Əsas məzmuna keç
3 sonuçtan 1 ile 3 arası

“ERMƏNİ İDMANÇILARI BAKIYA GƏLSƏ, QAN TÖKÜLƏCƏK”

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    “ERMƏNİ İDMANÇILARI BAKIYA GƏLSƏ, QAN TÖKÜLƏCƏK”

    Xəbər verildiyi kimi, erməni idmançıları 2010-cu ilin aprelində yenidən Bakıya gəlməyə hazırlaşır. Hətta bununla bağlı Ermənistanın Boks Federasiyası Beynəlxalq həvəskar Boks Assosiasiyasının prezidenti Çinq Kua Vuya rəsmi məktub da ünvanlayıb. Ermənistan Boks Federasiyasının I vitse-prezidenti Qabrielyan mətbuata açıqlamasında bildirib ki, onlar Çinq Vudan Bakıda keçiriləcək gənclər arasında dünya çempionatında erməni nümayəndələrinin təhlükəsizliyinin təminatı ilə bağlı xahiş ediblər. Xatırladaq ki, artıq erməni idmançıları beynəlxalq yarışlarda iştirak adı ilə ikinci dəfədir Bakıya gəlir.

    Məsələ barədə danışan QAT sədri Akif Nağı son illər düşmən ölkənin təmsilçilərinin Bakı səfərlərinin adi hal aldığını dedi: “Onların beynəlxalq yarışlarda iştirak adı ilə tez-tez Bakıya gəlmələri Azərbaycan cəmiyyətinin ciddi narazılığına səbəb olub. İşğalçı ermənilərlə bağlı Azərbaycan hökumətinin mövqeyi birmənalı olmalıdır. Bütün dünyaya bəllidir ki, onlar Azərbaycanın 20 faiz torpağını işğal ediblər. Amma bununla belə, dünyanın güclü dövlətləri ermənilərin Bakıya gedib-gəlməsində maraqlıdırlar. Belə vəziyyətdə Azərbaycan hökuməti milli maraqlara uyğun mövqe tutmalı, məsələdə qəti mövqe nümayiş etdirməlidir. Başa düşə bilmirəm, niyə Azərbaycan hökuməti indiyədıək beynəlxalq idman təşkilatlarına bu məsələni anlada bilməyib? Birmənalı olaraq işğalçı ölkənin idmançılarının Azərbaycana gəlməsi yolverilməzdir”.
    Akif Nağı ermənilərin Bakıya gəlişinin qarşısını almaq üçün QAT-ın istənilən üsula əl atacağını dedi: “Erməni idmançılarının Bakıya gəlişinin qarşısı alınmazsa, onda biz sözü gedən idman yarışının baş tutmasına imkan verməyəcəyik. Hətta lazım gəlsə hökumətlə qarşıdurmaya gedəcəyik”.

  2. #2
    Member
    Üyelik tarihi
    Nov 2009
    Mesajlar
    89

    Re: “ERMƏNİ İDMANÇILARI BAKIYA GƏLSƏ, QAN TÖKÜLƏCƏK”

    Ilk növbede Aserbaycan xalqini 2010-cu il Yeni il bayrami münasibetile tebrik edirem.
    ;;Qan tökülecek,, mövzusuna aid deyirem ki, canim hemvetenlerim, qan tökülmekle hec ne elde elde etmek olmaz.
    Ermenilerin bizlere etdikleri zülümler, dünya yarandiqi zamandan, ta indiyedek bizden basqa hec bir insanlara bu dehsetler verilmemisdir.
    Amma, Ölkemizin, Vetenimizin, usaqlarimizin geleceyi namine ve gözel, yarasiqli, cenab intiliqent vetendaslarimizin xatirine biz ,,qana,, son qoymaliyiq. Bu bize xeyir getirmez.
    Sevirem bütün Azerbaycanlilari!

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: “ERMƏNİ İDMANÇILARI BAKIYA GƏLSƏ, QAN TÖKÜLƏCƏK”


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.