Sayfa 1/2 12 SonSon
15 sonuçtan 1 ile 10 arası

Türkük yoxsa azərbaycanlıyıq?

  1. #1
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Türkük yoxsa azərbaycanlıyıq?

    Bir çoxlarımız özümüzü Azəri yaxudda Azərbaycanlı kimi qələmə alırıq.Ancaq həqiqət budur ki, biz əslində türkük.Nədənsə çoxlarımız türk deyəndə ilk fikirləşdikləri Türkiyə vəttəndaşları olur.Yaxudda türklər haqqında nəsə xoşa gəlməz fikirlər söylədikdə ümumi olaraq bəziləri biz Türkləri sevmirik deyirlər.Ancaq əslində ümumi formada deyilən türklər içində bizlərdə gedirik.Məhz elə buna görə də, biz bir millət iki dövlətik.Hər iki millət Türkdür.Hər iki millət Türk qanını daşıyır.Fərq sadəcə ölkələrin müxtəlif olmasındadır.Bizim kökümüz, əslimiz Türkdür.Əbəs yerə deyilməyib ki, Türkün Türkdən başqa dostu ola bilməz!

    Bir məsələyədə toxunmaq istəyərdim.Universitetlərdə təhsil alan türk tələbələrə nədənsə bəziləri xüsusi yanaşır.Onlar türkdür bizdən fərqlidirlər deyirlər.Yaxudda, müəllimlərin onlara qarşı türklər ayağa qalxıb dərs danışsınlar deyirlər.Məni bir sual maraqlandırı niyə öz milli mənsubiyyətimizi sizcə unuduruq?Bizdə Türkiyəli türklər kimi türkük deyə bilərik.Çünki məsələnin dərinliyinə getsək adi türklərdən bizi ayıraq heç bir xüsusiyyətimiz yoxdur.Sadəcə fərqlər ölkələrin adlarının fərqli olmasındadır.Ancaq fərqli ölkələrə mənsub olmaq bizə türklüyümüzü unutdura bilməz.
    Türklüyümüzü unutmağa bizi vadar edən nədir?Sovet ideologiyası adlandıraq yoxsa necə?Hətta indinin özündədə belə fikir versək görərik ki, müxtəlif tipli müzakirələr qoyulduğu zaman türkləri pisləyərkən türklər hamısı belədir deyirik.Ancaq bu zaman unuduruq ki, ümumi olaraq dediyimiz "Türklər" içində bizdə varıq.


    Sən türksən yoxsa azərbaycanlı?

  2. #2
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.430

    Re: Türkük yoxsa azərbaycanlıyıq?

    Təbii ki Türkük və bununla həmişə qürur duymuşuq. Biz Azərbaycanda yaşayan Azərbaycan Türkləriyik.
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  3. #3
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: Türkük yoxsa azərbaycanlıyıq?

    Salam,

    Tebii ki Azerbaycan turk xalqlarindan biridir. Ancaq heddinden artiq cox yaxin olsalar da, Turkiye turku ile Azerbaycan turkunun tarixi, cografi, siyasi ve medeni kimlik xususiyyetleri arasinda mueyyen ferqler vardir ki bu mehz iki suveren dovletin movcudluguna esas vermishdir. Meselen, dilimizdeki ferqler xususen grammatik ve sufiksler seviyesindeki ferqler, o cumleden musiqimizdeki janrlar seviyyesindeki ferqler, o cumleden edebiyyat ve poeziyamizdaki xususile Azerbaycanliliq ozunemexsuslugu ozunu qabariq gosterir ve mehz Azerbaycanli kimliyinin orijinal ve musteqillik elementlerini teskil edirler. Bunu mehz Turkiye turklerile munasibetde olduqda ve Azerbaycanliliq kimliyinde neleri sevdiyini sorushduqda mehz bu ozunemexsusluluqlara istinad edirler.
    Bu ferqlilikler muxteliflikde zenginlik xususiyyetlerimizdir ki, bunlar da bu qardash xalqlarin semimi diyalogu ve qarshiliqli zenginleshdirici tesiri ucun esas rol oynaya biler ve turk xalqlarinin ayri ayri temayullere ve yaradici inkishaf xususiyyetlerine qabil olmasinin tezahurleridir.

    Misal ucun. Almaniya almanlari german xalqlarindan biridir. Ancaq coxlu german xalqlari vardir : avstriyalilar, ingilisler, ve s. Bu xalqlar arasinda dil ferqleri de cox azdir. Ancaq milli kimliklerinin formalasmasi merheleleri baximindan ferqlidirler. Kimlik baximindan orijinal ferqliliklere malik olmaq her hansi siyasi, iqtisadi emekdasliq ve integrasiya ucun hec bir ciddi engel toretmir. Misal ucun, federal dovletlerdeki bir millet daxili ayri ayri federal birlikler. Almaniyadaki birlikler alman milletinin terkib hisseleridir, ancaq ayri ayri federal inzibati birlikler ozunemexsus spesifik medeni ve idareolunma, daxili siyasi teskilatlanma meylleri baximindan yarim medeniyyete malikdirler ki, bu da onlarin mehz federal dovlet seklinde emekdasliq ve integrasiya formalarinin bu gunku sekilde formalasmasina imkan vermisdir.

    Tesekkurler.

  4. #4
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Türkük yoxsa azərbaycanlıyıq?

    Salam . Azərilərdə tük dilli xalqlara mensubdular.Menim bildiyme göre coxlu türkdilli xalqlar var.Türkmən qırğız qazaq özbək tatar mehseti türklüeri azeriler hetta avarlar bele qedim türkdüler. Her birinin özüne mexsus danişığı var ama hamisi türkdüler. Menim bildiyime göre 35 -37 illerde bizim pasportlarda milliyet deyişdirilib.Ona kimi türk yazilirdi.Birde ermeniler bizi bizden yaxşı taniyirlar.Olar bize azeri deyil türk deyirler....Türk olmaqdan ne utanmaq ne de qorxmaq lazimdi.Bu qorxu bize 37 den qalib pantürk dete basirdilar sibire ziyaliları ... bax bele
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  5. #5
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: Türkük yoxsa azərbaycanlıyıq?

    Fikrinizi bildirdiyiniz için tşk ederim.

  6. #6
    Junior Member
    Üyelik tarihi
    Dec 2009
    Mesajlar
    1

    Re: Türkük yoxsa azərbaycanlıyıq?

    Selamün aleyküm, bu forum aracılığıyla bütün Azeri kardeşlerimizi selamlıyorum.
    İnşallah yazdıklarımı anlarsınız ben bir Türkiye vatandaşı olarak size şöyle söyleyeyimki siz Türkiye'dekilerden daha TÜRK'sünüz. TÜRK olmak bir onur kaynağıdır çünkü Türkler uzun dönem İslam alemine önderlik etmiştir İslam dini yayılmadan önce de fethettikleri yerlerde halka eziyet etmemişlerdir, onurlu ve adaletli yaşamışlardır. Her zaman toplum ve aile bilincine sahip olmuşlardır.
    Azeriler Türklerin bir koludur ayrıca Kazak, Uygur, Özbek, Türkmen, Tatar, Başkurtlar, Kırgızlar, Çuvaşlar, Altay Türkleri, Gagavuzları, Tuva, Kumuk ve Kırım Türkleri'nin hepsi öz ve öz TÜRK'tür.
    Yanlış anlaşılan şudur ki, sadece Türkiye Cumhuriyetinde yaşayanlar Türk sanılıyor. Biz çoğunlukla oğuz Türküyüz. Fakat TÜRK dünyası Anadolu(Türkiye) topraklarına sığamayacak kadar büyüktür.

  7. #7
    Member
    Üyelik tarihi
    Nov 2009
    Mesajlar
    89

    Re: Türkük yoxsa azərbaycanlıyıq?

    Sizlerede Salameleyküm!
    Vallah, men bizlerin bu Türk Dünyasina o qeder heyranam ki, yazmaqla, söylemekle, danismaqla bitmez. Taa bir ucu min iller boyunca, Iraqdan, Kerkükden, Baqdaddan baslayaraq, bütünlükde Qafqazi ehate eden, Avropanin Bulqaristanina qeder yayilan, gözel ve ehemiyyetli heyat terzi keciren, insanliqin en uca zirvesinde dayanan ve menim böyük bir hörmet beslediyim Türk torpaqlariyla, Türk insanlariyla, Türk baci ve qardaslarimla fexr edirem. Men oxumus bir qadinam ve meni hec bir söz-söhbet, bu sadaladiqim gözelliklerden ayira bilmez.
    Men Aserbaycanliyam. Hal-hazirda Berlin seherinde yasayiram. Men cox böyük seherlerde yasadim, cox insanlar gördüm. Onlarda hec bir zerre qeder de bu gözelliklerden eser-elamet yoxdur. Gözümle gördüyüm bir misal (Berlin seherinde)....
    Lap divar-divara bir Türk Firini (cörek bisirmek, sirin seyler, paxlava ve saire) dükkani var. Bu insanlar geceni sabaha qeder yatmayib, ailelikle beraber cörek bisirmek, yerlesdirmek, basqa dükanlara paylamaq). Onlar gece saat 3-de, 4-de, bunlari bisirerken, buralari bir gözel iy götürür, o saat deyirem bax budur Türkcülüyün gözelikleri, Insanliq budur, yasiyir,gösterir, bele devam edecekde bütün ömür boyu Insaallah! Yasasin Türk Dünyasi!

  8. #8
    Junior Member
    Üyelik tarihi
    Apr 2012
    Mesajlar
    4

    Re: Türkük yoxsa azərbaycanlıyıq?

    Hörmətli forumçular Azərbaycanlılar hamısı Türk əsillilərdən ibarət deyil. Azərbaycan tarixən çoxmilətli dövlət olmuşdur. Xoşunuza gəlsə də gəlməsə də bu həqiqətdir. Yaşlı nəslin nümayəndələri çox gözəl bilirlər ki Azərbaycanın Cənub bölgəsində Talışlar yaşamaqdadırlar. Siyəzən, Şabran, Xızı və Qubada əhalisi, yerli sakinləri Tatlardır. Bakının bir sıra kəndləri, o cümlədən Nardaran kəndi, Mərdəkan, Şüvəlan, Maştağa kəndləri, Köhnə Suraxanı, Yeni Suraxanı və Balaxanı kəndlərinin tarixi sakinləri Tatlardır. Mən öz yaşlı nənəmdən eşitmişəm ki əvvəllər Maştağa kəndində əvvəllər yaşlı xanımlar Tat dilində danışırmışlar, bu həqiqətdir.İndi Maştağada, Nardaranda bu dildə danışan şəxsə rast gələ bilməzsiniz, orda bu dil unudulduğu üçün işlənmir, lakin Bakının Balaxanı və Suraxanı kəndlərinin yerli sakinləri bu günə qədər ailələrində Tat dilində danışırlar. İsmayıllıdakı Lahiclar, Talışlar, Siyəzən, Şabran, Xızı və Qubadakı Tatlar o cümlədən Balakəndə və Zaqataladakı Avarlar hamısı eyni bir qrupdan, Fars-Hind qrupundandırlar, və ata-babalrının dili qədim Dari dilidir. Bu yelərin əhalisi istiqanli, mehriban və mərd insanlardır və Azərbaycana çox dahi və məhşur şəxsiyyətlər vermişlər. Xızı torpağı dahi Cəfər Cabbarlı və Mikayıl Müşfiq, mədəniyyət sahəsində dünya şöhrətli Zeynəb Xanilarova, müğənni, bəstəkar Elza Seyidcahan, Nadir Qafarzadəni göstərmək olar. Cənub bölgəsi, general Mehmandarov, Həzi Aslanov və Mübariz İbrahimov kimi əvəzsiz qəhrəmanlar yetirmisdir. Elm sahəsində Ziya Bunyadov kimi ziyali alimi, mədəniyyət sahəsində mərhum Münəvvər Kələntərli, Hacıbaba Bağırov, Azərbaycan Milli rəqslərinin əsasın qoyan baletmestr Əlibaba Abdullayev, estrada simfonik orkestrinin keçmiş bədii rəhbəri mərhum Rauf Babayev, müğənni Oqtay Ağayev, hazırkilardan Yalçın Rzazadəni, Baloğlan Əşrəfov və s. Mərhum aktyorumuz Telman Adıgözəlov Balakən torpağı bəxş etmisdi, məlumdur ki oranın əhalisi milli azliq sayilan Avarlardir. Qeyd etmək istərdim ki Cənub bolgəsinin mətbəxi Azərbaycanın digər bölgələrinin mətbəxindən qat-qat zəngindir,təssüf ki o bölgənin qədim yeməklərinin hamısı təbliğ olunmur. Bakı və Bakı ətrafı kəndlərinin yeməkləri də zənginliyi ilə Cənub zonası ilə bir sirada tutulmalıdır. Həmçinin Azərbaycanda Kürd əsillilər də tarixən həmişə yasayiblar. Heç kimə sir deyil ki qədim Zəngəzur mahalının camaatı, Ermənistanlı, Qərbi Azərbaycanlı adlandırılan əhalinin ata- babaları Kürddür. Naxçıvanda bir çox kürd kəndləri mövcuddur. Qarabağın bir çox bölgələri Laçın, Qubadlı, Cəbrayıl rayonlarının əhalisinin Kürd əsilli olduqları hamıya məlumdur.Azərbaycan tarixi dərsliyindən oxumuşduq ki Şamaxıda keçmişdə Ərəb kəndləri mövcud olmuşdur. Məsələn, əslən şamaxılı olan Nazpəri Dostəliyeva ilk televiziyaya çıxdığı vaxtlarda deyirdi ki əslim Samaxıdandır, ata-babalarım ərəb kökənlidir, mən Ərəb qızıyam. Şamaxının Mərəzə kənddində, Yevlaxda,Ucarda,Qaraçılar və yaxud bir sıra dövlətlərdə Roman adlandırılan xalqın nümayəndələri yaşamaqdadırlar.Azərbaycanın Şimal bölgələrində Qusarda, Xacmazda, Qaxda və s. çox sayda ləzgi xalqı yaşamaqdadır.Qubada, Bakıda cox sayda Yəhudi yasamaqdadır. Bizim tanıdıgımız məhşurlardan Xəyyam Nissanov, Səməd Səmədov, Vado Karovin yəhudi əsilli Azərbaycanlılardır. Azərbaycanlılar adətən bir Türkiyə vətəndaşı görəndə onun Türk olduğunu düşünürlər, ancaq çoxları xəbərsizdirlər ki orada yalnız Türklər yaşamır, Türkiyə çoxmillətli dövlətdir. Türkiyənin Gürcüstana yaxın vilayətlərində, Trabzonda, Samsunda, Rizədə və s Qaradənizlilər yaşayir. Qaradənizlilər dedikdə, buray Çərkəzlər, Karacaylar, Abxazlar, Gürcülər daxildir. Qaradənizli məhşurlardan baş nazir Rəcəb Tayyib Ərdoğan, incəsənət sahəsində müğənni Tarkan, Davud Güloğlunun adlarını çəkmək olar. Türkiyənin yerli xəbər proqramlarından birində statistik məlumata gorə ölkədə 20 milyondan artıq Kürd əsilli vətəndaşın yaşadığı bildirilirdi. Türkiyədə Kürd dilində telekanal da fəaliyyət göstərir. Orada Tatarların yasadigi bolgələr də var. Hamımızın tanıdığı məhşur teleaparıcı Bəyazit, Sərdar Ortac Tatar əsillidirlər. Bir sıra vilayətlərində bizim Qaraçı, onlarin isə Çingənə yaxud Roman adlandırdığı xalq yaşamaqdadır. Məsələn, müğənni Kibariyə Qaraçı əsillidir, Sibel Can və iki gündən bir Bakıya gələn Rafet Əl- Roman da həmçinin. Və oranın vətəndaşları öz əsillərini və milliyətlərini danmırlar, mərdi-mərdanə acıq deyirler, bizimkiler kimi utanmırlar, xəcalət çəkmirlər və gizlətmirlər. Həmçinin çox sayda erməni yaşamqdadır. Əksəriyyətinin adları da, soyadları da Türklərlə eynidir. Məsələn Sezən Aksu Türkiyə ermənisidir. Komediya aktrisası Adilə Naşitin erməni olduğu deyilir. Iran dövləti də dünyanın ən coxmillətli ölkəsidir, orada Farslar, Türklər, Kürdlər, Ermənilər, Talişlar və digər xalqlar yaşamaqdadır.Bir məmləkət, hansı məmləkətlərlə həmsərhəddirsə həmin məmləkətlərin xalqlarından orada mütləq ve mutləq çox sayda yaşamaqdadır.İndi, son illərdə Azərbaycanlılar Novruz bayramını da yalnız Türk xalqları ilə bağlayırlar. Sovet hakimiyyəti illərində Azərbaycanda paytaxt Moskvadan iki televiziya kanali translyasiya olunurdu. Mən o illərdə məktəbliydim, ancaq yaxşı xatırlayıram ki, Vremya xəbərlər proqramının sonunda dünyada baş verən hadisələrin qısa xülasəsi verilirdi və o xülasədə Əfqanıstanda Əfqan xalqının Kabulun küçələrində təntənə ilə Novruz bayramını qeyd etdiyini göstərirdilər. O illərdə anladım ki, Novruz yalnız bizim deyil, beynəlxalq bayramdır.Hal-hazırda Peyk antenası ilə Tacikistanın televiziya kanalları da yayımlanır.Tacikistanın birinci kanalı ilə Novruz bayramının Tacikistanda cox möhtəşəm qeyd olunduğunu maraqla izləmişəm. Paytaxtın küçə və meydanlarında bayram təntənə ilə qeyd olunur, her bir Tacik ailəsində xanimlar toplaşib böyük qazanlarda və teştlərdə səməni halvasi bişirirdilər. Farsdilli xalq olan Tacik xalqı Novruza məxsus olan bütün adətləri yerinə yetirirlər, ev-eşik təmizləməkdən tutmuş ta bir-birlərinin evinə bayramlaşmağa getməyə qədər. Novruz sözünun özu də farscadan gəlir və Yeni Gün deməkdir. Başa dusurem ki, Türksevər Kartofsoylar bunu var gücləri ilə inkar edəcəklər. Novruz ancaq Türk xalqlarınındırsa, nə üçün Rusiyadakı Tatarlar bu bayramı qeyd etmirlər, Türkiyədəki Türk əsilli əhali indi-indi öyrənməyə baslayır. İranda tarix boyu Novruz bayramı möhtəşəm şəkildə qeyd olunub. Sovet hakimiyyəti illərində də, İranla həmsərhəd olan Cənub bölgəsində və Naxçıvanda Azərbaycanın digər bolgələrilə müqayisədə Novruz bayramı yüksək səviyyədə keçirirdi. Bu yaxınlarda Qazax rayonunda Novruz bayramının necə keçirildiyi haqda bir süjet efirə getdi. Qazax, Tovuz rayonları Türk əsilli Azərbaycanlıların yaşadığı bölgələrdir. Burada gənc oğlanlar qadın geyimlərində qapılara papaq atır və tonqalın ətrafında qadın paltarında rəqs edirdilər. Yaşlı xanımlar da o yerlərdə adətin belə olduğunu dedilər. Baxanda adam xəcalət çəkir.Görünürdü ki bu yerlərdə Novruzu necə bayram etmək haqqında düz-əməlli məlumatları yoxdur. Böyüklərimdən həmişə eşitmişəm ki 4 əsas çərşənbəmiz var, əvvəllər yalnız ən sonuncu çərşənbədə tonqal yandırılırdı. İndi isə adətlər dəyişdirilib, hər çərşənbədə tonqal yandırılır. Bilirsiniz ki çərşənbə sözü həftənin ikinci günü deməkdir. Ayın 20-nə ən yaxın olan sonuncu çərşənbə günü, yəni həftənin ikinci günü Axır Çərşənbə sayılmalıdır. Bu il axırınçı çərşənbə bayram günü ilə üs-üstə düşmüşdü, əvvəllər də belə çox olub, bayramla həftənin son çərşənbəsi bir gündə keçirilib. Bu il isə ən sonuncu çərşənbəni deyil, ondan əvvəlki həftənin çərşənbə gününü Axır Çərşənbə kimi qeyd etdilər. Bilməyənlər bilənlərin də fikrini azdırır. Türkiyənin Urfa şəhərindən bir ailə tanıyıram, onlar deyirlər ki, Türkiyədə tarix boyu Novruz bayramını yalnız Kürdlərin yaşadığı vilayətlərdə Kurd əsilli vətəndaşlar bayram edirlər. Hətta o vilayətlərdə Keçəl ve Kosa personajları da mövcuddur.Ancaq təəssüflənirlər ki, son illər Novruz bayramında partlayışlar törədilir. Kürd əsilliləri çıxmaq şərtilə, əsil türklər Novruz bayramını əvvəllər keçirməyiblər, son 15 ildə Azərbaycnın sayəsində dövlət səviyyəsində bayram etməyi öyrəniblər. Mən milli və irqi ayriseckiliyn qəti əleyhinəyəm. Ancaq Azərbaycan televiziyasının efirlərindən 2 dəqiqədən bir Türk-Türk, Türk dünyası-Türk dünyası deməklə Türk olmayan azsaylı xalqları qıcıqlandırırlar, irqi və milli ayrı seçkilik yaradırlar. Belə çıxır ki əsli Türk olanlar birinci nov, yaxud birinci kateqoriya, ata- babası Türk olmayanlar isə ikinci kateqoriya insanlardır. Dünya, Allahın xəlq etdiyi bütün xalqların Dünyasıdır.Allahın yaratdığı Dünyadır və Dünya Allahın yaratdığı bütün xalqlar üçündür. Heç bir millət digər millətdən əksik deyil, bircə erməniləri çıxmaq şərtilə, torpağımızı işğal ediblər. Çox istərdim ki Türkpərəstlə gözlərini yaxşı açıb dünyaya diqqətlə baxsınlar. Allah bir milləti yox, çox millətləri xəlq edib. Dünyada bütün mövcud olan dillər Allah tərəfindən insanlara vəhy yolu ilə verilmişdir. Bu səbəbdəndir ki, insanlar Allaha hansı dildə dua edirlərsə, Allah həmin dili anlayır və duanı qəbul edir. Azerbaycanda hamımız birik, hamımız insanıq, hamımız Azərbaycanlıyıq. Mən fəxr edirəm ki men Azərbaycanlıyam.

  9. #9
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    637

    Re: Türkük yoxsa azərbaycanlıyıq?

    ulya_ulya
    Mən milli və irqi ayriseckiliyn qəti əleyhinəyəm.
    xanım qız məqalənizi tam oxudum təbrik eləyirəm... yalnız bu ifadənizi bəyənmədim çünki bu məqaləyə uymur. məqaləniz 2 hissə böldüm
    1. tarixi hissə 2.cisi fikirləriniz..
    tarixi bölümü tam aydın oldu və razıyıq..
    mənim şəxsi fikrimə görə bu dediyiniz ki var Türklülük, türkçülük... bunlar bu günün siyasətidir.....
    bir məsəl var.... dəqiq yadımda deyil.. ancaq bir çay daşır sel bütün hər yeri dağıdır... Hamı əsəbləşir bütün var dövlətlərin dağıdır çay.. hirslənmiş əhali bilmir bu çaydan necə acıqların çıxsınlar... axırda müdrik deyir ki bu çayı zəiflətmək üçün onu çoxlu qollara ayırın.....
    indi istər islamda istər də millətçilikdə o zaman güclü olursan ki bir olursan... yox əksinə səni parçalayacaqlar...necə ki eləyiblər.. islamı da parçalayıblar... millətləri də...
    bax buna görə də fikirlərinizlə razılaşa bilmirəm...bu günki dünyada birləşib güclənmək lazımdı....
    bu gün Azərbaycanda ,Türkiyədə bütün millətlər azad ,rahat yaşayır..... məncə bu qədər radikal olmaq da yaxşı şey deyil.
    təşəkkürlər ...
    REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
    XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)

  10. #10
    Junior Member
    Üyelik tarihi
    Apr 2012
    Mesajlar
    4

    Re: Türkük yoxsa azərbaycanlıyıq?

    Amigo Çay haqqında çəkdiyiniz misal çox xoşuma gəldi. Yanılmıramsa radikal sözü millətçi anlamındadır, ancaq məncə mən radikal insan sayıla bilmərəm. Öz haqqımda burda bildirmək istəməzdim, mən də şəhər əhalisndənəm, valideynlərin hərəsinin əsli bir başqa tərəfdən. Üzr istəyirəm misala görə, bir bəy əgər öz kəndindən zonasından xanım secib evlənirsə, böyütdüyü oğlunu da evləndirmək üçün yalnız öz həmyerlilərindən seçib alırsa, məncə belə şəxslər radikal sayılmalıdır, millətçilər onlardan çıxır. Öz yerindən zonasından kənara çıxmayanlar, qaynayıb qarışmayanlar. Azərbaycan tarixən də çoxmillətli dövlət olmuşdur, indi də belədir. Bu torpaqda yaşayan hər bir insanın milliyətindən və irqindən asılı olmayaraq Azərbaycan dövlətinin və Azərbaycan xalqının yaşamasında, var olmasında, bu günlərə gəlib catmasında əməyi və zəhməti vardır, bunları danmaq ən azından günahdır. Bu gün bütün Dünya inteqrasiya edir, bütün xalqlar bir-birinə qarışıb. Dünyanın bütün dövlətləri çoxmillətlidir, heç yanda kök və əcdad söhbəti getmir. Bizimkilər keçmişə qayıdırlar. Məğər Türk xalqlarının, Qırğızların içində axmaq insanlar yoxdur ? Hər bir millətin içində ağıllısı da var, axmağı da, dahisi də var, səviyyəsizi də. Başa düşürəm ki bu bir təbliğatdır, ancaq bu çox pis təbliğatdır. Kompyuterə proqram yükləndiyi kimi insanların, gənclərin beyninə Türkpərəstlik proqramı yüklənilir. Bir zamanlar Almaniyada Hitler öz millətinə aşırı dərəcədə Millətçi olmağı təlqin və təbliğ etmişdi, deyirdi ki Dünyada Almanlardan yaxşı və Almanlardan Ali millət yoxdur, bütün millətləri öldürüb Yer Üzündə ancaq Almanları saxlamaq lazımdır. Bu səbəbdən də 2-ci Dünya Müharibəsi baş verdi. Azərbaycan çoxmillətlidir, burada yaşayanlar da hamısı bir-birlərinə çox qarışıblar, xüsusilə Bakı, şəhər camaatı. Məslən, əgər Atanın əsli, kökü, ulu babaları Cənub bölgəsindən, ananın əsli kökü Türk əsillidirsə bu zaman Ata keyfiyyətsiz və ya ikinci dərəcəli millətdən olduğu üçün dəyərsiz sayılmalıdır, ana isə keyfiyyətli millətdən olduğu üçün atadan daha üstün sayılmalıdır, ya da ikinci dərəcəlini birinci dərəcəlidən az sevmək lazımdır. Ataların zəhməti böyükdür kökündən, yerindən asılı olmayaraq, ömür boyu işləyir, zəhmət, əziyyət çəkir. Bəs belə ailələrin övladrını hansı kökdən millətdən saymaq lazımdır? Türk və qeyri Türk hissəsinə ayırmaq üçün ancaq mişarlamaq lazımdır. Türklərə gəlincə, Azərbaycanlıların onlara olan görülməmiş sevgi münasibətini, üzüyumşaqlığını bilirlər, Azərbaycanlıların xasiyyətinə bələddirlər, bu millətin zəif damarını tutublar. Çoxu Bakıda yaşayır, işləyir, bir çoxlarının Bakının mərkəzində, ən bahalı küçələrində yeməkxanaları, hər tərəfdə dönərxanaları var. Türkiyə əhalisinin ən böyük mənfi tərəfi savadsızların savadlılardan qat-qat çox olmasıdır. Əksəriyyəti kəmsavaddırlar, məktəbi axıra qədər bitirmirlər, 5-ci sinfə qədər oxuyub erkən yaşlarından işləməyə başlayırlar. Azərbaycan gündən günə inkişaf edir, buraya qonşu ölkələrdən gələn insan axını da artır, həmçinin Türkiyə vətəndaşları da gündən günə çoxalır. Azərbaycanın Neft, Qaz kimi böyük sərvəti var. Bilirəm ki orda qışda kömür yandırmaqdan əziyyət çəkirlər, beziblər. Türksevərlər darıxmasınlar, yaxın aylarda və yaxın illərdə hamısı yanımızda olacaqlar.

Sayfa 1/2 12 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.