MTN-nin əməkdaşları Azərbaycan Kooperasiya Universitetinin rektorunun köməkçisi Rövşən Oruc oğlu Məmmədov rüşvət alarkən cinayət başında yaxalayıb
Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq tərəfindən birgə həyata keçirilən tədbir nəticəsində Azərbaycan Kooperasiya Universitetinin rektorunun köməkçisi Rövşən Oruc oğlu Məmmədov rüşvət alarkən cinayət başında yaxalanıb. Bu barədə Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən məlumat verilib.


Məlumata görə, Nazirliyə daxil olan şikayət əsasən Azərbaycan Kooperasiya Universitetinin 2-ci kursuna biribaşa qəbul olunması üçün həmin təhsil müəssisəsinin rektorunun köməkçisi Rövşən Məmmədovun vətəndaşdan 21 min manat rüşvət istəyib.


Müvafiq əməliyyat-texniki tədbirlər və istintaq hərəkətləri nəticəsində Rövşən Məmmədov ərizəçidən 21 min manat pulu rüşvət alarkən cinayət başında yaxalanıb. Sonuncunun xidməti avtomobilinə keçirilmiş baxış zamanı üzərində müxtəlif şəxslərin imtahan verməsi və universitetə qəbul olunması kimi qeydlər aparılan 57 min 500 manat pul vəsaiti aşkar olunub.


Həmin fakt üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və Rövşən Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.