AB-nin Azərbaycan barədə hesabatı martın 20-də açıqlanacaq

Avropa Birliyi (AB) martın 20-də Avropa Qonşuluq Siyasəti çərçivəsində növbəti məruzələr paketini nəşr edəcək. Bu barədə AB-nin qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Ştefan Füle Avropa Qonşuluq Siyasəti ölkələrinin missiya rəhbərləri ilə görüşündə bildirib. Onun sözlərinə görə, paket Avropa Qonşuluq Siyasətinə üzv olan 12 ölkədə, o cümlədən Azərbaycanda tərəqqi barədə məruzə, eləcə də AB-nin şərq və cənub qonşuları haqqında iki məruzədən ibarət olacaq.

[