İyulun 31-i Bakıdakı klubların birində hip-hop gecəsi keçiriləcək.

Bu barədə gecənin təşkilatçıları məlumat verib. Məlumata görə, gecədə tanınmış reper Elşad Xose iştirak edəcək. Bundan başqa, konsertdə qonaqlar 1 saat boyunca reperin ifasını dinləyə biləcək.

Tədbirin təşkilatçılarından verilən məlumata görə, gecə saat 12-dən sonra konsert iştirakçılarını maraqlı "Mafiya" oyunu gözləyir.

Qeyd edək ki, bu – Elşad Xosenin yay mövsümü ərzində sayca 3-cü konsertidir.