valla men bele ürekden gülenden sora ağlıyıram :meyus:
Bir - birindən gülməli lətifələr...
Printable View
-
12-24-2009, 03:12 PMDamla1Re: Bir - birindən gülməli lətifələr...
-
12-25-2009, 11:05 PMzeynalov_Re: Bir - birindən gülməli lətifələr...
niyə?
-
01-02-2010, 01:46 PMzeynalov_Re: Bir - birindən gülməli lətifələr...
Div tutur ər-arvadı deyir:
- Yeyəcəm sizi!
Arvaddan soruşur :
- Adın nədir?
- Pakizə.
Div deyir:
-Anamın adıdır, çıx get. Yemirəm səni!
Kişidən soruşur:
- Sənin adın nədir?
Deyir:
-Mameddi, amma uşaqlıqda həmişə mənə Pakizə, Pakizə deyərdilər.[
Bir gün Corc Buş orta məktəblərin birinə ziyarətə gəlir. Ziyarətdən sonra eksperimental sinifdə Corc Buşa sual vermək imkanı yaranır. Bob ayağa qalxır və deyir: "Cənab prezident, sizə 3 sualım olacaq.
1. ABŞ niyə BMT-nin razılığı olmadan İraqa soxuldu?
2. Kerry sizden daha çox səs topladığı halda niyə məhz siz prezident seçildiniz?
3. Əfqanistana əsgər göndərdiyiniz Bin Ladenə nə oldu?"
Bobun sualları qutaran kimi zəng çalındı və Buş "tənəffüsdən sonra davam edərik" deyir. Tənəffüs qutarır, hamı yerinə qayıdır. Buş: "Harda qalmışdıq? Hə.... suallarda". Başqa bir uşaq əlini qaldırır.
Buş: "Adın nədi?"
Uşaq: "Stiv"
Buş: "Nə sualın var?"
Uşaq: 5 sualım var cənab prezident
1. ABŞ niyə BMT-nin razılığı olmadan İraqa soxuldu?
2. Kerry sizden daha çox səs topladığı halda niyə məhz siz prezident seçildiniz?
3. Əfqanistana əsgər göndərdiyiniz Bin Ladenə nə oldu?
4. Tənəffüs zəngi niyə 20 dəqiqə tez vuruldu?
5. Bob niyə yoxa çıxdı? -
01-02-2010, 01:49 PMzeynalov_Re: Bir - birindən gülməli lətifələr...
Dəlixanada iki nəfəri azad etməyə hazırlaşırlar. Həkimlər “Çağıraq axırıncı yoxlamadan keçirək görək ağıllanıblarmı” deyirlər. Hər ikisini masa arxasına çağırırlar.
Masanın üzərinə iki qab qoyurlar. Birinin içinə zeytun, o birinin içinə hamamböcəyi yığırlar. Sonra deyirlər bunları yeyin. Dəlilərdən biri tez zeytunları yeməyə başlayır. O birisi isə tez hamamböcəklərini yeməyə başlayır və deyir:
- Əvvəl bunları yeyək. O birilər qaçmır.
Bir gün bir tələbə yol ilə gedərkən imtahanda ona iki verən müəllimi ilə rastlaşır...
T. Salam, Müəllim!
M. Mən axmaqlarla salamlaşmıram!!
T. Təsəvvür edirsiz mən isə təkcə axmaqlarla salamlaşıram!
Uşağı anadan olub əsgərliyə gedən bir kənd qaqaşı evinə gəlincə stolun ətrafında arvadını və 3 uşaq görür.
–Eşşək qızı eşşək mən gedəndə 2 uşaq var idi ,3-cü hardan çıxdı?
Arvadı çox sakitcə cavab verir
–Nə bağırırsan sənə ata deyiiiir? oturub qatığını yeyir dəəə
Doktor Vatson və Serlok Holms meşəyə gedirlər... Nəsə qaranlıq tez düşür, bunlar meşədə qalmalı olurlar. Çadır qurub, girib içinde yatırlar...
Gecənin bir aləmi ikisi də yuxudan ayilir. Vatson S.Holmsdan soruşur:
-Üstümüzdəki ulduzlar sənə nə deyir?
Holms:
-Mənə deyir ki, sabah hava yaxşı olacaq. Bəs sənə nə deyirlər?
Vatson:
-Mənə deyirlər ki, bizim çadırımızı oğurlayıblar... -
01-02-2010, 01:50 PMzeynalov_Re: Bir - birindən gülməli lətifələr...
1.Bir gün bir nəfər aptekə girir və deyir -Sizdə çörək var? Satıcı deyir ki, Aptekdə çörək olmür yox yoxdu. Kişi satıcının gözünü partladır. Səhəri gun yene girir hemin Apteke deyir - Sizdə çörək var? Satıcı deyir yox. Kişi vurub o biri gözündə partdadır. Satıcı bundan bezib Aptekə çörək qoyur. Kişi yenə gəlir və satıcı kişini qabaqlayır ki, çörək var. Kişi deyir ki, mənə indi çörək yox, Smetan lazımdı
2.Bir kişi yolnan gedir, birdən dərin bir quyuya düşür. Nə qədər eləyir çıxa bilmir, nə qədər eləyirçıixa bilmir, axırda öz-özünə deyir:
-Bu dəfə də çıxa bilməsəm çıxıb gedəcəm evə.
3.Musiqi məktəbində müəllimlə şagiridin dialoqu:
Müəllim: Do-dan sonra nə gəlir?
Şagird: Müəllim söhbət sizdən gedirsə DO-dan sonra NUZ gəlir.
4.Bir gün kişi evə sərxoş halda gılir. Arvad qaplnl açanda üst - basının toz - torpaq olduğunu görüb deyinir. Utanmırsan ay kişi, qonşularln yanlnda biyabir olduq.
Kisi deyir: Arvad sən heç narahat olma! Məni heç kəs görə bilməz!
Arvad: Necə?
Kişi:Çünki, sürünə - sürünə gəlmişəm!
5. Bir gün bir uşaq maqazinə gəlib deyir: sizdə 1ml dənə mismar var.
Satıcı: yox yoxdu deyir.
Uşaq səhərsi gün gəlir yenə deyir: sizdə 1ml dənə mismar var
Satıcı: yox yoxdur deyir.
bir gündə belə olur : qəzəblənən satıcı uşağı yola salır.
Satıcı uşağın əl şəkmədiyini görüb gedir 1 ml dənə mismar alır gətirir dükana. Uşaq gəlir yenə sizdə 1 ml dənə mismar var deyə sorusur:
Satıcı deyir: hə var.
Oğlan: oyda sizdə nə qədər mismar var deyir
6.Bir dəlixanada dəliləri yoxlayırlar lampıçka verirlərki işiğın yerinə taxsınlar.
Bir dəli stula çıxır,üstünə də kağız qoyur,
Soruşurlar ki niyə belə edirsən, deyir ki qoy boyum hündür olsun, əlim çatsın.
7.Bir gün bir tələbə yol ilə gedərkən imtahanda ona iki verən müəllim ilə rastlaslr.
Tələbə: Salam müəllim
Müəllim: Men axmaqlarla salamlaşmıram
Tələbə: Təsəvvür edirsiz mən isə ancaq axmaqlarla salamlaşıram.
8. Pomidor mədədə oturub. Birdən mədəyə yeni nəsə tökülür. O sorusur:
- Sən kimsən?
-Mən arağam.
-Səni kimin şərəfinə içdilər?
-Əhmədağanın!
Bir azdan yenə mədəyə araq təşrif buyurur. Pomidor yenə soruşur:
-Adə, yenə sən?
-Hə, nolubki?
-Zəhrimar olub. Yenə səni kimin şərəfinə içdilər?
-Əhmədağanın!
Pomidor bu dəfə dözmür:
-Əşi, çıxım görüm kimdi ki bu hörmətli Əhmədağa?!
9. Qaranlıq tində:
-Adə, sən buralarda slucayni polis-zad görmədin?
-Yo-o-ox, nədirki?
-Onda soyun paltovu!
10. Bir dost digərinə:
-Sənin ayaqqabılarının biri niyə sarı, o biri qırmızıdır?
-Bilmirəm, evdəki də belədir.
11. Üç ayı öz mağarasına qayıdır. Ata ayı:
-Kim mənim boşqabımdakı supu yeyib?
Bala ayı:
- Kim mənim boşqabımdakı supu yeyib?
Ana ayı:
-Sakitləşin, bugün mən sup bişirməmişəm.
12. Tarix dərsi. Müəllim:
-Uşaqlar, bugün biz kecmişləri təkrarlayacağıq, Lalə, dur Amilə bir sual ver görüm.
Lalə:
-1812-ci ildəki dava neçənci ildə olub?
13. Səfərqulu əlində qəzet qışqırır:
-Fantastika, maraqlı xəbərlər. 99 adam aldadılıb!!!
Bir kişi maraqlanır, qəzeti alır. Usaq bir az kənarlaşır, yenidən qışqırır:
-Fantastika, şok xəbər. 100 nəfər aldadılıb!!!
14. Elşən gözündə yumruq izi evə gəlir. Anası onu görüb həyəcanlanır:
-Bu nədi? Sənə nə olub?
-Başa düşürsən,ana, hər gecə saat 2-də mən sinif yoldaslarımdan birinin evinə zəng vurub soruşurdum:”Tapın görüm mən kiməm?”
-Nə olsun ki?
-Heeeç . Bu gün biri tapdı.
15. Teatrın qarderobunda paltolarını alarkən arvad kişiyə hirslə:
-A kişi başın xarab olub, heç qarderobcuya da 2 manat verərlər?!
Kişi sakitce;
-Ay arvad, dinmə görək bax gör o mənə nə cür şuba verib.
16. Mağaza sahibi kolleqasından soruşur:
-Hə, nə oldu, sənin qəzetdə qarovulçu axdarmaq barədə elanın nə nəticı Verdi?
-Əla oldu. Dünən mağazamı yardılar.
17. Cukca yolla gedir. Birdən görür ki arxadan bir at gəlib onu qovur. Cukca qaçır, at qaçır, kişi qaçır, at qaçır… Axırda canını qurtarıb yola düzəlir. İndidə qarşısına bir raket çıxır. Raket də onu bir az qovduqdan sonra cukca səs eşidir:
-Adə, minmirsən minmə də, day karuseli nöş zanit eləyirsənki?!
18. Cavan oğlan küçədə özünü risovat eləyən bir qızı saxlayır:
- Xanım, siz heç pula görə mənimlə sevişərdiz?
Qız nazlanaraq:
-Aaaa başı xarab olub eee. Əlbəttə yox!
-Əla! Elə kakraz mənim pulum yoxdur!
19. Bir qadın təzəcə tanış olduğu arvadla dərdləşir:
-Zəmanə nə yaman dəyişib, bir görün indiki cavanlar necə geyinirlər. Xüsusiylə qızlar. Bir o qıza baxın- saşları qısa, şalvarı dar, heç bilmirsən ki qızdır ya oglan…
-O mənim qızımdır.
-Eləmi? Bağışlayın, bilmədim ki siz onun atasısınız.
-Atasi yox, mən onun anasıyam.
20. Müəllim:
-Uşaqlar,nəyə görə öz sinif yoldaşınızı döymüsünüz?
-Çünki o, ev tapşırığını düzgün yazmamışdı.
-Bu axı onu döyməyə bəhanə deyil.
-Axı biz hamımız ondan köçürrmüşdük. -
01-02-2010, 01:53 PMzeynalov_Re: Bir - birindən gülməli lətifələr...
Cim və Meri dəlixanadakı dəlilərdəndir. Bir gün dəlixanada hovuzunun ətrafında gəzərkən Cim hoppanıb hovuzun dibinə batır. Mari bunu görən kimi tullanıb Cimi xilas edir. Marinin bu qəhrəmanlığı bütün dəlixanaya yayılır. Dəlixana müdiri Marinin ağıllandığı bilir və onu yanına çağırtdırıb azad etmək üçün əmr verməyə hazırlaşır. Mari baş həkimin otağına daxil olur.
Baş həkim:
- Mari, sənə bir yaxşı və bir pis xəbərim var. Yaxşı xəbərim odur ki, səni azadlığa buraxacayıq. Pis xəbərim ondan ibarətdir ki, sən Cimi qurtardıqdan sonra o özünü hamamda asıb.
- O özünü asmayıb. Sudan çıxarıb mən asmışam ki, qurusun
Konsert. Gənc bir mügənni səhnəyə çıxır. Oxuyur. Zaldan qışqırırlar: "Bir daha !" Yenə oxuyur. Yenə qışqırırlar: "Oxu ! Oxu !" Təkrar oxuyur. Yenə: " Təkrar !" Mügənni:
- Bağışlayın. Neçə dəfə oxuyacam ? Mən axı yorulmuşam.
- Öyrənənə qədər 