1 sonuçtan 1 ile 1 arası
-
02-09-2010, 11:36 AM #1
Şok xəbər
Baba və ata 16 yaşlı qızı diri-diri torpağa basdırıb
Gənc qız oğlanlarla danışdığı üçün qətlə yetirilib
Türkiyənin Adıyaman bölgəsinin Kahta rayonunda dəhşətli cinayətin üstü açılıb.
16 yaşlı Mədinə Məmi oğlanlarla danışdığına görə 40 gün əvvəl babası Fəthi Məmi və atası Ayxan Məmi tərəfindən əlləri bağlanılaraq toyuq hinində torpağa basdırılıb.
Valideynləri onun itkin düşdüyünü iddia ediblər. Polis araşdırmaya başlayıb və cinayət barədə məlumat daxil olub. Qızın cəsədi 2 metrlik çuxurdan çıxarılaraq müayinə olunub. Mədə və ağ ciyərlərində torpaq olan qızın qanında narkotik vasitəyə rast gəlinməyib. Həkimlər gənc qızın basdırıldığı zaman sağ və şüurunun yerində olduğunu bildiriblər.
Baba, ata və qızın anası İmmihan Məmi saxlanılıb. Baba və ata haqqında məhkəmə həbs qərarı verib.


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla
Yer imleri