5 sonuçtan 1 ile 5 arası

Nura ilə Xuraman saçyolduya çıxıb?

  1. #1
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.430

    Nura ilə Xuraman saçyolduya çıxıb?

    Nura ilə Xuraman saçyolduya çıxıb?
    Nura: «Məni «Lider»dən heç kim qovmayıb»

    Mərhum aktrisa Gülşən Qurbanovanın efirdə yerini tutan Nura artıq xeyli vaxtdır «Lider» telekanalında «Mikser» verilişini aparır. İnternet portallarından birinin yaydığı xəbərə görə, müğənninin növbəti qonağı Xuraman Şuşalı olub. Lakin Xuramana verilişə çıxmaq nəsib olmayıb. Çünki verilişin başlamasına bir neçə dəqiqə qalmış, müğənnilər arasında mübahisə baş verib. Bu mübahisə tərəflərin bir-birinin ünvanına söyüşlər yağdırmaq, daha sonra isə saçyolduya çıxmasıyla nəticələnib. Məsələni belə görən telekanal rəhbərliyi Nuranı layihədən qovub.

    Olaya aydınlıq gətirmək məqsədi ilə Nura ilə əlaqə saxladıq. Lakin o, bu xəbərin həqiqətəuyğun olmadığını dedi: «Dünyanın heç bir yerində jurnalist faktı araşdırmamış yazmır. Mən həmin agentliyi məhkəməyə verəcəyəm. Çünki belə bir hadisə olmayıb. Sadəcə, mayın 11-dən (bu gündən – Ü.S.) «Maşın» realiti-şousunda iştirak edəcəyəm. Ona görə də ayın 22-dək olan verilişləri indidən hazırlamışam. Əgər şounun axırına kimi qalsam, layihədən mayın 28-də çıxacağam. Hardasa bir-neçə verilişi hazırlaya bilməyəcəyəm. Görünür, kimsə bundan istifadə edib, haqqımda belə söhbətlər yayıb».

    Nuranın sözlərinə görə, verilişinə dəvət olunanların siyahısını layihə rəhbərliyi tərtib edir və bu haqda ona əvvəlcədən məlumat verilir: «Düzdür, bəzən elə olub ki, məndən xəbərsiz kimisə çağırıblar verilişə. Mən də buna etiraz etmişəm. Amma aramızda münaqişə olmayıb».

    «Lider»dən qovulmadığını deyən Nura yaxın zamanlarda başqa bir telekanalla əməkdaşlıq edəcəyini də vurğuladı. Dedi ki, Rusiya telekanalında Lolitanın «Bez kompleksov» müəllif verilişinin Azərbaycansayağı variantını hazırlayacaq. Artıq bu barədə «Lider»in rəhbərliyini xəbərdar edən Nura müqavilənin bitməsini gözləyir.



    Mənbə: Gündəlik Azərbaycan
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Apr 2007
    Mesajlar
    391
    Yene qalmaqal.
    Goresen niye bizlerde bu qeder coxdur?

  3. #3
    Senior Member
    Üyelik tarihi
    May 2007
    Yer
    Sensizliğin sokağından...
    Mesajlar
    657
    Nura'nin Xuraman'nin

  4. #4
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.430

    Şou Biznes qalmaqal

    Alıntı Manolita Nickli Üyeden Alıntı
    Yene qalmaqal.
    Goresen niye bizlerde bu qeder coxdur?
    Qalmaqalsız şou bines olar heç. Bütün dünyada qalmaqallı olur.
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Apr 2007
    Mesajlar
    391

    Re: Şou Biznes qalmaqal

    Alıntı Azerbaycanli Nickli Üyeden Alıntı
    Alıntı Manolita Nickli Üyeden Alıntı
    Yene qalmaqal.
    Goresen niye bizlerde bu qeder coxdur?
    Qalmaqalsız şou bines olar heç. Bütün dünyada qalmaqallı olur.
    Qalmaqal olur elbetde. Amma bilmek isteyerdim goresen bizlerdeki qeder cox olur butun dunyada?....

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.