Uşaqlarda az yatmaq köklüyə səbəb olur
Çox vaxt belə qənaətə gəlirik ki, körpə nə qədər kök olsa, bir o qədər sağlam olar, xəstəlikləri asanlıqla dəf edər.
Həm də körpə, necə deyərlər, toppuş olanda gözümüzə daha şirin görünür, onu daha çox əzizləyirik, bizim üçün daha istəkli olur, xoşumuza gəlir. Əslində isə bu köklük xəstəliyə səbəb ola bilər. Yəni köklük xəstəliyi meydana çıxır ki, bu da yaxşı əlamət deyil. Körpəni həddindən artıq yeməklərə “məruz qoymaq”, həmçinin körpənin yuxusuz qalması onun sağlamlığı üçün çox təhlükəlidir.
Xüsusilə də, yuxusuzluqdan əmələ gələn köklük xəstəliyi körpənin sağlamlığını təhlükə altında qoyur. Belə ki, araşdırmalar nəticəsində məlum olmuşdur ki, körpələrin 1 saatdan artıq yatması köklük xəstəliyi ehtimalını 9 faiz azaldır. O da məlum olmuşdur ki, kifayət qədər yatmayan uşaqlarda bu xəstəlik 92 faiz təşkil edir.
Mütəxəssislərin fikrincə, normal qidalanan 5 yaşlı uşaqlar gündə 11, 5-10 yaş arasında olanlar 10, 10 yaşlılar isə 9 saat yatmalıdırlar.
46 sonuçtan 41 ile 46 arası
-
02-25-2008, 11:20 PM #41Moderator
- Üyelik tarihi
- Feb 2007
- Mesajlar
- 6.163
Uşağa limon və sirkə verməyin
Uşağa limon və sirkə verməyin
Uşağın qulağının alt nahiyəsindəki və önündəki vəzilərin iltihablanması və ya şişməsi müşahidə olunursa, belə xəstələr yemək yeyərkən çətinlik çəkirlər.
Yəni yemək yemək və ya çeynəmək onlar üçün çox çətin olur. Tüpürcək damcıları ilə yoluxan belə xəstəliklərdə uşağa limon və sirkə vermək olmaz.[
Ya da
[
-
02-25-2008, 11:23 PM #42Moderator
- Üyelik tarihi
- Feb 2007
- Mesajlar
- 6.163
Uşaqlarda az yatmaq köklüyə səbəb olur
[
Ya da
[
-
06-13-2008, 11:23 AM #43Junior Member
- Üyelik tarihi
- Jun 2008
- Yer
- İstanbul
- Mesajlar
- 11
ABŞ-da 10 illik araşdırmanın neticesinde hazır uşaq yemeklerindeki çox demir sayesinde uşaqlarda zeka geriliyi ortaya çıxır,mental inkişafa ve IQ-ya menfi tesiri olur..
Demirle zengin hazır uşaq yemekleri IQ-nu 11 xal aşağı salır.
Eziz analar,buna göre uşağınızın demir eksikliyi olub olmadığını bilmeden demilre zengin yemekler vermeyin.Bezen ele olur ki,hekimler bir de elave olaraq demir vitaminler de verirler uşaqlara,buna qetiyyen izin vermeyin.
6.7 milligram/litr-in altında ise demir,o hazır yemeklerde demir az seviyyededir demekdir.Demirle zenginleşdirilmemiş hazır uşaq yemeklerinde ise 1,5 milligram/litrin altında demir olur,bu da uşaqlarınız üçün çox uyğundur.
Ümumiyyetle,verdiyiniz vitamin,yemekler ve hazır uşaq yemeklerinin terkibine diqqet edin,demiri ölçülü istifade edin,lazımı qeder demir verin.Dost istersen Allah yeter!
Yaran istersen Kur'an yeter!
Mal istersen kanaat yeter!
Dushman istersen nefis yeter!
Nasihat istersen ölum yeter!
-
11-24-2009, 03:09 AM #44Moderator
- Üyelik tarihi
- Feb 2007
- Mesajlar
- 6.163
Re: Ana ve Uşaq Saglamlıgı
Uşağınızın qızdırması varsa...
34,4, 37,9 dərəcəli temperatur təhlükəli sayılmır, lakin 38,0, 39,9 dərəcəyə çatırsa, demək, bədəndə qızdırma var. Əgər temperatur 40,0 dərəcədən yuxarıdırsa, mütləq həkimə müraciət etmək lazımdır
Uşaqlarda yüksək qızdırma olanda valideynlər təşvişə düşür və müxtəlif yollarla temperaturu aşağı salmağa çalışırlar. Bu zaman qızdırmasını qətiyyən spirtli kompreslərlə endirmək, yaxud üstünü möhkəm örtmək və qalın geydirmək olmaz. Çünki belə etdikdə uşağın temperaturu daha da yüksəlir.
Qeyd edək ki, 34,4, 37,9 dərəcəli temperatur təhlükəli sayılmır, lakin 38,0, 39,9 dərəcəyə çatırsa, demək, bədəndə qızdırma var. Əgər temperatur 40,0 dərəcədən yuxarıdırsa, mütləq həkimə müraciət etmək lazımdır.
Qızdırmanı salmaq üçün nə etmək olar?
Körpəniz üçaylıqdan kiçikdirsə, həkimə müraciət edin. Lakin bu zaman körpənin üstünü açaraq gözləyin və15 dəqiqə sonra yenidən qızdırmasını ölçün. Qızdırma 39 dərəcə olduqda həkimlə məsləhətləşin. Həmin anda temperaturu salmaq üçün uşağa ilıq duş qəbul etdirin və ya islanmış dəsmalla kompress edin.
İlıq duş qəbul etdirərkən onu 15-20 dəqiqə suyun içində oturdun, arxaya doğru uzanmasına icazə verməyin. Suyu uşağın başından aşağı tökməyin, süngəri isladaraq, bədəninin ətrafında gəzdirin.
Dərmanla müalicə
Parasetamol tərkibində aspirin olmayan aktiv maddədir. Aspirindən heç zaman qızdırmadüşürücü kimi istifadə etməyin. Parasetamol 4-6 saatdan bir verilməlidir. Əgər qızdırma parasetamolu verdikdən sonra 38,5 dərəcəyə enərsə, dərmanın vermə müddətini 4 saatdan 3 saata endirmək lazımdır.
Üçaylıqdan kiçik olan körpənin qızdırması varsa, mütləq həkimlə məsləhətləşin və özbaşına dərman verməyin. Qızdırma yüksəlirsə və artıq nəzarət də etmək mümkün deyilsə, uşağı təcili xəstəxanaya çatdırın.
Körpə üçaylıqdan
böyükdürsə...
Ola bilər ki, hər dəfə qızdırma olanda həkimə ehtiyac olmasın. Ancaq bununla belə, diqqətli olun və uşağın qızdırmasını nəzarətdə saxlayın.
Orta dərəcəli qızdırma (38,0-39,9) 24 saatdan uzun çəkərsə və temperaturun burun axması, yaxud öskürək kimi digər xəstəlik görüntüləri yoxdursa, həkimə bildirin. Çünki bu vəziyyətdə qızdırmanın nədən qaynaqlandığını bilmək vacibdir.
Qızdırma 48 saatdan (2 gün gecə-gündüz olmaqla) daha uzun sürərsə və temperaturu salan dərmanlar da kömək etməzsə, həkimlə söhbətləşin.[
Ya da
[
-
11-24-2009, 03:12 AM #45Moderator
- Üyelik tarihi
- Feb 2007
- Mesajlar
- 6.163
Re: Ana ve Uşaq Saglamlıgı
Əmziyin xeyri də var, ziyanı da
Erkən vaxtlarda əmzik əmən körpədə ana südü ilə qidalanma çətinləşə, hətta orta qulaq infeksiyası riski arta bilər
Körpənin sevimli məşğuliyyətlərindən biri də əmzikdir. “Mayo Clinicyin” internet saytında yer alan xəbərə görə, bir çox körpələr güclü əmmə refleksinə sahibdirlər. Hətta bəzi körpələr bətndə ikən əlinin baş barmağını, ya da digər barmaqlarını əmir.
Əmzik “mız-mız” edən körpəni sakitləşdirir. Körpələr əmzik əmərkən daha şən olurlar. Əmzik həm də körpəni müvəqqəti olsa belə, ağlamağa qoymur, onu ovundurur, körpənin yeməyini hazırlamaq üçün anaya vaxt qazandırır. Əmzik körpəyə peyvəndlər vurulanda, yaxud qangötürmə zamanı istifadə olunur, uşağın yuxuya getməsinə yardımçı olur, ani körpə ölümü sindromu riskini azaldır.
Erkən vaxtlarda əmzik əmən körpədə ana südü ilə qidalanma çətinləşə, hətta orta qulaq infeksiyası riski arta bilər.
Əmzikdən uzun müddət istifadə etdikdə dişlərdə də problemlərin meydana çıxması mümkündür. Körpənin ilk illərində əmzikdən normal istifadə bu problemə yol açmır. Ancaq daha uzunmüddətli əmzik üst və ön dişləri kənara doğru istiqamətləndirir, çıxan dişlərin düzgün sıralanmasına mane olur.
Körpə ana südü ilə qidalanırsa, mütəxəssislər onun yalnız 1 aylığından sonra əmzikdən istifadə etməsini məsləhət görürlər.
Körpəniz hər dəfə ağlayanda əmzik verməyin. Əmziyin şəkli və davamiyyət müddəti də çox önəmlidir.
Körpənizin əmziyə alışmasına icazə verin. O, əgər əmziklə maraqlanmırsa, yenidən təkrarlayın. Körpəniz yatarkən əmzik ağzından düşürsə, təkrar verməyin. Əmziyi təmiz saxlayın və tez-tez dəyişin, körpəyə verməzdən əvvəl sabun və su ilə yuyub yaxşıca qurudun. Köhnəlmiş və ya çatlamış əmziyin parçaları qopa bilər, bu isə körpə üçün təhlükəlidir. Körpənizin yaxasında qalması üçün əmziyə heç vaxt ip taxmayın, bu, körpənin boynuna dolana bilər.
Əgər körpəniz qulaq infeksiyası kimi bir xəstəliyə yoluxubsa, 6 aylıq olduqdan sonra əmziyi ona tərgitdirin.[
Ya da
[
-
11-24-2009, 03:11 PM #46Moderlər
- Üyelik tarihi
- May 2009
- Yer
- Amerika United States
- Mesajlar
- 2.811
Re: Ana ve Uşaq Saglamlıgı
TŞK ELİF,VERDİYİN MESLEHETLER İÇİN



LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri