Sayfa 16/16 İlkİlk ... 6141516
159 sonuçtan 151 ile 159 arası

Azərbaycan, Odlar Yurdu

  1. #151
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    GÖR BİR NƏ VAXTDIR...
    Azərbaycan! Göz yaşı var gözündə,
    Qan ağlayır tariximiz bu gündə.

    Bulağlar bu gündə, dağlar bu gündə,

    Meşələr saralıb, gör bir nə vaxtdır!

    Kəlbəcərin, Ağdamın əsir düşüb,

    Şuşadan, Laçından ömrünə kəsir düşüb.

    Bülbülün bu dağlara avazı, səsi düşüb,

    Ağlayır, sızlayır gör bir nə vaxtdır!

    Ağdərə, Xankəndi hay vurur, haray vurur.

    Zalımlar, bədnamlar orada saray qurur.

    Bizim qaçqınlarsa çöldə quruyur,

    Çadırda yaşayır gör bir nə vaxtdır!

    Xan qızı! Məkanındı, el-obandır talanan.

    Topxana meşəsidir tonqal kimi qalanan.

    Baha olan, lakin ucuz alınan

    Torpaq da bir maldır, gör bir nə vaxtdır!

    Şəhid verdik torpaq üstə, el üstə,

    Vətənin uğrunda, doğma dil üstə.

    Şəhid oğulların yatır gül üstə,

    Cənnətdir məkanı gör bir nə vaxtdır!

    Bu millətin dərdi, bu da özümüz!

    Ağlamaqdan kor olubdur gözümüz

    Bununla bitmədi sinə sözümüz,

    Bitəli il olub gör bir nə vaxtdır!

  2. #152
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    Gülüstan müqaviləsi (1813)
    Gülüstan müqaviləsi (ingiliscə: Treaty of Gulistan) - 1813-cü ilin 12 oktyabr tarixində Rusiya İmperiyası ilə Qacar İran dövləti arasında imzalanmış və tarixi Azərbaycanın ərazisini Rusiya ilə İran arasında bölən birinci müqavilə.

    Çar Rusiyası Osmanlı İmperiyası ilə 1812-ci ilin yayında imzaladığı Buxarest müqaviləsi*ndə Osmanlı İmperiyası rusların Qafqazı işğalını tanıyır, bu torpaqlara iddiasından əl çəkir.

    1812-ci ildə Napaleon*un Rusiya hücumundan dəyərlənməyə çalışan İran vəliəhdi Abbas Mirzə Rusiyanın işğal etdiyi Azərbaycan xanlıqlarına hücum etsə də general P.Kotlyarevski bu hücumları dəf edir və bölgədə hərbi-siyasi üstünlük qazanır. Bu hallar İngiltərə*ni bərk narahat edir və onların təkidi ilə İran Rusiya ilə müqavilə imzalamaq qərarına gəlir.

    1813-cü ilin 12 noyabrında Gülüstan (Qarabağ) kəndində birinci Rusiya-İran müharibəsinin qurtarmasını bildirən müqavilə imzalanır. Bu müqavilə tarixə imzalandığı yerin adıyla Gülüstan müqaviləsi kimi daxil olur.

    Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən isə Ratişev imzalayır.

    Bu sülh müqavilənin şərtlərinə əsasən Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Talış, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verilir.

  3. #153
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    Ermenilerin sozde soyqirim iddialari

    Ermənilər 24 aprel 1915 də Türklər tərəfindən soyqırıma uğradıqlarını iddia edərək dünyaya özlərini məzlum və zülmə uğramış bir xalq olaraq tanıtmağa calışırlar,halbuki Ermənilər 20ci əsrin əvvəllərindən günümüzə qədər, arxalarına aldıqları digər Türk düşmənlərinin dəstəyiylə Azərbaycan və Anadolu Türklərin acımasız və zalımca soyqırım etmişdilər.1905,1915,1918,1920,1992 illərdə ermənilər deyil,Anadolu və Azərbaycan Türkləri soyqırıma məruz qalmışdılar.Ermənilərin Birinci dünya Savaşı sırasında ,Türk Ordusunu arxadan vurmaq üçün Fransızlar və Ruslarla anlaşdılar,bu səbəbdən Osmanlı dövləti bunun qarşısını almaq üçün erməniləri ölkə içində güvənli yerlərə köç etdirmək zorunda qaldı ,o köç zamanı, hava şərtlərinin yaxşı olmaması ilə birlikdə yayılmış xəstəlikdən ötrü yollarda ermənilərdən ölənlər oldu.Osmanlı arxivlərinə göre o tarixdə çox sayıda Türklərdə söz etdiyimiz səbəbdən ötrü ölmüşdülər.Ermənilərin iddialarına görə o vaxtda 1,5 milyondan artıq erməni ,Türklər tərəfindən öldürülmüş,halbuki 1906 adam sayımına görə o tarixdə Anadolu torpağlarında yaşayan ermənilərin sayısı 1 milyona çıxmamaqdadır.Erməni patrikxanasının verdiklərinə görə 1915 də 1,018,000 erməni Anadolu da yaşamaqdaydı.Butun bu iftiraların yalan olduğu bir həftə əvvəl Osmanlı arxivlərinin açılması ilə ortaya çıxdı.Türkiyənin “Arxivlərimizi açaq və tarixi məlumatları ortaya qoyaq”şüarına Ermənistanın niyə qarşı çıxdıği məlum oldu…1910-1922 illəri arasında erməni qruplaşması tərəfindən qətl ədilən 523 min 955 Türk var…bu tablo göstərir ki,Anadolu da həqiqətən bir soyqırım yaşanmış...Ermənilər yalnız Anadolu Türklərin deyil, Azərbaycan Türklərin də hər fürsətdə soyqırım etmişlər. Azərbaycan da 1918 də Mart soyqırımı olaraq tanınan erməni cinayətləri çox təkan vericidir,o zamanlar Bakı da yaşayan Bolşevik Blyumin xatirələrində erməni daşnaqlarının Mart 1918 də Bakı da 20,000 insanı öldürdüklərini yazırdı.1918-ci il yanvar ayından Mart ayına qədər daşnaq,bolşevik və digər erməni milli partiyaları Azərbaycan Türküne qarşı etdikləri cinayətlər inanılmaz idi.Sovvet üst dairələri də ermənilərə dəstək verirdi.Arxiv məlumatları göstərir ki Ruslar tərəfindən silahlanmış ermənilər Bakı da,Gəncə də ,Şamaxı da,evlərə hücum etdikləri zaman üç-dört günlük uşaqları, xəncər və süngü ilə vəhşicəsinə qətlə yetirirdilər.Arxivlərdə ki məlumatlara görə qulaqları,burunları kəsilən qarınları yırtılan 37 Azərbaycan Qadınının cəsədləri tapılmışdır.O dövürdə Ermənilərin Bakı da yaratdıqları cinayətlərin şahidi olan Seyid Cəfər Pişəvəri xatirələrində belə yazır”Mən Mart 1918 də daşnaqların vəhşiliklərini saysız günahsız adamları öldürüb cəsədlərinin yandırılmasını gözümlə gördüm.Bu çox zalımca bir hərəkət idi.”yenə də o tarixdə erməni vəhşiliklərinə şahid olan Nəriman Nərimanov, Azərbaycan Türkünə qarşı Bolşevik-daşnaq ittifaqı haqında ki fikirlərini belə ifadə edir”Bolşevik olan bir Azərbaycanlıya belə aman verilmədi.Daşnaqlar Bolşevikliyinizi tanımarıq,əvvəlcə Türksünüz,bu yetər deyirdilər.onlar(Ermənilər) Bolşeviklik adı altında Azərbaycanlılara qarşı hər cür cinayət işlədilər,elə ki,hamilə qadınlar belə bunlardan canlarını qurtara bilmədilər.”O dövürdə Azərbaycan Türkünü faciəvi şəkildə öldürülməsində böyük rol olan erməni aydınları, insanlıq siması olmayan əsgərlərinə dəstək verdilər.Savaşın gedişatında tarixi abidələrin məhv edilmesi, erməni deputatlarının təkidi ilə olmuşdu.Mart Soyqırımından bir il sonra ,ermənilər bu olayı Bolseviklərlə müselmanlar arasinda olan hakimiyet savaşı olaraq ictimaiyyətə yaymağa başladılar.1918 də Aprel ayının ilk günlərində başlayan Bakı soyqırımlarının eynisi Şamaxı,Quba,Xaçmaz,Lənkəran və Səlyanda da yaşandı.Mart ayının ortalarında 2000 erməni əsgəri Şamaxını ələ keçirdilər,insanları zalımca öldürərək şəhəri təmizləməyə başladılar,bir neçə gün içində Şamaxının 58 kəndi ermənilər tərəfindən dağıdıldı,təxminən 8 minə yaxın insan öldürüldü,bunun da 1653 ü qadın,956 i uşaq idi.1918 də 15000 adamu olan Şamaxıinin (%80 dən çoxu türk du) 1921 ilində adamu aşagi yuxari 1701 e duşdu.Quba,Goycay,Selyan və Lənkeranda erməni silahli birlikləri tərəfindən toredilən cinayətlər Bakı və Şamaxıidaki vəhşiliklərin benzeridir.ermənilərin Mart 1918 də Quzey Azərbaycanda etdikləri soyqırımların eynisını Güney Azərbaycanda da etmişdilər.Mart 1918 də Urmiye,Xoy,Salmas və Maku da minlərce Azərbaycan Türkünu qətl etdilər,bu olaylar sirasinda kurtlərdə, erməniləri dəstəklədi. ermənilərin Türkləre qarşi,en son vəhşilikləri, Qarabag Savaşinda dünyanin gozunun onundə yaşandi.1992 Xocali Soyqırımında, Şəhər yerlə yeksan olundu,8 ailənin tamamilə nəsli kəsildi,yüzlərlə qoca,qadın,uşaq amansızcasına güllələndi.1 milyona yaxın insan evlərindən,yurdlarından didərgin düşdü, və hələ də çadırlarda çətin şeraitlər altında yaşamaqdadırlar.Ermənilər etdikləri bütün bu vəhşiliklər və cinayətləre baxmayaraq utanmadan dünyaya, Türklər tərəfindən soyqırıma məruz qaldıqlarını qəbul etdirməyə çalışırlar,nə yazıq ki Türklər hələ bu günə qədər ermənilərin cinayətkar simasını dünya ictimaiyətinə görsədə bilməyiblər.

  4. #154
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    Elçibəy xatirəsi
    Elçibəy xatirəsi
    "Əbülfəz Elçibəysiz bir çox məsələlər həll olunmur"
    Azərbaycan Milli Azadlıq Hərakatının lideri, mərhum eks- prezident Əbülfəz Elçibəyin xatirəsi yaddaşlarda qalsa da, onun haqqında deyilənlər, yazılanlar kifayət deyil. Ömrünü Azərbaycanın azadlığı uğrunda mübarizəyə həsr etmiş eks-prezident barədə xatirələri yenidən vərəqlədik.
    Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev Əbülfəz Elçibəyi sadə, müdrik və filosof kimi xatırladığını bildirdi: "Bəzən Əbülfəz Elçibəyin hər hansı bir taktiki hərəkətləri zəif təsir bağışlayırdı. Məhz elə buna görə də onun prezidentliyi vaxtında deyirdilər ki, Əbülfəz bəy rəhbər kimi qətiyyətli addım atmır.


    Amma onun anlaşılmaz uzaqgörənliyi və intuisiyası ortaya çıxırdı. Məsələn, o bir şeyi bildirirdi və izah edirdi. Ancaq onun dedikləri bu şəraitə uyğun olmurdu. Üstündən bir neçə il keçəndən sonra Elçibəyin dediyi həmin fikirlər öz yerini alırdı. Yada düşürdü ki, bir neçə il əvvəl Əbülfəz bəy bunu olduğu kimi deyib. Eynilə öz taleyini də o cür elan etdi. Səhv etmirəmsə, 1992-ci ilin martın 25-də parlamentdə hamı onun prezidentliyə namizədliyini irəli sürəndə faktiki olaraq Əbülfəz bəy imtina etdi və çıxışında belə bir ifadə işlətdi: "İndi seçdiyiniz prezidenti bir ildən sonra qovacaqsınız". Bu, belə də oldu. Əbülfəz bəy Milli Azadlıq Hərəkatının lideri kimi prezident seçildi, amma bir il sonra o, öz vəzifəsini tərk etdi". Əbülfəz Elçibəyin böyüyə, kiçiyə qarşı çox həssas və diqqətli olduğunu xatırlayan Arif Əliyev belə keyfiyyətin hər siyasətçidə olmadığını bildirdi: "Bir adam kürsüdə oturan kimi onu oradan nəinki qoparmaq, heç tanımaq belə olmur. Amma Elçibəy prezident vəzifəsində də dəyişmədi. O öz sadəliyini insanlarla ünsiyyətdə qoruyub saxlayırdı. Digər tərəfdən, Əbülfəz bəy çox şeylərdə kompromisə gedən insan idi. Hətta belə bir fikir də səsləndirirdilər ki, onun kompromisi balans yaratma siyasətilə bağlıdır. Müəyyən hədlər var idi ki, Əbülfəz Elçibəy ondan arxaya çəkilə bilməzdi. Bu onda olan fərdi yox, ictimai hədlər, milli maraqlar idi. Azərbaycanın müstəqilliyi, ölkənin bütövlüyünün qoruyub saxlanması bu hədlərə aiddir. Həmin məsələlərə görə Elçibəy vəzifəsindən də keçə bilərdi. Hətta ola bilsin ki, fərdi münasibətdə düşmən kimi yanaşdığı adama çəkilib yol da aça bilərdi. Qısası, Elçibəy çox möhtəşəm bir şəxsiyyət olub və mən xoşbəxtəm ki, həyatımın müəyyən bir hissəsini üç insanın tabeliyində işləmişəm. Bunlar Nəcəf Nəcəfov, Aydın Məmmədov və Əbülfəz Elçibəydir".
    Eks- spiker Yaqub Məmmədov Əbülfəz Elçibəyi təmiz insan, Azərbaycanın müstəqilliyi uğrunda hər şeydən keçən adam kimi tanıyır: "Yaxından ünsiyyət qurduğum adam kimi xarakterizə etsəm, deyərdim ki, çox səmimi insan idi. Müəyyən dövrlərdə bizim onunla görüşlərimiz və münasibətlərimiz olub. Həmişə Əbülfəz Elçibəy Cənubi Azərbaycan problemindən danışırdı. O söhbətlərində iki yerə bölünmüş xalq kimi problemlərimizi qabardır və bunu siyasətinin əsas hissələri sayırdı. Hərəkat başlayan dövrdə hamı görürdü ki, bu adam xalq uğrunda mübarizə aparır və öz mənafeyini əsas tutmurdu. Elçibəy həmişə Azərbaycanın müstəqilliyinə çalışıb və onda SSRİ-yə qarşı nifrət hissi olub. Maraqlı söhbətlərində ürəkağrısıyla danışırdı ki, biz azad deyilik, imperiyanın əsarəti altındayıq, İranda da farslar bizi əzir. Mən Ali Sovetin sədri olan dövrdə də çox tez-tez görüşürdük və Cənubi Azərbaycan problemi barəsində söhbətlərimiz olurdu. Şəxsən mənim onunla münasibətimdə səmimiyyət və inam vardı. Sonralar isə onunla görüşməyimə imkan verilmədi, mən Prezident Aparatına buraxmadılar və bununla da əlaqələr kəsildi. Ancaq Elçibəy Kələkiyə gedib qayıdandan sonra onun təşəbbüsüylə görüşdük və olub keçənləri müzakirə etdik. Bu gün mən Əbülfəz Elçibəyi müstəqillik və azadlıq uğrunda canından keçən bir insan kimi tanıyıram".
    Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin həmsədri Novela Cəfəroğlu Əbülfəz Elçibəylə bağlı unudulmaz xatirələrini hər zaman xatırladığını və eks- prezidentə böyük şəxsiyyət kimi yanaşdığını vurğuladı: "Doğrudan da, bu gün Əbülfəz Elçibəyin yoxluğu hiss olunur. Yəni bu gün müxalifətin düşdüyü durumda onun yeri görünür. Əbülfəz Elçibəy həm də ağsaqqal kimi gözəl insan idi. Bəy yaşasaydı bu gün parçalanmış müxalifəti bir yerə yığıb, öz sözünü deyə bilərdi. Elçibəysiz çox məsələlər həll olunmur. Məsələn, Bütöv Azərbaycan məsələsi demək olar ki, bağlanıb. Yəni, onun qurduğu bütün birliklər və sistem fəliyyətini dayandırıb. Əbülfəz bəy Azərbaycanı sevən, onun bütövlüyünü arzulayan və ölkəmizin heç bir dövlətin təsiri altına düşməsini istəməyən şəxsiyyət idi. Onun ən birinci addımı Azərbaycandan rus qoşunlarını çıxarmaq və "Təhsil haqqında" qanunu qəbul etmək kimi vacib məsələlər oldu. Bayrağı, gerbi və himni ortalığa Elçibəy gətirdi. Elçibəy mənə ilk olaraq Hüseyn Cavidi sevməyi öyrətdi, Mikayıl Müşfiqi və Atatürkü sözün həqiqi mənasında tanıtdı. Musiqimizi, xalqımızı sevmək kimi məsələlərin hamısı mənə Əbülfəz Elçibəydən gəlib".
    Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Əbülfəz Elçibəy kimi tarixi şəxsiyyətdən və sadə bir insandan ayrılmağın çətin olduğunu söylədi: "Əbülfəz bəyi hər zaman məsləhətləşdiyim, bu günə kimi özümə böyük sandığım və bundan sonra da böyük sanacağım bir insan kimi xatırlayıram. İnsan öz sevdiyindən, böyüyündən, dostundan heç vaxt ayrıla bilməz. Təbii ki, insanın birinci dostu Allahdır, sonra millət və millətin aparıcı adamlarıdı. Belə bir böyüyündən insan heç vaxt ayrı qala bilmir. Əbülfəz Elçibəylə bağlı xatirələrim çoxdur, ömür vəfa etsə, yaxın zamanlarda bütün xatirələrimin hamısı hazır şəkildə çap olunacaq".

  5. #155
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    Unudulmaz Qehremanlarımız.

    Babek Xürremi (teqr. 795, başqa melumata göre, 798-14.3.838) - Azerbaycanda milli-azadlıq herekatının (816-38) rehberi, görkemli Azerbaycan serkerdesi ve siyasi xadimi. Erdebil (Cenubi Azerbaycan) yaxınlığındakı Bilalabad kendinde doğulmuşdur. Bezi müelliflere göre, adı Hesendir.
    Xürremilere qoşulan Babek Cavidanın ölümüneen sonra Azerbaycan xalqının ereb istilaçılarına ve xilafete qarşı azadlıq müharibesine başçılıq etmişdir.
    Tanınmış ereb serkerdeleri Babeke qarşı müharibede meğlub olmuşlar. Ereb ordusunun 6 meşhur serkerdesi Babekin desteleri terefinden öldürülmüşdü. 830-cu ilde Babekin qoşunlarının Hemedanı alması ile Şerq torpaqlarının xilafetden ayrılması tehlükesi yarandı.
    Ereb tarixçisi Mesudinin (10-cu esr) melumatına göre, geniş vüset almış Babek herekatı Abbasiler xilafeti üçün ciddi tehlükeye çevrilmişdi. Xelife Memun varisi Mütesime xürremilere qarşı bütün qüvveleri seferberliye almağı ve müharibeye daha tedbirli, daha qeddar bir serkerde göndermeyi vesiyyet etmişdi.
    Babek ereb ordusunun Azerbaycandan çıxarılmasına nail olmaq meqsedile 834 - 836-cı illerde Bizans imperatoru Fefile xilafete qarşı ittifaq bağlamağı teklif etmişdi. Babekin ereblere qarşı Bizansla evveller de müqavile bağlaması melumdur. 837-ci ilde imperator ereblere qarşı qoşun gönderdise de bu, Azerbaycanda mübarizenin neticesine ehemiyyetli tesir göstermedi.
    Babek herekatının getdikce güclenmesinden qorxuya düşen Mütesim Bizans dövleti ile sülh bağladı ve xilafetin bütün herbi qüvvelerini xürremilere qarşı gönderdi. Babek herekatına qarşı emeliyyat aparan yaxşı silahlanmış xilafet ordusuna Bizansla müharibede şöhret qazanmış türk serkerdesi Afşin Heyder Kavus oğlu başçılıq edirdi.
    Üsyançıların şiddetli müqavimetine baxmayaraq, ereb qoşunları 837-ci ilde Bezz qalasını aldı. Babek kiçik bir deste ile mühasireden çıxıb Araz çayını keçerek Arrana geldi. O, Bizansa gedib imperator Feofil ile elaqe yaradaraq yeni ordu toplamaq isteyirdi. Lakin Şeki (indiki Ermenistanın Sisiyan rayonunun erazisinde) hakimi ermeni Sehl ibn Sumbatın xeyaneti neticesinde erebler Babeki ele keçirdiler. 838-ci il yanvarın 4-de Babek ve qardaşı Abdulla Samire şeherine aparıldı. Xelife Mütesim Babeki işgence ile edam etdirdi.
    Babekin başçılıq etdiyi azadlıq müharibesi xilafeti zeifletdi ve onun parçalanmasını süretlendirdi.

  6. #156
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    Azərbaycanın torpaq ehtiyatları və onlar haqqında
    Ümumi anlayış

    Torpaq xarici mühitin mühüm amillərindən biri olub, təbiətin böyük əhəmiyyətə malik, başlıca nemətidir. O, yer kürəsinin həm daxilində, həm də səthində gedən və uzun sürən proseslərin nəticəsində yaranmış, bioloji, atmosfer və d. Amillərin təsiri altında daima dəyişmiş və dəyişməkdədir.
    Bəşəriyyətin gələcək talei üçün mühüm problemlərdən biri də insanların ərzaq və qida məhsulları ilə təmin olunma problemidir. Bu məsələ insanın əmələ gəldiyi gündən mövcud olmuşdur. Lakin sonralar insanın həyat tərzinin inkişafı sayəsində ərzaq və qida ilə təmin olunma prosesi bir istehsal formasından digərinə keçərək zaman baxımından dəyişmişdir. Məsələn, əvvəlcə hazır qida məhsulları toplamaqdan (ot, meyvə, xırda heyvanlar, həşəratlar və s.) insanlar ovçuluğa, ovçuluqdan heyvandarlığa, sonra əkinçiliyə keçmişdir.
    Dünyanın bir sıra ölkələrində ərzaq problemi gündən – günə kəskinləşir, milyonlarla adam aclıq çəkir. Buna səbəb, ilk növbədə torpaqdan istifadə cəmiyyətdəki ictimai – iqtisadi şəraitdən doğan nöqsanlar, insanın istehsal fəaliyyəti nəticəsində torpağın məhsuldarlığının kəksik aşağı düşməsi və digər antropogen mənşəli pozuntulardır.
    Münbit rorpaq örtüyünə malik olan ölkəmizdə son onilliklərdə suvarma şəbəkələri xeyli genişləndirilmiş, Mil, muğan, Şirvan və qarabağ düzlərində uzun illərdən bəri istifadəsiz qalmış ərazilərə həyat gətirilmiş və xeyli torpaq sahələri kənd təsərrüfatı istehsalı dövriyyəsinə daxil edilmişdir.
    Respublikamızda suvarma əkinçiliyi yayılmış torpaqlar fiziki quruluşu və kimyəvi tərkibinə görə fərqlənirlər. Həmin müxtəliflik torpaqların mexaniki tərkibi, şorlaşması, bataqlaşması, qida elementlərinin miqdarı, eroziyaya uğrama dərəcəsi, qalınlığı, skeletliyi, qaysaqbağlaması və s. əlamətlərdə özünü göstərir. Bütün bunlar mütərrəqqi suvarma üsul və texnikasının tətbiq edilməsini, elmi cəhətdən əsaslandırılmış suvarma rejimini və aqrotexniki tədbirləri həyata keçirməklə yüksək mədəni əkinçilik sistemini yaratmağı tələb edir. Kənd təsərrüfat bitkilərinin suvarma rejimi və texnologiyasının rayonlaşdırılması, torpağın münbitliyinin və məhsuldarlığının artırılması qarşıda duran mühüm vəzifələrdən biridir. Kür – Araz düzənliyində, Xəzər sahili Quba – Xaçmaz zonasında, Nax. MR – da və digər ərazilərdə kollektor - drenaj şəbəkələrinin layihələndirilməsi və duzlu torpaqların yuyulmasına dair məsələlər, meliorasiya olunmuş torpaqların kənd təsərrüfatı bitkiləri altında mənimsənilməsi diqqət mərkəzində olmalıdır.
    Torpaq örtüyünü eroziyadan mühafizə etmək və bununla da torpağı yuyulub dağılmaqdan qorumaq üçün hər bir zonaya uyğun olan mübarizə tədbirləri nəzərdə tutulmalıdır. Eroziyaya qarşı əsas mübarizə tədbirləri olan aqrotexniki və hidrotexniki tədbirlər sistemi dağ – çəmən, dağ – meşə, əkinçilik zonalarında kompleks şəkildə həyata keçirilməlidir. Yay və qış otlaqlarında eroziyanın qarşısını almaq üçün bitki örtüyünü hərtərəfli qorumaq və eroziyaya uğramış sahələrdə lazımı tədbirlər aparmaq lazımdır. Ot örtüyünü pozulub dağılmadan mühafizə etmək məqsədi ilə otarma normasına əməl edilməlidir.
    «Meliorasiya torpaqşünaslığı» elmi, məqsədi və vəzifələri. «Meliorasiya torpaqşünaslığı» torpağın quruluşu, mənşəyi, tərkibi, xassələri, inkişafı, coğrafi yayılma qanunauyğunluğu, münbitliyi və səmərəli istifadə üsulları haqqında elm olan torpaqşünaslığın bir bölməsidir. Burada torpağa bir meliorativ obyekt kimi baxılaraq, nəinki onun xüsusiyyətlərinin və rejiminin yaxşılaşdırılması, həm də torpaqəmələgətirən alt qatın və yeraltı suların tərkib ve rejiminin məqsədəuyğun şəkildə tənzimlənməsi nəzərdə tutulur. «Meliorasiya torpaqşünaslığın» da landşaftın əsas melirativ obyekti olaraq, süxur və qrunt suları qəbul edilir.
    Torpaq profilində morfoloji cəhətdən əmələ gələn dəyişikliklər, atmosfer çöküntüləri və suvarma suyu ilə yuyulub gətirilən müxtəlif aşınma məhsullarının ərazidə çöküb, dərin qatlara basdırılması ilə əlaqədardır. Bəzi hallarda təbii bitki örtüyünün məhv edilməsi, becərmə və aqrotexniki tədbirlərin düzgün aparılması eroziya prosesini o dərəcədə sürətləndirir ki, dağətəyi düzənlik sahələrdə iki profilli torpaq törəmələri əmələ gətirir.
    «Meliorasiya torpaqşünaslığı» elminin qarşıya qoyduğu məqsəd təkcə torpaq qatının yaxşılaşdırılması ilə əlaqədar onun xassə və xüsusiyyətlərini təsvir və müəyyən etməklə məhdudlaşmır, eyni zamanda ərazinin meliorasiyasının növü və üsulunun seçilməsi torpaq qatının xassələri (kimyəvi, fiziki, mineraloju və s.), buradakı dəyişikliklərin baş vermə rejimi və onun formalaşma şəraitilə bağlı şəkildə müəyyən edilir.
    «Meliorasiya torpaqşünaslığı» elmi nəinki meliorasiya olunan ərazilərdə torpağın təbii xassələrində baş verən dəyişiklikləri müəyyən etməli, eyni zamanda aparılan tədbirlər nəticəsində onda yarana biləcək zərərli halları proqnozlaşdıraraq, vaxtında qarşısını almağa kömək etməlidir.
    Azərbaycanda torpaqşünaslıq və meliorasiya elminin inkişaf tarixi haqqında. Azərbaycanda torpaqşünaslıq elminə aid ədəbiyyatlarda göstərilir ki, ölkənin torpaqları haqqında qismən 1869-1870 – ci illərdə İ.K.Kovalevskinin, 1890 – cı ildə P.S.Kossoviçin, 1898-ci ildə V.V.Dokuçayevin, 1911-1914-cü illərdə S.A.Zaxarovun, V.A.Romanovun və Y.A.Kamenskinin müəyyən fikirləri olmuşdur. Lakin bu tədqiqatçılarla müqaisədə Azərbaycanda torpaqşünaslıq, aqrokimya və torpaqların meliorasiyası sahəsində Həsən bəy Məlikov Zərdabinin elmi fikirləri daha erkən olmuşdur. Təəsüflə qeyd etmək lazımdır ki, onun irsi bu vaxta qədər geniş tədqiqat və təbliğat mövzusu olmamış, həmin elmlərin inkişafı tarixində əks etdirilməmişdir.
    Azərbaycan xalqının elm və mədəniyyəti tarixində böyük təbiyyatşünas alim və marifpərvər ziyalı kimi xüsusi yer tutan H.Zərdabi kənd təsərrüfatı elmlərinin bir sıra sahələri, o altında çəmən – bataqlı və bataqlı torpaqların törəməsinə təsadüf edilir.
    Çəmən boz torpaqlar udulmuş əsaslarla doymuşdur, onların cəmi üst qatda 25 mq.ekv olub, aşağı qatlara doğru bir qədər azalır, 100-140 sm dərinlikdə isə 18,2 mq.ekv-ə çatır. Əkin qatında udulmuş əsasların 84%-ni kalsium, 13%-ni maqnezium və 3%-ni natrium təşkil edir.
    Dərin qatlara getdikcə kalsiumun miqdarı azalır (78%), maqneziumun və natriumun miqdarı artır. Çəmən – boz, torpaqlarının şum qatında xüsusi çəkisi 2,58-,2,63 q/m3, həcm çəkisi 1,16-1,50 q/m3, məsaməliyi isə 43,0-45,0% arasında dəyişir.
    Yuxarıda təsvir olunan torpaqların əksər hissəsi, suvarma əkinçiliyi şəraitində dənli, texniki və digər bitkilər altında istifadə olunur.

    Ölkənin torpaq sərvəti

    Azərbaycan Respublikasının ərazisinin (8,7 mil. ha) 77,6%-i (6,7 mil.ha) kənd təsərrüfatı ilə əlaqədar olan müəssisələrin istifadəsindədir. Ümumi ərazinin 32,3%-i bilavasitə kənd təsərrüfatının istifadəsindədir. Çoxillik ağac və kol bitkiləri (meşələrsiz) ölkənin ərazisinin 6,1%-ni, dincə qoyulmuş sahələr 6%-ni, biçənəklər 2,7%-ni, qış və yay otlaqları 53%-ni təşkil edir. Respublikanın ərazisinin 12,1%-i meşələr, 3,53%-i su altında qalan sahələrdir. Sonuncunun 92,5 min hektarını göllər, su anbarları, nohur və sututarlar, 120 min hektarını suvarma və kollektor-drenaj şəbəkələri altında qalan sahələr tutur. Şəhər, qəsəbə və d. Yaşayış məntəqələri, sənaye obyektləri, dəmir-şosse yolları ölkənin ərazisinin 6,7% təşkil edir. Azərbaycan kənd təsərrüfatı istifadəsində olan torpaq fondunun 510,2 mi ha eroziya baxımdan təhlükəli sahələri, 1361,1 mi ha müxtəlif dərəcəli şoran və şorakətli torpaqları 733,2 min ha daşlı-çınqıllı sahələri və 70,5 min HA-nın bataqlıq sahələri tutur. Bataqlıq sahələrin əsas hissəsi (50 min HA-dan artıq) Kür – Araz düzənliyinin, bir qismi isə Lənkaran-Astara (9,2 min ha), Şəki-zaqatala (4,3 min ha) və Quba-Xaçmaz (2,0 min ha) zonalarının payına düşür. Ölkənin kənd təsərrüfatına yararlı torpaq fondunun səmərəli istifadəsi, yaxşılaşdırılması və mühafizə hazırda qarşıda duran mühüm problemlərdəndir. Respublikada əhalinin artımı, adambaşına düşən torpaq sahəsinin dinamikliyi getdikcə bu problemin gerçəkləşdirilməsini tələb edir. Kənd təsərrüfatında istifadə edilən torpaq fondunun keyfiyyətcə yaxşılaşdırılması və qismən genişləndirilməsilə yanaşı ölkənin su ehtiyyatlarından səmərəli istifadə etmək, onların toplanması, bölüşdürülməsi sahəsində mühüm texniki tədbirlər həyata keçirilmişdir. Bu illərdə Mingəçevir (16km3), Şamxor (2,5 km3), Naxçıvan (1,5 km3), Sərsəng (0,56 km3), Arpaçay (0,15 km3) və d. Həcmi 1,5 mil. m3-dan böyük olan 40-dan artıq su anbarı; Kür araz ovlağının su təminatında böyük rol oynayan Yuxarı şirvan və Yuxarı Qarabağ kanalları; Baş Mil kanalı; Kür, Alazan, Xramçay nasos stansiyaları və bir sıra iri hidromeliorativ qurğular tikilib istifadəyə verilmişdir. Azərbaycanda ərzaq probleminin həlli, kənd kənd təsərrüfatında torpaqların meliorasiyasının yeni səviyyəyə yüksəltməyi, onun imkanlarından daha yaxşı istifadə olunmasını tələb edir. Respublikamızın torpaq – su ehtiyyatlarından gələcəkdə daha səmərəli və qənaətlə istifadə edilməsi kənd təsərrüfatı və texniki bitkilərin suvarılmasında yüksək məhsuldarlı suvarma texnikasının tətbiqi, avtomatika və telemexanika sistemlərindən suvarma şəbəkələrində geniş istifadə olunmasını, sızma əleyhinə örtüklü məcralı kanallı və borulu suvarma sistemlərinin tikilməsini, şoran və şorakət torpaqların duzdan təmizlənməsində plastmas borulu xəndəksiz mütərəqqi üsulların tətbiqinin genişləndirilməsini tələb edir.

    Azərbaycan torpaqlarının eroziyası

    Azərbaycan ərazisinin 60%-ni dağ və dağətəyi sahələr təşkil edir ki, onun da xeyli hissəsi müxtəlif dərəcəli eroziyaya məruz qalmışdır. Burada yerləşən əkin sahələrində, otlaq və biçənliklərdə aqrotexniki və meliorativ tədbirlərin düzgün həyata keçirilməməsi, torpaqların eroziyasına səbəb olur. Belə ərazilərdə torpaqların eroziyasının geniş intişarına səbəb, kənd təsərrüfat dövriyyəsində olan sahələrin milliyidir. Apardığımız tədqiqatlara görə Azərbaycanın dağlıq ərazilərində (okean səviyyəsinin 200m yüksəklikdə yerləşən sahələrdə) suvarmaya yararlı torpaq sahələrinin ancaq 36%-nin (580,4 min ha) mailliyi 0,02-0,03, qalan 64%-nin (1041,1 min ha) mailliyi 0,02-dən artıqdır. Respublikada torpaq eroziyasına qarşı mübarizə aparmaq, kompleks tədbirlər görmək üçün həmin prosesi doğuran səbəbləri və onun gedişini öyrənmək lazımdır. Bunu isə şaquli zonalıq üzrə səciyyələndirmək daha məqsədəuyğundur. Əsasən 2000-3500 metr (qismən 1600-3500 metr) hündürlükləri əhatə edən dağ-çəmən qurşağı alp, subalp və bozqır çəmənliklərdən, dağ-çəmən, qaratorpaq, çürüntülü-karbonatlı və s. torpaq tiplərindən, meşə torpaqlarının bozqırlaşmış və çəmənləşmiş yarımtiplərindən ibarət torpaq örtüyünə malikdir. Burada səthi eroziya geniş inkişaf etmişdir. Bəzi yerlərdə isə qobu eroziyasına geniş inkişaf etmişdir. Bəzi yerlərdə isə qobu eroziyasına da təsadüf edilir. Azərbaycanın yay otlaqlarında eroziya prosesi güclü inkişaf etmiş olsa da, onlar ayrı – ayrı rayonlarda qeyri – bərabər əraziyə və inkişaf dərəcəsinə malikdir. Məsələn, eroziyaya uğramış sahələr Qusar, Laçın, Kəlbəcər kimi rayonlara nisbətən Ordubad, Qəbələ, İsmayıllı rayonlarında 24-31% artıq əraziləri əhatə edir. Ordubad, İsmayıllı, Qəbələ kimi rayonların ərazisindəki dağ – çəmən torpaqların 90-96%-i müxtəlif dərəcədə eroziyaya uğramış torpaqlardır. Şiddətli eroziyaya uğramış torpaqlar İsmayıllı rayonunda yuyulmuş torpaqların 20%-ə qədərini təşkil edirsə, Qusar rayonunda bu rəqəm 56%-ə çatır. Yaşayış yerlərinin ətraf meşələri daha çox məhv edildiyindən həmin ərazilərdə səthi, istərsə də yarğan eroziyaları geniş yayılmışdır. Məsələn, 1925-1926-cı illərdə Şəki rayonundakı Oxud və Kiş, Qax rayonundakı İstisu, Oğuz rayonundakı Filfili kəndləri ətrafında palıd və vələs meşələrinin qırılması nəticəsində bu yerlərdə səthi və qobu eroziyası geniş inkişaf etməyə başlamışdır. Müəyyən edilmişdir ki, hər il qobular 2-2,6 metr uzununa böyüyərək torpaqların yuyulmasına səbəb olmuşdur. Respublika ərazisində qobuların ən çox inkişaf etdiyi ərazilər dağətəyi və alçaq dağlıq yarımqurşağında boz-qəhvəyi torpaqların yayıldığı sahələrdir. Qobuların intensiv inkişaf etdiyi sahələr əsasən Ceyrançöldə, Kiçik Qafqazın cənub – şərq qurtaracağında, Lənkəran zonasının şimal hissəsindəki Xəzərin qədim terraslarında və d. torpaqlardadır. Eroziya nəticəsində Azərbaycanın dağlıq ərazilərində denudasiya, düzənlik ərazilərdə isə akkumulyasiya prosesi intensiv inkişaf etmişdir. Lakin çayların gətirdiyi torpaq və süxur materiallarının xeyli hissəsi akkumulyasiyada iştirak etməyib, Kür – Araz çayları ilə Xəzər dənizinə axıdılır. Azərbaycanda çayların nəqletdirdiyi asılı gətirmələr olduqca çoxdur. Akstafa çayın suyunun hər m3-də 282 qram, Turyançayın suyunun hər m3-də bundan 16 dəfə çox, yəni 4490 qram asılı gətirmələr vardır. Azərbaycanda külək eroziyası istər aşağı dağlıq və dağətəyi sahələrin bozqır qurşağında, istərsə də yarımsəhra zonasında, güclü küləklərin təsiri ilə qumlu, şumlanmış, bitki örtüyü zəifləmiş sahələrdə baş verir. Bir çox yerlərdə torpağın üst münbit qatı sovrulur, alt az münbit qatı və hətta süxur üzə çıxır və sahənin pisləşməsinə səbəb olur. Külək eroziyası su eroziyasına nisbətən az ərazini əhatə etsə də xalq təsərrüfatına vurduğu zərərə görə ondan geri qalmır. Göründüyü kimi, deflyasaya təbiətə üçtərəfli mənfi təsir göstərir: 1) münbit torpaq və yumşaq qum qatını sovurub aparmaqla torpağı münbitsizləşdirir, çökəkliklər yaratmaqla sahələrin relyefini pozur; 2) daşınma materialları münbit torpaqlı sahələri, otlaqları, yaşayış yerlərini basır, onları sıradan çıxarır, müxtəlif ölçüdə təpəciklər yaradaraq relyefi korlayır; 3) küləklər torpağın üst münbit qatını apararaq şorlaşmış şorakətləşmiş qatı üzə çıxarır, şorlu torpaq və süxur qatını aparıb başqa yerlərə yayaraq kənd təsərrüfatı üçün yararlı sahələri də korlayır.

    Eroziyaya qarşı mübarizə tədbirləri

    Torpaq eroziyası ilə mübarizə aparmaq, hazırda eroziya yayılan sahələrdə onun qarşısını almaq, torpaqları eroziyadan qorumaq ümumdövlət əhəmiyyətli problem olub, təbiətdən səmərəli istifadənin vəzifələrindən biridir. Bu tədbirlər üç istiqamətdə aparılmalıdır: 1. Eroziyanı törədən səbəbləri aradan qaldırmaqla. 2. Eroziya proseslərinə qarşı bilavasitə mübarizə tədbirləri və vasitələri tətbiq etməklə. 3. Eroziyanın xalq təsərrüfatına təsirinin mənfi nəticələrini aradan qaldırmaqla. Eroziyanı törədən səbəblərin aradan qaldırılması elmi cəhətdən əsaslandırılmış tədbirləri tətbiq etməklə mümkündür. Bunun üçün aşağıdakı təsərrüfat-təşkilatı tədbirlər həyata keçirilməlidir: - dəmyə əkinçiliyi zonasında dik yamacların şumlanmasına yol verilməlidir. Azərbaycan Respublikası Təbiəti Mühafizə qanununa əsasən, dikliyi 150-dən artıq olan yamacların başdan – başa şumlanması qadağan edilməlidir. Birillik bitkilər əkilən sahələrdə eroziyaya qarşı aqrotexniki tədbirlər kompleksi həyata keçirilməlidir; - suvarma əkinçiliyi rayonlarında irriqasiya və meliorasiya qaydalarına riayət edilməli, torpaqların suvarma nəticəsində yuyulmasına (irriqasiya eroziyasına) yol verilməlidir; - yol, qaz, su kəmərləri, yüksək gərginlikli elektrik xətləri çəkilişi və müxtəlif qurğuların inşası zamanı torpaq sahələrinin korlanmasına qarşı ciddi mübarizə aparılmalıdır; - dik yamaclar da bağlar, plantasiyalar və meşəliklərin salınması, sahələrin xəndəklərlə, zolaqlarla, yuvalarla, meydançalarla hazırlanması və terraslaşdırma ilə həyata keçirilməlidir; - yay otlaqlarının vəziyyətindən, xüsusilə torpaqların eroziyaya uğrama dərəcəsindən, onun məhsuldarlığından asılı olaraq, sahə vahidində malqara otarılması normalarına ciddi əməl edilməlidir; səthi yuyulmamış və otun məhsuldarlığı çox olan ərazilərin hər hektarında 5-8 baş, səthi orta yuyulmuş və otun məhsuldarlığı az olan sahələrin hər hektarında isə 4-5 baş heyvanın otarılması planlaşdırılmalıdır; - yaylaqlarda ərazinin coğrafi mövqeyi, dəniz dəniz səviyyəsindən hündürlüyü, yamacların istiqaməti və s. nəzərə alınmaqla, otarmanın başlanması və qurtarması müddətinə ciddi əməl edilməlidir; - otlaqların bitki kütləsindən səmərəli istifadə etmək (xüsusilə otarılan zaman bitkilərdən qənaətlə istifadə etmək və onların artımı üçün şərait yaratmaq) üçün hər yerdə dövriyyələr və mədəni otarma sistemi tətbiq edilməlidir; - yağışlar zamanı islanmış ərazilərdə heyvanların dırnaqları ilə bitkilərin məhv edilməməsi və torpağın aşınmaması üçün, əvvəlcə quru sahələrdə otarma aparılmalıdır; - eroziya prosesinin intensiv getdiyi ərazilərdə otlaqların bitki örtüyünü bərpa etmək üçün, 2-3 il otarma aparılmamalıdır; - şiddətli sel hadisəsinin baş verdiyi çay hövzələrinin yuxarı hissəsində otarmanı tamamilə qadağan etmək, ya da xeyli məhdudlaşdırmaq lazımdır; - sürüşmə prosesi torpaq eroziyasını sürətləndirdiyindən dağ – çəmən və dağ – meşə qurşaqlarında belə ərazilərdə torpaqlardan bərkiməsi üçün 3-4 il otarma qadağan edilməlidir; - istifadəsiz qalan suvarma suyunun, kommunal – məişət qurğularından buraxılan suların özbaşına axaraq çökəklikləri və d. yerləri doldurmasına yol verilməməlidir.

  7. #157
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    Azərbaycan iqtisadiyyatının sınaq ili

    Millət vəkili Ziyad Səmədzadə bildirib ki, 2009-cu il dünya iqtisadiyyatında qlobal maliyyə böhranı ili olsa da, Azərbaycan ciddi itkilərlə üzləşməyib. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü olan Ziyad Səmədzadənin sözlərinə görə, böhran dünyanın əksər ölklərinin iqtisadiyyatını tənəzzülə uğratsa da, Azərbaycanda bu dövr ərzində nə iş yerləri bağlanıb, nə də banklar müflisləşib.

    Deputat 2009-cu ili Azərbaycan iqtisadiyyatı üçün sınaq ili kimi qiymətləndirib. “2009-cu ildə dünyada qlobal maliyyə böhranı nəticəsində minlərlə müəssisə bağlanıb, banklar müflisləşib. Azərbaycan özünün düzgün inkişaf strategiyası ilə sübut edib ki, Azərbaycan maliyyə böhranına ən az məruz qalan ölkələrdən biridir. Bununla da Azərbaycan 2009-cu ili aşağı inflyasiya həddi ilə başa vuracaq”, - deyə millət vəkili bildirib.

    Qeyd edək ki, 11 ayın nəticələrinə görə, Azərbaycanda inflyasiya 15 faiz olub. Azərbaycan o ölkələrdəndir ki, əhalinin pul gəlirləri inflyasiyanın artım sürətini ötür. 2009-cu ildə Azərbaycanın iqtisadi göstəriciləri əvvəlki illərə nisbətən xeyli yüksək olub.

    Millət vəkilinin fikrincə, Azərbaycan 2009-cu ili 20 mlrd. manata qədər valyuta gəliri ilə başa vuracaq. O əlavə edib ki, ilin yekunları onu deməyə tam əsas verir ki, 2010-cu ildə də iqtisadi göstəricilərimiz strateji proqramlara uyğun həyata keçiriləcək. “2010-cu ilin büdcəsi artıq ölkə prezidenti tərəfindən imzalanıb. Sosial sahədə, bir neçə maddəni çıxmaq şərti ilə, bütün sahələrdə əhalinin sosial müdafiəsi ilə əlaqədar işlər davam etdiriləcək. Bundan başqa, regionların inkişafı, məşğulluğun artırılması, yoxsulluğun azaldılması istiqamətində müvafiq işlər görüləcək”, - deyə millət vəkili vurğulayıb.

  8. #158
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    Azərbaycan ərazisi ən qədim insan məskənidir...

    İnsanın meydana çıxması, təfəkkür və nitqinin formalaşması, ilkin vətəni, əsas inkişaf mərhələləri bir sıra elmlərin - paleoantropologiya, morfologiya, geologiya, arxeologiya, etnoqrafiya, coğrafiya, zoologiya və linqvistikanın köməyi ilə öyrənilir. Bəşərin təşəkkülü «geoloji dövr» adlandırılan dördüncü dövrlə bağlıdır. Bu dövrün 4 (son vaxtlar 6) milyon il davam etdiyi müəyyən edilmişdir*.


    --------------------------------------------------------------------------------

    *Arxeoloqlar bu tarixi daş dövrü, tunc dövrü, dəmir dövrü kimi üç dövrə ayırırlar. Daş dövrü (paleolit) - təqribən 4 - 3,5 milyon il əvvəldən başlayıb e.ə. III minilliyə qədərki dövrü, tunc dövrü - e.ə.III-II minillikləri, dəmir dövrü - e.ə. I minilliyin əvvəlindən bizim eraya qədərki dövrü əhatə edir.
    Paleolit (yun. paleos - qədim, litos - daş) özü də bir neçə mərhələyə: 3,5 milyon il əvvəldən 100-80 min il əvvələ qədərki dövr - ilkin (aşağı) paleolit; 100 - 80 min il əvvəldən 40 - 35 min il əvvələdək - orta paleolit; 40 - 35 min il əvvəldən 14 min il əvvələdək - yuxarı və ya son paleolit; 14-8-ci minilliklər - mezolit (mezos - yun. orta, litos - daş); 7- 6-cı minilliklər - neolit (neos - yun. yeni, litos - daş); 6 - 4-cü minilliklər - eneolit (eneos - lat. mis, litos - yun. daş) (1; 14; 2, 27) mərhələlərinə bölünür.
    Qəbul olunmuş ümumi geoxronoloji bölgüyə əsasən dördüncü dövr üç böyük epoxaya ayrılır: eopleystosen, pleystosen və holosen epoxaları. Tarixçi və arxeoloqların araşdırmalarına əsasən Azərbaycan ərazisində 1,8 milyon il bundan əvvəl başlamış eopleystosen epoxası təqribən 700 min il əvvələ qədər davam etmişdir və “Abşeron əsri”nə müvafiq gəlir. 700 min il əvvəl başlayan pleystosen epoxası üç dövrə ayrılır: erkən, orta və üst pleystosen. Azərbaycanda erkən pleystosen 700-400 min il arası (“Bakı əsri”), orta pleystosen 400-130 min il arası (“alt Xəzər əsri”), üst pleystosen 130-10 min il arası (“üst Xəzər və erkən Xvalın əsrləri”) davam etmişdir. Son 10 min ili holosen əhatə edir. Bu son dövrdə iqlim tamamilə dəyişərək müasir şəklə düşmüşdür.(3; 55-56)




    Hələ XIX əsrdə (1871) Ç.Darvin insanın təkamül nəticəsində insanabənzər meymundan əmələ gəldiyini sübut etdi. 1891-ci ildə Yava adasında pitekantrop (meymun-adam) skeleti, 1907-ci ildə «Heydelberq insanı» deyilən insan çənəsi tapıldı. Sonralar 40-dan artıq sinantrop skeleti əldə edildi. Pitekantrop, sinantrop, neandertal və kramanyon insan qalıqları Ç.Darvin nəzəriyyəsinin doğruluğunu sübut etdi. Tədricən müəyyən edildi ki, ən qədim insanabənzər meymunlar Avropanın müxtəlif rayonlarında, Asiyada, Qafqazda və Afrikanın bir çox yerlərində yaşamışlar. (2; 28-29)

    İnsanabənzər meymundan müasir insan tipinə qədər üç böyük mərhələ keçilmişdir: ən qədim insanlar - arxantroplar, ibtidai insanlar - paleantroplar və nəhayət, müasir insan tipi. Bu üç mərhələdə iki böyük sıçrayış müəyyənləşdirilmişdir: birinci və vacib sıçrayış - birinci mərhələdən ikinciyə keçid, yə’ni alət düzəldilməsinə başlanması; ikinci sıçrayış - qədim insandan müasir quruluşlu insana keçid.(1; 26)
    Antropogenezlərin başlanğıcında avstralopitek növlü meymunlar durur. Avstralopiteklərin nəsli indi də Cənubi və Mərkəzi Afrikada, Cənubi Asiyada yaşamaqdadır. Lakin onların daha qədimdə yayıldığı ərazilər Tanzaniyada Olduvay dərəsi, Keniya və Həbəşistan hesab olunur.
    Arxeoloji qazıntılar zamanı alimlər arxantropların düşərgələrinə Avropada, Asiyada, Afrikada rast gəlmişlər. Arxantropların ən qədim nümayəndəsi Homo habilis («bacarıqlı adam») olmuşdur. Arxantropların əsas nümayəndəsi pitekantroplardır. Heydelberq adamı və sinantroplar da arxantroplara daxildir.
    Arxantrop (pitekantrop) dövrü 100 min il əvvələ qədər davam etmişdir. 100-80 min il əvvəldən mustye arxeoloji dövrü başlamışdır ki, bu dövrün insanları paleantroplardır. Bunların qalıqları daha çox tapılmışdır. Qalıqlar göstərir ki, paleantroplar Avropa, Asiya və Afrikanın geniş ərazilərinə yayılmışlar. Neandertal insan paleantroplara aiddir. (2;30-31) Köhnə SSRİ ərazisində öz qədimliyinə görə 1968-ci ildə tapılmış Azıx adamı arxantroplardan paleantroplara keçid dövrünün adamı hesab olunur.
    Paleantropun - neandertal insanın Yer üzərində geniş yayılması belə bir müddəanın yaranmasına səbəb olmalı idi ki, hələ dilin təşəkkül tapmadığı dövrdə arxantroplar və sonra da paleantroplar Avropa, Asiya, Afrika kimi qitələrdə geniş yayılmışsa, deməli, sonrakı 35-40 min il ərzindəki təşəkkül dövründə müxtəlif dillər yaranmalı idi və deməli, bir ulu dildən söhbət gedə bilməzdi. Belə olduqda xalqlar da kök e’tibarilə fərqlənməli və dini inkişaf da tamamilə fərqli olmalı idi. Lakin tarixi faktlar və arxeoloji materiallar göstərir ki, bütün etnoslar, bütün dillər, bütün dinlər bir kökdəndir. Arxeoloji mədəniyyət sübut edir ki, arxantroplar və paleantroplar müxtəlif qitələrdə yayılsalar da, onların hamısı öz inkişafını sona çatdıra bilməmiş, müasir insan tipinə çevrilməmişdir: «Sovet alimləri belə hesab edirlər ki, müxtəlif irqli müasir insanlar bir və ya bir-birinə çox yaxın olan bir qrup neandertallardan tədricən inkişaf edərək dəyişmələrinin nəticəsində formalaşmışdır. Neandertallara məxsus qeydə alınmış digər qalıqlar isə sadəcə olaraq öz sonrakı inkişafını dayandırmış və tədricən məhv olmuş növə aiddir (fərqləndirmə bizimdir - Q.K.)». (2; 32) Deməli, neandertal insan Yer üzünün hər yerində - yayıldığı bütün ərazilərdə öz inkişafını başa çatdıra bilməmiş, müasir insan tipinə çevrilməmişdir. Müasir insan tipinin təşəkkül prosesi Yer kürəsinin hər yerində deyil, müəyyən məhdud ərazidə baş vermişdir.
    Heç şübhəsiz, ən mühüm məsələlərdən biri də müasir insan tipinin harada, hansı ərazidə formalaşmasıdır. Arxeoloji mədəniyyət bu suala da cavab verir: «Son vaxtlarda əldə edilmiş antropoloji və arxeoloji materiallar ehtimal etməyə imkan verir ki, bu proses (son mərhələdə müasir insan tipinin yaranması prosesi - Q.K.) əsasən cənub-şərqi Avropada, şimali Afrikada və qərbi Asiyada baş vermişdir. Buradan müasir inkişaf etmiş insanlar dünyanın digər yerlərinə yayılmışlar.» (2; 32)(Xəritəyə bax)
    Cənub-şərqi Avropa, şimali Afrika və qərbi Asiya Ön Asiyanı ortalığa alır və çox maraqlıdır ki, bizə çatan ilk böyük sivilizasiya da bu əraziyə məxsusdur. Ameri0ka və Avstraliya qitələri ilk insanın vətəni kimi istisna edilir. (1;36)
    İnsan məskənlərinin sonralar genişlənməsi irqi ayrılığa səbəb olmuş, Avropada avropoid, Afrikada neqroid, Asiyada monqoloid irqlər yaranmışdır. İrqlərin yaranması son paleolitdə (35 min il əvvəl başlayıb 12 min il əvvəl qurtardığı qeyd edilir) homo sapiensin formalaşması dövrü ilə bağlı izah edilir, lakin onların bə’zi əlamətlərinin paleantroplarda olduğu da göstərilir*.


    --------------------------------------------------------------------------------

    *Avropoidlər Avropanın cənub-şərqində, neqroidlər Afrikanın şimalında yarana bilərdilər. Görünür, monqoloidlər daha sonralar yaranmışlar. Fikrimizcə, bu irqlər ilkin əsaslı şivələrin - sonrakı böyük dil ailələrinin - hindavropalıların, samilərin və bütün zəncilərin və nəhayət, türk, monqol, yapon, çin tayfalarının özəyini təşkil edən protodilləri təmsil etmişlər.

    Azərbaycan ərazisində bütün dördüncü dövrü əhatə edən və bəşəriyyətin inkişaf pillələrini əks etdirən maddi mədəniyyət qalıqları aşkar edilmişdir. Ölkəmizdə qədim daş dövrünə aid materiallar Azıx, Tağlar, Daşsalahlı, Qazma və Buzeyir mağaralarından əldə edilmişdir. Azıx mağara düşərgəsində qalınlığı 13,5 metrə bərabər 10 arxeoloji təbəqə müəyyən edilmişdir. Bu təbəqələr dünyanın hələlik heç bir guşəsində müşahidə edilməyən ardıcıllıqla paleolitin bütün dövrlərini əks etdirir. (3; 55,60,61) Mağaranın 7-10-cu təbəqələrindən əldə edilən maddi-mədəniyyət nümunələri Quruçay mədəniyyəti adı ilə məşhurdur (alətlərin düzəldilməsi üçün daşları yaxınlıqdakı Quruçaydan gətirmişlər). Quruçay mədəniyyətinin 1,2 milyon il əvvəl başlayıb, 700 min il əvvəl sona çatdığı müəyyən edilmişdir. Quruçay mədəniyyətindən sonra Aşel mədəniyyəti dövrüdür. Bu dövrün ən böyük nailiyyəti insanın inkişafında mühüm rol oynamış əl çapacaqlarının meydana çıxmasıdır. Azıx mağarasında 1968-ci il qazıntıları zamanı Orta aşel dövrünə aid (5-ci təbəqə) 18-22 yaşlı qadının (Azıxantrop) alt çənəsi tapılmışdır. Azıxantrop (Azıx adamı) köhnə SSRİ ərazisində ən qədim, dünyada isə 4-cü qədim insan qalığıdır və 350 min il əvvələ aid edilir. Orta Aşel dövründə Azıx mağara sakinləri ovçuluqla daha çox məşğul olmuşlar. 5-ci təbəqədən 45-ə qədər müxtəlif heyvan və quş qalıqları aşkar edilmişdir.



    Son 100 min ildən 35 min ilə qədərki dövr arası mustye mədəniyyəti dövrü hesab olunur (ilk nümunələr Fransanın Le-Mustye şəhərində tapıldığı üçün belə adlandırılmışdır). Bu dövrdə qədim insanların bədən quruluşunda, əmək alətlərində, həyat tərzində böyük dəyişikliklər yaranmış, neandertal insan tipi formalaşmışdır. Kobud daş alətlərdən itiuclu alətlərə keçilmiş, dəfn mərasimləri başlanmışdır. Bu dövrə aid ən zəngin material Tağlar mağarasından əldə edilmişdir. «Bütün Zaqafqaziya və Yaxın Şərq abidələri içərisində Tağlar mustye düşərgəsi yeganə abidədir ki, uzunmüddətli olmuşdur və tapılan əmək alətləri zəngin tarixə malikdir».(3; 67) Tağlar mağarasında qədim insanlar 90 min il əvvəldən 35 min il əvvələ qədər yaşamışlar.
    35 min il bundan əvvəl mustye mədəniyyətini üst paleolit əvəz etmişdir. Üst paleolit 12-ci minilliyə qədər davam etmişdir. Bu dövrün adamları müasir insan formasında (neantrop, kromanyon və s.) olmuş, əmək alətlərini xeyli təkmilləşdirmiş, mağaralarda, qazmalarda və yerüstü daxmalarda yaşamışlar. Mağaralarda hələ bir neçə yüz min il əvvəl oddan istifadə edilmişdir. Təbiət üzərində ilk qələbə olan od insanın həyatında və şüurunda böyük dəyişikliklər yaratmışdır. Artıq Aşel dövründə oddan ardıcıl istifadə edilmiş, sün’i odalma məişətə daxil olmuşdur. (1;37) Son paleolitə məxsus zəngin qəbir avadanlıqları tapılmışdır.Tarixçilərin fikrincə, «300 min il bundan əvvəl say və hesablama azıxantropa mə’lum idi». (3; 94) Hələ «mustye dövründə sürü münasibətləri arxada qalmış, ibtidai icma quruluşu (nəsli cəmiyyət) təşəkkül tapmış, kommunalistik münasibətlər qərarlaşmışdı». Həm də «Güman etmək olar ki, mustye dövrü yeni ictimai təşkilatın - tayfanın yaranması» dövrüdür. Mustye ilə son paleolit arasında - 30-35 min il bundan əvvəl müasir insan tipi - Homo Sapiens («dərrakəli insan») meydana gəlmişdir. «Dərrakəli insan» bə’zən «neantrop» (yeni insan) adlandırılır. (3; 78-79)
    Mağara materialları göstərir ki, hələ mustye dövründə uzaq ərazilərin sakinləri arasında əlaqələr olmuşdur. Son paleolit dövrünə aid cənubi Qafqaz abidələrində Qırmızıdəniz mənşəli balıqqulaqları və s. də bunu təsdiq edir. Lakin əsas miqrasiyalar dövrü mezolit (14-8-ci minilliklər) hesab olunur. Mezoliti əvəz edən neolit dövründə (7 - 6-cı minilliklər) Cənubi Azərbaycan ərazisində - Urmiya gölü hövzəsində, Zaqros ərazisində insanlar tam oturaq həyata keçmiş, əkinçilik və maldarlıqla məşğul olmağa başlamışlar. Şimali Azərbaycanda isə neolit dövrünün təsərrüfat və mədəniyyət qalıqları Qobustan düşərgələrindən əldə edilmişdir.(3; 85) Mezolitdən neolitə keçilən dövrü insan həyatında inqilabi səciyyə daşıyan köklü dəyişikliklərin baş verdiyi dövr hesab edirlər. Maldarlıq və əkinçiliklə yanaşı, sənətkarlıq - dulusçuluq, toxuculuq, yundan, dəridən müxtəlif mə’mulatlar hazırlanması və s. meydana çıxır. Təsərrüfatın özəyini müəyyən ərazidə məskunlaşan nəsli icmalar təşkil edir. Mezolit və neolit dövrlərində əkinçiliyin, maldarlığın, sənətkarlığın inkişafı məhsul bolluğuna səbəb olmaqla ibtidai-icma quruluşunun dağılması üçün zəmin hazırlayır. Artıq bu dövrdə əhalidə müəyyən dini görüşlər də təşəkkül tapır.
    Tarixçi, arxeoloq və etnoqrafların tədqiq və araşdırmalarından aydın olur ki, miladdan əvvəl XII minillik Yer kürəsinin və insanın həyatında böyük dəyişikliklər minilliyi olmuşdur. Paleolitin (daş dövrünün) sonlarında, iqlimin dəyişdiyi, mülayimləşdiyi, nəhəng buzlaqların şimala çəkildiyi, müasir insan tipinin yaranmasının başa çatdığı, ibtidai icma quruluşunun ilkin mərhələsinin yarandığı, sürü icmasının nəsli quruluşla - qəbilə quruluşu ilə əvəz olunduğu, oxun və yayın meydana çıxdığı, heyvanların əhliləşdirilməsinə başlandığı dövrdə və mezolitin əvvəlində insanın bədən quruluşunda, sosial-ictimai həyatında, məişətində, əmək alətləri texnikasında, dilində, dinində böyük yeniliklər əmələ gəlmişdir.
    Alimlər ilk insanların təfəkkür və nitqinin inkişafını iki mərhələyə bölürlər: birinci mərhələ arxantrop və paleoantrop mərhələsi, ikinci mərhələ - Homo sapiens mərhələsidir. Homo sapiens üst paleolitin adamıdır. Beyin çəkisi 1400-1500 sm3 olmuşdur. Alimlər birinci mərhələdə insanın yalnız hissi-əyani təfəkkürə malik olduğunu, nitqinin üzvlənmədiyini qəbul edirlər. Abstrakt təfəkkür, üzvlənən nitq insanın inkişafının ikinci mərhələsinə aid edilir. Son paleolitə qədər insanın nitqi üzvlənməmişdir. Deməli, üzvlənən nitqin təşəkkülü e.ə. son 40-35 min il ərzində baş vermişdir.
    Ən qədim insanların nitqi birhecalı, dəyişməyən və bir-biri ilə bağlanmayan sözlərdən ibarət olmuşdur. (1;34) Onlar əksərən başqa canlılar kimi kəsik-kəsik qışqırtılarla danışmışlar. Birgə fəaliyyət tədricən eşidilən səsin mahiyyətini anlamaq imkanı yaratmışdır. Lazımi mə’nalar bu cür müəyyən səslərlə mənimsənilmişdir. Başqa canlılardan fərqli olaraq, insan rəngarəng səslər tələffüz edə bilmiş və onların birləşmələri tədricən söz şəklində formalaşmışdır. İnsan zərurət nəticəsində elə əşyaları adlandırmalı olmuşdur ki, onunla daim əlaqədə olmuş, həmin əşyalar onun məişətinə daxil olmuşdur. Dil tədricən, yavaş-yavaş inkişaf etmişdir. (1; 35)
    Beləliklə, məhdud coğrafi ərazidə təşəkkül tapan dil ibtidai insan dəstələrinin ilkin adlandırma və fərdi nitq xüsusiyyətləri ilə fərqlənsə də, tədricən vahid dil kimi ümumiləşmə prosesi keçirmişdir. Biz bu dili ulu dil adlandırırıq.
    35-40 min illik müddət ərzində ulu dil tam təşəkkül tapmış, mürəkkəbləşmə istiqamətində böyük inkişaf yolu keçmiş, sonrakı minilliklərdə miqrasiyaların çoxalması ilə parçalanmağa başlamış, tədricən ilkin forma-quruluş e’tibarilə bir-birindən fərqlənən və gələcək dil ailələrinin başında duran protodilləri doğurmuşdur. Nəticədə Yer üzərində yaranmış ulu dildə təqribən e.ə.XII minillikdə böyük bir mərhələ başa çatmış, ulu dilin parçalanması, müxtəlif dialektlərin, müasir dil ailələrinin başında duran protodillərin yaranması prosesi sona yetmişdir (müxtəlif dillərin bir-birindən sonrakı təcrid olunmalarını inkar etmirik). Müxtəlif dil ailələrinin yaranması bundan sonrakı inkişaf prosesinin nəticəsidir.
    Alimlərin fikrinə görə, dil ailələrinin yaranması ibtidai-icma quruluşunun dağılması dövrünə aiddir: «Dil ailələrinin formalaşması... ibtidai cəmiyyətin dağılması dövründə baş vermişdir». (1; 36) Bu fikir bir daha təsdiq edir ki, protodillərin yaranması bundan bir neçə min il əvvələ aid olmalıdır. Bu mülahizəyə əsasən, tarixdən aldığımız təəssürat əsasında deyə bilərik ki, 14 min il əvvəl ulu dil artıq parçalanmışdı və hazırda Yer üzərində yaşayan dil ailələrinə aid ilk kök dillər, yə’ni prahindavropa, protosami, prototürk (pratürk) və s. mövcud idi. Elə bir dövr idi ki, qəbilələr müxtəlif istiqamətlərdə hərəkət edir, bə’zən ayrılma və birləşmə nəticəsində az-çox yaxın və ya uzaq qəbilə, tayfa dilləri arasında çarpazlaşma prosesi gedir, dillər köksözlü, aqqlütinativ və flektiv dillər kimi formalaşma istiqamətlərində inkişaf edərək bir-birindən tədricən daha çox ayrılırdı. Dillərin quruluş sistemi ilə yanaşı, ulu dilin protodillərə səpələnmiş lüğət tərkibində də dəyişikliklər baş verirdi. Buna səbəb tədricən prefiks, infiks, suffiks kimi dil vasitələrinin törəməsi, dillərin tədricən tipoloji cəhətdən fərqlənməsi, leksik-qrammatik vasitələrin inkişafı, qrammatika və leksikanın qarşılıqlı şəkildə bir-birini zənginləşdirməsi idi.
    Biz inamla belə bir fikir də söyləmək istərdik ki, tipoloji cəhətdən fərqlənən protodillər ulu dilin daxilində güclü dialekt kimi fərqlənmişdir. Buradan başqa daha mühüm bir nəticə çıxarmaq olur: tipoloji cəhətdən fərqlənən ilk protodillər ilkin təcridolunma mərhələsində eyni quruluşlu bütün dil ailələrinin başında durmuşlar. Yə’ni indi bir-birinə qohum hesab olunmayan bütün flektiv dillər bir protodilin törəmələridir. Bir-birinə qohum hesab olunmayan bütün iltisaqi dillər bir protodilin törəmələridir. Tipoloji cəhətdən fərqlənən ilk protodillər yenidən bölünməklə iltisaqi dillər üçün fərqli ailələri yarada biləcək protodillərin təşəkkülünə (ikinci mərhələ) gətirib çıxarmışdır. Odur ki bütün iltisaqi dilləri müqayisəli tarixi metod əsasında qohum dillər kimi öyrənmək olar. Köksözlü dilləri (bunlar iltisaqi dillərə daha yaxındır), flektiv dilləri də bu cür öyrənmək mümkündür. Bunlar inkorporlaşan dillər istisna olmaqla, tipoloji cəhətdən fərqlənən üç mühüm protodilin bərpasına aparır. Həmin üç protodilin (ulu dilin ilk dialektlərinin) bərpası ilə təbii-coğrafi şəraiti də nəzərə almaqla üzvlənən nitqə malik olan ilk insanların bir sıra səciyyəvi əlamətləri - yaşadığı ərazi, irqi xüsusiyyətləri, təfəkkür tərzi və s. barədə də təsəvvür qazanmaq olar.
    İnsan nitqinin yüksək səviyyədə formalaşmasında sonralar meydana çıxan yazının böyük rolu olmuşdur. Yazı xüsusi inkişaf yolu keçməklə təfəkkürün və dilin inkişafını da şərtləndirmişdir. Yazının inkişafı bir növ insan nitqinin inkişaf yolunu xatırladır. İnsan nitqinin inkişaf istiqaməti aşağıdan yuxarıya: fonem = cümlə - fonem = söz (söz birləşməsi) - fonem = heca - fonem = səs şəklində olmuşdur. Buna müvafiq olaraq, yazının inkişaf yolu da eyni istiqamətdə olmuşdur: qrafem = cümlə (piktoqrafik yazı) - qrafem = söz (və ya söz birləşməsi) (ideoqrafik yazı) - qrafem = heca (sillaboqrafik yazı) - qrafem = səs (fonoqrafik yazı). (Cabbar Məmmədov)
    Bütün ayrılmalara, parçalanmalara baxmayaraq, ulu dilin lüğət fonluna aid olan sözlər, ulu dilin makro və mikro sistemləri yaranan hər bir protodildə özünə yer eləmiş və bu yolla dil ailələrinə keçmişdir. Həmin lüğət və həmin quruluş minilliklər boyu təkmilləşmə, səlisləşmə, sadələşmə və mürəkkəbləşmə yolu ilə inkişaf etsə də, bir çox dəyişmələrə mə’ruz qalsa da, öz əsasını dünya dillərində saxlamışdır. Bu ümumi inkişaf prinsipini nəzərə almadıqları üçün bir çox alimlər qədim dil qalıqlarından, xüsusilə leksik vahidlərdən danışarkən onların, yanlış olaraq, gah bu, gah da başqa bir dil ailəsinə mənsub olduğunu sübut etməyə çalışmışlar...

  9. #159
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    Azerbaycan Bu gün bayram gününde Veten uğrunda veten üçün azerbaycan üçün daha 3 şehid verdik.
    Allah rehmet etsin ailelerine sebr versin.

Sayfa 16/16 İlkİlk ... 6141516

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.