“Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək Gürcüstanın rəsmi mövqeyidir”

Gürcüstanda parlament azlığının nümayəndələri xarici işlər naziri Maya Pancikidzeni Litvaya səfəri çərçivəsində verdiyi bəyanatla bağlı parlamentdə hesabat verməyə çağırıblar. APA-nın Gürcüstanın GHN agentliyinə istinadən yaydığı məlumata görə, parlament azlığının nümayəndələri xarici işlər nazirinin istefasını tələb etmək niyyətindədir. Deputatlar bildiriblər ki, XİN başçısının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatı Ermənistan kütləvi informasiya vasitələrində yeni qalmaqala səbəb olub. Onlar qeyd ediblər ki, Pancikidze bütün sözlərinə görə cavab verməlidir.

[