3 sonuçtan 1 ile 3 arası

Vergi məsələsi Faiq Ağayevi qəzəbləndirib

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493

    Vergi məsələsi Faiq Ağayevi qəzəbləndirib

    "Mən vergi ödəməkdən heç vaxt yayınmamışam".
    Müğənnilərimiz el şənliklərindən və şou-proqramlardan qaz vurub qazan doldurduqları halda vergi ödəməkdən nədənsə boyun qaçırırlar. Vergidən yayınan müğənnilərin siyahısında adı olan müğənnilər isə ciddi-cəhdə vergi ödədiklərini deyirlər. APA-ya açıqlamasında vergi ödədiyini deyən Manana Çaparidze Vergilər Nazirliyinin onun adını hallandırmasını əsassız sayır.
    “Mən vergidən əlavə hətta bir çox müğənnilərə məlum olmayan Pensiya Fonduna da pul ödəyirəm. Çox təəssüf edirəm ki, vergini vaxtlı-vaxtında ödəməyən müğənnilər sırasında mənim də adım qeyd olunub. Mən Yasamal rayonunda qeydiyyatdayam. İnanmayanlar gedib orada mənim vergi ödəyib-ödəmədiyimi yoxlaya bilər. Hətta əlimdə hər ayın hesabatı var. Bunu da istənilən adama göstərə bilərəm”.
    Röya kimi tanınan müğənni Röyalə Nəcəfova da vergisini vaxtlı-vaxtında ödədiyini söyləyir. Əməkdar artist Ədalət Şükürov isə hər ay nə az, nə çox - düz 150 manat vergi ödəyir.
    Siyahıda adı olan əməkdar artist Brilliant Dadaşova və müğənni Mətanət İsgəndərli də vergidən yayınmadıqlarını söyləyirlər.
    “Cənab qızıl şlyager” Faiq Ağayev isə vergi söhbətindən əməlli-başlı qəzəblənib. Hər rüb gəlirinin 4 faizi mislində vergi ödədiyini deyən əməkdar artist bu məbləğin 100 manatdan çox olmadığını deyir: “Mən vergi ödəyən müğənnilər arasında liderəm və vergi ödəməkdən heç vaxt yayınmamışam. Bundan əlavə, konsertlərimi təşkil edən zaman verginin dəyəri 800 manat olur”.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.