Eşidirsinizmi ?
Kimsə görmək istəməsə də
Böyük duyğularımın içində hələ kiçiyəm mən…![]()
![]()
mende
4 sonuçtan 1 ile 4 arası
-
01-15-2010, 03:50 PM #1Senior Member
- Üyelik tarihi
- Jul 2009
- Mesajlar
- 1.149
Böyük duyğularımın içində hələ kiçiyəm mən…

Aldı əlinə ağ bir kağız,
Sonra təyyarə düzəltdi o kağızdan, eynilə uşaqlığımızdakı kimi…
Və buraxdı boşluğa…
Getdikcə uzaqlaşdı, görə bilməz oldum…
"Bax, bu getdikcə itən, sevincin idi' dedi…
Anlamadım !
Bəlkə də anlamaq istəmədim..
Düşündüm, düşündükcə xatırladım...
Və anladım !
Bir zamanlar mənimdə,
Kiçik əllərim, kiçik ümidlərim vardı…
Adını ‘gülücük' qoyduğum bir çərpələngim vardı...
Əlimə alan kimi uçdu əllərimdən..
İzlədim, gözümü qırpmadan izlədim…
İtdi yavaş yavaş…
Xoşbəxtliyimi də alıb getmişdi sanki o an…
Çox ağladım…
Halbuki nə çox xoşbəxt imişəm…
İndi, guya böyüdüm…
Və yenə ağlayıram…
Artıq gözyaşlarımın içi dolu..
Kiminə kiçik, kiminə böyük qırıntılar ağrıdır içimi…
Bir söz kifayətdi yarpaq kimi sovrulmağıma…
Hər mahnıda tökülür damla damla gözlərim…
Artıq bir qulağımdan girib, digərindən çıxmır deyilənlər…
Hər birini yazıram ağılıma bir bir...
Gedişlərin mənasını yaxşı bilirəm indilərdə..
Və gələnlərə dair qorxularım çoxdandır…
Yəni, böyüyürəm…
Və böyüdükcə, susuram get-gedə...
İçim aldanır..
İnadına susuram !
Susduqca, qoparıram hər bir parçamı bədənimdən…
Duyğularım məndə hökümsüz indi…
Xülyalarım yarım…
Təkliyin qapıları bağlanmış üzümə…
Ruhum bir orada...Bir burada…
Gəl- getlərde fərari uşaqlığım…
İndi bir şarım olsaydı…
İncikliyi, təkliyi, hüznü, ağrını…
Bildiyim, bilmədiyim nə varsa içinə doldursaydım…
Və buraxsaydım boşluğa..
Xəyallarım qalsaydı yalnız geridə…
Kaş ki' ‘nin digər mənası bu məndə ki..
Bəlkə də bir möcüzədir gözlədiyim…
Nə qədərdir özümü aldadıram..
Artıq sus ürəyim !
Eşidirsinizmi ?
Kimsə görmək istəməsə də
Böyük duyğularımın içində hələ kiçiyəm mən…...
-
01-15-2010, 03:53 PM #2
Re: Böyük duyğularımın içində hələ kiçiyəm mən…
Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?

-
01-15-2010, 04:24 PM #3
Re: Böyük duyğularımın içində hələ kiçiyəm mən…
[
-
01-15-2010, 05:18 PM #4Moderlər
- Üyelik tarihi
- May 2009
- Yer
- Amerika United States
- Mesajlar
- 2.811
Re: Böyük duyğularımın içində hələ kiçiyəm mən…



LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla



Yer imleri