3 sonuçtan 1 ile 3 arası

Ailədə davranış

  1. #1
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Ailədə davranış

    Rəsulullah (s.ə.s) ailə üzvlərini çox sevir, hər birinə xüsusi qayğı göstərir, onlardan biri kefsiz olarsa, könlünü alır, fərəhləndirir (rahatlamaq) və bəzən onlarla zarafat da edərdi. Bayramlarda Həbəşlilərin göstərdikləri əyləncələri Həz. Ayişənin seyr etməsinə icazə verər, həm də ona kömək göstərərdi. Müxtəlif vaxtlarda Həz. Ayişə ilə qaçış yarışı da edərdi. Həz. Ayişənin anlatdığına görə, O bir gün Rəsulullah üçün bulamac bişirir. Sevda (r.a) anamız da yanlarında imiş. Həz. Ayişə Həz. Sevdaya “Buyur, sən də ye1”, -deyir. O imtina edincə ona “yeməsən üzünə bulayacağam”. – deyə təhdid edir. Sevda yenə yemir. Həz. Ayişə bulamacdan alır və Sevdanın üzünə bulayır. Bu mənzərə qarşısında Peyğəmbərimiz gülür və əlini Sevdanın çiyninə qoyaraq “nə durursan, sən də onun üzünə sürt” deyir. Sevda da Ayişənin üzünə sürtür. Peyğəmbərimiz gülür. Allah Rəsulu zarafatlarından belə nahaqqa verməzdi.
    O, ailə üzvləırinə və yaxınlarına böyük dəyər verirdi. Həz. Ayişə və Həz. Xədicə ilə bağlı bu mövzuda xatirlərə var. Xanımlarıma fəzilətlərini söyləməsi, onları sevdiyini ifadə etməsi, xanımın heyvana minməzinə kömək etməsi, ağlayan xanımının göz yaşlarını əlləriylə silərək onu təsəlli etməsi kimi Rəsulullahın (s.ə.s) bir çox davranışı onun ailə üzvlərinə göstərdiyi sevginin bariz nümunəsidir.
    Həz. Safiyə (r.a) buyurduğuna görə, bir dəfə bərabər mindikləri dəvənin ayağı sürüşər və hər ikisi yerə yıxılırlar. Köməyə tələsən Əbu Talhaya Peyğəmbər (s.ə.s) “Qadına baxın, onunla maraqlanın.” – deyə buyurar.
    Əmisi Abbas da Peyğəmbərimizdən (s.ə.s) hər zaman xüsusi hörmət görmüşdür. Allah Rəsulu (s.ə.s) onu öz atası qədər sevmiş, bir çox məsələdə onun fikrini sormuşdur.
    Peyğəmbərimizin (s.ə.s) azad etdiyi köləsi həz. Zeyd və onun oğlu Üsamə də xüsusi sevgiyə nail olanlardandır. Rəsulullah(s.ə.s) həz. Üsaməni nəvələri həz. Həsən və Hüseyn ilə eyni səviyyədə tutmuşdur. Hətta həz. Üsamə “Hubbu Rəsullah” (Allah Rəsulunun sevgilisi) ünvanını qazanmış, şəfaəti rədd edilməyənlərin sırasında yer almışdır.
    Peyğəmbərimiz sadəcə qohumlarına və ailə üzvlərinə qarşı deyil, onların dostlarına və tanışlarına da hörmətlə yanaşmışdır. Həz. Ayişə rəvayət edir ki, bir gün yaşlı bir qadın onlara qonaq gəldi. Allahin Rəsulu (s.ə.s) o qadına çox iltifat və hörmət göstərdi. Qadın getdikdən sonra mən bunun səbəbini soruşdum. O dedi: “Ey Ayişə, bu qadın Həz. Xədicənin bir rəfiqəsidir. O sağ olanda tez-tez bizə gələrdi. Dostluğa vəfa imandandır”. Peyğəmbərimiz hər dəfə qoyun kəsəndə də Həz. Xədicənin dost və qohumlarına pay göndərərdi.
    Allah Rəsulu (s.ə.s) ailə üzvlərinə ev işlərində də kömək edərdi. Həz. Ayişədən: “Rəsulullah, nə edərdi?”, -deyə soruşulanda o da belə cavab vermişdi: “Ev-eşik işlərinə baxar, namaz başlayanda isə çıxardı...” Bu işlərin nələrdən ibarət olduğunu soruşanda Həz. Ayişə: “Ayaqqabı təmizləyər, paltar yamayar və tikər, qoyun sağardı.” –deyə cavab verir. Bəzi mənbələrdə evdə yemək bişirdiyi də söylənir.
    Bütün bunlarla bərabər həz. Osmanla evli olan qızına: “Qızım, Osmana yaxşı qulluq et!”, Həz. Ayişəyə də “Ayişə, bizə yemək gətir, su gətir!” şəklində əmrləri də olmuşdur.
    Rəsulullah (s.ə.s) hər hansı bir işdə xanımlarının da fikrini soruşardı. Məsələn, həz. Xədicə(r.a) ona qızı Zeynəbi Ebul-Asa verməsini təklif etmiş, Peyğəmbərimiz də bu təklifi qəbul etmişdi. Ümumiyyətlə, Allahın Rəsulu(s.ə.s) həz. Xədicənin sözünü yerə salmazdı.
    Hüdeybiyədə sülh müqaviləsi bağlanmışdı. Bu müqavilənin şərtlərindən birində göstərilirdi ki, müsəlmanlar bu il ümrə ziyarəti edə bilməz. Müqavilənin bu şərtindən səhabələr məmnun deyildilər. Onlar Peyğəmbərimizin (s.ə.s) “ehramdan çıxın” əmrini dinləməmişdilər. Allahın Rəsulunun (s.ə.s) kədərli olduğunu görüb və bunun səbəbini öyrənən Ümmü Sələmə belə deyir: “Ya Rəsulullah, Sən qalx, qurbanını kəs, onlar da sənə uyacaq və qurbanalarını kəsəcək”. Peyğəmbərimiz (s.ə.s) də bu şəkildə edir. Səhabilər də qalxıb qurbanlarını kəsirlər.
    Dinimiz ailədə verilən tərbiyənin müvəfəqiyyətli olması üçün-qarşılıqlı haqq və vəzifələrdən başqa-, bir kişiyə, digəri qadına olmaq üzrə iki təməl əxlaqı bəxş etmişdir.
    1.Kişi xanımından başlamaqla bütün ailə üzvlərinə, yəni “əhlinə” xoş davranmalıdır. Onların qəlblərini fəth etməli, sevgilərini qazanmalıdır. Ailə üzvlərinin ən çox sevdiyi adam olmalıdır.
    2.Qadın da ərini sevməlidir. Ona itaət etməli və həmişə həyat yoldaşına qarşı ehtiram göstərməlidir. Bütün bunlar “bu mənim haqqımdır, sənin vəzifəndir”, -deyib bir-birinin ürəyini qırmaq şəklində olmamalıdır. Qarşılıqlı sevgi və hörmət əsas götürülməlidir. Ailənin uzunömürlülüyü bu davranışlara bağlıdır.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Ailədə davranış

    cox gözel sağ ol. Bunu kişiler daha cox oxusunlar mence.Bezileri arvadi qul hesab edir.Men ne desem odur . deyirler.Döyenler tehqir edenlerde ne qeder desen.Bezileri yanina salib hec yere aparmaz.Neden belediler anlamaq cetin?
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  3. #3
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: Ailədə davranış

    Ailə ictimaiyyətin tə`məl daşı hesab olunur. Əgər bu tə`məl daşı sağlam və düzgün ailə tərbiyəsi əsasında qoyularsa, pak bir mühitin ərsəyə gəlməsinə zəminə olacaqdır. Amma əgər ailədə təlim-tərbiyə sönük və puç əxlaq əsasında icra olunarsa təbii ki, qeyri insani bir cəmiyyətin formalaşmasına səbəb olacaqdır.
    Cox sag ol movzu xoşma gəldi.
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.