Sayfa 10/11 İlkİlk ... 891011 SonSon
102 sonuçtan 91 ile 100 arası

Bir - birindən gülməli lətifələr...

  1. #91
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Bir - birindən gülməli lətifələr...

    valla men bele ürekden gülenden sora ağlıyıram
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  2. #92
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Bir - birindən gülməli lətifələr...

    niyə?

  3. #93
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Bir - birindən gülməli lətifələr...

    Div tutur ər-arvadı deyir:
    - Yeyəcəm sizi!
    Arvaddan soruşur :
    - Adın nədir?
    - Pakizə.
    Div deyir:
    -Anamın adıdır, çıx get. Yemirəm səni!
    Kişidən soruşur:
    - Sənin adın nədir?
    Deyir:
    -Mameddi, amma uşaqlıqda həmişə mənə Pakizə, Pakizə deyərdilər.




    Bir gün Corc Buş orta məktəblərin birinə ziyarətə gəlir. Ziyarətdən sonra eksperimental sinifdə Corc Buşa sual vermək imkanı yaranır. Bob ayağa qalxır və deyir: "Cənab prezident, sizə 3 sualım olacaq.
    1. ABŞ niyə BMT-nin razılığı olmadan İraqa soxuldu?
    2. Kerry sizden daha çox səs topladığı halda niyə məhz siz prezident seçildiniz?
    3. Əfqanistana əsgər göndərdiyiniz Bin Ladenə nə oldu?"

    Bobun sualları qutaran kimi zəng çalındı və Buş "tənəffüsdən sonra davam edərik" deyir. Tənəffüs qutarır, hamı yerinə qayıdır. Buş: "Harda qalmışdıq? Hə.... suallarda". Başqa bir uşaq əlini qaldırır.

    Buş: "Adın nədi?"
    Uşaq: "Stiv"
    Buş: "Nə sualın var?"
    Uşaq: 5 sualım var cənab prezident
    1. ABŞ niyə BMT-nin razılığı olmadan İraqa soxuldu?
    2. Kerry sizden daha çox səs topladığı halda niyə məhz siz prezident seçildiniz?
    3. Əfqanistana əsgər göndərdiyiniz Bin Ladenə nə oldu?
    4. Tənəffüs zəngi niyə 20 dəqiqə tez vuruldu?
    5. Bob niyə yoxa çıxdı?

  4. #94
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Bir - birindən gülməli lətifələr...

    Dəlixanada iki nəfəri azad etməyə hazırlaşırlar. Həkimlər “Çağıraq axırıncı yoxlamadan keçirək görək ağıllanıblarmı” deyirlər. Hər ikisini masa arxasına çağırırlar.
    Masanın üzərinə iki qab qoyurlar. Birinin içinə zeytun, o birinin içinə hamamböcəyi yığırlar. Sonra deyirlər bunları yeyin. Dəlilərdən biri tez zeytunları yeməyə başlayır. O birisi isə tez hamamböcəklərini yeməyə başlayır və deyir:
    - Əvvəl bunları yeyək. O birilər qaçmır.



    Bir gün bir tələbə yol ilə gedərkən imtahanda ona iki verən müəllimi ilə rastlaşır...
    T. Salam, Müəllim!
    M. Mən axmaqlarla salamlaşmıram!!
    T. Təsəvvür edirsiz mən isə təkcə axmaqlarla salamlaşıram!



    Uşağı anadan olub əsgərliyə gedən bir kənd qaqaşı evinə gəlincə stolun ətrafında arvadını və 3 uşaq görür.
    –Eşşək qızı eşşək mən gedəndə 2 uşaq var idi ,3-cü hardan çıxdı?
    Arvadı çox sakitcə cavab verir
    –Nə bağırırsan sənə ata deyiiiir? oturub qatığını yeyir dəəə



    Doktor Vatson və Serlok Holms meşəyə gedirlər... Nəsə qaranlıq tez düşür, bunlar meşədə qalmalı olurlar. Çadır qurub, girib içinde yatırlar...
    Gecənin bir aləmi ikisi də yuxudan ayilir. Vatson S.Holmsdan soruşur:
    -Üstümüzdəki ulduzlar sənə nə deyir?
    Holms:
    -Mənə deyir ki, sabah hava yaxşı olacaq. Bəs sənə nə deyirlər?
    Vatson:
    -Mənə deyirlər ki, bizim çadırımızı oğurlayıblar...

  5. #95
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Bir - birindən gülməli lətifələr...

    1.Bir gün bir nəfər aptekə girir və deyir -Sizdə çörək var? Satıcı deyir ki, Aptekdə çörək olmür yox yoxdu. Kişi satıcının gözünü partladır. Səhəri gun yene girir hemin Apteke deyir - Sizdə çörək var? Satıcı deyir yox. Kişi vurub o biri gözündə partdadır. Satıcı bundan bezib Aptekə çörək qoyur. Kişi yenə gəlir və satıcı kişini qabaqlayır ki, çörək var. Kişi deyir ki, mənə indi çörək yox, Smetan lazımdı

    2.Bir kişi yolnan gedir, birdən dərin bir quyuya düşür. Nə qədər eləyir çıxa bilmir, nə qədər eləyirçıixa bilmir, axırda öz-özünə deyir:
    -Bu dəfə də çıxa bilməsəm çıxıb gedəcəm evə.

    3.Musiqi məktəbində müəllimlə şagiridin dialoqu:
    Müəllim: Do-dan sonra nə gəlir?
    Şagird: Müəllim söhbət sizdən gedirsə DO-dan sonra NUZ gəlir.

    4.Bir gün kişi evə sərxoş halda gılir. Arvad qaplnl açanda üst - basının toz - torpaq olduğunu görüb deyinir. Utanmırsan ay kişi, qonşularln yanlnda biyabir olduq.
    Kisi deyir: Arvad sən heç narahat olma! Məni heç kəs görə bilməz!
    Arvad: Necə?
    Kişi:Çünki, sürünə - sürünə gəlmişəm!

    5. Bir gün bir uşaq maqazinə gəlib deyir: sizdə 1ml dənə mismar var.
    Satıcı: yox yoxdu deyir.
    Uşaq səhərsi gün gəlir yenə deyir: sizdə 1ml dənə mismar var
    Satıcı: yox yoxdur deyir.
    bir gündə belə olur : qəzəblənən satıcı uşağı yola salır.
    Satıcı uşağın əl şəkmədiyini görüb gedir 1 ml dənə mismar alır gətirir dükana. Uşaq gəlir yenə sizdə 1 ml dənə mismar var deyə sorusur:
    Satıcı deyir: hə var.
    Oğlan: oyda sizdə nə qədər mismar var deyir

    6.Bir dəlixanada dəliləri yoxlayırlar lampıçka verirlərki işiğın yerinə taxsınlar.
    Bir dəli stula çıxır,üstünə də kağız qoyur,
    Soruşurlar ki niyə belə edirsən, deyir ki qoy boyum hündür olsun, əlim çatsın.

    7.Bir gün bir tələbə yol ilə gedərkən imtahanda ona iki verən müəllim ilə rastlaslr.
    Tələbə: Salam müəllim
    Müəllim: Men axmaqlarla salamlaşmıram
    Tələbə: Təsəvvür edirsiz mən isə ancaq axmaqlarla salamlaşıram.

    8. Pomidor mədədə oturub. Birdən mədəyə yeni nəsə tökülür. O sorusur:
    - Sən kimsən?
    -Mən arağam.
    -Səni kimin şərəfinə içdilər?
    -Əhmədağanın!
    Bir azdan yenə mədəyə araq təşrif buyurur. Pomidor yenə soruşur:
    -Adə, yenə sən?
    -Hə, nolubki?
    -Zəhrimar olub. Yenə səni kimin şərəfinə içdilər?
    -Əhmədağanın!
    Pomidor bu dəfə dözmür:
    -Əşi, çıxım görüm kimdi ki bu hörmətli Əhmədağa?!

    9. Qaranlıq tində:
    -Adə, sən buralarda slucayni polis-zad görmədin?
    -Yo-o-ox, nədirki?
    -Onda soyun paltovu!

    10. Bir dost digərinə:
    -Sənin ayaqqabılarının biri niyə sarı, o biri qırmızıdır?
    -Bilmirəm, evdəki də belədir.

    11. Üç ayı öz mağarasına qayıdır. Ata ayı:
    -Kim mənim boşqabımdakı supu yeyib?
    Bala ayı:
    - Kim mənim boşqabımdakı supu yeyib?
    Ana ayı:
    -Sakitləşin, bugün mən sup bişirməmişəm.

    12. Tarix dərsi. Müəllim:
    -Uşaqlar, bugün biz kecmişləri təkrarlayacağıq, Lalə, dur Amilə bir sual ver görüm.
    Lalə:
    -1812-ci ildəki dava neçənci ildə olub?

    13. Səfərqulu əlində qəzet qışqırır:
    -Fantastika, maraqlı xəbərlər. 99 adam aldadılıb!!!
    Bir kişi maraqlanır, qəzeti alır. Usaq bir az kənarlaşır, yenidən qışqırır:
    -Fantastika, şok xəbər. 100 nəfər aldadılıb!!!

    14. Elşən gözündə yumruq izi evə gəlir. Anası onu görüb həyəcanlanır:
    -Bu nədi? Sənə nə olub?
    -Başa düşürsən,ana, hər gecə saat 2-də mən sinif yoldaslarımdan birinin evinə zəng vurub soruşurdum:”Tapın görüm mən kiməm?”
    -Nə olsun ki?
    -Heeeç . Bu gün biri tapdı.

    15. Teatrın qarderobunda paltolarını alarkən arvad kişiyə hirslə:
    -A kişi başın xarab olub, heç qarderobcuya da 2 manat verərlər?!
    Kişi sakitce;
    -Ay arvad, dinmə görək bax gör o mənə nə cür şuba verib.

    16. Mağaza sahibi kolleqasından soruşur:
    -Hə, nə oldu, sənin qəzetdə qarovulçu axdarmaq barədə elanın nə nəticı Verdi?
    -Əla oldu. Dünən mağazamı yardılar.

    17. Cukca yolla gedir. Birdən görür ki arxadan bir at gəlib onu qovur. Cukca qaçır, at qaçır, kişi qaçır, at qaçır… Axırda canını qurtarıb yola düzəlir. İndidə qarşısına bir raket çıxır. Raket də onu bir az qovduqdan sonra cukca səs eşidir:
    -Adə, minmirsən minmə də, day karuseli nöş zanit eləyirsənki?!

    18. Cavan oğlan küçədə özünü risovat eləyən bir qızı saxlayır:
    - Xanım, siz heç pula görə mənimlə sevişərdiz?
    Qız nazlanaraq:
    -Aaaa başı xarab olub eee. Əlbəttə yox!
    -Əla! Elə kakraz mənim pulum yoxdur!

    19. Bir qadın təzəcə tanış olduğu arvadla dərdləşir:
    -Zəmanə nə yaman dəyişib, bir görün indiki cavanlar necə geyinirlər. Xüsusiylə qızlar. Bir o qıza baxın- saşları qısa, şalvarı dar, heç bilmirsən ki qızdır ya oglan…
    -O mənim qızımdır.
    -Eləmi? Bağışlayın, bilmədim ki siz onun atasısınız.
    -Atasi yox, mən onun anasıyam.

    20. Müəllim:
    -Uşaqlar,nəyə görə öz sinif yoldaşınızı döymüsünüz?
    -Çünki o, ev tapşırığını düzgün yazmamışdı.
    -Bu axı onu döyməyə bəhanə deyil.
    -Axı biz hamımız ondan köçürrmüşdük.

  6. #96
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Bir - birindən gülməli lətifələr...

    Cim və Meri dəlixanadakı dəlilərdəndir. Bir gün dəlixanada hovuzunun ətrafında gəzərkən Cim hoppanıb hovuzun dibinə batır. Mari bunu görən kimi tullanıb Cimi xilas edir. Marinin bu qəhrəmanlığı bütün dəlixanaya yayılır. Dəlixana müdiri Marinin ağıllandığı bilir və onu yanına çağırtdırıb azad etmək üçün əmr verməyə hazırlaşır. Mari baş həkimin otağına daxil olur.

    Baş həkim:

    - Mari, sənə bir yaxşı və bir pis xəbərim var. Yaxşı xəbərim odur ki, səni azadlığa buraxacayıq. Pis xəbərim ondan ibarətdir ki, sən Cimi qurtardıqdan sonra o özünü hamamda asıb.

    - O özünü asmayıb. Sudan çıxarıb mən asmışam ki, qurusun



    Konsert. Gənc bir mügənni səhnəyə çıxır. Oxuyur. Zaldan qışqırırlar: "Bir daha !" Yenə oxuyur. Yenə qışqırırlar: "Oxu ! Oxu !" Təkrar oxuyur. Yenə: " Təkrar !" Mügənni:
    - Bağışlayın. Neçə dəfə oxuyacam ? Mən axı yorulmuşam.
    - Öyrənənə qədər !



    Bir dəfə Cjuan yuxuda gördu ki, kəpənəkdir, qayğısız-qayğısəz qanad çalib
    uçur. O, ürəkdən ləzzət alır, bilmirdi ki, Cjuandir. Birdən oyanıb gördü ki,
    o Cjuandir ve başa duşə bilmədi ki, Cjuana elə gəlirdi ki, o kəpənəkdir və
    yuxuda gordüyü isə Cjuandir.



    Qonşu bir rayonda toy olur toyda bəyin bütün rayonlardan dstları təşrif buyururu
    obşim Lənkəranlı yeyib içib durur ayağa gedir aşıqçıların yanına 1 şirvan atır deyir çalın Lənkəranım bu zaman Naxçıvanlı da aşıqlara yaxınlaşır 5 şirvan atır dyeir çalın Naxçıvanım bu zaman Lənkəranlı ilə Naxçıvanlının arasınd a mübahisə qızışır başlayırlar dalaşmağa bayaqdan bəri bunlara tamaşa edən biləsuvarlı rəhimdil olduğundan durur ayağa gəlir bunları ayırmağa bunlard a baxır ayə bu nağarır başlayırla r ikisidə Biləsvarlını döyməyə döyürlər-döyürlər axırda biləsuvarlı hər ikisin itəkləyir kənara aşıqlara deyir əşi çalın "ALLAHIM NƏDİR GÜNAHIM"



    Zəng çalınır...Şagirdlər içəri girir....Riyaziyyat dərsi başlayır....
    Müəllimə jurnala baxıb deyir:
    Naaaaaaaaaattttttiiiiiiiiiqqqq......
    Natiq deyir : Hııııııııııııııııı......
    Müəllimə: Zəhriman hıııı, çor hıııı....Müəllimə danışanda şagird əyağa qalxar!!! De görüm 2*3 nəçə eləyər ?
    Natiq deyir : 10
    Müəllimə: Otur əəə....
    Biraz sonra.....
    Oooooooooorrxaaaaaaaannnn.....
    Orxan : Hııııııııı......
    Müəllimə: Zəhrimar hııııı, çor hııııı.....Müəllim danışanda şagird əyağa qalxar!!! de görüm 5*5 neçə eləyər ?
    Orxan: 25
    Müəllimə: Bəs 3*5 neçə eləyər?
    Deyir: 15
    Müəllimə: Sən laaaf professorsan kiiii
    Sabahısı gün Orxan gəlir müəlliməyə deyir: Müəəəəəəəəlllliiiiimmməəəəəəəəə. ......
    Müəllimə deyir: Hıııııııııı.....
    Orxan deyir: Zəhrimar hııııı, çor hııııı.....Professor gələndə müəllimə ayağa qalxar



    80 yaşında er arvad evde otururlar, canları sıxılır. arvad düşünür düşünür ve erine deyir:
    - Ezizim, gel biz gencliyimizi xatırlayaq, yene evvelki kimi meni görüşe çağır..
    Er razılaşır. Bu axşam seni sahilde saat 6 da gözleyecem deyir.
    Ne ise adam gedir sahilde gözlemeye başlayır. yarım saat keçdi, 1 saat keçdi, 2 saat, 3 saat, arvad gelmedi. Adam esebleşir eve gelir qapını vurur açır:
    - Hardasan sen, neçe saatdır seni sahilde gözleyirem,- deyir
    Arvad: E atam icaze vermedi evden çıxmağaaa



    Özünü siçan hesab edən bir dəli bir neçə ildən sonra ağıllanır və dəlixanadan çıxmaq vaxtı gəlir. Baş həkim onu çağırıb yoxlayır:
    - De görüm, sən insansan yoxsa siçan?
    - Həkim, o günlər keçdi. Artıq ağıllanmışam.
    Həkim sənədlərini yazır, bunu buraxır. Bir azdan həkimlərdən biri gəlir:
    - Həmin adam yenə siçan kimi kolların dalında gizlənib.
    Həkim çağırtdırır onu. Sorğu-sualdan sonra xəstə deyir:
    - Həkim mən ağıllanmağına ağıllanmışam, amma çöldəki pişik hardan bilsin ki,mən ağıllanmışam



    Kishi:
    - Arvad otaqda neche derece istilik var?
    Arvad:
    - 20 derece.
    Kishi:
    - Bes bayirda?
    Arvad:
    - 25 derece.
    Kishi:
    - Ele ise ach pencereni, qoy o 5 derece de girsin otaga...


    Bir gün arvad türmədə yatan oğluna məktub yazır:
    -Oğlum sən içəri girəndən bəri heç kim işlərimi görmür, bostanda işləyən yoxdur, kartofu əkə bilmirəm..Oğul cavablnda yazırki:
    -Ana nə badə həyətdəki bostanı qazasan, həm özüvü bədbəxt edərsən,həm də məni.. Bu söhbetin üstündən bir müddət keşir, anası yenidən məktub yazır:
    - Oğul sənin məktubundan sonra bir polis geldi həyəti qazıb getdi,amma heç nə tapa bilməyib söyə-söyə getdilər... Oğluda cavab yazırki Ana həyəti mən qazdırdım kartofu isə özün ək


    Bir gün bir kişi gedir dəlləyə saçinı vurdurmağa.Vurdurub qurtarandan sonra usta bunun başına tüpürür.Kişi deyir:
    -Nə edirsən ? başıma niyə tüpürürsən?
    Usta deyir:
    -Başına yox gördüyüm işə tüpürürəm


    Cəbhə bölgəsi.Müharibə illəri.Komandir rotaya hücum əmri verir və əsgərlər “ura” deyib hücuma keçirlər.Bir əsgər isə “ura” deyib geri qaçır.Komandir qışqırır:
    -Dayan,qorxaq,hara qaçırsan?
    -Yoldaş komandir mən qorxaq deyiləm.Bu mənim taktiki manevrimdi.Yer kurəsini dolanıb düşmənin arxasına keçəcəm.

  7. #97
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Bir - birindən gülməli lətifələr...



    1. Bir dəfə Bakıdan Naxcıvana ucan təyyarədə qız pilota yaxınlaşıb deyir ki, bir yaşlı kişi özünü atmaq istəyir. Nə qədər eliyirik ele deyirki mən düşürəm vəssalam.
    -Pilot deyir: ?necə adamdır??
    -Qız deyir: ?Əli, qolu sınıq başı sarıqlı bir kişidir?
    -Pilot deyir: ?Dəyməyin,qoy düşsün o həmişə burda düşür?





    2.İki dost görüşür. Biri digərinə:
    - He-he-he-e-e-e-ç ba-a-a-a-ş-a dü-ü-ü-ü-şə bil-mi-mi-rəm ki, ni-ni-yə ba-a-a-a-a-k-k-k-se-se-se-se-l mə-ə-ə-nə ə-ə ən ya-a-axşı a-a-abo-nenti-i-i ki-i-i-i-mi müka-a-fat ve-e-e-rib?





    3.Bir gün iki uşaq anasından soruşur ana biz necə dünyaya gəmişik.
    -Anası deyir: Sizi quşlar gətirib.
    -Uşağın biri o birisinə: Anaya deyək, yoxsa elə həmişə bilməmiş qalsın?





    4.Dəlixanada dəlinin biri ağacın altında şaqqanaq çəkib gülür.Dostu yaxınlaşıb soruşur?
    - Nəyə gülürsən?
    - Heç! Mən həmişə öz-özümə Lətifə deyib gülürəm. Ama bu dəfəkini heç eşitməmişdim.





    5.Bir-biri ilə mübahisə etmiş ər-arvad maşın ilə gedirlər.
    -Ər Çöllükdə atlara, keçilərə və donuzlara işarə edərək: Sənin qohumlarındır?
    -Arvad: Aha, səninlə tanış olandan sonra.





    6.Müəllim-müəllimə deyir:
    -Mənim sinfim savadsız uşaqlarda doludur. Teoremi izah edirəm başa düşmürlər. İkinci dəfə izah etdim, yenə də başa düşmürlər. Üçüncü dəfə izah etdim, mən başa düşdüm, amma onlar başa düşmədilər.





    7. İki dəli xəstəxanadan qaçmağa qərar verirlər. Gecə planlarını yerinə yetirib qaçırlar. Səhərisi gün təzədən qayıdırlar. Digər dəlilər bunlardan soruşurlar:
    - Niyə qayıtdınız?
    - Bu gün planı sınaqdan keçirdik. Sabah qaçacağıq.





    8.Bir Gün Ata İlə Oğul Sohbət Edirlər
    -Ata: Oğul Sən nə vaxt 2-ni düzəldəcəksən ?
    -Oğul: Ata, mən neyləyim, jurnal müəllimlər otağındadır.





    9.Ərlə Arvad Söhbət edirlər.
    -Arvad deyir: Mən Əminəm ki,o dünyada cənnətdə arvadlar kişilərdən ayrı olurlar.
    -Əri cavab verir: Əlbəttə,elə olmasaydı,ora cənnət olmazdı ki!





    10.Bir Gün Xəstə həkimə gedir.
    -Həkim soruşur: Hə indi necə yatırsınız?Məsləhətimə əməl edib yuxuya getmək üçün sayırsınızmı?
    -Xəstə: Bəli həkim.Düz 18456-ya kimi saydım.
    -Həkim: Hə,necə,yuxuladınızmı?
    -Xəstə: Nə yuxlamağı,işə getmək vaxtı idi.



    Uzunuzde bir balaca guluw yarada bildimse bu menim ucun boyuk ugurdur

  8. #98
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Bir - birindən gülməli lətifələr...

    [

  9. #99
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Bir - birindən gülməli lətifələr...

    Ölkələr arası işləyən bir psixoloq, dünyanın fərqli yerlərinə gedib qadınlara 1 sualla müraciət edir:
    Ərinizi başqa bir qadınla tutsanız nə edərsiniz???
    Suala ölkələrə görə verilən cavablar isə bunlar olur:
    Isveçli: mənim nəyimi bəyənmədiyini soruşaram
    Rus: Evi tərk ederəm
    Fransız: Səsimi çıxarmaram, sevgilimə gedib məni təsəlli etməsini istəyərəm
    İtalyan: Qadını öldürərəm
    Yunanlı: Hər ikisinidə öldürərəm
    VƏ nəhayət Azərbaycanlı: yox nə danışırsan, mənim ərim elə bir şey eləməzzz…
    ne gündeyik
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  10. #100
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Bir - birindən gülməli lətifələr...

    Bir qadın oğlunu həkimə aparır.”Oğlum yeryə bilmir,gözü görmür,kar və dilsizdir,huşu da yerində deyil ona gorə sizə göztərməyə gətirdim” deyir.
    Həkim bir qadına birdə uşağa baxır: “soyunun” deyir-
    Qadın: nə soyunması ay həkim, xəstə olan mən deyiləm oğlumdur..
    Həkim: bilirəm onu düzəldənə qədər təzəsini yaratmaq daha asandır ona görə deyirem
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

Sayfa 10/11 İlkİlk ... 891011 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.