Sayfa 2/5 İlkİlk 1234 ... SonSon
46 sonuçtan 11 ile 20 arası

Ana ve Uşaq Saglamlıgı

  1. #11
    Senior Member
    Üyelik tarihi
    Jul 2007
    Yer
    İstanbul
    Mesajlar
    157
    Alıntı mahsum_ Nickli Üyeden Alıntı
    Ana südü körpə üçün bütün qidalardan önəmlidir.

    Ona görə də mütəxəssislər körpənin ilk Ə ay ərzində yalnız ana südü ilə qidalanmasını məsləhət görürlər. Sonradan əlavə qidalar verməyə başlayarkən əsasən meyvələrə üstünlük vermək lazımdır. Meyvələrin tərkibindəki vitaminlər “ölməsin” deyə onu təzə-təzə, yəni bişirmədən və çıxarılmış şirəsini çox saxlamadan körpəyə vermək faydalıdır.
    Portağal, mandarin, alma, armud, heyva və banan kimi meyvələrə yazda da rast gəlinir. Bu meyvələrdən uyğun olaraq, körpəniz üçün müxtəlif cür qidalar hazırlaya bilərsiniz. Lakin meyvələri seçərkən diqqət edin ki, çürük olmasın. 4-cü aydan başlayaraq, körpələrə veriləcək meyvələrin başında alma durur. Tərkibi 50-80% su, 20-25% karbohidratdan ibarət olan alma C, A, B vitaminləri ilə zəngindir. Alma körpənizə 50-60% kalori verir. İçindəki pektin maddəsi ishalın müalicəsində çox faydalıdır.
    Körpələrə alma suyu və ya püresini hazırlamaq üçün: qabıqları soyulmuş almanın çəyirdəklərini təmizləyib, şüşə sürtgəcdən keçirin. Sürətlə oksidləşdiyindən süzərək çöküntüsünü çıxarın və o andaca körpənizə verin. Meyvə sularında lazımi qədər şəkər olduğundan artıq şəkər əlavə etməyə ehtiyac yoxdur. Körpəyə veriləcək meyvələrdən biri də banandır. Tərkibində 50-60 % su olan bananda 20% karbohidrat var. C və A vitaminləri ilə zəngindir. Bananı az miqdarda süd və ya meyvə suyu ilə qarışdıraraq əzib, sürtgəcdən keçirdikdən sonra körpənizə içirin.
    Körpənizə dişləri çıxmağa başlayanda meyvələri gəmirə biləcəyi şəkildə hazırlayıb verə bilərsiniz.
    Körpənizin gün ərzində ehtiyacları
    Protein: gündə 2 qaşıq yumurta sarısı, bir parça ət, süzmə pendir.
    Kalsium: pendir, qatıq kimi kalsiumla zəngin qidalar.

    Taxıl məhsulları və digər karbohidratlar

    Mərci, lobya püresi, yaxud yarım dilim kəpəkli çörək.
    Vitaminlər: kartof, kök, brokolidən hazırlanmış püre.
    Yağ: süd və süd məhsulları.
    Dəmir: dəmir əskikliyi ilə əlaqədar meydana çıxan qanazlığını aradan qaldırmaq üçün yumurta sarısı, bəkməz məsləhətdir.
    köçürüldü
    Ayaqqabım olmadıgından şikayet eleyirdim..
    Yolda gederken ayaqsız insan gordum..
    MEVLANA

  2. #12
    Senior Member
    Üyelik tarihi
    Jul 2007
    Yer
    İstanbul
    Mesajlar
    157
    Alıntı mahsum_ Nickli Üyeden Alıntı
    Bugünkü mövzumuzu analara ünvanlamışıq. Daha dəqiq desək, anaları ən çox narahat edən, gündəlik qarşılaşdıqları bir mövzuya toxunacağıq. Körpə uşaq üçün ən xeyirli qida sayılan ana südündən sonra uşağın menyüsünü müəyyənləşdirməklə, uşağın yeməklə bağlı problemlərini həll etməklə bağlı suallara cavab axtaracağıq.
    Mövzuya keçməzdən əvvəl nəzərinizə çatdırım ki, körpə uşaqların yeməyini ayrıca bişirmək lazımdır. Bəzi analar uşaq bir qədər böyüyən kimi, ona ailənin böyük üzvləri üçün hazırlanmış xörəkdən verməyə başlayırlar. Bu, uşaq üçün çox zərərlidir. Bu cür yemək yeyən uşaqlar bir qayda olaraq, solğun, xəstə görkəmində olurlar. Bundan başqa, uşağın qab-qacağı ayrı olmalıdır. Bu qabdan böyüklər istifadə etməməlidir.
    Südəmər uşağın birinci yeməyi, ilk baxışda qəribə görünsə də, çaydır. Uşağa itburnu çayı, ya da adi çay vermək lazımdır. İtburnu dəmləməsini aşağıdakı qaydada hazırlamağınız məsləhətdir. Quru itburnu meyvələrini yaxşıca yuyun, çaydana töküb 5 dəqiqə qaynadın. Ya da termosa töküb, üstünə qaynar su əlavə edib, 6-7 saat saxlayın. İlk növbədə qeyd edək ki, uşağı yeməyə tədricən öyrəşdirmək lazımdır. Nəzərə alın ki, uşağa yeməyi 3 ayından sonra vermək lazımdır. Həmin müddətə qədər isə yalnız ana südü ilə qidalanması məsləhətdir. İlk növbədə vitaminli və yüngül sayılan, tez həzm olunan qidalara üstünlük verin. Məsələn, həkimlə məsləhətləşərək, alma, armud, yerkökü, pomidor şirəsi verə bilərsiniz. Əlavə yeməyi qaşıqla verməyiniz məsləhətdir. Bundan başqa, uşaq yeməyi kimi, kartof püresi və manna məsləhət görülür.
    Bəs yeni yemək uşağın xoşuna gəlmədiyi halda nə etməli? Körpənin ilk gündən xoşu gəlmədiyi yeməyi bir daha ona vermək olarmı? Yaxud uşağın xoşlamadığı yeməyi ona zorla yedizdirmək olarmı? Heç vaxt uşağa yeməyi zorla verməyin. Lakin uşağın hər hansı bir yeməyi birinci dəfə rədd etdiyini görüb bu fikirdən birdəfəlik daşınmayın. Nəzərə alın ki, həssas uşaqlar yeni yeməyi adətən qəti surətdə rədd edirlər. Uşağın nə üçün bu yeməyi istəmədiyini aydınlaşdırın və mümkün qədər həmin səbəbi aradan qaldırın. Yeməyin nəinki hazırlanması qaydasının, habelə fərdi zövqün də əhəmiyyəti böyükdür.
    Böyüklər bu və ya digər yeməkdə nəyin xoşuna gəlib-gəlmədiyini bilirlər. Odur ki, ana yeməyin nə üçün uşağın xoşuna gəlmədiyini özü təyin etməlidir.
    Uşaq yeməyi nə üçün çox vaxt rədd edir? Bəzən südəmər uşaqlar şirin yeməkləri xoşlayırlar. Şirin olmayan hər şeyi ağızdan çıxarır (məsələn, çay şirin olmadıqda içməkdən imtina edirlər) və yaxud körpəlikdən azca turş qidanı (məsələn, bir-iki damcı limon şirəsi tökülmüş çayı) xoşlayırlar.
    Bəzən uşaq müəyyən yeməyin dadını xoşlamır. Məsələn, yerkökünü çiy halda xoşlayır, bişirdikdə isə bəyənmir. Bəzən də uşaq yeni yeməyi ona görə xoşlamır ki, o, yaxşı əzilmədiyindən ağzına iri tikə düşüb ürəyini bulandırır və ya qusdurur. Uşağı həmişəki vaxtda yedizdirmədikdə, yaxud onu anası yox, başqa bir adam yedizdirdikdə də yemək istəmir və s.
    Adətən, südəmər uşaqlar yeni yeməyi görəndə şıltaqlıq edirlər. Lakin uşaq almanın dadına öyrəşibsə, sonralar almanı, həmçinin qalan meyvə və tərəvəzi də həvəslə yeyəcək. Ana yeməyin uşağın yaşına uyğun hazırlanmasına ciddi fikir verməlidir. Südəmər uşağa sıyıq vermək vaxtı çatanda, onu həm qatı, həm də duru bişirmək olar, lakin çox durulaşdırmaq olmaz.
    Bir çox analar bəzi yeməkləri uşaq böyüyəndə də ancaq şirin olduqda yeyəcəyini nəzərə alıb, şəkər qatırlar. Lakin ana şəkəri tədricən azaltdıqda südəmər uşaq şəkər qatılmış yeməkdən asanlıqla əl çəkir. Uşaqlar çox nadir hallarda ailənin başqa üzvlərindən fərqli olaraq, şirin yeməyi xoşlayırlar. Bu, xalis fərdi zövqdür və buna mane olmaq lazım deyil. Böyük adamın, ümumiyyətlə, şirin yeməyi xoşlamaması və yeməməsindənsə, uşağın onu iştahla yeməsi daha faydalıdır. Ana yadda saxlamalıdır ki, şəkərin normada verilməsi uşağa heç bir zərər yetirməz.
    Bəzi analar uşağın istədiyi yeməyi ona verməyə qorxurlar ki, onun istəyinə əməl etsələr, gələcəkdə şıltaq və vasvası olar. Həm də ana belə güman edir ki, südəmər uşaq dad bilmir, bu, onun ancaq şıltaqlığıdır.
    Hər bir uşağın özünün anadangəlmə dadbilmə qabiliyyəti olduğu ilk gündən özünü göstərir: yeni doğulmuş uşaqlardan biri çayı şəkərsiz içir, o biri isə şirin xoşlayır. Bu xüsusiyyəti nəzərə almaq lazımdır. Həm də uşaq düzgün tərbiyə olunarsa, o yeməyə qarşı vasvası olmayacaq. Anadangəlmə dadbilmə daimi və dəyişməyən xüsusiyyət deyil; dadbilmə qabiliyyətinə təsir edib onu inkişaf etdirmək olar. Uşağın gələcəkdə hansı yeməyi xoşlayacağı tərbiyədən asılıdır. Uşağı düzgün tərbiyə etmədikdə və ya onu zorla yedizdirdikdə onda bəzi yeməklərə qarşı ikrah hissi əmələ gəlir.
    Təzə yeməkdən istifadə etməyin qaydasına gəlincə isə, onu əvvəlcə əlavə yemək kimi vermək lazımdır. Uşağa həmişəki yeməkdən verərkən bir qaşıq da təzə yeməkdən verin. Belə edərsinizsə, təzə yemək uşağın xoşuna gəlmədikdə belə o, ac qalmaz. Uşaq təzə yeməkdən bir qaşıq yeyənə qədər bu cür yemək qaydasını davam etdirmək lazımdır.
    Anaları çox zaman uşağın iştahası narahat edir. Bu problemlə qarşılaşan analar ilk növbədə bilməlidirlər ki, uşağı zorla yedirtmək olmaz. Nəzərə almaq lazımdır ki, yeməyə can atmaq anadangəlmə ən güclü instinktlərdən biridir. Deməli, iştahanın olması anadangəlmə deyil. Bu, çox zaman valideynlərlə bağlı olur. Onların bu sahədə uşağı düzgün anlamamasının nəticəsidir.
    Əksər analar uşaq həddən artıq çox yedikdə rahatlanırlar. Və hesab edirlər ki, onların övladları sağlam böyüyür. Əslində isə bu, belə deyil. Uşaq lazım olduğundan artıq yedikdə, orqanizmə çox yük düşür və uşaq pis inkişaf edir. Bundan başqa, xəstə uşağa zorla yemək verməkdən çəkinin. Uşaq xəstələnəndə yalnız meyvə və kəmşirin çayla da ötüşmək olar.
    Uşağa müstəqil yeməyi öyrədin. Bunu uşaq stol arxasında müstəqil oturmağı bacaranda edin. Belə ki, uşağı müvafiq hündürlükdə stulda əyləşdirin. İmkan daxilində qaşığı uşağın əlinə verin. Düzgün yeməyi göstərərək, nəzarət edin. Bir müddət anasının müşahidəsi altında yemək yedikdən sonra uşaq sərbəst və düzgün qidalanmaq vərdişinə yiyələnəcək.
    Nəhayət, uşağı stolun arxasında düzgün oturmağı öyrədin. Bunun üçün lap əvvəldən ona lazımi vərdişlər aşılamaq lazımdır. Əvvəla, uşağa öyrətmək lazımdır ki, yemək yeyəndə stoldan durmaq, yaxud ayaq üstə yemək olmaz. Uşaqdan stolun arxasında tərpənməyib oturmağı birdən-birə tələb etmək olmaz, lakin o, yemək yeyəndə bir neçə dəfə stolun arxasından durarsa və anasının sözünə baxmayıb təzədən stola qayıtmırsa, yeməyi götürmək lazımdır. Uşağa stoldan durub başqa yerdə yemək üçün xörəyi özü ilə aparmasına, oynaya-oynaya yeməsinə icazə vermək olmaz.
    Uşaq lap əvvəldən qaşığı düzgün tutmalıdır. Uşaq qaşığı əlinə düzgün götürməyibsə, çox incəliklə əlində düzəltmək lazımdır. Doğrudur, ilk günlər uşaq stolun arxasında düz oturanda bəzən yeməyi qaşıqdan yerə salsa da, bu vəziyyətdə səliqəli yeməyə tez öyrəşir. Uşağı kasaya və ya boşqaba tərəf çox əyilmiş vəziyyətdə oturmağa qoymaq olmaz.


    şerhler
    köçürüldü
    Ayaqqabım olmadıgından şikayet eleyirdim..
    Yolda gederken ayaqsız insan gordum..
    MEVLANA

  3. #13
    Senior Member
    Üyelik tarihi
    Jul 2007
    Yer
    İstanbul
    Mesajlar
    157
    Alıntı Elif Nickli Üyeden Alıntı
    Bəzi uşaqlar mütəmadi olaraq diqqəti cəlb etmək istədikləri üçün iştahasızlıq onlar üçün bir vasitə ola bilər.

    Uşağınız iştahasızdırsa, narahat olmayın və onu yeməyə məcbur etməyin. Bu, ötəridir, keçib gedəcək. Yeməkdən əvvəl verilən şirin şeylər - şokoladlar, konfetlər də onun iştahasına mane olur. Lakin uşağınız acıbsa, yemək vaxtını gözləməyin. Çünki acan uşağı təkidlə yemək saatına qədər saxlamağın nəticəsi yaxşı olmayacaq - iştahası “qaçacaq”. Əgər xörək hələ bişməyibsə, hazır məhsullardan əlüstü də olsa, ona verin ki, iştahası qaçmasın. Süfrədə uşağınızı öz ixtiyarına buraxmaqla sərbəstliyini təmin edin. Uşağı süfrədə danlamaq “yeməyi niyə gec yeyirsən?” deyə ona acıqlanmaq da düzgün deyil.
    Kiçikyaşlı uşaqlara istədiyi və lazım olan xörəkləri hazırlamaq onların sağlamlığı üçün çox vacibdir. Belə ki, uşaq çox yeməməli, əksinə, arzu etdiyi və lazım olan qidaları almalıdır.
    Ailədə olan xoşagəlməz münasibətlərin də uşaqların xarakterində rolu böyükdür. Evdə baş verən gərginlik uşaqların iştahasının kəsilməsinə səbəb olan amillərdəndir.
    Valideynləri tərəfindən tez-tez döyülən və xəstələnən uşaqlarda da iştahasızlıq meydana çıxır. Uşağın boşqabına yeyə biləcəyi qədər xörək qoyun və iştahalarının artması üçün açıq havada gəzdirin...
    köçürüldü
    Ayaqqabım olmadıgından şikayet eleyirdim..
    Yolda gederken ayaqsız insan gordum..
    MEVLANA

  4. #14
    Senior Member
    Üyelik tarihi
    Jul 2007
    Yer
    İstanbul
    Mesajlar
    157
    Alıntı mahsum_ Nickli Üyeden Alıntı
    butun bu nmovzular cox aktualdi xususende usaqlarin yemek yememeyi usaqlarin yemek yememediklerinin esas sebebi de onlarin saatlarla televizor qarsisinda oturub televizor izlemeleridir Bu-Britaniyada aparılan son tədqiqatın nəticəsidir. Nəticələr «Bioloq» elm jurnalında çap olunub. Araşdırma müəllifləri iddia edirlər ki, televizora çox baxmaq görmə qabiliyyətini zəiflədir, piylənməyə, vaxtından qabaq cinsi yetkinliyə və psixi təcridliyə səbəb olur.

    Araşdırmanın nəticələrinə görə, televizora baxmaq orqanizmdə melotonin hormonunun yaranmasına mane olur, bu isə immun sisteminə mənfi təsir göstərir. Alimlərin fikrincə, televizora çox baxmaq uşaqlarda yuxu pozulmasına gətirib çıxarır.
    köçürüldü
    Ayaqqabım olmadıgından şikayet eleyirdim..
    Yolda gederken ayaqsız insan gordum..
    MEVLANA

  5. #15
    Senior Member
    Üyelik tarihi
    Aug 2007
    Yer
    istanbul
    Mesajlar
    1.141
    yüreğine sağlık elif bacı..
    indi 17 yaşındayım çocuğum olanda dediklerini yaparam..
    bu arada azericeyi öğrenebilmişin tebrik edirem
    DeLinse yer;çökse gök;yansa küL oLsa dört yan
    Yüce diLeğe doğru yine yürürüz yayan
    YıLdırımdan,tipiden,kasırgadan yıLmayan;
    ÖLümLerLe eğLenen tunç yürekLi TüRKLeRiZz

  6. #16
    Senior Member
    Üyelik tarihi
    Jul 2007
    Yer
    bursa
    Mesajlar
    152
    yaa elif bacı başına gelince sende tekrar oku bakalım uygulanabilirmi ben 2 yıldır deniyorum ama o gene kendi istediğini istediği saatte yapıyor artık biz çocuklarımızı değil çocuklarımız bizi yönlendiriyor.neler çektğimi sen yakından gördün
    En uzak mesafe
    ne Afrika'dır,
    ne Çin,
    ne Hindistan,
    ne seyyareler,
    ne de yıldızlar geceleri ışıldayan...
    En uzak mesafe iki kafa arasındaki mesafedir birbirini anlamayan.....

  7. #17
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163
    Alıntı seyda Nickli Üyeden Alıntı
    yaa elif bacı başına gelince sende tekrar oku bakalım uygulanabilirmi ben 2 yıldır deniyorum ama o gene kendi istediğini istediği saatte yapıyor artık biz çocuklarımızı değil çocuklarımız bizi yönlendiriyor.neler çektğimi sen yakından gördün
    xala qurban yeyerem onu ele. könlü nece isteyirse ele eleyer Allah saxlasın yeğenimi
    Bir dediğini iki etme
    [
    Ya da
    [

  8. #18
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163

    Təkərli arabalar etibarlı deyil

    Təkərli arabalar etibarlı deyil

    Körpələrin yeriməsinə yardımçı olmaq üçün istifadə edilən təkərli arabalar əslində zərərlidir.

    Belə arabalarda yeriyən körpənin əzələləri normal güclənmədiyi üçün yeriməni sürətləndirir. Körpə barmaq üzərinə qalxaraq yeriməyə çalışdığı üçün qıçlarının arxa tərəfindəki əzələlərə ağırlıq düşür. Ona görə də qabaq tərəfdəki və yan əzələlər zəif olur. Ümumiyyətlə, erkən vaxtlarda belə arabalardan istifadə edən körpələr nizamlı və sağlam addımlarla yerimək əvəzinə, sürətli və nizamsız yeriyirlər.
    Halbuki sürünmə, iməkləmə, dırmanma və ya ayağa qalxmaq kimi hərəkətlər körpənin əzələlərini gücləndirir. Odur ki, yerimək üçün təkərli arabalar əvəzinə, ata-ananın körpənin əlindən tutaraq addım atmasına yardımçı olmaları daha əlverişlidir.
    [
    Ya da
    [

  9. #19
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163
    “Körpəmin ayaqları gözəldir”

    “Körpəmin ayaqları necə də gözəldir” deyə hər bir ana övladının kiçicik ayaqlarına baxıb, uşaq kimi sevinir.

    Lakin günlər, aylar keçdikcə onun ayaqları inkişaf edir, şəklini dəyişir. Bu zaman körpə üçün seçdiyiniz ayaqqabılara diqqət etməlisiniz. Çünki ayaqqabılar körpənin ayaqlarının inkişafında, onun düzgün formalaşmasında mühüm rol oynayır. Belə ki, düzgün seçilməyən ayaqqabı uşağın topuğunda, hətta dizində problemlərə səbəb olur. Ayaqlar hələ inkişafda olduğundan normal seçilməyən ayaqqabılar sümüklərin əyilməsinə, hətta qırılmasına gətirib çıxarır. Ayaqqabı körpənin ayağının ölçüsünə tam uyğun olmalı, onun ayaqları ayaqqabının içində rahat hərəkət etməlidir.
    [
    Ya da
    [

  10. #20
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163

    Bir yaşından az olan körpələrə bal verməyin

    Bir yaşından az olan körpələrə bal verməyin


    Balın tərkibində allergik maddələr olduğu üçün 1 yaşından kiçik körpələrə bal vermək olmaz.

    Əvəzində isə körpəyə qida dəyəri yüksək və dəmir elementi ilə zəngin bəkməz vermək məsləhətdir. Bundan əlavə, körpəyə altı ayın sonunda münasib bişirmə üsulundan istifadə edərək hazırlanan balıq və yumurta vermək olar.
    [
    Ya da
    [

Sayfa 2/5 İlkİlk 1234 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.