabını fövrən vermək ustalığı yüksək qiymətləndirilirdi.

    Azərbaycan aşıq sənətində bir neçə məktəb mövcuddur. Hər bir məktəbə məxsus aşığın ifa tərzi bölgə xüsusiyyətləri ilə bağlıdır. Məsələn, Göycə, Gəncə, Kəlbəcər, Qazax, Tovuz, Borçalı, Şirvan və ya Salyan aşıqları fərdi üslub cəhətləri ilə bir-birindən fərqlənirlər. Onlar bu günədək yerli ənənələri qoruyub saxlayırlar.
    Peşəkar aşıqlar arasında tanınmış qadın aşıqlarda vardır: aşıq Pəri (19 əsr), aşıq Həmayıl (19 əsr), aşıq Bəsti (1936-cı ildə vəfat etmişdir), aşıq Dilşad (1912-ci ildə anadan olmuşdur) və başqaları. Aşıq Bəsti xüsusilə məşhur olmuşdur. O, Azərbaycanı qarış-qarış gəzmiş, bir çox aşıqlarla yarışmışdır. Onun çoxlu şagirdləri və ardıcılı olmuşdur.

    Azərbaycan aşıqları bütün Qafqazda məşhur idilər. Bu gün də aşıqlara böyük ehtiram göstərilir. Tanınmış müasir aşıqlar A. Mikayılov, B. Qədirov, A. Rüstəmov, Ş. Hacıyev, P. Salahlı, P. Pənahov və başqaları aşıq poeziyası ənənələrini davam etdirirlər.

  9. #119
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    Milli parklar
    Adı: Hirkan Milli Parkı
    Yaradıcılığı il: 2004
    Sahə (hektar): 21435
    Olduğu yer: Lənkəran və Astara rayonlarının ərazisində.
    Qısa məlumat: Hirkan Milli Parkı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2004-cü ilin 9 fevral tarixində yaradılmışdır. Milli Park Azərbaycanın cənubi-şərqində, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir. Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, Üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir. Hirkan Milli Parkının ərazisinin çox hissəsi meşələrlə örtülüdür. Burada ən isti ayın orta temperaturu 270S olur. Hirkan Milli Parkının ərazisi şaquli qurşaq üzrə çox ucalmasa da (1000 m-ə qədər), şərqdən qərbə dağlara qalxdıqca, meşələrin şaquli qurşaqlar üzrə dəyişdiyini müşahidə etmək olar: aşağı hissədə əsasən, şabalıdyarpaq palıd, dəmirağac və vələsin (İpək akasiya, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması, Azat, və s. ilə birlikdə) üstünlük təşkil etdiyi meşələr yayılmışdır. Hündürlüyə qalxdıqca, əsasən dəmirağac, qismən də şabalıdyarpaq palıd azalır, onları fısdıq meşələri əvəz edir. Milli Parkın meşələrində ayıdöşəyi, Hirkan bigəvəri, Hirkan şümşadı, pırkal, müxtəlif lianlar geniş yayılmışdır. Bu bitkilərin əksəriyyətinin adı Azərbaycanın «Qırmızı Kitabı»na daxil edilmişdir. Hirkan Milli Parkının ornitofaunasına daxil olan qara leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu, toğlugötürən və s. quşların adları Azərbaycanın «Qırmızı Kitabı»na daxil edilmişdir. Parkın heyvanat aləmi çox zəngindir. Burada məməlilərdən bəbir, xallı maral, vaşaq, porsuq, qaban, cüyür, yenot və s. novlərə rast gəlmək olar.

    Adı: Şirvan Milli Parkı
    Yaradıcılığı il: 2003
    Sahə (hektar): 54373,5
    Olduğu yer: Salyan rayonunun ərazisində, həmçinin Bakı şəhərinin Qaradağ və Neftçala rayonlarının ərazilərinin.
    Qısa məlumat: Milli Parkın yaradılmasında əsas məqsəd yarımsəhra landşaftının başlıca komponentlərini, Azərbaycan Respublikasının «Qırmızı kitabı»na düşmüş ceyranları və o ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm və istirahət üçün şərait yaratmaqdır. Milli Parkın ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii landşaft sahələrini ayırmağa imkan verir. Ərazinin əsas hissəsini yovşanlı, şoranotlu yarımsəhra xırda təpəlikləri və şoranotlu yarımsəhra düzənliyi təşkil edir. Ərazidə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır tipli iqlim hakimdir. Milli Parkın ərazisində qaraşoranlı, şahsevdi və duzlaq-çoğanlı, yarımsəhra bitkiləri və çərənli-yovşanlı, yovşanlı-efemerli, yovşanlı, xos təkli, dənli-müxtəlifotlu, efemerli, sahil qumlu və çala-çəmən (dəvəotlu) bitki formasiyaları üstünlük təşkil edir. Şirvan Milli Parkının ərazisində 4 növ suda-quruda yaşayan heyvanlara rast gəlinir. Bunlar Suriya sarımsaqiyli qurbağa (Pelobates syriacus), yaşıl quru qurbağası (Bufo viridis), Kiçik Asiya ağac qurbağası (Hyla arborea savigini) və göl qurbağasıdır (Rana ridibunda). Suriya sarımsaqiyli qurbağa nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş növ olduğu üçün «Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Siyahısı»na və Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmişdir, qanunla qorunur. Şirvan Milli Parkının heterofaunasını 17 növ sürünən heyvanlar təşkil edir. Aralıqdənizi və ya quru tısbağası nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş növ olduğu üçün «Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Siyahısı»na və Azərbaycan Respublikasının «Qırmızı Kitabı»a daxil edilmişdir, qanunla qorunur. Jənubi Qafqaz gürzəsi Milli Parkın ərazisində geniş yayılmış sürünən növlərdəndir. Tibbi xammal olan zəhərinə görə gürzə ilanları qiymətli sürünən növü hesab olunur. Quşların miqrasiyası və qışlama dövründə göllərin və dənizin dayaz yerlərində əsasən yaşılbaş ördəklər (Anas platyrhynhos), fitçi cürə (A.crecca), boz ördək (A.strepera), marek (A.penelope), bizquyruq (A. aguta), cırıldayan cürə (A. querqudela), enliburun ördək (A. clypeata), flaminqo (Phoenicopterus ruber), fısıldayan qu (Jygnus cygnus), qaşqaldaq (Fulica atra), dərin su sahələrində isə qırmızıburun (Netta rufina), qırmızıbaş (Aythya ferina), kəkilli (A. fuligula) və dəniz dalğıcları (A.marila), güləyən ördək (Bucephala clangula) və digər ördək növləri toplantılar əmələ gətirirlər. Göstərilən biotoplarda iyrəncələrə (Podicipedidae), qutanlara (Pelcanidae), qarabattaqlara (Phalacrocoracidae) və qağayılara (Laridae) rast gəlinir. Göllərin ətrafındakı açıq bataqlıq sahələrdə, dənizsahili nəmli qumsallıqlar və laqunalarda çovdarçılar (Jharadridae), bizdimdiklər (Recurvirostridae) və bekaslar (Scolopacidae) toplantılar əmələ gətirir. Azərbaycan və dünya miqyasında təhlükədə olan quşlardan Milli Parkın ərazisində 34 növə rast gəlinir. Onlardan 14-ü yalnız Azərbaycanın «Qırmızı Kitabı»na, 10-u ancaq «Beynəlxalq Təbiəti Mühafizə Jəmiyyətinin Siyahısı»na, 10-u isə həm Azərbaycanın «Qırmızı Kitabı»na (1989), həm də «Beynəlxalq Təbiəti Mühafizə Jəmiyyətinin Siyahısı»na (2002) daxil edilmişdir. Ceyran, safsar və çöl pişiyi respublikamızın «Qırmızı Kitabı»na daxil edilmişdir. Xəzər suitisi, ceyran və safsar «Beynəlxalq Təbiəti Mühafizə Jəmiyyətinin Siyahısı»nda müxtəlif statusla qorunan növlər elan edilmişdir. Bütün yarasa növləri EUROBATS Sazişinə görə mühafizə olunurlar.

    Adı: Ağ göl Milli Parkı
    Yaradıcılığı il: 2003
    Sahə (hektar): 17,924
    Olduğu yer: Ağcabədi və Beyləqan rayonlarının ərazisində.
    Qısa məlumat: Ağ göl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Ağ gölün qorunmasının beynəlxalq əhəmiyyəti vardır. Bu da göldə adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının «Qırmızı Siyahı»sına və Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmiş quşların məskunlaşması ilə bağlıdır. Ağ göl mühüm su-bataqlıq ərazisi kimi miqrasiya edən quş növlərinin qışlama yeri olub, 2001-ci il 25 may tarixində «Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında» Ramsar Konvensiyasının «Ramsar Siyahısı»na daxil edilmişdir. Ağ göl Milli Parkının yaradılmasının əsas məqsədi mühüm su-bataqlıq ərazilərini, həmin əraziyə xas olan yarımsəhra landşaftını, göldə və onun ətrafında məskunlaşmış nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərini qorumaq, ərazi üçün xarakterik olan bəzi fauna növlərini keçmiş ərazilərinə reintroduksiya etmək, eləcə də ətraf mühitin monitorinqini, əhalinin ekoloji cəhətdən maarifləndirilməsini və ekoturizmin inkişafını təmin etməkdir. Göl əsasən qamışlıqlarla əhatə olunmuşdur. Milli Parkın ərazisində yayı quraq keçən yarımsəhra və quru bozqırların mülayim-isti iqlim tipi hakimdir. Belə iqlim şəraiti (gölün suyunun bəzən qışda donması müstəsna olmaqla) burada quşlar və məməlilərin məskunlaşması üçün əlverişli şərait yaradır. Ağ göl Milli Parkında quşlardan mərmər cürə, turac, bəzgək, qara leylək, böyük və kiçik qarabattaqlar, harayçı və fısıldayan qu quşları, Misir vağı, çobanaldadan, böyük su fərəsi, sultan toyuğu, ərsindimdik, qıvrımlələk qutan, ağquyruq dəniz qartalı, ağgöz dalğıc, adi qızılqaz, yaşılbaş ördək, qazlar (boz, qaşqa və qırmızıdöş) və s. məskunlaşmışdır. Milli Parkın ərazisində məməli heyvan növlərindən canavar, çaqqal, çöl donuzu, tülkü, dovşan və müxtəlif yarasalara rast gəlinir. Qamışlıqlarda isə heyrətamiz qamış pişiyinin güclü populyasiyasına təsadüf olunur.



    Adı: Akademik H. Əliyev adına Ordubad Milli Parkı
    Yaradıcılığı il: 2003
    Sahə (hektar): 12131
    Olduğu yer: Naxçıvan Muxtar Respublikası, Ordubad rayonunun ərazisində.
    Qısa məlumat: Ordubad Milli Parkının yaradılmasında məqsəd ərazidə ayrı-ayrı komponentlərin mühafizəsi, ərazinin özünəməxsus iqlim, relyef və digər fiziki-coğrafi xüsusiyyətlərə malik olması, burada müxtəlif növ heyvanların, o cümlədən, endemik növlərin qorunub saxlanması ilə yanaşı, ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm üçün əlverişli şərait yaratmaqdan ibarətdir. Orta hündürlüyü 3200 metrə çatan Zəngəzur silsiləsi Kiçik Qafqazın bütün silsilələrindən yüksəkdir. Onun ən yüksək zirvəsi olan Gəmiqaya Ordubad Milli Parkının ərazisində olmaqla 3906 metrdir. Ordubad Milli Parkının ərazisinin çox hissəsi dağlıqdır. Yayı quraq keçən soyuq iqlimi var. Orta temperatur yanvar ayında 3-100J-dək, iyulda 10-250J-dəkdir. Əsasən boz, çəmən-boz, allüvial-çəmən, dağ-meşə, çimli, dağ-çəmən torpaqlar yayılmışdır. Naxçıvan Muxtar Respublikası ərazisində 38 növ və yarımnöv sürünənlər mövcuddur. Bunlardan 5 növ tısbağa, 12 növ və yarımnöv ilanlara rast gəlmək olar. Xəzər tısbağası, Aralıq dənizi tısbağası, yovşanlıq girdaban kərtənkələsi, Kiçik Asiya gürzəsi, Kiçik Asiya kərtənkələsi, Zaqafqaziya təlxəyi, ox ilanı qorunduğu üçün «Qırmızı Kitab»a salınmışdır. Ərazidə 217 növ və yarımnöv quşa rast gəlinir ki, bunlardan 15 növü «Qırmızı Kitab»a daxil edilmişdir. Naxçıvan Muxtar Respublikasında 62-yə qədər məməli heyvan növünə və ya yarımnövünə təsadüf edilir. Bunlardan 32 növ və ya yarımnövə Ordubad Milli Parkının və Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisində rast gəlinir. Naxçıvan Muxtar Respublikası ərazisində 12 növ yırtıcı heyvan yayılmışdır. Bunlardan Milli Parkın ərazisində canavar, çaqqal, adi tülkü, zolaqlı kaftar, daşlıq dələsi, porsuq, meşə pişiyi və s. rast gəlmək mümkündür. Ordubad Milli Parkının və Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisi ali və nadir bitkilərə görə də zəngindir. Belə ki, Muxtar Respublika ərazisində bitən 110 növ ali və nadir bitkidən 77 növü Milli Parkın və Yasaqlığın ərazisində mövcuddur.

    Adı: Abşeron Milli Parkı
    Yaradıcılığı il: 2005
    Sahə (hektar): 783
    Olduğu yer: Bakı şəhərinin Əzizbəyov rayonunun ərazisində,
    Abşeron yarımadası.
    Qısa məlumat: Abşeron Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə 783 hektar sahəsində, Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılmışdır. Milli Park nın cənub-şərq qurtaracağında - Şah Dili ərazisində yerləşir. Abşeron Milli Parkının yaradılmasında başlıca məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin (Xəzər suitisi, ceyran, kəkilli dalğıc, gümüşü qağayı, yaşılbaş ördək və s.) qorunub saxlanılması, ekoturizmin inkişaf etdirilməsi, turizm və istirahət (rekreasiya) zonalarının yaradılması, ekoloji monitorinqin həyata keçirilməsi və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir. Abşeron Milli Parkının heyvanat aləmi çox zəngindir. Quşlardan gümüşü qağayı, fısıldayan qu quşu, boz və qırmızıbaş qazlar, bizquyruq, yaşılbaş ördək, ağgöz qara ördək, kəkilli dalğıc, böyük ağ vağ, qumluq cüllütü, qaşqaldaq, bataqlıq belibağlısı, dəniz bozcası və s., məməli heyvan növlərindən isə ceyran, canavar, çaqqal, çöl pişiyi, yenot, oxlu kirpi, tülkü, porsuq, dovşan, Xəzərin sularında suiti və həmçinin müxtəlif növ balıqlar məskunlaşmışdır. Abşeron Milli Parkının Xəzər dənizi ərazisində xeyli miqdarda Xəzər suitisi yayılmışdır. Bu növ, pərayaqlıların yeganə nümayəndəsidir ki, Dünya okeanının ən kiçik suitisi kimi «Ginnes»in rekordlar kitabına daxil edilmişdir.

    Adı: Altıağac Milli Parkı
    Yaradıcılığı il: 2004
    Sahə (hektar): 11035
    Olduğu yer: Xızı və Siyəzən rayonlarının ərazilərində.
    Qısa məlumat: Altıağac Milli Parkı Altıağac Dövlət Təbiət Qoruğu və ona həmsərhəd olan dövlət meşə fondu orpaqlarının bazasında 11035 hektar ərazidə yaradılmışdır. Milli Parkın yaradılmasının başlıca məqsədi Böyük Qafqazın cənub-şərqi yamaclarının təbii landşaftlarının qorunub saxlanılması, flora və fauna növlərinin bərpası, təbii komplekslərin mühafizəsinin gücləndirilməsi, ekoloji monitorinqin həyata keçirilməsi və eləcə də, turizm və istirahət (rekreasiya) üçün şərait yaradılması və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir. Milli Parkın ərazisində qonur dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə, qəhvəyi dağ-meşə, bozqırlaşmış dağ-çəmən və s. torpaq tipləri yayılmışdır. Ərazidə qışı quraq keçən mülayim-isti və yayı quraq keçən mülayim-isti iqlim tipləri hakimdir. Milli Parkın ərazisinin çox hissəsini meşələr əhatə edir. Buradakı meşələri əmələ gətirən əsas ağac növləri Qafqaz palıdı, Qafqaz vələsi, Şərq fısdığı, adi göyrüş, itiyarpaqlı ağcaqayındır. Burada yemişan, böyürtkən, əzgil, qaratikan, itburnu və s. kimi kol bitkiləri üstünlük təşkil edir. Altıağac Milli Parkının ərazisində məməlilərdən cüyür, qonur ayı, çöl donuzu, vaşaq, yenot, dovşan, tülkü, dələ, canavar, quşlardan qırqovul, alabaxta, bildirçin, çobanaldadan, çöl qartalı, kəklik, qaratoyuq və s. növlərə rast gəlinir. Ərazidə adları Azərbaycanın «Qırmızı Kitabı»na daxil edilmiş qonur ayı, çol qartalı kimi məməli heyvan və quş növləri diqqəti daha çox cəlb edir.

  10. #120
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    QORUQLAR
    Adı: Bəsitçay Dövlət Təbiət Qoruğu
    Yaradıcılığı il: 1974
    Sahə (hektar): 107
    Olduğu yer: Zəngilan rayonunun ərazisində, Bəsitçayın dərəsində
    Qısa məlumat: Qoruq ərazisinin landşaft kompleksini, xüsusilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilmişdir. Bəsitçay respublika qoruqlarının ən kiçiyidir. Meşə ilə örtülü sahənin əsas ağac cinsi şərq çinarıdır. Burada əsasən bir meşə tipi—müxtəlif otlu çinar meşələri formalaşmışdır. Qoruğun yerləşdiyi ərazi əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600-800 m-ə qədərdir. Qoruq ərazisi qışı quraq keçən mülayim-isti iqlim tipinə aiddir. Yayının isti olması səciyyəvidir. Havanın orta illik temperaturu 130-dir. Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir. Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində əsasən allüvial-meşə torpaqları yayılıb. Çay dərələrinin yamaclarında, qoruğun ətraf sahələrində qəhvəyi dağ-meşə torpaqları inkişaf etmişdir. Dünyada çinarın 7 növü vardır. Azərbaycanda isə onun yalnız bir növü—şərq çinarı inkişaf edir. Şərq çinarının çoxsahəli əhəmiyyətini,dünyada az yayılmasını, nadir bitki olmasını və son əsrlərdə xeyli azalmasını nəzərə alaraq, onun adı Azərbaycanın «Qırmızı Kitabı»na yazılmışdır. Bəsitçay Dövlət Təbiət Qoruğunun 100 hektarını çinar meşələri tutur. Onlar Bəsitçayın və onun qolu Şıxauzçayın dərəsində yerləşir. Burada həm təmiz, həm də qarışıq çinar meşəliyi yayılmışdır. Qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq, və s. ağac, yemişan, itburnu, murdarça, qaratikan, və s. kollar inkişaf edir. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 m, orta diametri isə 1 m-dir. Qoruğun ətraf sahələrində, bəzən də özündə canavar, çöl donuzu, porsuq, cüyür, dovşan, müxtəlif gəmiricilər və s. məməlilərə, kəklik, turac, göyərçin və s. quşlara rast gəlinir. Bəsitçay Dövlət Təbiət Qoruğunun yaradılması Azərbaycan təbiətinin nadir incilərindən olan şərq çinarının qorunması və artırılması üçün diqqətəlayiq tədbirdir.


    Adı: Qarayazı Dövlət Təbiət Qoruğu
    Yaradıcılığı il: 1978
    Sahə (hektar): 9,658
    Olduğu yer: Qazax rayonunun ərazisində, Ağstafa meşə təsərrüfatının Kürətrafı meşələrində.
    Qısa məlumat: Qoruqda məşhur Qarayazı meşələrinin təbiət kompleksi qorunur. Azərbaycanın düzən meşələrinin xeyli hissəsi Kür çayı boyunca yerləşmişdir. Bu meşələr uzun müddət ciddi mühafizə edilməmiş, qırılma, otarılma və Kürün hidroloji rejiminin dəyişməsilə əlaqədar olaraq sahəsi azalmış, seyrəlmiş, ağacların cins tərkibi xeyli dəyişilmişdir. Kürətrafı meşələrin mühafizəsi üçün tədbirlər ilk dəfə Ağstafa rayonundakı Qarayazı meşələri sahəsində həyata keçirilməyə başlanmışdır. Qarayazı Dövlət Təbiət Qoruğu Kür çayı boyunca onun yatağının sol sahillərini və Qarayazı düzünün xeyli hissəsini əhatə edir. Qoruğun şərqə davamı Qarayazı-Ağstafa Dövlət Yasaqlığıdır. Qərbdə Gürcüstan, şimalda Bakı-Tbilisi dəmir yolu, cənubda Kür çayı ilə sərhədlənir. Qoruğun ərazisi əsasən meşəlikdən ibarətdir, bunun da çox hissəsini meşə ilə örtülü, az hissəsini isə meşə ilə örtülü olmayan sahə təşkil edir. Qoruğun ərazisinin mikrorelyefi, geomorfoloji xüsusiyyətləri, Kür çayının təsiri, qrunt suyunun səthə yaxın olması, bitki örtüyünün müxtəlifliyi və s. burada allüvial-bataqlı, allüvial-çəmən, allüvial-çəmən-meşə və çəmən-şabalıdı torpaqların əmələ gəlməsinə şərait yaratmışdır. Kürün sahilindən uzaqlaşdıqca bitki örtüyünün dəyişməsi nəzərə çarpır: çay yatağının sahili boyunca söyüd, böyürtkən, iydə, zirinc kimi kollar inkişaf etmişdir. Sahildən uzaqlaşdıqda onları tipik tuqay meşələri əvəz edir. Burada tuqay meşələrinə xüsusi görkəm verən lianlara da rast gəlinir. Heyvanlar aləminin zənginliyi cəhətdən Qarayazı meşələri xüsusi əhəmiyyətə malikdir. Burada maral, qunduz, dələ, gəlinçik, dovşan, çöl donuzu, tülkü, çaqqal, porsuq, çöl pişiyi, süleysün və s. məməlilər məskunlaşmışdır. Ərazi daimi yaşayan və köçəri quşlarla da zəngindir. Quşlardan qırqovul, göyərçin, alabaxta, qaratoyuq, ağacdələn, sığırçın daha çox olub, sayı 500-dən 2000-ə qədərdir. Ördək, su fərəsi və s. suya maraq göstərən quşlar da az deyildir; burada, hətta həmişə sevilən bülbül də qorunur. Suda-quruda yaşayanlardan göl və quru qurbağaları, bataqlıq tısbağası, sürünənlərdən müxtəlif ilanlar və kərtənkələlər vardır. Qoruq ərazisində şəmayı, çapaq, naxa, şirbit və s. balıqlar Kürün daimi sakinləridir. Qoruğun əsas vəzifələrindən biri də buradakı heyvanlar aləmini qorumaq, onların təbii yolla çoxalmaları üçün əlverişli şəraiti mühafizə edib yaxşılaşdırmaqdır.


    Adı: Qaragöl Dövlət Təbiət Qoruğu
    Yaradıcılığı il: 1987
    Sahə (hektar): 240
    Olduğu yer: Laçın rayonu ilə Ermənistan Respublikasının Gorus rayonu sərhəddində
    Qısa məlumat: Xüsusi maraq doğuran yüksək dağ göllərindən biridir. Alp landşaft kompleksinə malikdir. Bu göl mühüm hidroloji və təsərrüfat əhəmiyyətinə malikdir. Onun suyundan yerli əhali qoyun sürülərinin, əkin yerlərinin suvarılması və balıqçılıq üçün istifadə edirlər. Qoruq Qarabağ Vulkanik yaylasının cənub hissəsində böyük İşıqlı dağının (3552m) yamacında 2650-2700 m hündürlükdə yerləşir. Ərazi üçün qışı quraq keçən soyuq iqlim tipi hakimdir. Bu iqlim tipi üçün ən soyuq ayın orta temperaturu – 30-dən aşağı, ən isti ayınkı 100 –dən yuxarıdır. Qoruğun gölü əhatə edən quru ərazisi yüksək dağlıq qurşağın səciyyəvi alp çəmənliklərindən ibarətdir. Jənub hissədə üçyarpaq yoncanın, şərq hissədə gəvənin üstünlük təşkil etdiyi çəmənliklər inkişaf edir. Gölün suyu ərazinin mütləq hündürlüyü ilə əlaqədar olaraq bitkilərdən çox kasıbdır. Burada yalnız amfibi, qırxbuğumu və qaymaqçiçəyi bitir. Ərazidə çimli dağ-çəmən torpaqları yayılmışdır. Bu torpaqlar humusla zəngindir. Gölün ekoloji şəraiti və suyunun müəyyən xüsusiyyətləri burada canlı aləmin çox azlığına səbəb olmuşdur. Bununla bərabər gölün suyunda zooplanktonlara, dibində isə yanüzənlərə (qammaruslar) rast gəlinir. Hal-hazırda Qaragöl qoruğunun işğal altında olması ilə əlaqədar hər iki respublika arasında yaranmış hazırki siyasi və milli münaqişənin qoruğun aqibətinə mənfi təsir göstərir.


    Adı: Göy-göl Dövlət Təbiət Qoruğu
    Yaradıcılığı il: 1925
    Sahə (hektar): 6,732
    Olduğu yer: Xanlar rayonunun ərazisində, Kiçik Qafqaz sıra dağlarının şimal-şərq hissəsində.
    Qısa məlumat: Azərbaycan SSR Nazirlər Sovetinin 14 iyul 1965-ci il tarixli Qərarına əsasən qoruq yenidən təşkil edilmişdir. Qoruq içməli su mənbəyi kimi Göy-gölün suyunun saxlanılması və təmizliyinin təmin edilməsi, Kiçik Qafqazın tipik landşaftının, faunasının və florasının qorunub saxlanılması, mühafizəsi və öyrənilməsi məqsədilə yaradılmışdır. Göy-göl qoruğunun əsas hissəsinin relyefi üçün dərin dərələr, uzun suayırıcıları, müxtəlif meyllikli yamaclar səciyyəvidir. Ərazidə qışı quraq keçən soyuq iqlim və qışı quraq keçən mylayim-isti iqlim tipləri hakimdir. Havanın orta illik temperaturu 4-100 arasında tərəddüd edir. Kiçik Qafqazın şimal yamaclarının subalp zonasının bir hissəsi və orta dağlıq meşələri, Göy-göl, Maral, Zəli göllərinin ekosistemi qoruğun əsas mühafizə olunan obyektlərindəndir. Qoruğun heyvanlar aləmi bir çox vəhşi məməli və quş növlərindən ibarətdir ki, bunlardan nəcib Qafqaz maralı, ayı, təkə, cüyür, porsuq, meşə pişiyi, samur, vaşaq, dovşan, dələ, quşlardan Xəzər ularıqara kərkəs,kəklik və s. göstərmək olar. Ərazidə məskunlaşan heyvanlardan ikisinin – Şərqi Qafqaz təkəsi və Zaqafqaziya qonur ayısının adı Qırmızı kitablara düşmüşdür. Qırmızı kitablarda Göy-göldə yaşayan və qorunan forel balığının və bir çox quşların da adı vardır. Burada dağ-meşə, dağ-bozqır, subalp və alp dağ-çəmən bitki ekosistemləri yayılmışdır. 1100-2200 m hündürlükləri əhatə edən dağ meşələri çox zəngin bitki örtüklü olub, 80-a qədər ağac və kol növünə malikdir. Ot bitkilərindən Qafqaz bənövşəsi, alp dişəsi, steven zəncirotu, xırdaçiçəkli ziboldiya, zəngçiçəyi, çobanyasdığı, şırımlı topal, ağbığ, qırtıc və göstərmək olar. Qoruğun filialı kimi fəaliyyət göstərən 392 hektarlıq Eldar Şamı sahəsinin ərazisi genişləndirilmiş və 2004-cü ildə 1686 hektar ərazidə Eldar Şamı Dövlət Təbiət Qoruğu yaradılmışdır.


    Adı: Qızılağac Dövlət Təbiət Qoruğu
    Yaradıcılığı il: 1929
    Sahə (hektar): 88,360
    Olduğu yer: Lənkəran rayonunun ərazisində, Böyük Qızılağac körfəzində
    Qısa məlumat: Azərbaycanda köçəri quşların daha çox məskunlaşdığı ərazi respublikanın cənub-şərq hissəsində, Kür deltasının cənubunda yerləşən Böyük Qızılağac körfəzi və onun ətrafının quru və bataqlıq sahələridir. Həmin körfəzdə və onun ətrafındakı Lənkəran və Masallı rayonlarının bataqlıq sahələrində vaxtı ilə köçəri quşlar daha çox idi. Lakin illər boyu ekoloji şəraitin dəyişməsi və qanunsuz ov nəticəsində köçəri quşlar xeyli azalmışdır. Qızılağac Dövlət Təbiət Qoruğu respublikamızda sahəsinə görə birinci qoruqdur. Qoruğun yaradılmasında məqsəd Azərbaycanın müxtəlif ərazilərində quşları qorumaq, onların sayını artırmaq, onların məskunlaşması üçün əlverişli şəraiti daha da yaxşılaşdırmaqdır. Qızılağac Dövlət Təbiət Qoruğu 1976-cı ildən Beynəlxalq konvensiyanın ilk su-bataqlıq regionunun biri kimi siyahıya daxil olmuş, bununla da beynəlxalq əhəmiyyətli qoruq kimi təsdiq edilmişdir. Ərazidə əsasən yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır, qismən də (cənub hissəsi) yayı quraq keçən mülayim-isti iqlim tiplərinə hakimdir. Havanın orta illik temperaturu 14,40J-dir. Qışı mülayim keçir, ən soyuq ayın orta temperaturu 3,20J, ən isti ayın orta temperaturu isə 25,50J olur. Böyük Qızılağac körfəzinin dərin sulu sahələrində kiçik dənizotu cəngəllikləri, dayaz yerlərində isə yaşıl, diatom və göy-yaşıl yosunlar geniş sahələri əhatə edir. Kiçik Qızılağac körfəzində su çiçəkləri, buynuzyarpaq, sulələyi və s. sualtı bitki örtüyü əmələ gəlmişdir. Burada qamış, dəniz lığvari, ciyən və s. bitkilər bitir. Qoruğun Böyük və Kiçik Qızılağac körfəzlərində 30 növdən artıq balıq qeydə alınmışdır. Siyənək, kütüm, çəki, naxa, sıf, çapaq, kefal, xul və s. balıqlar mühüm sənaye əhəmiyyətlidir. Ərazidə məskunlaşmış quş növlərindən 20-yə qədərinin adı (qıvrımlələk qutan, çəhrayı qutan, qara leylək, mərmər cürə, dəniz qartalı, məzar qartalı, berkut, turac, dovdaq, bəzgək, sultan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısıldayan qu, kiçik qu, çöçükburun cüllüt, ağquyruq çökükburun, çöl haçaquyruq cüllütü) Azərbaycanın «Qırmızı Kitabı»na daxil edilmişdir. Qoruqda məməlilərin də bir çox növləri yaşayır. Burada canavar, tülkü, çaqqal, qamış pişiyi, porsuq, Qafqaz gəlinciyi, uzunquyruq ağdiş, Zaqafqaziya kirpisi, Zaqafqaziya dovşanı və s. növlər yayılmışdır. Boyük Qızılağac körfəzində Xəzər suitisi vardır.

    Adı: İlisu Dövlət Təbiət Qoruğu
    Yaradıcılığı il: 1987
    Sahə (hektar): 17381,5
    Olduğu yer: Qax rayonunun ərazisində, Böyük Qafqazın cənub yamacında, Zaqatala və İsmayıllı qoruqlarının arasında
    Qısa məlumat: Qoruğun adı Qax rayonundakı İlisu kəndinin adı ilədir. Ərazi Baş Qafqaz dağlarının dik yamaclı, çay dərələri vasitəsilə intensiv parçalanmış sahələri üçün səciyyəvi olan relyefə malikdir. Qoruğun ərazisində qışı quraq keçən soyuq iqlim və yağıntıları təxminən bərabər paylanan mülayim-isti iqlim tipləri hakimdir. Havanın orta illik temperaturu 5-120 arasında tərəddüd edir. İlisu qoruğunun ərazisində dağ-çəmən, dağ-çəmən-meşə, qonur dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. İlisu qoruğunda dərman, endemik, nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki növləri çoxdur. Ərazidə şərq fısdığı, Qafqaz vələsi, şərq palıdı, Litvinov tozağacı, Trautvetter ağcaqayını, quşarmudu, itburnu, böyürtkən, dovşanalması, topulqa, yabanı gilas, zoğal, moruq və s. bitkilər yayılmışdır. Qaraçöhrə, Radde ağcaqayını bitkilərinin adları Qırmızı kitablara daxil edilmişdir. Qoruğun ərazisində 5 dəstəyə aid olan 35 növ məməli yaşayır. Bunlar dırnaqlılar ( nəcib maral, cüyür, köpgər, təkə, çöl donuzu), yırtıcılar (qonur ayı, canavar, tülkü, daş və meşə dələləri, gəlincik, porsuq, yenot, meşə pişiyi, vaşaq), gəmiricilər( dovşan, süleysinlər, siçanlar, sincablar və s.), cücüyeyənlər (ağdiş, qonurdiş, kirpilər, nalburunlar) və s. ibarətdir. Quşların 11 dəstəyə aid olan 90-a qədər növü yayılmışdır; onların 60 növə qədəri isə sərçəkimilərə aiddir. Ərazidə sürünənlərin 12 növü yaşayır. Onların 7-si kərtənkələlərə, 3-ü təlxələrə, 1-i ilanlar, 1-i isə koramallara aiddir. Qoruqdakı çaylarda çay forel balığı yaşayır. Burada suda-quruda yaşayanların 5 (qurbağalar) növü yayılmışdır.

    Adı: İsmayıllı Dövlət Təbiət Qoruğu.
    Yaradıcılığı il: 1981
    Sahə (hektar): 16,740
    Olduğu yer: İsmayıllı rayonunun ərazisində.
    Qısa məlumat: İsmayıllı Dövlət Təbiət Qoruğu Böyük Qafqazın cənub yamacının şərq hissəsində yüksəklik istiqamətində meşə qurşağının təbii kompleksini, xüsusilə meşə bitkilərinin qiymətli nümunələrini, heyvanlar aləmini, onların nadir və qiymətli növlərini, torpaq örtüyünü qorumaq, artırmaq və zənginləşdirmək, həmçinin, təbii kompleksin sabitliyini tənzimləmək məqsədi ilə yaradılmışdır. Qoruq dəniz səviyyəsndən 600-2500 m hündürlüyündə yerləşir və iki hissədən ibarətdir. Qoruğun əsas hissəsi dağlıq (800-2250 m) ərazidən ibarət olan Topçu meşələrini əhatə edir. Ərazi şimaldan subalp çəmənliyi, şərq və cənub-şərqdən Axoxçay boyunca Talıstan meşələri, cənubdan Topçu meşəsinin suayrıcı xətti və qərbdən isə Göyçay çayı ilə sərhədlənir. Qoruğun qalan ərazisini isə Qalıncaq meşəliyi əhatə edir (600 m). Qoruğun ərazisi meşə ilə örtülü olduğu üçün burada yalnız dağ-meşə torpaqları,subalp çəmənlikləri ilə sərhəddə isə dağ-meşə-çəmən torpaqları yayılmışdır. Meşələrdə əsasən fısdıq, vələs, palıd (şabalıdyarpaq, iberiya və şərq) qismən də göyrüş, cökə, qaraçöhrə, ağcaqayın və s. ağaclar yayılmışdır. Bunlardan şabalıdyarpaq palıd palıd və qaraçöhrə növləri Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmişdir. İsmayıllı Dövlət Təbiət Qoruğunda heyvanat aləmi də çox zəngindir. Burada cüyür, çöl donuzu, təkə, köpgər, nəcib Qafqaz maralı, ayı, canavar, vaşaq, meşə pişiyi, çaqqal, tülkü, yenot, dələ, dovşan, qırqovul, qaratoyuq, alabaxta, bildirçin, sarıköynək, ağacdələn, çobanaldadan və s. heyvan və quşlar vardır. Onlardan köpgər və vaşaq Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmişdir.

    Adı: Pirqulu Dövlət Təbiət Qoruğu
    Yaradıcılığı il: 1968
    Sahə (hektar): 4,274
    Olduğu yer: Şamaxı rayonunun ərazisində, Böyük Qafqaz sıra dağlarının şərq qurtaracağında
    Qısa məlumat: Qoruğün təşkil edilməsində əsas məqsəd eroziya proseslərinin və astrofizika rəsədxanasının fəaliyyətinə mənfi təsir göstərən atmosferanın tozlanmasının qarşısını almaq, habelə bura üçün xas olan tipik dağ-meşə landşaftlarının, xüsusilə müxtəlif bitki örtüyünün, torpağın münbit qatının qorunub saxlanılması, meşə örtüyü sahəsinin təbii artımının təmin edilməsi, eləcə də qiymətli, nadir və sənaye əhəmiyyətli heyvan və quşların sayının artırılması, elmi-tədqiqat işlərinin aparılması üçün daha əlverişli şəraitin yaradılması olmuşdur. Üstünlük təşkil edən cinslər vələs, palıd, fısdıq ağaclarıdır. Pirqulu Dövlət Təbiət Qoruğunun ərazisi üç ayrı-ayrı hissədən ibarətdir: Araxçın sahəsi 1600-2000 m hündürlükdə yerləşir. Burada Avaxıl kəndindən şimal-qərbdə yuxarı dağ-meşə qurşağının, qismən də subalp çəmənliyi qurşağının landşaftı səciyyəvidir. Meşələr Qırxbulaq çayının dərəsində və Qart dağının şimal-şərq və qərb yamaclarında yayılmışdır. Pirqulu sahəsi 1000-1500 m hündürlükdə günbəzvari Pirqulu dağında yerləşir; bu sahə əsasən orta dağ-meşə yarımqurşağının, qismən də bozqırlaşmış dağ- çəmən landşaftının təbiəti üçün səciyyəvidir. 3. Jəngi sahəsi aşağı dağ-meşə yarımqurşağında, 800-1100 m hündürlükdə yerləşir. Ərazisi əsasən Jəngi çayı hövzəsinin sol (Jəngi dağının şimal yamacı) və qismən də sağ hissəsini əhatə edir. Meşələr, əsasən iberiya və şərq palıdından, şərq fısdığından və Qafqaz vələsindən əmələ gəlmişdir. Bu meşələrdə qarışıq halda göyrüş, ağcaqayın, qaraçöhrə, ağ ağcaqayın, söyüd, qoz, gilas, alma, armud və s. ağaclar, dəmirqara, əzgil, yemişan, böyürtkan, itburnu, zirinc və s. kol bitkiləri yayılmışdır. Heyvanat aləmi müxtəlif məməli və quşlardan ibarətdir. Burada məməlilərdən cüyür, çöl donuzu, qonur ayı, çaqqal, dovşan, dələ, canavar, tülkü, maral, qarapaça, təkə, ayı, vaşaq, gəlincik, porsuq, quşlardan qırqovul, qaratoyuq, alabaxta, bildirçin, sarıköynək, çobanaldadan, ağacdələn, qarğa, kəklik və digər növlərə təsadüf olunur. Pirqulu Dövlət Təbiət Qoruğunda Qırmızı kitablara adı düşən məməlilərdən qonur ayı, köpgər, quşlardan turac, berkut, çöl qartalı və s. qorunur.

    Adı: Türyançay Dövlət Təbiət Qoruğu
    Yaradıcılığı il: 1958
    Sahə (hektar): 22488
    Olduğu yer: Ağdaş, Oğuz, Yevlax və Qəbələ rayonlarının ərazisində, Turyançayın sağ kənarında.
    Qısa məlumat: Türyançay Dövlət Təbiət Qoruğunun yaradılmasında məqsəd Azərbaycanın arid meşə sahələrindən biri, həm də ən başlıcası olan Bozdağın arid meşə lanşaft kompleksini qorumaqdır. Ərazisi qərbdən və şimal-qərbdən şərqə və cənub-şərqə doğru uzanan alçaq dağ tirələrdən ibarətdir. Quru subtropik iqlim Turyançay qoruğunun ərazisi üçün səciyyəvidir. Burada yay isti, qış isə mülayim-isti keçir. Orta illik temperatur 140-dir. Burada ağac və kol bitkilərindən ən çox ardıc və saqqızağacı, qismən də gürcü palıdı, gürcü ağcaqayını, qaratikan, şərq doqquzdonu, kiçik meyvəli gilas, nar, murdarça, sarağan, efedra və s. inkişaf etmişdir. Türyançay Dövlət Təbiət Qoruğunda çöl donuzu, qonur ayı, porsuq, dələ, tülkü, dovşan, çaqqal, vaşaq və s. məməli vəhşi və çöl heyvanları məskən salmışlar. İlanlardan gürzə daha çoxdur. Turyançayın sularında Xəzər tısbağasına tez-tez rast gəlinir. Yerli quşlardan kəklik, göyərçin, adi qur-qur, ağbaş Asiya kərkəsi, leşyeyən qartal, qara kərkəs, sərçələr, qaratoyuqlar, zığ-zığ, payız bülbülü, dağ vələmirquşu, böyük və uzunquyruq arıquşu və s. məskunlaşmışdır. Qoruqda Azərbaycanın «Qırmızı kitabı»na adları düşən ayıya, şahinə, berkuta, çöl qartalına təsadüf edilir.

    Adı: Zaqatala Dövlət Təbiət Qoruğu
    Yaradıcılığı il: 1929
    Sahə (hektar): 23844
    Olduğu yer: Zaqatala və Balakən rayonlarının ərazisində, Böyük Qafqaz sıra dağlarının mərkəz hissəsinin cənub mikroyamaclarında.
    Qısa məlumat: Zaqatala Dövlət Təbiət Qoruğu respublikamızın ən qədim qoruqlarından biridir. Qoruq 1929-cu ildə təşkil edilmişdir. Zaqatala Dövlət Təbiət Qoruğunun yaradılmasında başlıca məqsəd bu meşələrin əvəzedilməz torpaqqoruyucu və susaxlayıcı xüsusiyyətlərini saxlamaq, aşağı zonada yerləşən yaşayış məntəqələrini və əkin sahələrini seldən qorumaq, Böyük Qafqazın cənub yamacının təbii kompleksini, bitki və heyvanat aləmini mühafizə etmək olmuşdur. Qoruğun ərazisi meşələr, subalp və alp çəmənlikləri və yüksək sal qayalıqlardan ibarətdir. Qoruğun ərazisi çox mürəkkəb və kəskin relyefə malikdir. Burada dağlar və yüksəkliklər dərin dərələr və daşlı-qayalı çay sahilləri ilə kəsilir. Qoruqda 1000-dən artıq bitki növünə təsadüf edilir. Əsas meşə təşkil edən növlərdən fısdıq, palıd, vələs, cökə, göyrüş, şabalıd, qoz, qaraçöhrə, qarmaqvari şam və s. göstərmək olar. Burada 32 növ məməli, 89 növ köçəri və oturaq quşlar yaşayır. Qoruqda 4500-dən çox Şərqi Qafqaz təkəsi, 1000 baş maral, 700 baş qarapaça və 2000-ə yaxın çöl donuzu vardır. 1950-ci ildə qoruqda elmi- tədqiqat işlərinin aparılmasına rəhbərlik edən şöbə yaradılmışdır. Burada beynəlxalq bioloji problemlər üzrə tədqiqat işləri aparılır. Qoruğun elmi təmayülü – Böyük Qafqazın şimali-şərq hissəsinin ayrı-ayrı zonalarında susaxlayıcı, torpaqqoruyucu və kurort-iqlim əhəmiyyətli dağ çəmənlikləri və meşələrin qorunub saxlanması və onlardan səmərəli istifadə olunmasına yönəldilmişdir. Çox qiymətli dərman bitkisi olan jenşenin Böyük Qafqazın dağətəyi şəraitində yetişdirilməsi imkanı, dağ çəmənlərini məhsuldarlığı, yüksək dağ palıdının ekologiyası və onun bərpası, Sosnovski baldırğanı timsalında dağ-çəmən və yem bitkilərinin məhsuldarlığı, dırnaqlıların, habelə həşəratyeyən və yırtıcı quşların biologiya və ekologiyası problemlərinin tədqiq edilməsi bu baxımdan əhəmiyyətlidir.

    Adı: Eldar Şamı Dövlət Təbiət Qoruğu
    Yaradıcılığı il: 2004
    Sahə (hektar): 1686
    Olduğu yer: Samux rayonunun ərazisində
    Qısa məlumat: Qoruğun yaradılmasının başlıca məqsədi genetik fondun, bioloji müxtəlifliyin, ekoloji sistemlərin, səciyyəvi və nadir təbiət komplekslərinin və obyektlərinin (ardıc, saqqız ağacı və s.), dünyada yeganə vətəni olan Elləroyuğunda Eldar şamı meşəliyinin təbii vəziyyətini qoruyub saxlamaq məqsədilə təbiət ərazilərinin mühafizəsini həyata keçirməkdir. Eldar şamı ağaclarının yaşı 100-120 il, hündürlüyü 2-6 m, diametri 10-28 sm. Onun adı Azərbaycan Respublikasının «Qırmızı kitab»ına daxil edilmişdir. Burada heyvanlar aləmi zəngin deyil. Üstünlük təşkil edən heyvanlardan yalnız dovşan, quşlardan isə kəklik diqqəti cəlb edir. Eldar Şamı dövlət təbiət qoruğunun zəruri infrastrukturu yaradılmışdır.

    Adı: Şahbuz Dövlət Təbiət Qoruğu
    Yaradıcılığı il: 2004
    Sahə (hektar): -
    Olduğu yer: Naxçıvan Muxtar Respublikasında, Batabat gölü və Biçənək aşırımı ərazilərində
    Qısa məlumat: Müxtəlif torpaq tiplərinin inkişaf tapdığı ərazidə 2899 bitki növü yayılmışdır. Bu qədər geniş müxtəlifliyə malik bitki örtüyü olan ərazidə 285 növ faunanın məskunlaşmasına imkan yaranmışdır. Şahbuz Dövlət Təbiət Qoruğunun su ehtiyatları əsasən atmosfer çöküntüləri hesabına formalaşan Batabat mineral bulaqlarından ibarətdir: Bu mineral bulaqlar Naxçıvan şəhərindən 65 km məsafədə, dəniz səviyyəsindən 2445 m yüksəklikdə yerləşirlər. Batabat su anbarı eyniadlı üç göldən ibarətdir. Batabat-1 (hövzəsinin sahəsi 0,18 km2), Batabat-2 (0,7 km2) və Batabat-3 (0,18 km2). Ümumi su tutumu təqribən 3 mln. m3-dir. Anbarın suyu əsasən Zorbulaq çayı və qismən atmosfer çöküntüləri hesabına formalaşır. Ərazi flora cəhətdən çox zəngindir. Naxçıvan Muxtar Respublikasında bitən 2000-dən artıq ali bitki növlərinə burada rast gəlmək mümkündür. Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii landşaft sahələrini ayırmağa imkan verir. Ərazinin 85%-i palıd, 5%-i ardıc, ağır iyli ardıc, Araz palıdı, 7%-i yemişan, qalan 3%-i isə alma, alça, şərq palıdı, vən, daş armud, acı badam və müxtəlif kollar təşkil edir. Quşlardan Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində Avropa Tüvüyü, kəklik, oxuyan silvi, adi kəklik, sarıköynək, bülbül, enliquyruq bülbül, meşə xoruzu, hop-hop və başqaları məskunlaşmışdır. Muxtar Respublika ərazisində məskunlaşmış quş növlərindən 15-i «Qırmızı Kitab»a daxil edilmişdir. Naxçıvan Muxtar Respublikasında 12 növ yırtıcı heyvan yayılmışdır. Bu heyvanlardan Qafqaz qonur ayısı, canavar, tülkü, çöl pişiyi, meşə siçanı, porsuq, çöl donuzu, vaşaq və bir çox heyvanlara qoruğun ərazisində rast gəlinir. Ərazidə gəmirici məməlilərə də təsadüf olunur. Bunlardan meşə sülsəni, kiçik ərəb dovşanı, siçovullar və siçanların bir neçə növünə rast gəlinir. Şahbuz Dövlət Təbiət Qoruğunda Biçənək meşəsindəki bataqlıqlarda və s. sahələrdə Selkovnikov ağac qurbağasına rast gəlinir. Bundan başqa ərazidə Suriya sarımsaqiyli qurbağası, adi ağac qurbağası, yaşıl quru qurbağası, cənubi qafqaz qurbağası və Kiçik Asiya qurbağası qeydə alınmışdır. 2004-cü il 18 sentyabr tarixində Şahbuz Dövlət Təbiət Qoruğunun rəsmi açılışı keçirilmişdir.

Sayfa 12/16 İlkİlk ... 21011121314 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.