3 sonuçtan 1 ile 3 arası

Sevginin fəsilləri

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Sevginin fəsilləri



    Sevginin baharı…
    Hardan gəldin ömrümə? Nə vaxt döydün könül qapımı? Nə zaman oyatdın hələ heç kimin toxuna bilmədiyi hissləri? Sərin meh kimi əsdin qəlbimə, baxışlarınla nura boyadın. İsti sözlərinlə buz bağlamış vücuduma həyat verdin. Mənə dayanmadan düşünməyi öyrətdin. Sənsiz darıxmağı, acımağı, kövrəlməyi, solmağı öyrətdin. Həsrətin nə olduğunu anlatdın mənə.
    Sən gələli lal gecələrim danışmağa başlayıb. Ürəyim ilk bahar çırpıntısıyla döyünüb, qarşında əriyir, hüceyrələrimə qədər axır, yayır sevgini bədənimə.. Bir gün qarşında dayanaraq qürurumu sındırıb, titrək dodaqlarım pıçıltıyla “Səni sevirəm!..” deyəcək. Gerisi sənə qalır, Sevgilim.. Səni sevirəm Mən!..


    Sevginin yayı…
    Sərin yay axşamı.. Dağların döşündəki taxtadan ev… Otların çiçəklərə, sevincin qəh-qəhəyə, qayğısız anların həyəcanlı məhəbbətə qarışdığı ətir…
    Hamımızın yığışarkən “ordan lampa işığı düz gözümə düşür” deyərək masanın aşağı tərəfinə niyə əyləşdiyini yaxşı anladım, Sevgilim. Qəribədir ki, elə mən də həmin səbəbi bəhanə edərək gözdən, könüldən uzaq olub, səninlə baxış-baxışa oturmaq üçün yarpaqların çiynimə dağılmış tellərimi oxşadığı stula əyləşmişdim.
    Babamın manqalda çəkdiyi quzu ətindən yarım tikə yediyimə görə danladılar məni… Nə biləydilər ki, mən doyuncaya qədər baxışlarından qidalanmışdım..
    Ehhh…..Necə də xoşbəxtəm, Sevgilim!


    Sevginin payızı…
    Artıq üç gündür ki, səndən xəbər yoxdu. Qəhər boğazımı daraldıb, Sensiz aldığım bir nəfəsi belə mənə qıymır. Otaqda var-gəl etməkdən divarların gözünü yormuşam. Səni gözlərkən pəncərəm önündən seyr etdiyim küçələr gözlərimin izindən ləpir qəbirstanlığına dönüb. Qəlbimin yükünü vərəqə boşaldan qələmim də mənə yad-yad baxır indi kənardan. Səni saatlarca andığım mahnılar məni ovundura bilmir. Ürəyimdən sızan hicran yaşları gözlərimi bircə an da qurumağa qoymur.
    Sənin üçün yaman darıxıram.. Səni gözləyirəm, Sevgilim.. Seni gözləyirəm..


    Sevginin qışı…
    Son?! Yox. Filmin sonu ola bilər. Ömrün sonu olar. Sonun da sonu olar, amma sevginin sonu yoxdur!.. Bəs, onda son nəyin sonu olur?! Ya da ki, sevgi heç yox da olmur. Yox, yox. Demirəm ki, səni hələ də sevirəm. Hər şey çoxdan keçib. Amma keçibsə de, yox olmayıb. Sadəcə, haradasa ilişib qalıb. Bəlkə də, səni gördüyüm ilk anda, bəlkə, birgə yığışdığımız masa arxasında, bəlkə, mənə süzdüyün samovar çayında, arxın kənarında.. Bəlkə, hicranımda, göz yaşlarımda, sənsiz günlərimdə qalıb. Bəlkə də, itib. Hardadırsa nə sən tapa bilmirsən, nə mən. Amma yox olmayıb. Mən bilirəm ki, yaşayır. Əvvəl bizimlə yaşayırdı, bizi yaşadırdı. Indi bizsiz yaşayır. O, tənha yaşaya biləcəyi qədər böyük duyğudursa da, rəhmsizdir. Onu itirənləri bir daha axtarmır, tapmır, bağışlamır. Daima qaçır onlardan. Təəssüf, biz daha heç nə edə bilmərik, Sevgilim. Ən ülvi duyğuya vəfasızlıq göstərdik Biz. Sevgimiz özü bağışlasın Məni və Səni…. Sevgili sevgim, Sevgilim!…


    Bəs sizin sevginiz hansi fəsildədi?..

  2. #2
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Sevginin fəsilləri

    Sevgi olandan sonra,butun fesiller sevginindi ve gozeldir.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  3. #3
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: Sevginin fəsilləri

    Sevgininde fesili olur sevgi her fesilde olur

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.