Ailədə məsuliyyət və vəzifələr

Valideynlərin uşaqlarına qarşı əsas vəzifələri onların ehtiyaclarını təmin etmək, onlara tərbiyə vermək, onları oxutmaq, peşə sahibi etmək, uşaqlar arasında (qız və ya oğlan, fərqi yoxdur) ayrı-seçkilik qoymamaq və ən əsası öz nümunələri ilə onlara hər şeyi (həm də ən gözəl şəkildə) aşılamaqdır. Digər tərəfdən, ailədə maddi və mənəvi cəhətdən tarazlığın qorunub saxlanması vəzifəsi də valideynlərin üzərinə düşür. Bu baxımdan, ailə uşaqların ədəb və əxlaq qaydalarını, ümumiyyətlə, bütün bu kimi digər xüsusiyyətləri öyrənməsi üçün əsas məktəbdir.

[