köçürüldüAlıntı:
mahsum_ Nickli Üyeden AlıntıAna südü körpə üçün bütün qidalardan önəmlidir.
Ona görə də mütəxəssislər körpənin ilk Ə ay ərzində yalnız ana südü ilə qidalanmasını məsləhət görürlər. Sonradan əlavə qidalar verməyə başlayarkən əsasən meyvələrə üstünlük vermək lazımdır. Meyvələrin tərkibindəki vitaminlər “ölməsin” deyə onu təzə-təzə, yəni bişirmədən və çıxarılmış şirəsini çox saxlamadan körpəyə vermək faydalıdır.
Portağal, mandarin, alma, armud, heyva və banan kimi meyvələrə yazda da rast gəlinir. Bu meyvələrdən uyğun olaraq, körpəniz üçün müxtəlif cür qidalar hazırlaya bilərsiniz. Lakin meyvələri seçərkən diqqət edin ki, çürük olmasın. 4-cü aydan başlayaraq, körpələrə veriləcək meyvələrin başında alma durur. Tərkibi 50-80% su, 20-25% karbohidratdan ibarət olan alma C, A, B vitaminləri ilə zəngindir. Alma körpənizə 50-60% kalori verir. İçindəki pektin maddəsi ishalın müalicəsində çox faydalıdır.
Körpələrə alma suyu və ya püresini hazırlamaq üçün: qabıqları soyulmuş almanın çəyirdəklərini təmizləyib, şüşə sürtgəcdən keçirin. Sürətlə oksidləşdiyindən süzərək çöküntüsünü çıxarın və o andaca körpənizə verin. Meyvə sularında lazımi qədər şəkər olduğundan artıq şəkər əlavə etməyə ehtiyac yoxdur. Körpəyə veriləcək meyvələrdən biri də banandır. Tərkibində 50-60 % su olan bananda 20% karbohidrat var. C və A vitaminləri ilə zəngindir. Bananı az miqdarda süd və ya meyvə suyu ilə qarışdıraraq əzib, sürtgəcdən keçirdikdən sonra körpənizə içirin.
Körpənizə dişləri çıxmağa başlayanda meyvələri gəmirə biləcəyi şəkildə hazırlayıb verə bilərsiniz.
Körpənizin gün ərzində ehtiyacları
Protein: gündə 2 qaşıq yumurta sarısı, bir parça ət, süzmə pendir.
Kalsium: pendir, qatıq kimi kalsiumla zəngin qidalar.
Taxıl məhsulları və digər karbohidratlar
Mərci, lobya püresi, yaxud yarım dilim kəpəkli çörək.
Vitaminlər: kartof, kök, brokolidən hazırlanmış püre.
Yağ: süd və süd məhsulları.
Dəmir: dəmir əskikliyi ilə əlaqədar meydana çıxan qanazlığını aradan qaldırmaq üçün yumurta sarısı, bəkməz məsləhətdir.
Ana ve Uşaq Saglamlıgı
Printable View
-
08-12-2007, 07:21 PMlogmanköçürüldüAlıntı:
mahsum_ Nickli Üyeden Alıntı
-
08-12-2007, 07:22 PMlogmanköçürüldüAlıntı:
mahsum_ Nickli Üyeden Alıntı
-
08-12-2007, 07:24 PMlogmanköçürüldüAlıntı:
Elif Nickli Üyeden Alıntı
-
08-12-2007, 07:25 PMlogmanköçürüldüAlıntı:
mahsum_ Nickli Üyeden Alıntı
-
08-12-2007, 08:01 PMKaRTaNeSii
yüreğine sağlık elif bacı.. :D
indi 17 yaşındayım çocuğum olanda dediklerini yaparam.. :D
bu arada azericeyi öğrenebilmişin tebrik edirem
:alqis: :alqis: :alqis: :alqis: :alqis: -
08-13-2007, 01:04 AMseyda
yaa elif bacı başına gelince sende tekrar oku bakalım uygulanabilirmi ben 2 yıldır deniyorum ama o gene kendi istediğini istediği saatte yapıyor artık biz çocuklarımızı değil çocuklarımız bizi yönlendiriyor.neler çektğimi sen yakından gördün :angry:
-
08-17-2007, 09:45 PMElifxala qurban yeyerem onu ele. könlü nece isteyirse ele eleyer Allah saxlasın yeğenimiAlıntı:
seyda Nickli Üyeden Alıntı
Bir dediğini iki etme :al: -
08-20-2007, 03:54 PMElifTəkərli arabalar etibarlı deyil
Təkərli arabalar etibarlı deyil
Körpələrin yeriməsinə yardımçı olmaq üçün istifadə edilən təkərli arabalar əslində zərərlidir.
Belə arabalarda yeriyən körpənin əzələləri normal güclənmədiyi üçün yeriməni sürətləndirir. Körpə barmaq üzərinə qalxaraq yeriməyə çalışdığı üçün qıçlarının arxa tərəfindəki əzələlərə ağırlıq düşür. Ona görə də qabaq tərəfdəki və yan əzələlər zəif olur. Ümumiyyətlə, erkən vaxtlarda belə arabalardan istifadə edən körpələr nizamlı və sağlam addımlarla yerimək əvəzinə, sürətli və nizamsız yeriyirlər.
Halbuki sürünmə, iməkləmə, dırmanma və ya ayağa qalxmaq kimi hərəkətlər körpənin əzələlərini gücləndirir. Odur ki, yerimək üçün təkərli arabalar əvəzinə, ata-ananın körpənin əlindən tutaraq addım atmasına yardımçı olmaları daha əlverişlidir. -
08-20-2007, 03:56 PMElif
“Körpəmin ayaqları gözəldir”
“Körpəmin ayaqları necə də gözəldir” deyə hər bir ana övladının kiçicik ayaqlarına baxıb, uşaq kimi sevinir.
Lakin günlər, aylar keçdikcə onun ayaqları inkişaf edir, şəklini dəyişir. Bu zaman körpə üçün seçdiyiniz ayaqqabılara diqqət etməlisiniz. Çünki ayaqqabılar körpənin ayaqlarının inkişafında, onun düzgün formalaşmasında mühüm rol oynayır. Belə ki, düzgün seçilməyən ayaqqabı uşağın topuğunda, hətta dizində problemlərə səbəb olur. Ayaqlar hələ inkişafda olduğundan normal seçilməyən ayaqqabılar sümüklərin əyilməsinə, hətta qırılmasına gətirib çıxarır. Ayaqqabı körpənin ayağının ölçüsünə tam uyğun olmalı, onun ayaqları ayaqqabının içində rahat hərəkət etməlidir. -
10-07-2007, 02:40 PMElifBir yaşından az olan körpələrə bal verməyin
Bir yaşından az olan körpələrə bal verməyin
Balın tərkibində allergik maddələr olduğu üçün 1 yaşından kiçik körpələrə bal vermək olmaz.
Əvəzində isə körpəyə qida dəyəri yüksək və dəmir elementi ilə zəngin bəkməz vermək məsləhətdir. Bundan əlavə, körpəyə altı ayın sonunda münasib bişirmə üsulundan istifadə edərək hazırlanan balıq və yumurta vermək olar.
