Sayfa 11/16 İlkİlk ... 910111213 ... SonSon
159 sonuçtan 101 ile 110 arası

Azərbaycan, Odlar Yurdu

  1. #101
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    FƏXRI XIYABAN
    Azərbaycan qədim tarixi, zəngin mədəniyyəti, özünəməxsus dövlətçilik ənənələri olan nadir bir ölkədir. Mühüm coğrafi-strateji mövqeyinə görə Azərbaycan həmişə sivilizasiyaların qovuşuğunda olmuşdur. Qədim dövrdə və orta əsrlərdə Azərbaycan Yaxın və Orta Şərqin siyasi, ticarət və mədəni mərkəzlərindən biri idi. Bu səbəbdən də tarixin müxtəlif dövrlərində Azərbaycanda Şərqin siyasi və ideya-mədəni proseslərinə böyük təsir göstərən güclü dövlətlər yaranmışdır.

    Dünya mədəniyyətində öz dəst-xətti ilə seçilən Azərbaycan xalqı əsrlər boyu bəşər sivilizasiyasına qüdrətli dühalar, şəxsiyyətlər bəxş etmişdir. Onların böyük bir hissəsi XIX əsrdə və XX əsrin əvvəllərində yaşayıb-yaratmış, bir çoxu bizim müasirlərimiz olmuşdur.

    Xalqımıza, Vətənimizə əbədi şöhrət gətirmiş bu insanların bir qismi Bakının dağlıq hissəsində yerləşən Fəxri xiyabanda doğma torpağa tapşırılmışdır. Bunlar, əsasən, elm, ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri, İkinci dünya müharibəsi (1939-1945) illərində alman faşistlərinə qarşı döyüşlərdə göstərdikləri şəxsi igidlik və şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş insanlar, Sovet hakimiyyəti dövründə yüksək dövlət vəzifələri tutmuş şəxslər, iqtisadiyyatın, kənd təsərrüfatının müxtəlif sahələrində çalışaraq fərqlənmiş, fəxri adlar almış əmək adamlarıdır.

    Təbii ki, Sovet hakimiyyətinin qurulmasına və möhkəmlənməsinə kömək etmiş köhnə bolşeviklərin, partiya, sovet işçilərinin də bir qismi Fəxri xiyabanda dəfn olunmuşdur. Lakin bu da bizim tariximizdir və onu olduğu kimi qəbul etməliyik.

    Bundan əlavə, Fəxri xiyabanda dəfn olunanlar arasında Azərbaycandan kənarda doğulmuş, lakin həyatının çox və ya müəyyən hissəsini ölkəmizdə yaşamış, onu özlərinə ikinci Vətən seçmiş insanlar da vardır.

    Fəxri xiyaban Azərbaycan SSR Nazirlər Sovetinin 27 avqust 1948-ci il 680 nömrəli sərəncamı ilə yaradılmışdır. Elə həmin ildən Fəxri xiyabanın tikintisinə başlanılmışdır. Sərəncama əlavə olunmuş siyahıya görə, görkəmli ədəbiyyat və mədəniyyət xadimləri Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Hüseyn Ərəblinski, Süleyman Sani Axundov, Əli Nəzmi, Cabbar Qaryağdı oğlu, Rüstəm Mustafayev, Əzim Əzimzadə və Hüseynqulu Sarabskinin məzarları Fəxri xiyabana köçürülməli və onların qəbirüstü abidələri qoyulmalı idi.

    Həmin sərəncama əsasən, Qazaxda Molla Vəli Vidadinin, Şamaxıda Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabirin də qəbirüstü abidələri qoyulmalı idi.

    Fəxri xiyaban yaradıldıqdan sonra vəfat etmiş görkəmli şəxsiyyətlər, bir qayda olaraq, burada dəfn edilmişdir. Beləliklə, Fəxri xiyaban vaxtaşırı ziyarət yerinə çevrilmişdir.

    2003-cü il dekabrın 15-də dünya azərbaycanlılarının ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycanın əbədiyaşar övladı Heydər Əliyev Fəxri xiyabanda canı qədər sevdiyi Vətən torpağına tapşırılmışdır. O vaxtdan bəri milyonlarla insan, o cümlədən Azərbaycana rəsmi səfər edən dövlət və hökumət başçıları, nüfuzlu nümayəndə heyətləri, həmçinin Vətənə gələn xaricdəki soydaşlarımız ulu öndərin xatirəsini anmaq üçün Fəxri xiyabanı ziyarət etmişlər.

    Xalqımız özünün böyük övladlarının əziz xatirəsini həmişə uca tutacaqdır.

  2. #102
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    GƏNCLƏR SİYASƏTİ


    "Gənclər siyasəti haqqında"
    Azərbaycan Respublikasının Qanunu



    Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.


    I FƏSİL
    ÜMUMİ MADDƏLƏR



    Maddə 1. Əsas anlayışlar


    1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakıları ifadə edir:
    1.0.1. gənclər siyasəti - gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemi;
    1.0.2. gənclər - yaşı 16-dan 35-dək olan şəxslər;
    1.0.3. gənc ailə - gənclərin nigaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn;
    1.0.4. istedadlı gənclər - təhsil, elm, texnika, mədəniyyət, idman və digər sahələrdə xüsusi qabiliyyəti olan gənclər;
    1.0.5. gənclər təşkilatları - gənclərin problemlərinin həlli, hüquqlarının müdafiəsi, mənəvi tələbatlarının öyrənilməsi məqsədi ilə qanunvericiliklə müəyyən olunmuş qaydada yaradılan ictimai birliklər və fondlar.



    Maddə 2. Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi


    Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ-hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.



    Maddə 3. Gənclər siyasətinin məqsəd və prinsipləri


    3.1. Azərbaycan Respublikasında gənclər siyasətinin əsas məqsədi gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək etməkdir.
    3.2. Gənclər siyasətinin əsas prinsipləri aşağıdakılardır:
    3.2.1. gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalıqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması;
    3.2.2. cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, onların yaradıcılıq potensialının ümummilli problemlərin həllinə səfərbər olunması;
    3.2.3. gənclər siyasətinin həyata keçirilməsi zamanı qadın və kişilərin hüquq bərabərliyinə riayət edilməsi;
    3.2.4. qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, yaşa görə gənclərin hüquq və azadlıqlarının hər hansı şəkildə məhdudlaşdırılmasının yolverilməzliyi.



    Maddə 4. Gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri


    4.0. Gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
    4.0.1. gənclər siyasəti sahəsində qanunvericilik aktlarının, dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi;
    4.0.2. hüquqi və fiziki şəxslərin gənclərlə iş sahəsində fəaliyyətlərinin əlaqələndirilməsi;
    4.0.3. gənclərin təhsili, tərbiyəsi, fiziki, əqli və mənəvi inkişafı, sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi;
    4.0.4. gənclərin peşə hazırlığı, məşğulluğunun təmin olunması, sahibkarlıq fəaliyyəti, bazar iqtisadiyyatının əsaslarına dair biliklərə yiyələnməsi sahəsində tədbirlərin həyata keçirilməsi;
    4.0.5. gənclər siyasəti sahəsində informasiya təminatının həyata keçirilməsi;
    4.0.6. gənclərin hərbi xidmətə hazırlanması;
    4.0.7. gənclər siyasəti sahəsində tədbirlərin maliyyələşdirilməsi;
    4.0.8. gənclərin vəziyyətinin təhlil və problemlərinin həlli ilə əlaqədar elmi araşdırmaların aparılmasının təşkili;
    4.0.9. Azərbaycan gənclərinin beynəlxalq tədbirlərdə iştirakına, dünya gəncləri ilə, o cümlədən xarici ölkələrdə yaşayan gənc həmvətənlərlə qarşılıqlı əlaqələrinin inkişafına imkan və şəraitin yaradılması.



    II FƏSİL
    GƏNCLƏR SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ


    Maddə 5. Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı:


    5.1. Müvafiq icra hakimiyyəti orqanları gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədi ilə hərbi-tətbiqi idman növlərinin və hərbi-idman oyunlarının keçirilməsi, gənclərin mədəni-kütləvi tədbirlərə, o cümlədən teatr tamaşalarına cəlb edilməsi sahəsində tədbirlər həyata keçirirlər.
    5.2. Dövlət gənclərin dünyagürüşünün formalaşmasına, mənəvi-əxlaqi tərbiyəsinə yönəlmiş televiziya və radio verilişlərinin, teatr tamaşalarının və filimlərin hazırlanmasına, ədəbiyyatına və mətbuat orqanlarının nəşrinə kömək göstərir.
    5.3. Müvafiq icra hakimiyyəti orqanları gənclərin mənəvi-əxlaqi tərbiyəsi, onlar arasında cinayətkarlığın, narkomaniyanın və digər mənfi meyillərin azaldılması və aradan qaldırılması üçün tədbirlər həyata keçirirlər.
    5.4. Gənclərin teatr, konsert və sərgi salonlarından, yaradıcılıq emalatxanalarından, studiyalardan, laboratoriyalardan istifadəsi üçün müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən güzəştlər müəyyən edilə bilər.



    Maddə 6. İstedadlı gənclərə dövlət qayğısı


    6.1. Sosial və mədəni vəziyyətlərindən asılı olmayaraq istedalı gənclərin təhsilini davam etdirilməsinə dövlət təminat verir.
    6.2. Sosial müdafiəyə ehtiyacı olan istedadlı gənclərə təhsilini başa vurduqdan sonra qaytarmaq şərti ilə qanunvericiliklə müəyyən edilmiş qaydada kreditlər verilə bilər.
    6.3. Dövlət istedadlı gənclərin Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda müasir peşə və ixtisaslar üzrə təhsil almalarına, təcrübə keçmələrinə şərait yaradır.
    6.4. İstedadlı gənclərin həvəsləndirilməsi məqsədi ilə dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər xüsusi təqaüd, mükafat və müavinətlər təsis edə bilərlər.



    Maddə 7. Gənclərin sağlamlığının qorunması və fiziki inkişafı


    7.1. Müfaviq icra hakimiyyəti orqanları tərəfindən gənclərə tibbi yardımın göstərilməsi, asudə vaxtın təşkili sahəsində tədbirlər həyata keçirilir.
    7.2. Təhsil sistemində tibbi xidmət təşkil olunur. Müvafiq icra hakimiyyəti orqanları təhsil müəssisələrinin vəsaiti hesabına əyani təhsil alan tələbəlrin hər il kompleks tibbi müayinədən keçirilməsini təmin edirlər.
    7.3. Gənclərin dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
    7.4. Gənclərin bələdiyyə mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən istifadə qaydaları yerli özünüidarəetmə orqanları tərəfindən müəyyən edilir.



    Maddə 8. Gənclərin məşğulluğunun təmin edilməsi


    8.1. Dövlət yeni iş yerləri yaratmaq, əmək birjaları, peşə hazırlığı, yenidən hazırlanma ixtisasartırma kurslarının təşkili yolu ilə gənclərin işlə təmin olunmasına kömək göstərir.
    8.2. Ordudan tərxis olunmuş, həmçinin özələşdirilən müəssisə və təşkilatlardın azad olunmuş gənclərin yeni peşələrə yiyələnməsi, ixtisaslarının artırılması və məşğulluğu ilə bağlı müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən proqramlar hazırlanır və həyata keçirilir.
    8.3. Dövlət orqanları müvafiq proqram və layihələri həyata keçirməklə gənc fermer və digər sahibkarlara yardım edir.
    8.4. Sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclər qanunvericiliklə müəyyən olunmuş qaydada torpaq sahələri və güzəştli kreditlərlə ilk növbədə təmin olunurlar.



    Maddə 9. Gənc ailələrə dövlət yardımı


    Yaşayış evi tikmək və ya mənzil almaq, ev təsərrüfatı yaratmaq üçün gənc ailələrə həcmi və verilmə qaydası qanunvericiliklə müəyyən edilən güzəştli kreditlər və ssudalar verilə bilər.


    Maddə 10. Gənclər təşkilatlarına dövlət yardımı


    10.1. Dövlət gənclər təşkilatlarının formalaşmasına və inkişafına şərait yaradır.
    10.2. Gənclər təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun hazırlanmış proqramlar (layihələr) müsabiqə əsasında seçilərək dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilə bilər. Proqramların (layihələrin) maliyyəşdirilməsi üçün tələb olunan vəsait müvafiq icra hakimiyyəti orqanının xərclər smetasına daxil edilir.



    III FƏSİL
    GƏNCLƏR SİYASƏTİNİN HƏYATA KEÇİRİLMƏSİNİN TƏŞKİLATI, MADDİ VƏ MALİYYƏ TƏMİNATI



    Maddə 11. Gənclər siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində gənclərin iştirakı


    Gənclər bilavasitə və ya yaratdıqları təşkilatlar vasitəsi ilə dövlət orqanları qarşısında təkliflər irəli sürə, müvafiq qanunvericilik aktlarının hazırlanmasında, gənclər siyasətinin əsas istiqamətlərinə uyğun proqramların həyata keçirilməsində iştirak edə bilərlər.



    Maddə 12. Gənclər siyasətinin həyata keçirilməsində yerli özünüidarəetmə orqanlarının iştirakı


    12.1. Yerli özünüidarəetmə orqanları öz səlahiyyətləri daxilində gənclərin sosial-hüquqi müdafiəsinə yönəlmiş proqramlar hazırlayıb həyata keçirə bilərlər. Bu proqramlar əsasında qəbul olunan qərarlar gənclər siyasətinin məqsəd, prinsip və istiqəmətlərinə uyğun olmalıdır.
    12.2. Gənclər siyasətinin həyata keçirilməsində müvafiq icra hakimiyyəti orqanları tərəfindən yerli özünüidarəetmə orqanlarına təşkilati və metodiki kömək göstərilir.



    Maddə 13. Gənclər siyasətinin həyata keçirilməsinin maddi və maliyyə təminatı


    13.1. Gənclərin təhsili, tərbiyəsi, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlərin qorunmasına dövlət təminat verir. Bu obyektlər qanvericiliklə müəyyən olunmuş qaydada özəlləşdirildikdən sonra 5 il müddətində onların funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilmir.
    13.2. Gənclər siyasəti tədbirləri dövlət büdcəsinin vəsaiti, habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.



    Maddə 14. Yekun müddəaları


    14.1. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
    14.2. Bu Qanunun qüvvəyə mindiyi gündən "Dövlət gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1991-ci il, №24, maddə 446) qüvvədən düşmüş hesab edilir.



    HEYDƏR ƏLİYEV
    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 9 aprel 2002-ci il

  3. #103
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    "Diaspor" qədim yunan sözü olub, hərfi mənada "səpələnmə" deməkdir. Bu sözün yaranma tarixi yunanların eramızdan xeyli əvvəl başladıqları işğal və köçürülmə dövrünə təsadüf edir. Müxtəlif ölkələrə hərbi yürüşlər zamanı yunan ordusu əsgərlərinin bir hissəsi işğal edilmiş ərazilərdə məskunlaşmış və buranın daimi sakinlərinə çevrilmişdilər. "Diaspor" kəlməsi də məhz onların dilindən yaranmışdır.

    Fəaliyyət dairəsindən, məşğuliyyətindən və dini etiqadından asılı olmayaraq hər hansı bir etnosa aid adamların müəyyən zaman kəsiyində öz tarixi vətənlərindən kənarda məskunlaşmaları və ictimai fəaliyyəti bilavasitə diasporun formalaşması ilə nəticələnir.

    Azərbaycanda "diaspor" anlayışı haqqında ilkin təsəvvürlər indi yaranmağa başlasa da, qeyd etmək lazımdır ki, həmvətənlərimizin dünyanın müxtəlif ölkələrində məskunlaşması prosesi hələ bir neçə əsr əvvəl başlanmışdı. Digər xalqlarla müqayisədə azərbaycanlıların doğma torpağa daha çox bağlılığı üzündən Vətəni tərk edib qürbətdə yaşamları onlar üçün mənəvi baxımdan ağır olmuşdur. Təsadüfü deyil ki, Azərbaycan şifahi xalq ədəbiyyatında "Vətən - qürbət" mövzusu mühüm yer tutmuşdur. Bu mənəvi amilin özü də Azərbaycan diasporunun yaranmasının kifayət qədər qədim tarixə malik olduğunu təsdiqləyir.

    Bu gün "Azərbaycan diasporu" dedikdə xarici ölkələrdə məskunlaşmış azərbaycanlılar nəzərdə tutulur. "Xaricdə yaşayan azərbaycanlılar" anlayışının təfsiri "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqunda" Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Bu qanuna əsasən, "xaricdə yaşayan azərbaycanlılar" anlayışı Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına və onların övladlarına, əvvəllər Azərbaycan SSR-nin və ya Azərbaycan Respublikasının vətəndaşları olmuş və hazırda Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslərə və onların övladlarına, bu kateqoriyaya aid olmayan, lakin etnik, dil, mədəniyyət və ya tarixi əlaqələr baxımından özünü Azərbaycana bağlı və ya azərbaycanlı hesab edən şəxslərə aid edilir.

    XX əsrin əvvəllərində azərbaycanlıların xaricə axını daha geniş vüsət almağa başlamışdı. Qafqazda çar Rusiyasının antimüsəlman və antitürk siyasəti məqsədli şəkildə regionda azərbaycanlı əhalinin üstün mövqeyinin zəiflədilməsinə yönəlmiş və 1905-1906, 1918-ci illərdə ermənilər tərəfindən həyata keçirilən soyqırım, etnik təmizləmə siyasəti də belə məkirli strateji niyyətlərdən törənmişdir

    1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra respublikadan xaricə axının miqyası xeyli azalsa da, demokratik respublikanın süqutu tamamilə yeni bir situasiya formalaşdırdı. Xalq Cümhuriyyətinin qurucularının və tərəfdarlarının bolşeviklər tərəfindən ciddi təzyiqlərə və təqiblərə məruz qalması onları ölkəni tərk etmək məcburiyyətində qoyurdu. Təsadüfi deyil ki, bu dövr azərbaycanlıların xaricə axınının ən kütləvi miqyasda təzahür etdiyi mərhələlərdən birini təşkil edirdi.

    1949-ci il fevralın 1-də Türkiyənin Ankara şəhərində "Azərbaycan Kültür Dərnəyi"nin təsis edilməsi dünyada Azərbaycan diasporunun təşkilatlanması sahəsində ilk addım oldu. 1956-cı ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli təhlükəsizlik naziri işləmiş Nağı bəy Şeyxzamanlının oğlu Saleh bəy Şeyxzamanlı ABŞ-da "Amerikanın Azərbaycan cəmiyyəti"ni təsis etmişdir. Hazırda bu cəmiyyətə Saleh bəy Şeyxzamanlının nəvəsi Tomris Azəri rəhbərlik edir. Bu hadisələr Azərbaycan diasporunun tarixində təşkilatlanma mərhələsinin məhz ötən əsrin ortalarından başladığını söyləməyə əsas verir. Həmin dövrə qədər soydaşlarımızı birləşdirən icma və birliklərin yaradılması ilə bağlı hər hansı fakta təsadüf olunmamışdır.

    II Dünya müharibəsindən sonrakı dövr Azərbaycan diasporunun tarixində yeni bir mərhələ ilə əlamətdar oldu. Müharibə dövründə və sülhün bərqərar olunmasından sonra xaricdə yaşayan həmvətənlərimizin sayı əhəmiyyətli dərəcədə artmışdı. Bunlar hərbi əməliyyatlar zamanı əsir düşənlər və müharibədən sonra müxtəlif səbəblər üzündən Avropa ölkələrində məskunlaşan azərbaycanlılar olmuşdu. Sovet rejiminin amansız və qəddar cəza mexanizmləri, qanlı represiyaları onların bir çoxunu geri qayıtmaqdan çəkindirmiş, beləliklə xaricdə yaşayan azərbaycanlıların sayca artmasına səbəb olmuşdu.

    Qeyd etmək lazımdır ki, təxminən 30 milyon azərbaycanlının tarixən yaşadıqları İran ərazisindən də son onilliklər ərzində mühacirət edənlərin sayı Azərbaycan Respublikasından gedənlərin sayından qat-qat çox olmuşdur.

    Ümumiyyətlə, II Dünya müharibəsindən bir neçə il sonra Sovetlər hökumətinin tətbiq etdiyi sərt sərhəd rejimi bütövlükdə SSRİ-dən xaricə axının qarşısını alsa da, dissident hərəkatı əvvəlkilərlə müqayisədə daha kütləvi xarakter almışdı. Təbii ki, Sovet Respublikası olan Azərbaycan üçün də belə bir təhlükə var idi. Lakin SSRİ-də dissident hərəkatının, azad fikrin genişləndiyi bir dövrdə - 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladı. O, respublikanın həyatında, ictimai şüurun, milli özünüdərkin təşəkkülündə yeni bir mərhələnin özülünü qoydu.

    XX əsrin 70-ci illərinin əvvəllərindən başlayan milli dirçəliş, iqtisadiyyat, mədəniyyət, elm, təhsilin inkişafı, mənəvi mühitin sağlamlaşdırılması bütövlükdə milli özünüdərkə təkan verdi. 70-80-ci illərdə Heydər Əliyev böyük qətiyyət, əzm və cəsarətlə xalqın tarixi yaddaşının qorunmasına, mədəniyyətimizin tərəqqisinə, Azərbaycanın bütün dünyada tanınmasına çalışırdı.

    Həmin dövrün mövcud siyasi reallıqları diaspor problemi ilə milli ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verməsə də, mədəniyyət, incəsənət, elm sahəsində ciddi iş aparılır, respublikamızın nailiyyətləri təbliğ edilir, dünya azərbaycanlılarının Vətənlə əlaqəsinə xidmət edəcək hər bir imkandan istifadə edilirdi. Xarici ölkələrlə mədəni əlaqələrin güclənməsi, tərcümə işinin vüsətlənməsi, xaricdə yaşayan həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr cəmiyyətinin ("Vətən" cəmiyyəti) yaradılması həmvətənlərimizin birliyinə və Vətənlə əlaqəsinə xidmət edən belə mühüm addımlardan idi. İlk növbədə isə respublikamızın hərtərəfli inkişafı həmvətənlərimizdə milli qürur hissi oyadaraq onlarda ana yurda maraq və bağlılığı artırırdı.

    Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının elmi-intellektual potensialının gücləndirilməsi məsələlərinə həmişə böyük diqqətlə yanaşırdı. Məhz elə bu diqqətin sayəsində onun rəhbərliyi dövründə yüzlərlə həmvətənimiz SSRİ-nin ən nüfuzlu təhsil ocaqlarında təhsil almaq imkanı əldə etmişdilər. Belə ki, keçmiş SSRİ məkanının 50-dən çox böyük şəhərinin 170-dən artıq ali təhsil ocağında elm, iqtisadiyyat, mədəniyyət, istehsalat və digər sahələrini əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən artıq ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc təhsil almış və yüksək ixtisaslara yiyələnmişdir. Əlbəttə, bu kadrların bir çoxu yenidən Azərbaycana qayıtmış və respublikanın ümumi inkişafına öz töhfələrini vermişdilər. Lakin onların bir qismi təhsil aldıqları şəhərlərdə məskunlaşmışdı. Bir sözlə, 70-80-ci illərdə sovet dövlətində gedən inteqrasiya prosesləri, gənclərimizin digər respublikalarda təhsil almaları onların miqrasiyasına təkan vermişdir. Respublikamızdan kənarda əmək fəaliyyətinə başlayan həmin mütəxəssislər bir tərəfdən həmvətənlərimizin mütəşəkilliyinin güclənməsinə, digər tərəfdən elm və mədəniyyətimizin inkişafına yardım göstərmişlər. Dünya azərbaycanlılarında milli şüurun güclənməsində Heydər Əliyevin Moskvada Sovet dövlətinin rəhbərlərindən biri kimi fəaliyyətinin də xüsusi rolu olmuşdur. Həmvətənlərimiz milli liderimizin dünya miqyaslı siyasi fəaliyyətini milli idrak və xarakterin parlaq təzahürü kimi qəbul edir, xalqımızın özünə inamı, özünüdərki və mütəşəkkilliyi güclənirdi.

    Azərbaycan xalqının tarixi təkamülü sayəsində XX əsrin sonlarında dövlət müstəqilliyimiz yenidən bərqərar olmuş və dönməz xarakter almışdır. Lakin tarix boyu ictimai-siyasi proseslər elə gətirmişdir ki, azərbaycanlıların bir hissəsi əzəli ərazilərimizi tərk edərək planetin müxtəlif ölkələrində məskunlaşmış, yurd-yuva salmışlar.

    Ötən əsrin 80-ci illərinin sonlarında SSRİ məkanında cərəyan edən hadisələr imperiyanın sərhədləri çərçivəsində demokratik düşüncə tərzinin genişlənməsinə və milli azadlıq hərəkatlarının alovlanmasına stimul yaratmış oldu. Azərbaycanda bu proses daha sürətlə getməyə başlamışdı. Təsadüfi deyil ki, 1989-cu ildə azərbaycanlılar "dünyanın ən mübariz xalqı" adına layiq görülmüşdülər. Erməni seperatçılarının ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ ərazisində həyata keçirməyə başladığı təxribatlar xalqımızın milli oyanışında, milli özünüdərk hissinin güclənməsində mühüm rol oynadı.

    1990-cı il 20 Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk edilmişdir. Bu faciə xalqı yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü ifadə edirdi. Belə bir mürəkkəb və çətin vəziyyətdə 20 Yanvar qırğını ilə bağlı Moskvada vətəndaş qeyrəti və həqiqi vətənpərvərlikdən doğan cəsarətli bəyanatı ilə Heydər Əliyev dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini ifadə və bəyan etdi. Dünya azərbaycanlılarının bir millət kimi mütəşəkilliyinə təkan verən bu bəyanat həmvətənlərimizi xalqın taleyi üçün tarixi məsuliyyəti daşımaq qüdrətində olan yeganə siyasi xadim və milli lider ətrafında birləşdirdi.

    Bu gün xaricdə yaşayan soydaşlarımızın milli diaspor halında formalaşması, respublikamızla əlaqələrinin yaradılmasında ortaya çıxan çətinliklərin və problemlərin daha səmərəli həlli yollarının araşdırılmasına böyük ehtiyac duyulur. Hazırda dünyanın əksər ölkəsində 300-ə yaxın Azərbaycan icma və birlikləri fəaliyyət göstərir və diasporumuzun təşkilatlanma prosesi bu gün də davam edir.

    Ayrı-ayrılıqda fəaliyyət göstərən çoxsaylı cəmiyyət və birliklər iş birliyi naminə bir araya gələrək Azərbaycan federal birlikləri yaratmağa başladılar. Bunların sırasında Ümumrusiya Azərbaycan Konqresini, Ukrayna Azərbaycanlıları Konqresini, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətini, Almaniya Azərbaycan cəmiyyətləri Federasiyasını, İsveç - Azərbaycan Federasiyasını, Qazaxıstan, Qırğızıstan və Özbəkistan azərbaycanlılarının "Turan" Konqresini və Qırğızıstanda "Azəri" İctimai Birliyini nümunə göstərmək olar. Bu cəmiyyət və birliklər fəaliyyət göstərdikləri ölkələrlə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, həmvətənlərimizin təşkilatlanması, onların tarixi Vətənləri ilə əlaqələrinin möhkəmləndirilməsi sahəsində əhəmiyyətli işlər görə bilmişdilər. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Azərbaycan diasporunun daha mütəşəkkill qüvvəyə çevrilməsinə nail olmaq məqsədilə yeni cəmiyyət və birliklərin yaradılmasına ardıcıl olaraq diqqət yetirməkdədir. Nəticədə yeni icma və birliklərin yaradılması tendensiyası digər ölkələri də əhatə etmiş və Belarus Azərbaycan İcmaları Konqresi, Moldova Azərbaycanlıları Konqresi, Özbəkistan Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası, Azərbaycan-Norveç Assosasiyası öz qüvvələrini bir mərkəzdə birləşdirmək əzmində olaraq bu sıraya qatılmışlar. Bu Federal birliklər Azərbaycan diasporunun təşkilatlanması və fəallığının artırılması üçün zəruri və mümkün tədbirləri görür və üzərinə götürdüyü vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır.

    Aparılmış məqsədyönlü işlər nəticəsində yalnız 2004-cü ildə Avropada, Şimali Amerikada, MDB məkanında və bir çox ölkələrdə o cümlədən, Özbəkistan, Qırğızıstan, Norveç, Niderland, Almaniya, İspaniya, İtaliya, Belçika, Bolqarıstan, Çexiya, Finlandiya, Estoniya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Misir Ərəb Respublikası, Türkiyə və ABŞ-da 40-a yaxın yeni Azərbaycan icmaları yaradılmışdır. Yeni Azərbaycan icma və bilikləri təsis edilməsi Azərbaycanın çağdaş diaspor quruculuğu işinin uğurları kimi qiymətləndirilməyə layiqdir.

    Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yeni icma və birliklərin yaradılması məsələsinə xüsus diqqət yetirir. Burada əsas strateji məqsəd, ümummilli liderimiz Heydər Əliyevin müəyənləşdirdiyi xəttə uyğun olaraq, müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının vahid bir mərkəzdə birləşdirilməsinə müvəffəq olmaqdan ibarətdir. Komitə ilkin mərhələdə müxtəlif ölkələrdə yaşayan azərbaycanlıları icma və birliklərdə birləşdimək, daha sonra isə bu icma və birlikləri vahid təşkilata cəlb etməyə çalışır.

  4. #104
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    men ele dusunurdum ki bu movzu daha cox oxunacaq, gorunduyu kimi ve melum oldugu kimi AZERBAYCAN haqqinda oxumaq ve ya melumat toplamaq istemirsiniz, cunki oxucularin sayi ele de cox deyil, teessuv ki oxucularin sayi hedsiz azdir.Azerbaycanla maraqlanmaq, onun haqqinda bir sey elde etmek isteyenler yoxdur,eziyyetim bir yana sadece dusundum ki belke diger olkelerden ve ya oz olkemizden oxuyucularin sayi artiq olar, amma heyif.

  5. #105
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    KÜRDƏMİR haqqında qısa məlumat.
    Aran iqtisadi rayonuna daxil olan Kürdəmir rayonu mərkəz kimi 1930-cu ildə yaradılmışdır.
    Kürdəmir sözünün etimologiyası haqqında bir neçə versiya var.
    Kürdəmir -"Kür" və "Dəmir" sözlərindən olduğu ehtimal olunur (Şirvan dialektində "Kür" sözü çılğın, cəsur, igid, qoçaq anlamında, "Dəmir" isə həmin ərazidə məskunlaşmış yeddi yaşayış məskəninin, obanın igidlərinin xası, başçısı, sərkərdəsi olan igid Dəmir, qoçaq Dəmir, cəsur Dəmir mənasında işlənmişdir).
    Kürdəmir - "kür dəymir" sözlərindən götürüldüyü ehtimal ounur. Yəni Kür çayı daşarkən daşqından əziyyət çəkməyən (suyun çatmadığı yerlər) sahə Kürdəymir kimi adlanmış, zaman keçdikcə "Y" sammiti assimilyasiya (aşınma) olmuş və "Kürdəmir" şəklində işlənmişdir. Ərazisi 163151 hektar olmaqla ölkə ərazisinin 1,9 %-ni təşkil edir. Rayon 23 inzibati ərazi vahidliyi,1 şəhər, 2 qəsəbə, 61 bələdiyyə ilə əhatə olunmuşdur.
    Ərazidə olan ümumi torpaq sahəsinin 116190 hektarı və ya 71,2 %-i rayonun istifadəsində, 46961 hektarı və ya 28,8 %-i isə Qaz, Qəbələ, İsmayıllı, Ağsu rayonlarının qışlaq sahələridir.
    Kənd təsərrüfatına yararlı 83359 hektar torpaq sahəsinin 52709 hektarı əkin yeri, 1097 hektarı çoxillik əkmələr, 73 hektarı dincə qoyulmuş sahə, 28480 hektarı isə örüş sahələridir.
    Rayon ərazisinin meyilliyi 1 dərəcə, dəniz səthindən hündürlüyü 0 200 m (dərinlik və hündürlük şkalası üzrə), havanın orta illik temperaturu 17,18 C, yağışların illik miqdarı 250-300 mm, küləyin sürəti 2-3 m/san, quru subtropik iqlimə xarakterikdir.

  6. #106
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu


  7. #107
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    Abşeron
    Ağdam
    Ağdaş
    Ağcebedi
    Ağstafa
    Ağsu
    Astara
    Balaken
    Berde
    Bakı
    Beyleqan
    Bilesuvar
    Cebrayıl
    Celilabad
    Daşkesen
    Deveçi
    Fizuli
    Gedebey
    Goranboy
    Göyçay
    Hacıqabul
    Xanlar
    Xankendi
    Xaçmaz
    Xocavend
    Xızı
    İmişli
    İsmayıllı
    Kelbecer
    Kürdemir
    Qax
    Qazax
    Qebele
    Qusar
    Qubadlı
    Quba
    Laçın
    Lenkeran
    Lerik
    Masallı
    Mereze
    Oğuz
    Saatlı
    Samux
    Salyan
    Siyezen
    Sabirabad
    Şeki
    Şamaxı
    Şemkir
    Şuşa
    Ter-Ter
    Tovuz
    Ucar
    Zaqatala
    Zerdab
    Zengilan
    Yardımlı
    Yevlax
    Naxçıvan
    Babek
    Şerur
    Ordubad
    Culfa


    Hər biri haqqında bir xəritə.
    Abşeron

    Ağdam

    Ağdaş

    Ağcabədi

    Ağıstafa

    Ağsu

    Astara

    Balakən

    Bərdə

    Bakı

    Beyləqan

    Biləsuvar

    Cəbrayıl

    Cəlilabad

    Daşkəsən

    Dəvəçi

    Fizuli

    Gədəbəy

    Goranboy

    Göyçay

    Hacıqabul

    Xanlar

    Xankəndi

    Xaçmaz

    Xocavənd

    Xızı

    İsmayıllı

    Kəlbəcər

    Kürdəmir

    Qax

    Qazax

    Qebele

    Qusar

    Qubadlı

    Quba

    Laçın

    Lerik

    Masallı

    Məzərə

    Oğuz

    Saatlı

    Samux

    Salyan

    Siyəzən

    Sabirabad

    Şəki

    Şamaxı

    Şəmkir

    Şuşa

    Tərtər

    Tovuz

    Ucar

    Zaqatala

    Zərdab

    Zəngilan

    Yardımlı

    Yevlax

    Naxçıvan
    Babək

    Şərur

    Ordubad

    Culfa

    Qeyd:Yeni verilmis seher adlari deyil, bu yalniz kohne adlar ve kohne xeritelerdir.

  8. #108
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    Salyan Haqqinda
    Bakıdan rayonun mərkəzinədək məsafə (km): -126 km İnzibati mərkəz :Salyan şəhəri (əhalisi 40 min ) Rayonun sahəsi : 1799 km2 Rayonun əhalisi : 120,4 min nəfər(1 yanvarRayonun coğrafi vəziyyəti və relyefi: Ərazisi əsasən Kür Araz ovalığının Salyan və cənub şərqi Şirvan düzündədi.Şərqdən kiçik sahədə Xəzər dənizi ilə hüdudlanır . Tirə və təpəliklər Babazanlı , Xıdırlı , Bəndovan və s .var. Ərazinin çox hissəsi okean səviyyəsindən 28 metrə qədər aşağıda yerləşir. Neogen və Antropogen çöküntüləri yayılmışdır . Palçıq vulkanları Qalmas, Xıdırlı, Babazanlı və s . var . Rayonun ərazisi neft və qaz yataqları ilə zəngindir. Boz-qonur , boz –çəmən ,çəmən–bataqlıq , şoran torpaqlar yayılmışdır.Təbiəti : Bitki örtüyü yarım səhra və səhra tiplidir.Ceyran,Qırmızıquyruq qumsiçanı, Kiçik Asiya qumsiçanı,gürzə,Kürən vağ,Qaşqaldaq,Kiçik qarabatdaq,Qaraboyun maygülü,Böyük ağ vağ, Harayçı qu quşu,Fısıldayan qu quşu,Ala ördək,Yaşılbaş ördək,Göydilli,Anqut,Fitçi cürə,Bizquyruq, Dalğıc,Marek,Ağ-quyruq dəniz qartalı,Qamışlıq belibağlısı,Ağquyruq çökük burun,Cüllüt,Qaratirinqa, Çəmən və iri qamışçıl,Arıquşu,Adi sar,İnperator qartalı,Bülbül,Çöl sarı,Tarla və Çöl bağlısı, Adi muymul,Çöl muymulu,Bildirçin, Cek, Bəzgək,Kəklik, Dovdaq,Durna,Torağayı,Sığırçın,Leylək,Qurq ur, Suriya ağacdələni,Qaratoyuq və s.Şirvan milli parkı,Kürsəngi və Kürovdağ dağlarında mağaralar,Kür-sahili Tuqay meşələri,Kür və Aqquşa çayları,dünyanın ən şor bulağı Şır-şır, Babaznlı dağındakı müalicə əhəmiyyətli İstisu . İqlim : Yayı quraq keçən mülayim –isti ,yarımsəhra və çöliqlimi var. Orta temperatur yanvarda 2,5 C 0 , iyulda 26,2 C 0-dir. İllik yağıntı 250–400 mm Qısa tarixi :
    Salyan sözünün etimologiyası haqqında müxtəlif mülahizələr var.1880-ci ildə Salyanda olmuş rus tədqiqatçısı K.Sadovski Salyan sözünün fars dilindəki “sal”-il,yaxud “salyane”- yəni illik bac mənasını verən sözdən yarandığını iddia etmişdir.”Tam fars,ərəb rus lüğəti”nin müəllifiİ.Yaqello ,”Burhane Qate “ kitabının müəllifi Məhəmməd Hüseyn Təbrizi ,”Lüğəti Naci”nin müəllifi Naci də K.Sadoski ilə eyni fikirdə olmuşlar.”Coğrafi adlar”kitabının müəllifi Nəbi Nəbiyev isə Salyan sözünün mənasını “bərə yeri”(salların sahilə yan aldığı yer) və ya sal tayfasının adı ilə bağlayır.Sal tayfası Azərbaycanda yaşamış türkdilli tayfa adıdır . Dünya şöhrətli türkoloq Murad Acı da Salyan sözünün sal tayfasının adı ilə bağlı olduğunu iddia edir.Elmi tədqiqatlara əsasən demək olar ki, sal tayfası bir zamanlar Volqaboyu sahillərdə yaşamışdır.Həmin ərazidəki düzənliklərdən biri“Sal düzənliyi“ adlanır.Bundan əlavə Rusiyanın Rastov vilayətindən axan Don çayının qollarından biri Sal çayı adlanır .Kalmıkiya və rastov vilayətindəki Verxni Sal və Salsk şəhərləridə bu tayfanın adından yaranmışdır. Bir fakta əsasən Bizans tarixçisi Menandr 558-ci il hadisələrindən bəhs edərək sal adlı hun tayfasının avar adlı tayfa birləşməsi ilə Cənubi Rusiya çöllərində müharibələr apardığını yazır.Sonradan salların müəyyən hissəsi Azərbaycana gəlib məskunlaşmışdır. Dilçi alim K.Ramazanov bu coğrafi adın sal-bərə sözündən ibarət olub “salın yan aldığı yer”lə bağlı yarandığını deyir.O, sözünün sübutu üçün belə bayatını misal çəkir: Əzizinəm sal yana Dara zülfün sal yana. Necəsən bir ah çəkim,Kür quruya ,sal yana . Salyandan Ərdəbilə,Təbrizə ,Dərbəndə və başqa şəhərlərə balıq,kürü,Babazənən dağı yaxınlığından çıxarılan neft və duz ixrac olunurdu.A.Bakıxanov göstərir ki,1295-1304-cü illərdə Sultan Məhəmməd Qazan xan Arqun oğlu tərəfindən 1295-ci ildə Kür çayının mənsəbində iki qolu arasında Mahmudabad şəhəri salınmışdır.1863-cü il kameral siyafıya alınmada aydın olur ki,Salyan şəhərində 1292 ev 10634 nəfər sakin olmuşdur.Çar Rusiyası zamanında 1868-ci ilin fevralında Bakı quberniyası da- xilində Cavad qəzası yaradılanda Salyan bu qəzanın inzibati idarəçilik və mədəni mərkəzi oldu .1881-ci ildə şəhərin ümumi torpaq sahəsi 800 desyatin olmuşdur. XX əsrin əvvəllərində Mirxalıq Abdullayev burada illik istehsal gücü 3-4 min tona çatan 3 pambıq təmizləmə məntəqəsi tikdirmişdir . Bununla yanaşı Salyanda istilik elektrik stansiyası,4 ibtidai məktəb və kitabxana fəaliyyət göstərmişdir.Bu vaxt şəhərdə bez istehsal edən 20 kiçik toxucu müəssisə,200 dükan,5 ticarət bankı, 3 karvansara,gəmi körpüsü,poçt stansiyası,karantin gömrükxana,11 mədrəsə,yeraltı hamam və xəstəxana fəaliyyət göstərmişdir.Bütün cənubi Rusiyada və Qafqazda ilk dəfə olaraq 1864-ci ildə Salyanda metroloji stansiya yaradılmışdır. Xalq sənəti : Xalçaçılıq, papaqçılıq, daş üzərində oyma, zərgərlik,ağac üzərində oyma,dəmirçilik. Milli yeməklər: Şor balığın dolması,xəşəm balığının dolması,narnumru,buğlama, cücə çığırtması,Salyan təndir çörəyi,Salyan nabatı,şor balığın basdırması.Ölkə əhəmiyyətli arxeoloji abidələri :
    Birinci Babazanlı yaşayış yeri e.ə.birinci minillikdə Marışlı yaşayış yeri XI-XV əsrlər , Marışlı nekropolu e.ə II minillik , Kürsəngi küp qəbirləri nekropolu e.ə II –e. III əsrlər ,Küsəngi küp qəbirləri nekropolu e.ə II –e. III əsrlər , Mahmuabad yaşayış yeri I-III əsrlər ,Mahmudabad küp qəbirləri nekropolu I-II əsrlər, Noxudlu yaşayış yeri e.ə II minillik . Yerli əhəmiyyətli arxeoloji abidələr :

    Salyan yaşayış yeri orta əsrlər ,II Babazanlı yaşayış yeri orta əsrlər , Qırxçıraq yaşayış yeri orta əsrlər , Yuxarı Xalac yaşayış yeri orta əsrlər, əndovan yaşayış yeri orta əsrlər, Xurşud yaşayış yeri orta əsrlər, Xurşud nekropolu orta əsrlər ,Arbatan yaşayış yeri orta əsrlər , Şorsulu nekropolu orta əsrlər ,Bəydili yaşayış yeri orta əsrlər , Qarabağlı yaşayış yeri orta əsrlər.

  9. #109
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    NAXÇIVAN MUXTAR RESPUBLİKASI

    Azərbaycanın cənub-qərbində Naxçıvan Muxtar Respublikası (NMR) yerləşir. O Azərbaycan Respublikasının əsas ərazisindən başqa bir dövlətin ensiz zolağı ilə ayrı salınıb ki, bu da keçmiş SSRİ rəhbərliyinin Qafqazdakı imperiya maraqlarının nəticəsində 1920-ci illərin əvvəllərində mümkün olmuşdur. NMR Dərələyəz dağlarının güney ətəklərində və Zəngəzur dağlarının günbatar səmtində qərar tutur.

    Bura dağlıq məkandır - muxtar respublika ərazisinin 30 faizindən çoxu dəniz səviyyəsindən 600-1000 metr yüksəkdə yerləşir. Bölgənin ən hündür dağları - QAPICIQ (3904 m) və İLANDAĞdır (2385 m).

    Muxtar Respublika mərmər, daş duz, əhəng, gips yataqları, SİRAB, BADAMLI, VAYXIR, NƏHƏCİR, QIZILCİR kimi nadir mineral sularla zəngindir. Burada yeraltı sular ümumiyyətlə boldur, ona görə də tarixən bölgədə kəhrizlərin - öz icrasına görə nadir yeraltı su tunellərinin tikintisi yüksək səviyyəyə çatmışdır. Yerin üstündən kəhrizə pillələrlə enirlər, elələri də var ki, onunla suyu sadəcə yerin səthinə çıxarırlar (eynilə müasir su kəmərləri tərzində). Kəhriz ustaları (kankanlar) öz peşə məharətlərini zəmanəmizə qədər qoruyub saxlayıblar.

    Muxtar Respublikada iqlim kəskin kontinentaldır, temperatur yayda +43-dən qışda -30 dərəcə arasında tərəddüd edir. Rütubət aşağıdır. Florası - fıstıq, şərq palıdı, qoz, söyüd, ağcaqayın, çoxlu dərman bitkiləri ilə təmsil olunur. Faunası - ayı, qaban, tülkü, dovşan, canavar, daş dələsi, dağ keçisi, Kiçik Asiya muflonları dağ qoyunları; quşlar - Xəzər uları, alp torağayları, dağ qaranquşu, daş kəkliyi.

    İRAN və TÜRKİYƏ ilə sərhədi boyunca ARAZ çayı axır, bundan başqa diyarda 40-a yaxın kiçik və orta uzunluqda çay axır (ORDUBADÇAY, ƏLİNCƏÇAY, GİLANÇAY, NAXÇIVANÇAY, ARPAÇAY və b.). Burada "üzən adaları" olan dünya gözəli Batabat gölü ilə yanaşı, Babək və Culfa rayonlarının torpaqlarını suvarmaq üçün süni göllər də var - onlar dəniz səviyyəsindən 1500 metr yüksəklikdə QAZANÇI kəndi yaxınlığında yerləşir.

    Bütün bölgədə qədim şəhərlərin çoxlu sayda xarabalıqları, bürclər, qalalar, məqbərələr qalmışdır. Bu diyar öz təbii sərvətləri kimi, strateji əhəmiyyətinə görə də işğalçılar üçün həmişə cəlbedici olmuşdur.
    NAXÇIVAN ŞƏHƏRİ - Azərbaycanın Naxçıvan Muxtar Respublikasının inzibati mərkəzidir. NAXÇIVANÇAYın sağ sahilində, dəniz səviyyəsindən 1000 m yüksəklikdə yerləşir. Bakıdan - 560 kilometrlik məsafədədir. Əhalisi 364 min nəfərdir.

    Naxçıvan Azərbaycanın və Şərqin ən qədim və iri şəhərlərindən olmuşdur. Şəhərin tarixi minilliklərin dərinlərinə gedib çıxır: arxeoloqlar burada eramızdan öncə II və I minilliklərə aid çoxlu maddi mədəniyyət əşyaları tapmışlar.
    Yerli sakinlər Naxçıvanın yerində yaşayış məskəninin yaranmasını Böyük Daşqından sonra xilas olmuş Nuh peyğəmbər haqqında rəvayətlə bağlayırlar. Əfsanəyə görə, Nuhun gəmisi quruya yan almazdan öncə üç dəfə Kiçik Qafqazın dağ zirvələrinə toxunmuş və onlardan biri - Ağrıdağ iki yerə ayrılmışdır - Böyük Ağrıdağ və Kiçik Ağrıdağ.

    Gəminin toxunduğu o biri sualtı dağ zirvələri isə Qapıcıq, İlandağ və Alagöz olub. Yerli sakinlər arasında dolaşan bu əfsanəyə görə, Nuh daşqın çəkildikdən sonra burada xeyli yaşamış və bu torpaqda vəfat etmişdir. Lap bu son zamanlaradək yaşayan uzunömürlü ağsaqqallar iddia edirdilər ki, Nuh peyğəmbərin dəfn olunduğu yeri tanıyırlar. Bu əfsanə xalq arasında o qədər geniş yayılmışdır ki, hətta məşhur rəssam Bəhruz Kəngərli "Nuhun qəbri" adlı rəsm əsəri də yaratmışdır.

    Naxçıvanın adının çəkildiyi ən erkən yazılı qaynaq - Ptolomeyin (II yüzil) əsərləridir. O, Naxçıvanın adını "Naxsuana" kimi qeyd edir. Orta yüzillərin ərəb qaynaqlarında şəhərin adı "Nəşava" kimi yazılır, amma Məhəmməd Naxçıvani, Həmdullah Qəzvini, Katib Çələbi və Evliya Çələbi və b. kimi məşhur orta əsr müəlliflərinin əsərlərində şəhərin adı böyük hörmətlə "Nəqşi-Cahan" adlandırılır ("Dünyanın Bəzəyi"). Erkən orta yüzillərdə Naxçıvanın Kiçik Asiya, Yaxın Şərq və Güney Qafqaz ölkələri ilə sıx və intensiv əlaqələri olmuşdur.

    Şəhərin gözəlliyi və onun geosiyasi mövqeyi həmsərhəd dövlətlərin tez-tez baş verən basqınlarına səbəb olurdu, nəticədə şəhər bir neçə dəfə dağıdılmışdır. Lakin hər dəfə Naxçıvan inadkarcasına yenidən ayağa qalxır, uçurulanları bərpa edir, əvvəlkindən də gözəl şəklə düşürdü. Məsələn, bizim eranın I yüzilinin ortalarında Bizans imperatoru II İrakli şəhəri soyub-talamış və dağıtmışdı, onu dəfələrlə monqol işğalçıları da dağıtmışlar, bu şəhər eləcə də Bizans və Ərəb Xilafəti arasında "nifaq alması"na çevrilmişdi. Lakin bütün zamanlarda Naxçıvan bu bölgədə yaranmış dövlət qurumlarının - Sacilər, Salarilər, eləcə də Eldənizlər sülaləsinin idarə etdiyi Azərbaycan Atabəylər Dövlətinin baş şəhərlərindən biri sayılmışdır.

    XII yüzildə Naxçıvanda 200 min əhali yaşayırdı, ticarət inkişaf etmişdi, şəhər öz ustaları və sənətkarları: dulusçuları, zərgərləri, şüşəçiləri ilə şöhrət qazanmışdı. Lakin şəhər öz inşaatçıları ilə daha çox tanınırdı - məşhur NAXÇIVAN MEMARLIQ MƏKTƏBİ burada meydana çıxmışdır, inşaat işləri isə geniş miqyas almışdı. Şəhərin gözəlliyindən vəcdə gəlmiş səyyahların şahidliyinə görə, orta yüzillərdə burada Eldənizlərin məşhur saray kompleksi, cümə məscidi, müsəlman maarifinin mərkəzinə çevrilmiş mədrəsə, dövlət binaları, əsilzadələrin sarayları ucaldılmışdı. Yazılı qaynaqlar o zaman şəhərdə "20 min ev, 70 dini bina, 20 karvansara, 7 hamam, bir neçə bazar" olduğundan xəbər verir.

    Fransız səyyahları Pyer Şarden və Dübua de Monper, ingilis səyyahı Porter qeyd edirlər ki, bura qədim memarlıq abidələrinin saxlanmış olduğu gözəl bir şəhərdir. Osmanlı səyyahı Evliya Çələbi hovuzuna hər gün bir səbət qızılgül ləçəyi atılan yerli hamamların ətirli suyundan söz açır.

    XV-XVI yüzillərdə Naxçıvan Azərbaycanı idarə edən QARAQOYUNLU, AĞQOYUNLU, ardınca isə SƏFƏVİ şah sülalələrinin tabeliyində idi. XVII yüzildə diyar ÇUXURSƏƏD BƏYLƏRBƏYİLİYİnin tərkibinə daxil edilmişdi və hərbçi GƏNGƏRLİ türk tayfasının başçıları tərəfindən idarə olunurdu. XVIII yüzildə burada NAXÇIVAN XANLIĞI adlanan dövlət qurumu yaradılmışdır. Xanlığın ərazisi 1828-ci il TÜRKMƏNÇAY MÜQAVİLƏSİnə görə, Rusiyaya birləşdirildi, sonralar Rusiyanın eyniadlı qəzasına (uyezd) çevrildi. 1924-cü ildə Naxçıvan şəhəri Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının paytaxtı elan olundu.

    Bu qədim şəhərə özünəməxsus mədəniyyət xasdır və onun ayrılmaz hissəsi bütün ölkədə məşhur olan yerli mətbəxdir. Misal üçün, xüsusi şəkildə qurudulan şaftalının içinə üyüdülmüş qoz-fındıq və şəkər tozu doldurmaqla hazırlanan "alana"; qayğanağa bal əlavə etməklə xüsusi "balqayqanaq" yalnız bu yerin mətbəxinə aiddir.
    Naxçıvan torpağı - XII yüzilin böyük memarı ƏCƏMİ İBN ƏBUBƏKR NAXÇIVANİnin vətəndir. Onun əsərlərindən YUSİF İBN KUSEYİR (Atababa künbəzi), MÖMİNƏ-XATUN türbəsi, minarəli CÜMƏ MƏSCİDİnin portalı zəmanəmizə qədər salamat qalmışdır. Hesab edilir ki, Möminə-xatun məqbərəsini yaratmaqla Əcəmi dövrün obrazını yaratmışdır. O, əbəs yerə məqbərəyə bu yazılarla naxış vurmamışdı: "Biz gedirik dünya qalır, biz ölürük - xatirəmiz qalır". Məqbərəni bəzəyən həndəsi və epiqrafik naxışlar zərgər dəqiqliyi ilə icra olunmuşdur: o, Şərqin sevimli qiymətli daşı - bərq vuran firuzəyə bənzəyir.

    Məşhur alim, dövlət xadimi, yazıçı, filoloq, farsca-türkcə ilk lüğətin müəllifi HİNDUŞAH BİN SƏNCƏR BİN ABDULLA NAXÇIVANİ (XIII-XIV yüzillər) burada doğulmuşdur. Onun oğlu, vergilərin qoyuluşu haqqında kitab yazmış MƏHƏMMƏD NAXÇIVANİ maliyyə sahəsində zəmanəsinin tanınmış dövlət xadimi idi (XIII-XIV yüzillər). Naxçıvan eləcə də KƏLBƏLİ XAN NAXÇIVANSKİ, onun oğlu, general HÜSEYN XAN NAXÇIVANSKİ, hərb xadimi CƏMŞİD NAXÇIVANSKİ, klassik yazıçı CƏLİL MƏMMƏDQULUZADƏ, romantik şair və dramaturq, Stalin repressiyalarının qurbanı olmuş HÜSEYN CAVİD, rəssam BƏHRUZ KƏNGƏRLİ kimi tanınmış simaların da vətənidir. Naxçıvan - Azərbaycanın ümummilli lider Heydər Əliyevin də vətənidir.

    Müasir Naxçıvanda elm və maarifə böyük diqqət yetirilir. Burada universitet, Azərbaycan Milli Elmlər Akademiyasının filialı fəaliyyət göstərir, akadem-şəhərcik tikilmişdir. Məktəblərə xüsusi diqqət yetirilir - köhnələri təmir olunur, yeniləri tikilir, məsələn, H.Əliyev adına çox böyük, gözəl təchiz edilmiş məktəb istifadəyə verilmişdir. Burada Mədəniyyət Sarayı, Dram Teatrı, Kukla Teatrı fəaliyyət göstərir. Əla təchiz olunmuş idman Olimpiya kompleksi istifadəyə verilmişdir.

    Şəhərdə Xalça Muzeyi, Ədəbiyyat Muzeyi, Tarix Muzeyi var. Burada eləcə də yazıçı-dramaturq Hüseyn Cavidin ev-muzeyi və məqbərəsi yerləşir. Şəhərdə xeyli tarixi abidələr - memarlıq kompleksi İMAMZADƏ, CÜMƏ MƏSCİDİ, ZAVİYƏ MƏSCİDİ, "PİRGƏMİŞ", "XAN EVİ", İSMAYIL XAN hamamı, YUSİF İBN KÜSEYİR məqbərəsi, MÖMİNƏ-XATIN məqbərəsi və s. mühafizə olunur.

  10. #110
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    Ordubad
    ORDUBAD RAYONU şimalda və şərqdə Ermənistanla, cənubda - İran İslam Respublikası ilə həmsərhəddir. NMR-in şərq hissəsində yerləşir.

    İqlimi təzadlıdır - soyuq qış, qızmar yay. Burada zəngin fauna və flora, heyrətamiz dərəcədə təmiz hava, çoxlu dərman bitkiləri və meyvələr yetişir. Bürünc dövrünün çoxlu tarixi abidələri: daş qoç heykəlləri, SABİR kəndində eramızdan öncə II-I minilliklərin yaşayış məskəninin qalıqları, AZA kəndi yaxınlığında qədim GİLAN şəhərinin xarabalıqları, KİLİT, VELAVER, ƏYLİS, AZA, KOTAM, BİLƏV, VƏNƏND kəndlərində orta əsr tikililəri, qədim ANABAD şəhərinin xarabalıqları, ANDEMİC kəndi yaxınlığında ŞAHTAXTI bürcü, XIX əsr məscidi, DƏR kəndi yaxınlığında XIV yüzil məqbərəsi, AZA kəndi yaxınlığında 1826-cı ildə tikilmiş körpü, DƏR kəndi yaxınlığında XIV yüzil hamamının xarabalıqları və bir çox tarixi abidələr qalır.

    Ordubaddan 60 km cənubda GƏMİQAYAda eramızdan öncə III-II minilliklərə aid nadir petroqliflər qorunub-saxlanmışdır. Burada adamları, məişət, ov səhnələrini, real və fantastik heyvanları təsvir edən minlərcə şəkil var.
    ORDUBAD ŞƏHƏRİ - Ordubad rayonunun inzibati mərkəzidir. Bu, Naxçıvan Muxtar Respublikasının böyüklüyünə görə ikinci şəhəridir. Şəhər XII yüzildən məlumdur, dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşir. Onun qədimliyi, çox sayda tarixi abidələrin mövcudluğu, yeni tikililərin onun xarici simasını demək olar dəyişdirmədiyi, sakinlərin qorunub-saxlanmış həyat tərzi səbəbincə, Ordubad şəhəri dövlət tarix memarlıq qoruğu elan edilmişdir.

    Tarixi abidələri: nadir arkalı ön görünüşü olan CÜMƏ MƏSCİDİ, DİLYAR MƏSCİDİ, ƏFQAN BÜRCÜ və XVIII yüzil eyvanı, çoxlu sayda qədim sərçeşmələr, dairəvi qübbəli örtülü QEYSƏRİYYƏ ticarət kompleksi (XIX-XX yüzillər) XVIII yüzil buzxanası və məscidi ikimərtəbəli mədrəsə və bir çox digərləri.
    Bu kiçik şəhərin nə kimi gözəlliyə malik olduğunu, qədim çağların təbii ətrini necə qoruyub-saxladığını başa düşməkdən ötrü Ordubadı görmək lazımdır. Ağlasığmaz dərəcədə nəhəng, gövdəsinin dairəsi 8 metr olan qocaman çinarların əmələ gətirdiyi kölgəliklərdə adamlar əyləşib tələsmədən söhbət edirlər, nadir məscidlər, ovdanlar, kəhrizlər - bütün bunların hamısının öz nadir özəllikləri var. Bu, qədim milli həyat tərzinin gözəlliyini qoruyub-saxlayan müasir insanların yaşadığı bir şəhərdir.

    Burada zəngin ekspozisiyası olan tarix, diyarşünaslıq muzeyi, teatr, Azərbaycan ədəbiyyatında tarixi-romantik canrın əsasına qoyan yazıçı Məmməd Səid Ordubadinin ev-muzeyi fəaliyyət göstərir. Akademik Yusif Məmmədəliyevin - Azərbaycan Elmlər Akademiyasının ilk prezidentlərindən birinin, Azərbaycan neft-kimyasının banisi, parlaq yaradıcı şəxsiyyətin, elmin təşkilatçısının, fəaliyyəti sayəsində Azərbaycanın İkinci Dünya müharibəsi zamanı Hitler faşizminin darmadağın edilməsinə əvəzsiz töhfə vermiş bir insanın doğulduğu evdə bərpa işləri aparılır.
    ORDUBADDA yerli sakinlərin evlərində qalmaq olar.

Sayfa 11/16 İlkİlk ... 910111213 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.