7 sonuçtan 1 ile 7 arası

Kişilərlə qadınların fərqli cəhətləri

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Kişilərlə qadınların fərqli cəhətləri

    1 Fərq elə beşikdən başlanır. Klinik məlumatlara müvafiq olaraq bu zaman oğlanlar yerlərində fırlanır, qızlar isə ətrafdakılara diqqətlə nəzər salırlar.
    2 Kişi beyni qadın beynindən 200 qram ağırdır.
    3 Qızlar daha tez dil açır.
    4 İybilmə duyğusu qadınlarda 20 faiz yaxşı olsa da, ətir yaradıcılarının 80 faizi kişidir.
    5 Psixi tənəzüllər qadınlarda iki dəfə tez baş verir.
    6 Qadınlarda musiqi qabiliyyəti daha yaxşıdır. Bu mənada 6 qadına 1 kişi düşür.

    7 15-24 yaşlı oğlanlar qızlara nisbətən 6 dəfə çox uğursuzluqla rastlaşır, üç dəfə artıq yol hadisəsi törədir və tez-tez intihar edirlər.
    8 Kişilərin 48 faizi, qadınlarınsa yalnız 22 faizi xoruldayır.
    9 Kişilər adətən öz tələblərini birbaşa irəli sürür, qadınlarsa "mıs-mıs" edirlər.
    10 Uşaq oyuncaqları istehsalçılarının fikrincə, oğlanlarda yaradıcılıq qabiliyyəti daha aydın ifadə olunub.
    11 Qadınlar kişilərdən üç dəfə çox telefonla danışır, buna gündə 20 dəqiqə vaxt sərf edirlər. Kişilərdə bu müddət 6 dəqiqədən çox deyil.
    12 Kişilərdə ağ ciyərin məhsuldarlığı 20 faiz, ürəyinki isə 15 faiz çoxdur.

    13 Miqrenlərin dörddə üç hissəsi qadınların payına düşür.
    14 Qadınlar kişilərdən çox yaşasalar da, onların qocalma prosesi tez baş verir və nəzərə çarpır.
    15 Qadınlar spirtli içkinin təsirinə iki dəfə artıq həssasdır.
    16 Solaxaylıq oğlanlar arasında daha çoxdur (beynin sağ yarımkürəsinin üstünlüyü).
    17 Tərəf-müqabilinin zahiri görkəmi kişilərin 22 faizi, qadınlarınsa 11 faizi üçün hakim rol oynayır.
    18 Mühakimə olunmuş 10 nəfərdən 9-u kişidir.

    19 Kişilər riyaziyyata daha çox meyl göstərir. 12 görkəmli riyaziyyatçıya yalnız bir qadın düşür.
    20 Qadınlar şirniyyatı, kişilərsə turşunu çox sevirlər.
    21 Dərketmə hissində kəskin fərqlər: toxunmaya az həssas olan qadınlar ən həssas kişini geridə qoyur.
    22 Qadınlar xarici dilləri daha tez mənimsəyir.
    23 İsveçrəli dilçi Edit Slembekin tədqiqatlarına görə, qadınlar kişilərdən iki dəfə çox felin lazım formasından istifadə edir, beş dəfə çox "ola bilsin" və "bir neçə" sözlərini işlədir, üç dəfə çox sual verir, tez-tez üzr istəyirlər.
    24 Oğlanlar öz amansızlıqları ilə qızlardan 15 dəfə artıq fərqlənirlər.

    25 Kişilər tez və qətiyyətli, qadınlarsa uzun-uzadı düşüncələrdən və yaxın adamlarla məsləhətlərdən sonra qərar qəbul edir.
    26 Kişilər psixatriya müalicəxanalarına iki dəfə artıq düşürlər.
    27 Siqaret çəkən kişilər qadınlardan 30 dəfə çoxdur.
    28 Oğlanlara qızlardan çox yuxu lazımdır. Lakin bu tənasüb 6 yaşında dəyişir. Yaşlı qadınlara isə orta hesabla bir saat çox yuxu lazımdır.
    29 Debore Tannenin fikrincə, qadınların kişilərlə söhbəti zamanı "bəli, bəli" demələri, onların kişiləri dinləməsi deməkdir. Kişi isə belə hesab edir ki, qadın onun sözlərini təqdir edir.
    30 Qadınlar tez-tez gülümsəyir və söhbət əsnasında həmsöhbətin dik gözlərinə baxırlar, kişilər isə əksinə, baxışlarını yayındırırlar (tez tez yalan danisdiqlarindan baxislarini yayindirirlar yeqin )

    31 Hər iki cins bərabər dərəcədə güzgüyə baxmağı xoşlayır: kişilər öz bədənlərindən, qadınlarsa paltarlarından həzz alır.
    32 Kişilər çox zaman qırmızı rəngi, qadınlar isə mavi rəngi seçirlər.
    33 Qadınların 60 faizi, kişilərin 40 faizi yuxusuzluqdan əziyyət çəkir.
    34 Kişilər həyatı çətinliklərin öhdəsindən asan gəlir və çox zaman işdə, siyasətdə, idmanda təskinlik tapırlar.
    35 Qadınlar stressləri kişilərdən yaxşı keçirirlər. Çünki onlarda adrenalin daha az ayrılır və təzyiq belə kəskin qalxmır.
    36 Qadınlar ağrılara daha həssasdırlar, lakin kişilərdən dözümlüdürlər.
    ...

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    1.955

    Re: Kişilərlə qadınların fərqli cəhətləri

    aferin.
    aradaki smalikler ela olub haaa

  3. #3
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: Kişilərlə qadınların fərqli cəhətləri

    [/color]Kisiler guclu ve dozumludurler duzdu ele qadinlar varki kisilerdende gucluduler. Qadinlar zeyif yooxxxxx zerifdirlerrr

    SALAMLAR NECESINIZ

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Kişilərlə qadınların fərqli cəhətləri

    emeye hormet maraqli melumat idi cox sag ol
    [

  5. #5
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: Kişilərlə qadınların fərqli cəhətləri

    Deymezz siz sag olunki bele movzular qoyursuzzz

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Kişilərlə qadınların fərqli cəhətləri

    movzuya gore tesekur
    [

  7. #7
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485

    Re: Kişilərlə qadınların fərqli cəhətləri

    Ən böyük fərqi yazmiyiblar ki nəsə zarafatdi incimiyin

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.