Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

İzzət 8 martda konsert verəcək

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493

    İzzət 8 martda konsert verəcək

    Müğənni çəkiləcəyi filmi konsertdə təqdim etmək fikrindədir.
    Hər il 8 mart -Beynəlxalq Qadınlar bayramı münasibətilə tamaşaçılarına konsert verən İzzət Bağırov bu il də ənənəsinə sadiq qalacaq. Bir saat yarımlıq konsertini qadınlara həsr etdiyini deyən İzzət Bağırov qadın tamaşaçılarına sonda hədiyyələr bəxş edəcəyini də söylədi. Lakin konsertlə bağlı digər məqamları sürpriz saxladı.
    Özünü aktyor kimi sınamaq qərarına gələn İzzət Bağırovun yarımçıq qalmış filminin çəkilişləri hələ də bitmək bilmədən uzanır. Yeri gəlmişkən, müqayisə etsək, sözügedən filmin taleyi Mətanət İsgəndərlinin "Əlvida" filminin taleyinə bənzədi. Çəkilişləri xeyli vaxt davam edən "Əlvida" filmi nəhayət ki, ərsəyə gəldi. Lakin İzzət öz filminin gecikmə səbəblərini ondan fərqli olaraq rejissorun qəfldən dünyasını dəyişməsi ilə izah etdi. Filmdə baş rolları ifa edən müğənni bunun öz maliyyə hesabına başa gəldiyini qeyd etdi və çəkilişləri başqa rejissora həvalə etdiyini bildirdi. Süjet xəttinə gəlincə isə, İzzət burada bir müğənninin həyatını canlandırıb. Bunun şəxsi həyatı ilə heç bir bağlılığı olmadığını deyən müğənni qeyd etdi ki, sözügedən filmdə Akademik Milli Dram Teatrının aktyorları rol alıb. Lakin müğənninin tərəf müqabili teatrın aktrisası Mehriban Xanlarova və müğənni Natəvan Həbibidir. İzzət martın 8-də verəcəyi konsertlə yanaşı, həm də filmin təqdimat mərasimini keçirməyi planlaşdırır: "Əgər o vaxta qədər film hazır olsa, konsertdən oncə tamaşaçılar həmin filmi izləyə biləcəklər" deyə əlavə etdi
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.