Sayfa 2/2 İlkİlk 12
15 sonuçtan 11 ile 15 arası

Türkük yoxsa azərbaycanlıyıq?

  1. #11
    Junior Member
    Üyelik tarihi
    Apr 2012
    Mesajlar
    4

    Re: Türkük yoxsa azərbaycanlıyıq?

    Azərbaycanlılar hamısı Türk əsillilərdən ibarət deyil. Azərbaycan tarixən çoxmilətli dövlət olmuşdur, indi də bu belədir. Xoşunuza gəlsə də gəlməsə də bu həqiqətdir.Yaşlı nəslin nümayəndələri çox gözəl bilirlər ki Azərbaycanın Cənub bölgəsində Talışlar yaşamaqdadırlar. Siyəzən, Şabran, Xızı və Quba əhalisi, yerli sakinləri Tatlardır. Bakının bir sıra kəndləri, o cümlədən Nardaran kəndi, Mərdəkan, Şüvəlan, Maştağa kəndləri, Köhnə Suraxanı, Yeni Suraxanı və Balaxanı kəndlərinin yerli sakinləri Tatlardır. Mən öz yaşlı nənəmdən eşitmişəm ki Maştağa kəndində əvvəllər yaşlı xanımlar Tat dilində danışırmışlar,bu həqiqətdir. İndi Maştağada, Nardaranda bu dildə danışan şəxsə rast gələ bilməzsiniz, orada bu dil unudulduğu üçün işlənmir. Lakin Bakının Balaxanı və Suraxanı kəndlərinin yerli sakinləri bu günə qədər ailələrində Tat dilində danışırlar. İsmayıllıdakı Lahiclar,Talışlar, Siyəzən, Şabran, Xızı və Qubadakı Tatlar o cümlədən Balakəndə və Zaqataladakı Avarlar hamısı eyni bir qrupdan, Fars-Hind qrupundandırlar və ata-babalrının dili qədim Dari dilidir. Bu yelərin əhalisi istiqanli, mehriban, mərd insanlardır və Azərbaycana çox dahi, məhşur şəxsiyyətlər vermişlər. Xızı torpağı dahi Cəfər Cabbarlı və Mikayıl Müşfiq, mədəniyyət sahəsində dünya şöhrətli Zeynəb Xanlarova, müğənni, bəstəkar Elza Seyidcahan, Nadir Qafarzadəni göstərmək olar. Cənub bölgəsi, general Mehmandarov, Həzi Aslanov və Mübariz İbrahimov kimi əvəzsiz qəhrəmanlar yetirmişdir. Elm sahəsində Ziya Bunyadov kimi ziyalı alimi, mədəniyyət sahəsində mərhum Münəvvər Kələntərli, Hacıbaba Bağırov, Azərbaycan Milli rəqslərinin əsasın qoyan baletmestr Əlibaba Abdullayev, estrada simfonik orkestrinin keçmiş bədii rəhbəri mərhum Rauf Babayev, müğənni Oqtay Ağayev, hazırkilardan Yalçın Rzazadə, Baloğlan Əşrəfov və s. Mərhum aktyorumuz Telman Adıgözəlovu Balakən torpağı yetirmişdi, məlumdur ki oranın əhalisi milli azliq sayilan Avarlardir. Bakının Balaxanı kəndinin yerli sakinləri Tatlardır və Balaxanı torpağından çıxan məhşurlardan mərhum bəstəkar Ələkbər Tağıyev, müğənnilərdən Almaz Ələsgərova, İzzət Bağırovu göstərmək olar. Qeyd etmək istərdim ki Cənub bolgəsinin mətbəxi Azərbaycanın digər bölgələrinin mətbəxindən qat-qat zəngindir, təssüf ki o bölgənin qədim yeməklərinin hamısı təbliğ olunmur. Bakı və Bakı ətrafı kəndlərinin yeməkləri də zənginliyi ilə Cənub zonası ilə bir siradadır. Azərbaycanda Kürd əsillilər də tarixən həmişə yasayiblar. Heç kimə sir deyil ki qədim Zəngəzur mahalının camaatı, Ermənistanlı, Qərbi Azərbaycanlı adlandırılan əhalinin ata- babaları Kürddür. Naxçıvanda bir çox kürd kəndləri mövcuddur. Qarabağın bir çox bölgələri Laçın, Qubadlı, Cəbrayıl rayonlarının əhalisinin Kürd əsilli olduqları hamıya məlumdur. Azərbaycan tarixi dərsliyindən oxumuşduq ki Şamaxıda keçmişdə Ərəb kəndləri mövcud olmuşdur. Əslən şamaxılı olan Nazpəri Dostəliyeva ilk televiziyaya çıxdığı vaxtlarda deyirdi ki əslim Samaxıdandır, ata-babalarım ərəb kökənlidir, mən Ərəb qızıyam. Şamaxının Mərəzə kənddində, Yevlaxda,Ucarda,Qaraçılar və yaxud bir sıra dövlətlərdə Roman adlandırılan əhali yaşamaqdadır. Azərbaycanın Şimal bölgələrində Qusarda, Xacmazda, Qaxda və s. çox sayda ləzgi xalqı yaşamaqdadır. Qubada, Bakıda cox sayda Yəhudi yasamaqdadır. Bizim tanıdığımız məhşurlardan Xəyyam Nissanov,Səməd Səmədov,Vado Karovin yəhudi əsilli Azərbaycanlılardır. Azərbaycanlılar adətən bir Türkiyə vətəndaşı görəndə onun Türk olduğunu düşünürlər, ancaq çoxları xəbərsizdirlər ki orada yalnız Türklər yaşamır, Türkiyə çoxmillətli dövlətdir. Türkiyənin Gürcüstana yaxın vilayətlərində, Trabzonda, Samsunda, Rizədə və s Qaradənizlilər yaşayır. Qaradənizlilər dedikdə, buraya Çərkəzlər, Karacaylar, Abxazlar, Gürcülər daxildir. Qaradənizli məhşurlardan baş nazir Rəcəb Tayyib Ərdoğan, incəsənət sahəsində müğənni Tarkan, Davud Güloğlunun adlarını çəkmək olar. Türkiyənin yerli xəbər proqramlarından birində statistik məlumata gorə ölkədə 20 milyondan artıq Kürd əsilli vətəndaşın yaşadığı bildirilirdi. Türkiyədə Kürd dilində telekanal da fəaliyyət göstərir. Orada Tatarların yasadigi bolgələr də var. Hamımızın tanıdığı məhşur teleaparıcı Bəyazit, Sərdar Ortac Tatar əsillidirlər. Bir sıra vilayətlərində bizim Qaraçı, onlarin isə Çingənə yaxud Roman adlandırdığı xalq yaşamaqdadır. Məsələn, müğənni Kibariyə Qaraçı əsillidir, Sibel Can və iki gündən bir Bakıya gələn Rafet Əl- Roman da həmçinin. Və oranın vətəndaşları öz əsillərini və milliyətlərini danmırlar, bizimkilər kimi utanmırlar və gizlətmirlər. Həmçinin çox sayda erməni yaşamqdadır. Əksəriyyətinin adları, soyadları da Türklərlə eynidir. Məsələn Sezən Aksu Türkiyə ermənisidir. Qonşumuz Iran dövləti də coxmillətlidir, orada Farslar, Türklər, Kürdlər, Ermənilər, Talişlar və digər xalqlar yaşamaqdadır. Bir məmləkət, hansı məmləkətlərlə həmsərhəddirsə həmin məmləkətlərin xalqlarından orada mütləq çox sayda yaşamaqdadır. Mən milli və irqi ayriseckiliyn qəti əleyhinəyəm. Ancaq Azərbaycan televiziyasının efirlərindən 2 dəqiqədən bir Türk-Türk, Türk dünyası-Türk dünyası deməklə Türk olmayan azsaylı xalqları qıcıqlandırırlar, irqi və milli ayrı seçkilik yaradırlar. Belə çıxır ki əsli Türk olanlar birinci nov, yaxud birinci kateqoriya, ata- babası Türk olmayanlar isə ikinci kateqoriya insanlardır. Bu nə sözdür düşüb ağzınıza, Türk dünyası. Dünya, Allahın xəlq etdiyi bütün xalqların Dünyasıdır. Allahın yaratdığı Dünyadır və Dünya Allahın yaratdığı bütün xalqlar üçündür. Heç bir millət digər millətdən əksik deyil, bircə erməniləri çıxmaq şərtilə, torpağımızı işğal ediblər. Çox istərdim ki Türkpərəstlər gözlərini açıb dünyaya diqqətlə baxsınlar. Allah bir milləti yox, çox millətləri xəlq edib. Dünyada bütün mövcud olan dillər Allah tərəfindən insanlara vəhy yolu ilə verilmişdir. Bu səbəbdəndir ki, insanlar Allaha hansı dildə dua edirlərsə, Allah həmin duanı anlayır və qəbul edir. Dillərin hamısı çox gözəldir, pis dil ola bilməz, çünki çünki uca Allah tərəfindən hədiyyə edilib. Hamımız birik, hamımız insanıq, hamımız Azərbaycanlıyıq. Azərbaycanıın bu gün yaşamasında, var olmasında bu günlərə gəlməsində burada yaşayan bütün xalqların insanların hamısının böyük əməyi və zəhməti var. Ulu öndərimiz demişdi: Mən fəxr edirəm ki mən Azərbaycanlıyam.

  2. #12
    Junior Member
    Üyelik tarihi
    Apr 2012
    Mesajlar
    4

    Re: Türkük yoxsa azərbaycanlıyıq?

    Azərbaycanlılar Novruz bayramını da yalnız Türk xalqları ilə bağlayırlar. Sovet hakimiyyəti illərində Azərbaycanda paytaxt Moskvadan iki televiziya kanali translyasiya olunurdu. Mən o illərdə məktəbliydim, ancaq yaxşı xatırlayıram ki, Vremya xəbərlər proqramının sonunda dünyada baş verən hadisələrin qısa xülasəsi verilirdi və Əfqanıstanda Əfqan xalqının Kabilin küçələrində təntənə ilə Novruz bayramını qeyd etdiyini göstərirdilər. O illərdə anladım ki, Novruz yalnız bizim deyil, beynəlxalq bayramdır. Hal-hazırda Peyk antenası ilə Tacikistanın televiziya kanalları da yayımlanır. Tacikistanın birinci kanalı ilə Novruz bayramının Tacikistanda cox möhtəşəm qeyd olunduğunu maraqla izləmişəm. Paytaxtın küçə və meydanlarında bayram təntənə ilə qeyd olunur, hər bir Tacik ailəsində xanimlar səməni halvası, şirniyyatlar bişirirlər. Farsdilli xalq olan Tacik xalqı Novruza məxsus olan bütün adətləri yerinə yetirir, ev-eşik təmizləməkdən tutmuş ta bir-birlərinin evinə bayramlaşmağa getməyə qədər. Novruz sözünun özu də farscadan gəlir və Yeni Gün deməkdir. Novruz ancaq Türk xalqlarınındırsa, nə üçün Rusiyadakı Tatarlar Novruzu bilmirlər, qeyd etmirlər, Türkiyədəki Türk əsilli əhali indi-indi öyrənməyə baslayır. İranda tarix boyu Novruz bayramı möhtəşəm şəkildə qeyd olunub. Sovet hakimiyyəti illərində də Cənub bölgəsinin və Naxçıvanın camaatı İranla həmsərhəd olduqları üçün Azərbaycanın digər bolgələrilə müqayisədə Novruz bayramını yüksək səviyyədə və daha düzgün keçirirdilər. Bu yaxınlarda Qazax rayonunda Novruz bayramının necə keçirildiyi haqda bir süjet efirə getdi. Burada gənc oğlanlar qadın geyimlərində qapılara papaq atır və tonqalın ətrafında qadın paltarında rəqs edirdilər. Yaşlı xanımlar da o yerlərdə adətin belə olduğunu dedilər. Baxanda adam xəcalət çəkir. Görünürdü ki bu yerlərdə Novruzu necə bayram etmək haqqında düz-əməlli məlumatları yoxdur. Böyüklərimdə eşitmişəm ki 4 əsas çərşənbəmiz var, əvvəllər yalnız ən sonuncu çərşənbədə tonqal yandırılırdı. İndi isə adətlər dəyişdirilib, hər çərşənbədə tonqal yandırılır. Bilirsiniz ki çərşənbə sözü həftənin ikinci günü deməkdir. Ayın 20-nə ən yaxın olan sonuncu çərşənbə günü, yəni həftənin ikinci günü Axır Çərşənbə sayılmalıdır. Bu il axırınçı çərşənbə bayram günü ilə üs-üstə düşmüşdü, əvvəllər də belə çox olub, bayramla həftənin son çərşənbəsi bir gündə keçirilib. Bu il isə ən sonuncu çərşənbəni deyil, ondan əvvəlki həftənin çərşənbə gününü Axır Çərşənbə kimi qeyd etdilər. Bilməyənlər bilənlərin də fikrini azdırıblar. Türkiyənin Urfa şəhərindən bir ailə tanıyıram, onlar deyirlər ki, Türkiyədə tarix boyu Novruz bayramını yalnız Kürdlərin yaşadığı vilayətlərdə Kurd əsilli vətəndaşlar bayram edirlər. Hətta o vilayətlərdə Keçəl və Kosa personajları da mövcuddur. Ancaq təəssüflənirlər ki, son illər Novruz bayramında təxribatlar, partlayışlar törədilir. Kürd əsilliləri çıxmaq şərtilə, əsil Türklər Novruz bayramını əvvəllər keçirməyiblər, son 15 ildə Azərbaycnın sayəsində dövlət səviyyəsində bayram etməyi öyrəniblər.

  3. #13
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    637

    Re: Türkük yoxsa azərbaycanlıyıq?

    Ulya_ulya... Radikal deyəndə millətçiliyi nəzərdə tutmuram. Fikirləriniz barədə yazıram... çox qəti yanaşırsız hər şeyə...


    Məslən, əgər Atanın əsli, kökü, ulu babaları Cənub bölgəsindən, ananın əsli kökü Türk əsillidirsə bu zaman Ata keyfiyyətsiz və ya ikinci dərəcəli millətdən olduğu üçün dəyərsiz sayılmalıdır, ana isə keyfiyyətli millətdən olduğu üçün atadan daha üstün sayılmalıdır, ya da ikinci dərəcəlini birinci dərəcəlidən az sevmək lazımdır. Ataların zəhməti böyükdür kökündən, yerindən asılı olmayaraq, ömür boyu işləyir, zəhmət, əziyyət çəkir. Bəs belə ailələrin övladrını hansı kökdən millətdən saymaq lazımdır?
    Məqalənizin adı Türkük yoxsa Azərbaycanlı??? sizcə bunların hansı üstündü?
    REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
    XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)

  4. #14
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Türkük yoxsa azərbaycanlıyıq?

    Məqalənizin adı Türkük yoxsa Azərbaycanlı??? sizcə bunların hansı üstündü?[/quote]
    Hec bir millet digerinden hec ne ile üstün ola bilmez! Fərqlilik var..meselen bir olmağı bacaran millet ve bacarmayan millet... coxxxxxxxx teesüüüüfler ki biz ikincisine aiddik.
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  5. #15
    Junior Member
    Üyelik tarihi
    May 2012
    Mesajlar
    5

    Re: Türkük yoxsa azərbaycanlıyıq?

    Azerbaycan Türkü de , Türkiye Türkü de : OĞUZ BOYUNDANIZ.

    yani Oğuz Türküyüz.Aynıyız.

Sayfa 2/2 İlkİlk 12

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.