Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Dünya şəhərlərinin “gecə həyatı” reytinqi

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Dünya şəhərlərinin “gecə həyatı” reytinqi

    “Lonely Planet” jurnalı dünya şəhərlərinin “gecə həyatı” reytinqini tərtib edib. “Gecə həyatı” reytinqində ilk yeri Serbiyanın paytaxtı Belqrad şəhəri tutub.

    Belqradda turistlər “rəngli” gecə həyatı yaşayırlar, Sava və Dunay çayının sahillərindəki çoxsaylı restoran və barlar səhərə qədər turistlərə xidmət göstərir.

    Kanadanın Monreal şəhəri bu siyahıda ikinci yerdədir. Turistlər ingilis və fransız dillərində müraciət etməklə yaxşı Kanada pivəsi içə, Royal dağında xizəklə sürə bilərlər. Burada çoxlu sayda köhnə kafelər, caz klubları, diskotekalar və hər il keçirilən “Comedy” festivalı zövqləri oxşayır.

    Üçüncü pillənin sahibi Argentinanın paytaxtı, Afrika və Avropa mədəniyyətini unikal şəkildə özündə birləşdirən Buenos Ayres şəhəri ehtiraslı rəqslərin məkanıdır. Şəhərin sahillərindəki klublarda tanqo rəqsi etmək olar. Şəhərdə hətta rəqsi öyrədən klublar belə fəaliyyət göstərir.

    Dördüncü pillədə isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri yer alır. Şəhərdəki bahalı hotellər, ticarət və əyləncə mərkəzləri daim turistlərin üzünə açıqdır.

    Beşinci pillənin sahibi isə Yunanıstanın Saloniki şəhəridir. Bu şəhər də özünəməxsus dəbdəbəli ticarət mərkəzləri ilə məşhurdur. Eyni zamanda müxtəlif əyləncə mərkəzləri, hətta “qış gecələri” də turistləri özünə cəlb edir. Qədim Bizans abidələri və muzeylər bu şəhərin cəlbediciliyini daha da artırır.

    Altıncı pillənin sahibi Boliviyanın paytaxtı, dəniz səviyyəsindən 3600 metr yüksəklikdə yerləşən La-Pas şəhəridir. Şəhərdəki çoxsaylı klublarda turistlər likör içərək əylənirlər. Bu şəhərin əhalisi qonaqsevərliyi ilə seçilir.

    Cənubi Afrika Respublikasının (CAR) paytaxtı Keyptaun şəhəri siyahıda yeddinci pillədə yer alır. Şəhərə turist axını futbol üzrə Dünya çempionatının keçirilməsi ilə əlaqədar 2010-cu ildə daha da güclənəcək. Bu şəhər gecə həyatı ilə çoxdan məşhurdur. Şəhərdə ekzotik çimərliklər, 24 sat fəaliyyətdə olan çoxlu barlar var. Turistlər CAR-ın ekzotik içkilərini də dadmaq imkanına malikdirlər.

    Səkkizinci pillədə isə bir çoxları üçün gözlənilməz olsa da, Bakı şəhəri yer alıb. “Lonely planet” jurnalı yazır ki, neft müqavilələri işə düşəndən sonra bu şəhərin gecə həyatı dəyişib. Pul axını, xarici mütəxəssislərin və işçilərin Bakıya gəlməsi burada istirahət və əyləncə mərkəzlərinin sayını artırıb. Bununla belə şəhərin ənənəvi şərq şəhəri imicini qoruması onun cəlbediciliyini daha da artırır.

    Qeyd edək ki, Yeni Zelandiyanın Oklend şəhəri və İsrailin paytaxtı Tel-Əviv Bakıdan sonrakı pillələrdə yer alıblar.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.