2 sonuçtan 1 ile 2 arası

İlhamə müğənniləri "Tərbiyəsiz" adlandırdı.

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493

    İlhamə müğənniləri "Tərbiyəsiz" adlandırdı.

    Sənətçi şou-biznes nümayəndələrini savadsızlıqda da suçladı.
    Yeni ili ailəsi ilə birgə qarşılayan xalq artisti İlhamə Quliyeva ötən ilin onun üçün düşərli olduğu qənaətindədir. Keçən il Dünya Azərbaycanlıları Konqresinin (DAK) IX qurultayında DAK-ın Mədəniyyət və İnsəsənət Akademiyasının prezidenti seçildiyini dilə gətirən sənətçi xanım 2008-ci ilin də ona düşərli olacağı fikrindədir. Yeni ili hər zaman səbirsizliklə gözlədiyini bildirən İ.Quliyeva hər ötən il ailəsinə daha çox bağlandığını etiraf etdi.
    Yerli şou-biznes aləmindən ürəkağrısı ilə söz açan İ.Quliyeva “o dövrdə əlinə mikrofon götürüb səhnəyə çıxmaq hər adama nəsib olmurdu”- dedi: “Mən 40 il bu xalqa mədəni xidmət etmişəm. Mənim üçün sənət hər zaman ən uca zirvədə dayanıb”.
    Bəzi müğənnilərin özünü sənətçi adlandırmasına iradını bildirən İlhamə xanım bunun heç də doğru addım olmadığını söylədi: “Sənətkar hər zaman lider olmaq istəyirsə, öz sözünü deyirsə, deməli, o, sənətkardır. Bəzi müğənnilərin musiqi duyumu yoxdur. Mənə elə gəlir ki, müğənni hər zaman axtarışda olmalıdır. Səhnəyə çıxan müğənninin xarici görünüşü də əsas şərtdir. Görün, neçə illərdir ki, səhnədəyəm. Bununla belə səhnəyə çıxan zaman həyəcan keçirirəm, əlim-ayağım buz kimi olur. Bir sözlə, sənət adamı məsuliyyət daşımalıdır”.
    Özünü şou-biznes nümayəndələrinə aid etməyən İ.Quliyeva müğənniləri özlərini yalandan reklam eləməkdə suçladı: “Mən şou-biznes nümayəndəsi deyiləm, sənətkaram. Şou-biznes indi dəbdə olan termindir. Sənəti olmayan müğənnilər şou-biznesdən ”qara piar" kimi istifadə edir. Bu, onlara mənfi reytinq gətirir. Kimi qalmaqal edir, kimi orasını-burasını, kimisi də mətbəxini göstərir. Bunların özü mənfi piardır. Özü də onlar bu reklamla çox gündəmdə qalmırlar".
    Son günlərin ən gündəmdə olan sponsor mövzusuna da toxunan İ.Quliyeva əsl sənətçinin sponsor gücünə reklam olunmadığını dedi: “Müğənni sponsordan ayrılandan sonra başsız qalır. Mənim ”sponsor" sözündən də xoşum gəlmir, ondan iyrənirəm. Çünki “sponsor” sözünün çoxşaxəli, mənfi mənaları var".
    Oxunu atıb yayını gizləyən İlhamə xanım telekanallarda yayımlanan maqazin verilişlərinə çıxan müğənnilərin açıq-saçıq hərəkətlərinə məəttəl qalıb: “Bir də görürsən çıxıb efirdə deyirlər ki, mən hamiləyəm. Hamiləsən, halal xoşun olsun. Bəs səndən soruşmazlarmı ki, bunun atası hardadır, kimdir? Hər bir qadın istəyir ki, ana olsun. Amma bunu reklam etmək nəyə lazımdır? Belə şeylərə embarqo qoymaq lazımdır. Onların tərbiyəsi və savadı yoxdur, bəs telekanal işçisi onu niyə efirə verir?”
    Həmkarlarının ona qarşı çox zaman qısqanclıq nümayiş etdirdiklərini deyən sənətçi bütün bunlara göz yumur: “Əgər mənə qarşı qısqanclıq varsa, deməli, mən sənətin zirvəsindəyəm”.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129
    Senetcilerimiz efirde etik normalarina riayet etmelidiler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.