1 sonuçtan 1 ile 1 arası
-
12-16-2009, 10:59 PM #1Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Kommunist partiyasinin manifesti.
Avropada bir kabus dolaşmaqdadır – kommunizm kabusu. Köhnə Avropanın bütün qüvvələri: papa və çar, Metternix və Gizo, fransız radikalları və alman polisləri bu kabusa qarşı müqəddəs bir təqib üçün birləşmişlər.
Artıq bütün Avropa qüvvələri kommunizmi bir qüvvə hesab edir.
Artıq indi kommunistlərin öz baxışlarını, öz məqsədlərini, öz niyyətlərini bütün dünya qarşısında açıq söyləməli olduqları və kommunizm kabusu haqqındakı əfsanələrə qarşı partiyanın öz manifestini irəli sürməli olduqları vaxt gəlib çatmışdır.
Bu məqsədlə ən müxtəlif millətlərin kommunistləri Londonda toplaşıb ingilis, fransız, alman, italyan, flamand və Danimarka d1 Sex ustası illərində nəşr olunan aşağıdakı «Manifest»i tərtib etdilər.
I BURJUALAR VƏ PROLETARLAR1
İndiyə qədər mövcud olan bütün cəmiyyətlərin tarixi2 siniflər mübarizəsi tarixi olmuşdur.
2 Yəni yazılı məxəzlər şəklində bizə gəlib çatan bütun tarix. Cəmiyyətin tarixdən əvvəlki dövrü, bütün yazılı tarixdən əvvəlki ictimai quruluş 1847-ci ildə demək olar, hələ əsla məlum deyildi. O zamandan bəri keçən müddətdə Haksthauzen Rusiyada torpaq üzərində icma mülknyyəti olduğunu kəşf etmişdir, Bu ibtidai kommunizm cəmiyyətniin daxili quruluşunu, bu quruluşun tipik formasını Morqan aydınlaşdırmış, nəhayət, qəbılənin həqiqi mahiyyətini və onun tayfa içərisindəki mövqeyini kəşf etməklə bu işi başa çatdırmışdır. Azad insanla qul, patritsi ilə plebey, mülkədarla təhkimli, usta1 ilə şagird, müxtəsər, zalımla məzlum arasında əbədi bir antaqonizm olmuş, onlar gah gizli, gah da açıq şəkildə daim bir-biri ilə mübarizə aparmışlar və bu mübarizə həmişə bütün cəmiyyət binasının inqilabi surətdə yenidən qurulması və ya mübarizə edən siniflərin hamısının məhv olması ilə nəticələimişdir.
1 Sex ustası – sexin tam hüquqlu üzvü, sex daxilində ustadır, sexin başçısı deyildir. (1888-ci il ingiliscə nəşrinə Engelsin qeydi).
Əvvəlki tarixi dövrlərdə biz, demək olar, hər yerdə cəmiyyətnn tamamilə müxtəlif silklərə parçalandığını – müxtəlif ictimai mövqelərin tam bir pilləkənini görürük. Qədim Romada patritsilərə, atlılara, plebeylərə, qullara; orta əsrlərdə feodal ağalara, vassallara, sex ustalarına, şagirdlərə, təhkimlilərə, həm də bu siniflərin demək olar, hər birində də xüsusi dərəcələrə rast gəlirik.
Dağılmış feodalizm cəmiyyətinin içərisindən meydana çıxan müasir burjua cəmiyyəti sinfi ziddiyyətləri məhv etmədi. Bu cəmiyyət ancaq köhnələrin əvəzinə yeni sinifləri, yeni zülm şəraitini və yeni mübarizə formalarını meydana gətirdi.
Beləliklə, biz görürük ki, müasir burjuaziyanın özü uzun müddət davam edən bir inkişaf prosesinin, istehsal və mübadilə üsulunda bir sıra çevrilişlərin məhsuludur.
Burjuaziya ailə munasibətlərinin incə sentimental pərdəsini atmış və bunları xalis pul münasibətlərindən ibarət etmişdir.
Məhsul satışını daim artırmaq tələbatı üzündən burjuaziya bütün yer üzünü dolaşır. O hər yerə soxulmalı, hər yerdə kök salmalı, hər yerdə əlaqə düzəltməli olur.
Sonra, gördüyümüz kimi, sənayenin tərəqqisi hakim sinfin bütöv təbəqələrini proletariatın sıralarına atır, yaxud, ən azı, onların həyat şəraiti üçün təhlükə yaradır. Onlar da proletariata böyük miqdarda təhsil ünsürləri gətirirlər.
Nəhayət, sinfi mübarizə qəti nöqtəyə yaxınlaşdığı dövrlərdə hakim sinif daxilində, bütün köhnə cəmiyyət daxilində pozulma prosesi elə coşqun, elə kəskin bir xarakter alır ki, hakim sinfin kiçik bir hissəsi öz sinfindən üz döndərir və inqilabçı sinfə, gələcəyin sahibi olacaq sinfə qoşulur. Buna görə də keçmişdə zadəganların bir hissəsi burjuaziyanın tərəfinə keçdiyi kimi, indi də burjuaziyanın bir hissəsi, yəni tarixi hərəkatın butün gedişini nəzəri cəhətdən başa düşmək dərəcəsinə yüksəlmiş olan burjua-ideoloqların bir hissəsi proletariatın tərəfinə keçir. İndi burjuaziyaya qarşı duran bütün siniflərdən yalnız proletariat həqiqətən inqilabçı sinifdir. İri sənaye inkişaf etdikcə, bütün başqa siniflər pozulub məhv olur, proletariat isə bu sənayenin öz məhsuludur.
Orta silklər: xırda sənayeçi, xırda alverçi, sənətkar və kəndli – bunların hamısı burjuaziya ilə ondan ötrü mübarizə edir ki, orta silk olmaq etibarı ilə öz varlığını məhv olmaqdan xilas etsin. Deməli, onlarda inqilabi əhvali-ruhiyyə deyil, mühafizəkar əhvali-ruhiyyə vardır. Hətta daha artıq, onlarda mürtəce əh-vali-ruhiyyə vardır. Onlar tarixin çarxını geri döndərməyə çalışırlar. Əgər onlarda inqilabi əhvali-ruhiyyə varsa, bu ancaq o halda olur ki, onlar proletariat sıralarına keçməli olsunlar, onlar öz hazırkı mənafeyini deyil, gələcək mənafeyini müdafiə etsinlər, öz nöqteyi-nəzərlərini tərk edib proletariatın nöqteyi-nəzərinə keçsinlər.
Köhnə cəmiyyətin ən aşağı təbəqələrinin çürüməsinin passiv məhsulu olan lümpen-proletariatı bəzi yerlərdə proletar inqilabı hərəkata cəlb edir, lakin lümpen-proletariat bütün öz həyat vəziyyətinə görə özünü mürtəce fitnələr üçün satmağa xeyli artıq dərəcədə maildir.
Burjuaziya sinfinin varlığı və hökmranlığı üçün əsas şərt sərvətin xüsusi şəxslər əlində toplanması, kapitalın əmələ gəlməsi və artmasıdır. Kapitalın mövcud olması üçün şərt muzdlu əməkdir. Muzdlu əmək yalnız fəhlələrin öz arasındakı rəqabət gücünə davam edir. Sənayenin tərəqqisi – burjuaziya istər-istəməz bunu təmsil edir və buna müqavimət göstərməkdə acizdir, rəqabətin fəhlələri parçalaması əvəzində assosiasiya vasitəsi ilə onların inqilabi birliyini yaradır. Beləliklə, iri sənaye inkişaf etdikcə, burjuaziya məhsul istehsal etmək və mənimsəmək zəmininin özündən məhrum olur. O hər şeydən əvvəl öz qəbirqazanlarını yaradır. Burjuaziyanın məhv olması və proletariatın qalib gəlməsi eyni dərəcədə labüddür.
II PROLETARLAR VƏ KOMMUNİSTLƏR
Kommunistlərin ümumiyyətlə proletarlara münasibəti necədir?
Kommunistlər başqa fəhlə partiyalarına qarşı duran xüsusi bir partiya deyildirlər.
Onların bütövlükdə bütün proletariatın mənafeyindən ayrı olan heç bir mənafeyi yoxdur.
Onlar heç bir xüsusi* prinsiplər irəli sürüb proletar hərəkatını bu prinsiplərə uyğunlaşdırmaq istəmirlər.
* 1888-ci il ingiliscə nəşrində «xüsusi» əvəzinə «təriqətçi» deyilmişdir. Red.
Kommunistlər başqa proletar partiyalarından yalnız bununla fərqlənirlər ki, onlar, bir tərəfdən, müxtəlif millətlərin proletarlarının mübarizəsində bütün proletariatın milliyyətdən asılı olmayan ümumi mənafeyini ayırıb müdafiə edirlər; digər tərəfdən, proletariatın burjuaziyaya qarşı mübarizəsinin keçdiyi muxtəlif inkişaf pillələrində onlar butövlükdə hərəkatın mənafeyini təmsil edirlər.
Deməli, kommunistlər praktikada bütün ölkələrin fəhlə partiyalarının həmişə irəliləməyə sövq edən* ən qətiyyətli hissəsidir, nəzəri cəhətdən isə proletariatın qalan kütləsinə nisbətən onların üstünlüyü proletar hərəkatının şəraitini, gedişini və ümumi nəticələrini başa düşmələrindədir.
* 1888-ci il ingiliscə nəşrində «həmişə irəliləməyə sövq edən» sözləri əvəzinə «ən qabaqcıl» çap edilmişdir. Red.
Kommunistlərin də ən yaxın məqsədi bütün qalan proletar partiyalarının ən yaxın məqsədinin eynidir: proletariatın sinif halında formalaşması, burjuaziya hökmranlığının devrilməsi, siyasi hakimiyyətin proletariat tərəfindən ələ alınması.
Kommunistlərin nəzəri müddəaları heç də dünyanı yeniləşdirmək xəyalına düşən bu və ya başqa bir şəxsin uydurduğu və ya quraşdırdığı ideyalara, prinsiplərə əsaslanmır.
Bu müddəalar davam edən sinfi mübarizədəki gerçək münasibətlərin yalnız ümumi ifadəsidir, gözümüzün qarşısında baş verən tarixi hərəkatın ifadəsidir. Keçmişdə mövcud olmuş mülkiyyət münasibətlərinin məhv edilməsi yalnız kommunizmə məxsus bir şey deyildir.
Bütün mülkiyyət münasibətləri tarix boyu daim bir-birini əvəz etmiş, tarix boyu daim dəyişilmişdir.
Məsələn, Fransa inqilabı feodal mülkiyyətini ləğv edib, onu burjua mülkiyyəti ilə əvəz etmişdir.
Kommunizmin fərqləndirici cəhəti ümumiyyətlə mülkiyyəti ləğv etmək deyil, burjua mülkiyyətini ləğv etməkdir.
Lakin muasir burjua xüsusi mülkiyyəti sinfi antaqonizmlərə, bəzilərinin başqalarını istismar etməsinə* əsaslanan məhsul istehsalı və mənimsənilməsinin son və ən mükəmməl ifadəsidir.
* 1888-ci il ingiliscə nəşrində «bəzilərinin başqalarını istismar etməsinə» sözləri əiəzinə «azlığın çoxluğu istismar etməsinə» çap edilmişdir. Red.
Bu mənada kommunistlər özlərinin nəzəriyyəsini bir müddəa ilə ifadə edə bilərlər: xüsusi mülkiyyəti məhv etmək.
Biz kommunistləri ittiham edirdilər ki, biz şəxsən əldə edilən, öz əməyi ilə qazanılan mülkiyyəti, hər cür şəxsi azadlığın, fəaliyyətin və müstəqilliyin əsasını təşkil edən mulkiyyəti məhv etmək istəyirik.
Kəsb edilən, qazanılan, öz əməyi ilə əldə edilən bir mülkiyyət! Bəlkə siz burjua mülkiyyətindən əvvəlki xırda burjua, xırda kəndli mülkiyyətindən bəhs edirsiniz? Bu mülkiyyəti bizim məhv etməyimizə ehtiyac yoxdur, sənayenin inkişafı onu məhv etmiş və hər gün məhv etməkdədir.
Bəlkə də siz müasir burjua xüsusi mülkiyyətindən bəhs edirsiniz?
Məgər muzdlu əmək, proletarın əməyi ona mülkiyyət yaradırmı? Əsla yox. Bu əmək kapital yaradır, yəni muzdlu əməyi istismar edən bir mülkiyyət yaradır, həmin mülkiyyət isə yalnız bu şərtlə arta bilər ki, yenidən istismar etmək üçün yeni muzdlu əmək doğursun. Müasir şəkildə olan mülkiyyət kapital ilə muzdlu əmək arasındakı əkslik daxilində hərəkət edir. Bu əksliyin hər iki tərəfini nəzərdən keçirək.
Kalitalist olmaq istehsalda yalnız xalis şəxsi mövqe tutmaq deyil, habelə ictimai bir mövqe tutmaq deməkdir. Kapital kollektiv məhsuldur və ancaq cəmiyyətin bir çox üzvlərinin birgə fəaliyyəti ilə, nəticədə – cəmiyyətin yalnız bütün üzvlərinin birgə fəaliyyəti ilə hərəkətə gətirilə bilər.
Beləliklə, kapital – şəxsi quvvə deyil, ictimai quvvədir.
Deməli, kapital cəmiyyətin butün üzvlərinə məxsus olan kollektiv mülkiyyətə çevrilsə, bu, şəxsi mülkiyyətin ictimai mülkiyyətə çevrilməsi demək olmaz. Mülkiyyətin ancaq ictimai xarakteri dəyişilər. Mülkiyyət öz sinfi xarakterini itirər.
Muzdlu əməyə keçək.
Muzdlu əməyin orta qiyməti əmək haqqı minimumudur, yəni fəhləni bir fəhlə olaraq yaşatmaq üçün zəruri olan yaşayış vasitələrinin məcmusudur.
Burjua cəmiyyətində canlı əmək ancaq toplanmış əməyi artırmaq vasitəsidir. Kommunizm cəmiyyətində toplanmış əmək ancaq fəhlələrin həyat prosesini genişləndirmək, zənginləşdirmək, yüngülləşdirmək vasitəsidir.
Beləliklə, burjua cəmiyyətində keçmiş hal-hazırın üzərində, kommunizm cəmiyyətində isə hal-hazır keçmişin üzərində hökmranlıq edir. Burjua cəmiyyətində kapital müstəqilliyə və fərdliyə malikdir, halbuki zəhmətkeş fərd müstəqillikdən məhrumdur və simasızlaşdırılmışdır.
Lakin alverçilik aradan qalxdıqda, azad alverçilik də aradan qalxacaqdır. Azadlıq haqqında bizim burjuaların bütün başqa dəbdəbəli nitqləri kimi, azad alverçilik haqqındakı danışıqlar da alverçiliyi, burjua istehsal münasibətlərini və burjuaziyanın özünü kommunistcəsinə məhv etməyə aid deyil, ümumiyyətlə ancaq orta əsrlər dövrunün azad olmayan alverçiliyinə, əsarətdə olan şəhərlisinə aid ola bilər.
Bizim xüsusi mülkiyyəti məhv etmək istədiyimiz sizi dəhşətə salır. Lakin sizin indiki cəmiyyətinizdə onun üzvlərinin onda doqquzu uçün xüsusi mülkiyyət məhv edilmişdir; bu xüsusi mülkiyyət məhz ona görə mövçuddur ki, çəmiyyət üzvlərinin onda doqquzu üçün xüsusi mulkiyyət mövcud deyildir. Deməli, siz bizi onda ittiham edirsiniz ki, biz cəmiyyətin olduqca böyuk çoxluğunun mülkiyyəti olmaması kimi bir zəruri şərtlə bağlı olan mülkiyyəti məhv etmək istəyirik.
Bir sözlə, siz bizi onda ittiham edirsiniz ki, biz sizin mülkiyyətinizi məhv etmək istəyirik. Bəli, biz doğrudan da bunu etmək istəyirik. Siz deyirsiniz ki, əməyin daha kapitala, pula, torpaq rentasına, müxtəsər, inhisar altına alına bilən ictimai qüvvəyə döndərilə bilməyəcəyi zamandan etibarən, yəni şəxsi mülkiyyətin daha burjuaziya mülkiyyətinə çevrilə bilməyəcəyi zamandan etibarən şəxsiyyət məhv edilmiş olur.
Deməli, siz etiraf edirsiniz ki, burjuadan, yəni burjua mülkiyyətçisindən başqa heç kəsi şəxsiyyət hesab etmirsiniz. Belə bir şəxsiyyət doğrudan da məhv edilməlidir.
Kommunizm ictimai məhsulları mənimsəmək imkanını heç kəsin əlindən almır, kommunizm yalnız bu mənimsəmə vasitəsi ilə özgə əməyini əsarət altına almaq imkanını aradan qaldırır.
Etiraz edib deyirdilər ki, guya xüsusi mülkiyyət məhv edildikdə, hər cür fəaliyyət dayanar və ümumi bir tənbəllik hökm sürər.
Belə olsaydı, tənbəllik üzündən burjua cəmiyyəti çoxdan məhv olmalı idi, çünki burada zəhmət çəkənlər heç bir şey əldə etmir, əldə edənlər isə zəhmət çəkmirlər. Bütün bu qorxular belə bir tavtologiyadan ibarət olur ki, daha kapital mövcud olmadığına görə, muzdlu əmək də daha yoxdur.
Məhv olacağına burjuanın yas tutduğu təhsil böyük çoxluq üçün maşının əlavəsinə çevrilmək deməkdir.
Ailənin məhv edilməsi! Ən ifrat radikallar da kommunistlərin bu iyrənc niyyətindən hiddətlənirlər.
Müasir ailə, burjua ailəsi nəyə əsaslanır? Kapitala, xüsusi varlanmaya. Tamamilə inkişaf etmiş şəkildə bu ailə ancaq burjuaziya üçün mövcuddur; lakin onun belə bir əlavəsi də vardır ki, proletarlar məcburiyyət üzündən ailəsiz qalır və açıq fahişəlik baş verir.
Burjua ailəsinin bu əlavəsi aradan qalxdıqda, təbii olaraq, bu ailə də aradan qalxır və kapital yox olduqda, bunların hər ikisi yox olacaqdır.
Bəlkə siz bizi ittiham edirsiniz ki, biz ata-anaların öz uşaqlarını istismar etməsinə son qoymaq istəyirik? Biz bu cinayati etiraf edirik.
Lakin siz iddia edirsiniz ki, biz ev tərbiyəsini ictimai tərbiyə ilə əvəz etməklə, insan üçün ən əziz olan münasibətləri məhv etmək istəyirik.
Lakin butün burjuaziya bir ağızdan bağırıb bizə deyir ki, siz kommunistlər arvadları ümumiləşdirmək istəyirsiniz.
Burjua öz arvadına adi bir istehsal aləti kimi baxır. O eşidir ki, istehsal alətlərini ümumi istifadəyə vermək nəzərdə tutulur, buna görə, əlbəttə, belə bir fikirdən uzaqlaşa bilmir ki, qadınların da başına bu cür bir iş gələcəkdir.
O heç xəyalına da gətirmir ki, burada qadının məhz adi bir istehsal aləti olması vəziyyətini aradan qaldırmaqdan bəhs olunur.
Bizim burjualar, rəsmi fahişəlik hələ bir yana qalsın, öz fəhlələrinin arvad və qızlarının onların ixtiyarında olması ilə kifayətlənməyərək, bir-birinin arvadlarını ələ keçirməkdən xüsusi bir həzz alırlar.
Burjua kəbini əslində arvadların ümumiliyi deməkdir. Kommunistləri bəlkə də ancağ bunda ittiham etmək olardı ki, guya onlar arvadların riyakarlıqla pərdələnən gizli ümumiliyi əvəzinə rəsmi, açıq ümumiliyini həyata keçirmək istəyirlər. Lakin özlüyündə aydındır ki, indiki istehsal munasibətləri məhv edildikdə, bu münasibətlərdən doğan arvad umumiliyi də, yəni rəsmi və qeyri-rəsmi fahişəlik də yox olacaqdır.
Sonra, kommunistləri ittiham edirlər ki, kuya onlar vətəni, milliyyəti ləğv etmək istəyirlər.
Fəhlələrin vətəni yoxdur. Fəhlələrin olmayan bir şeyini onların əlindən almaq da olmaz. Proletariat ən əvvəl siyasi hökmranlığı ələ almalı, milli sinif vəziyyətinə çatmalı* və bir millət kimi təşəkkül tapmalı olduğundan özü hələ millidir, hərçənd bu millilik heç də burjuaziyanın anladığı mənada deyildir.
* 1888-ci il ingiliscə nəşrivdə «milli sinif vəziyyətinə çatmalı» sözləri əvəzinə «millətin qabaqcıl sinfi vəziyyətinə çatmalı» çap edilmişdir. Red.
Burjuaziya inkişaf etdikcə, ticarət azadlığı, ümumdünya bazarı yarandıqca, sənaye istehsalı və buna uyğun olan həyat şəraiti eyniləşdikcə, xalqların milli ayrılığı və əkslikləri getdikcə daha çox aradan qalxır.
Proletariatın hökmranlığı bunların aradan qalxmasını daha çox sürətləndirəcəkdir. Qüvvələri birləşdirmək, heç olmazsa, mədəni ölkələrin qüvvələrini birləşdirmək proletariatın azad olması üçün ilk şərtlərdən biridir.
Bir fərdi başqa fərdin istismar etməsi məhv edildiyi dərəcədə, bir milləti başqa millətin istismar etməsi də məhv ediləcəkdir.
Millətlər daxilində siniflərin antaqonizmi ilə birlikdə millətlər arasındakı düşmənçilik münasibətləri də yox olub gedəcəkdir.
Dini, fəlsəfi və ümumiyyətlə ideoloji nöqteyi-nəzərlərdən kommunizmə qarşı irəli sürülən ittihamları ətraflı nəzərdən keçirməyinə dəyməz.
İdeyalar tarixi mənəvi istehsalın maddi istehsalla birlikdə dəyişildiyini deyilsə, bəs nəyi sübut edir? hər hansı zəmanənin hakim ideyaları həmişə ancaq hakim sinfin ideyaları olmuşdur.
Bütün cəmiyyəti inqilabiləşdirən ideyalardan bəhs edirlər; bununla da yalnız belə bir faktı ifadə edirlər ki, köhnə cəmiyyət daxilində yeni cəmiyyətin ünsürləri əmələ gəlmişdir, köhnə həyat şəraitinin dağılması ilə yanaşı köhnə ideyalar da dağılır.
Bizə deyə bilərlər: «lakin dini, mənəvi, fəlsəfi, siyasi, hüquqi ideyalar və i. a. tarixi inkişaf gedişində, əlbəttə, dəyişilmişdir. Din, əxlaq, fəlsəfə, siyasət, hüquq isə arasıkəsilməyən bu dəyişilmə zamanı daim qalmışdır.
Bu ittiham nədən ibarətdir? İndiyə qədər mövcud olmuş bütün cəmiyyətlərin tarixi müxtəlif dövrlərdə müxtəlif şəkillər alan sinfi əksliklər daxilində hərəkət etmişdir.
Lakin bu əksliklər nə kimi formalarda olsa da, cəmiyyətin bir hissəsini digər hissəsinin istismar etməsi bütün keçmiş əsrlər üçün ümumi olan bir faktdır. Buna görə də təəccüblü deyildir ki, bütün əsrlərdəki ictimai şüur, bütün müxtəlifliyinə və bütün fərqlərinə baxmayaraq, müəyyən ümumi formalarda hərəkət edir, elə şüur formalarında hərəkət edir ki, bunlar yalnız siniflərin əksliyi qəti surətdə yox olacağı zaman tamamilə yox olacaqdır.
Kommunist inqilabı keçmişdən irs qalan mülkiyyət münasibətləri ilə əlaqənin ən qəti surətdə kəsilməsi deməkdir; təaçcüblü deyildir ki, öz inkişafı gedişində bu inqilab keçmişdən irs qalan ideyalarla əlaqəni ən qəti surətdə kəsir.
Lakin burjuaziyanın kommunizmə qarşı etirazlarını bir kənara qoyaq.
Biz artıq yuxarıda gördük ki, fəhlə inqilabında birinci addım proletariatın hakim sinfə çevrilməsi, demokratiya əldə edilməsidir.
Bu, əlbəttə, əvvəlcə mülkiyyət hüququna və burjua istehsal münasibətlərinə ancaq zorakı müdaxilə vasitəsi ilə, yəni iqtisadi cəhətdən yarıtmaz və əsassız görünən, lakin hərəkət gedişində böyüyüb öz çərçivəsindən kənara çıxan* və bütün istehsal üsulunda çevriliş üçün bir vasitə kimi labüd olan tədbirlər vasitəsi ilə mümkündür.
*1888-ci il ingiliscə nəşrində «böyüyüb öz çərçivəsndən kənara çıxan» sözlərindən sonra «köhnə ictimai quruluş üzərinə yeni həmlələri zəruri edən» sözləri əlavə olunmuşdur. Red.
Əlbəttə, müxtəlif ölkələrdə bu tədbirlər müxtəlif olacaqdır.
Lakin ən qabaqcıl ölkələrin, demək olar, hamısında aşağıdakı tədbirlər tətbiq edilə bilər:
1. Torpaq mülkiyyətindən məhrum etmək və torpaq rentasından dövlət xərclərinin ödənilməsi üçün istifadə etmək.
2. Yüksək mütərəqqi vergi.
3. Vərəsəlik hüququnu, ləğv etmək.
4. Bütün mühacirələrin və qiyamçıların əmlakını müsadirə etmək.
5. Dövlət kapitalına və müstəsna inhisara malik milli bank vasitəsi ilə krediti dövlət əlində mərkəzləşdirmək.
6. Bütün nəqliyyatı dövlətin əlində mərkəzləşdirmək.
7. Ümumi plan üzrə dövlət fabriklərinin, istehsal alətlərinin sayını artırmaq, torpaqları əkin üçün təmizləmək və yaxşılaşdırmaq.
8. Əməyin hamı üçün eyni dərəcədə məcburiliyi, sənaye orduları təşkil etmək, xüsusən əkinçilik üçün belə ordular təşkil etmək.
9. Əkinçiliyi sənaye ilə birləşdirmək, şəhərlə kənd arasındakı fərqin* tədricən aradan qaldırılmasına kömək etmək.
10. Bütün uşaqlara ictimai və pulsuz tərbiyə vermək. Fabriklərdə müasir formadakı uşaq əməyini aradan qaldırmaq. Tərbiyəni maddi istehsalla birləşdirmək və i. a.
Siniflərin və sinfi əksliklərin mövcud olduğu köhnə burjua cəmiyyətinin yerini elə bir assosiasiya tutur ki, burada hər kəsin azad inkişafı hamının azad inkişafı üçün şərtdir.
III SOSİALİST VƏ KOMMUNİST ƏDƏBİYYATI
1. MÜRTƏCE SOSİALİZM
a) Feodal sosializmi
1 1660 – 1689-cu illərdə İngiltərədəki Restavrasiya deyil, 1814 – 1830-cu illərdə Fransadakı Restavrasiya nəzərdə tutulur. (1888-ci il ingiliscə nəşrinə Engelsin qeydi.)
1 Bu, başlıca olaraq, Almaniyaya aiddir, burada torpaq aristokratiyası və yunkerlər öz torpaqlarının çox hissəsində təsərrüfatlarını öz iş müdirləri vasitəsi ilə öz hesablarına idarə edirlər və bundan əlavə, böyük şəkər və şərab zavodlarının sahibidirlər. Daha varlı olan ingilis aristokratları hələ bu dərəcəyə çatmamışlar; lakin onlar da bilirlər ki, rentanın aşağı düşməsinin əvəzini çıxarmaq üçün öz adlarını az-çox şübhəli səhmdar cəmiyyətləri düzəldənlərə necə vermək olar (1888-ci il ingiliscə nəşrinə Engelsin qeydi).
b) Xırda burjua sosializmi
Feodal aristokratiyası burjuaziya tərəfindən devrilən və muasir burjua cəmiyyətində həyat şəraiti pisləşib aradan qalxan yeganə sinif deyildir. Orta əsrlərdəki şəhərlilər silki və xırda kəndlilər silki müasir burjuaziyanın sələfi olmuşdur. Sənaye və ticarət cəhətdən daha az inkişaf etmiş ölkələrdə bu sinif inkişaf etməkdə olan burjuaziya ilə yanaşı olaraq hələ indiyə qədər sürünməkdədir.
Müasir mədəniyyətin inkişaf etdiyi ölkələrdə proletariatla burjuaziya arasında tərəddüd edən yeni xırda burjuaziya əmələ gəlmiş və burjua cəmiyyətinin əlavə bir hissəsi olaraq daim yenidən əmələ gəlməkdədir. Lakin rəqabət bu sinfə mənsub olan şəxsləri daim proletariat sıralarına atır və onlar artıq elə bir zamanın yaxınlaşdığını görməyə başlayırlar ki, bu zaman iri sənaye inkişaf etdikdə, həmin şəxslər müasir cəmiyyətin müstəqil bir hissəsi olaraq tamamilə yox olacaq və ticarətdə, sənayedə, əkinçilikdə nəzarətçilər və muzdlu qulluqçularla əvəz ediləcəklər.
Bütün əhalinin yarıdan xeyli çoxunun kəndlilərdən ibarət olduğu Fransa kimi ölkələrdə burjuaziyaya qarşı proletariata tərəfdar çıxan və burjua quruluşunu tənqid edərkən xırda burjua və xırda kəndli meyarına əl atıb, fəhlələrin işini xırda burjua nöqteyi-nəzərindən müdafiə edən yazıçıların meydana gəlməsi təbii idi. Xırda burjua sosializmi belə meydana gəlmişdir. Sismondi təkcə Fransada deyil, İngiltərədə də belə bir ədəbiyyatın başında durur.
Bu sosializm müasir istehsal münasibətlərindəki ziddiyyətləri çox yaxşı görə bilirdi. O, iqtisadçıların riyakar məddahlığını ifşa etmişdi. O, maşınlı istehsalın və əmək bölgüsünün dağıdıcı təsirini, kapitalların və torpaq sahibliyinin təmərküzləşdiyini, ifrat istehsalı, böhranları, xırda burjuaların və kəndlilərin labüddən məhv olacağını, proletariatın yoxsulluğunu, istehsal hərc-mərcliyini, sərvət bölgüsündə biabırçı bərabərsizlik olduğunu, millətlər arasında dağıdıcı sənaye müharibəsi getdiyini, köhnə mənəviyyatın, köhnə ailə münasibətlərinin və köhnə milliyyətlərin pozulub dağıldığını qəti sübut etdi.
Lakin bu sosializm öz müsbət məzmunu cəhətdən buna çalışır ki, ya köhnə istehsal və mübadilə vasitələrini, bununla birlikdə isə mülkiyyət münasibətlərini və köhnə cəmiyyəti bərpa etsin, ya da müasir istehsal və mübadilə vasitələrini yenidən zorla köhnə mülkiyyət münasibətləri çərçivəsinə salsın, halbuki həmin münasibətləri müasir istehsal və mübadilə vasitələri artıq dağıtmışdır və mütləq dağıtmalı idi. Hər iki halda bu sosializm eyni zamanda həm mürtəce, həm də utopikdir.
Bu sosializmin ən yüksək məqsədi sex halında qurulmuş sənaye və patriarxal kənd təsərrüfatıdır.
Bu məslək sonrakı inkişafında qorxaq bir donqultuya çevrilmişdir*.
c) Alman sosializmi, yaxud «həqiqi» sosializm
Hökmran burjuaziyanın zülmü altında meydana gələn və bu hökmranlığa qarşı mübarizənin ədəbi ifadəsi olan Fraisa sosialist və kommunist ədəbiyyatı Almaniyaya elə bir zamanda keçirilmişdi ki, bu zaman Almaniyada burjuaziya feodal mütləqiyyətinə qarşı öz mübarizəsini yenicə başlamışdı.
Alman filosofları, yarımfilosofları və gözəl ibarə həvəskarları ehtirasla bu ədəbiyyatdan yapışmışdılar, ancaq unutmuşdular ki, bu əsərlər Fransadan Almaniyaya keçirilirkən, eyni zamanda Fransadakı həyat şəraiti oraya keçirilməmişdi. Almaniya şəraitində fransız ədəbiyyatı özünün bütün bilavasitə əməli əhəmiyyətini itirdi va xalis bir ədəbi cərəyan şəkli aldı. Bu ədəbiyyat insan mahiyyətinin həyata keçirilməsi haqqında mənasız əllaməlik xarakteri almalı idi. Məsələn, birinci Fransa inqilabının tələbləri XVIII əsr alman filosofları üçün yalnız ümumiyyətlə «əməli zəkanın» tələbləri olaraq bir əhəmiyyətə malik idi, inqilabçı fransız burjuaziyası iradəsinin təzahürləri isə onların nəzərində xalis iradə qanunları, əslində iradə necə olmalıdırsa, belə bir iradənin, həqiqi insan iradəsinin qanunları əhəmiyyətinə malik idi.
Onlar fransız nəzəriyyələri altından soxuşdurub yazdıqları öz fəlsəfi cümləpərdazlıqlarına «fəaliyyət fəlsəfəsi», «həqiqi sooializm», «alman sosializm elmi», «sosializmin fəlsəfi cəhətdən əsaslaidırılması» və i. a. adını verdilər.
Beləliklə, «həqiqi» sosializmin arzu etdiyi fürsət ələ duşdü və o da siyasi hərəkata sosialist tələblərini qarşı qoyur, liberalizmə, numayəndəli dövlətə, burjua rəqabətinə, burjua mətbuat azadlığına, burjua hüququna, burjua azadlığına və bərabərliyinə bir ənənə olaraq lənətlər yağdırır və xalq kütləsinə təbliğ edirdi ki, bu burjua hərəkatında xalq kütləsi heç bir şey qazana bilməz, əksinə, hər şeyi itirə bilər. Fransız tənqidinin miskin əks-sədası olan alman sosializmi çox yerində unudurdu ki, fransız tənqidi meydana gələn zaman muasir burjua cəmiyyəti, buna müvafiq maddi həyat şəraiti və müvafiq siyasi konstitusiya var idi, yəni bütün elə müqəddəm şərtlər var idi ki, Almaniyada bunlara nail olmaq haqqında hələ yenicə danışırdılar.
Çoxlu keşişləri, məktəb murəbbiləri, ətalətli yunkerləri və bürokratları olan Almaniya mütləqiyyət hökumətləri üçün bu sosializm hədələyici surətdə hücuma keçən burjuaziyaya qarşı vaxtındaca ələ keçən bir uyuq idi.
Bu sosializm alman fəhlələrinin üsyanlarını yatırarkən həmin hökumətlərin istifadə etdikləri qamçıların və tüfəng güllələrinin acısına qatılmış bir şərbət idi.
Xırda burjuaziyanın saxlanması Almaniyada mövcud vəziyyətin saxlanması deməkdir. Burjuaziyanın sənaye və siyasi hökmranlığı üzündən xırda burjuaziya, bir tərəfdən, kapitalın təmərküzləşməsi nəticəsində, digər tərəfdən, inqilabçı proletariatın artıb böyüməsi nəticəsində mütləq məhv olacağını böyük bir dəhşətlə közləyir. Xırda burjuaziyaya elə gəlirdi ki, «həqiqi» sosializm bir güllə ilə iki ov vurur. Buna görə də «həqiqi» sosializm yoluxucu bir xəstəlik kimi yayılırdı.
Alman sosializmi özü də get-gedə daha çox başa düşürdü ki, onun vəzifəsi bu meşşanların dəbdəbəli nümayəndəsi olmaqdır.
1 1848-ci ildəki inqilab fırtınası bütun bu iyrənc cərəyanı aradan qaldırdı və onun nümayəndələrini sosializm adı ilə ehtikar etmək həvəsindən saldı. Bu cərəyanın başlıca nümayəndəsi və klassik tipi c-b. Karl Qründür (1890-cı il almanca nəşrinə Engelsin qeydi.)
2. MÜHAFİZƏKAR SOSİALİZM YAXUD BURJUA SOSİALİZMİ
Burjuaziyanın müəyyən hissəsi burjua cəmiyyətinin varlığını möhkəmlətmək üçün ictimai xəstəlikləri sağaltmaq istəyir.
Buraya iqtisadçılar, filantroplar, insanpərvərlik mudafiəçiləri, zəhmətkeş siniflələrin rifahı üçün çalışanlar, xeyriyyəçilik təşkil edənlər, heyvanları himayə cəmiyyətlərinin üzvləri, əyyaşlıqla mübarizə cəmiyyətlərinin baniləri, ən müxtəlif növlərdən olan vecsiz islahatçılar daxildirlər. Bu burjua sosializmi hətta bütöv sistemlər şəklinə salınırdı.
Burjua sosializmi ancaq sadəcə bir natiq cümləpərdazlığına çevrildiyi zaman özünün ən münasib ifadəsini tapır.
Azad ticarət! özü də fəhlə sinfinin xeyrinə; himayə kömrükləri! özü də fəhlə sinfinin xeyrinə; bir adamlıq həbsxanalar! özü də fəhlə sinfinin xeyrinə – burjua sosializminin yeganə ciddi söylədiyi son sözü bax budur.
Burjuaziyanın sosializmi məhz belə bir müddəadan ibarətdir ki, burjualar burjua-dır, – özü də fəhlə sinfinin xeyrinə.
3. TƏNQİDİ-UTOPİK SOSİALİZM VƏ KOMMUNİZM
Biz burada yeni dövrun bütün böyük inqilablarında proletariatın tələblərini ifadə edən ədəbiyyatdan (Baböfun əsərləri və i. a.) bəhs etmirik.
Ümumi həyəcan zamanı, feodalizm cəmiyyətinin devrildiyi dövrdə proletariatın öz sinfi mənafeyini bilavasitə həyata keçirmək yolundakı ilk təşəbbusləri proletariatın özünun inkişaf etməmiş olması üzündən, habelə onun azadlığa çıxması üçün maddi şəraitin olmaması üzündən labüd surətdə boşa çıxırdı, çünki bu şərait yalnız burjua dövrünun məhsuludur. Proletariatın bu ilk hərəkatları zamanı buraxılan inqilabi ədəbiyyat öz məzmunu cəhətdən labüd surətdə mürtəce ədəbiyyatdır. Bu ədəbiyyat ümumi bir asketizm və qaba bir bərabərçilik təbliğ edir.
Əslində sosialist və kommunist sistemləri, Sen-Simonun, Furyenin, Ouenin sistemləri və i. a. proletariatla burjuaziya arasındakı mübarizənin inkişaf etməmiş olduğu ilk dövründə meydana çıxır; bu dövrü yuxarıda təsvir etmişik (bax: «Burjuaziya və proletariat»).
Bu sistemləri ixtira edənlər, doğrudur, siniflərin əksliyini, habelə hakim cəmiyyətin öz daxilində dağıdıcı ünsürlərin təsirini görürlər. Lakin onlar proletariatın özünün heç bir tarixi özfəaliyyətini, ona məxsus heç bir siyasi hərəkatı görmürlər.
Sinfi antaqonizm sənayenin inkişafı ilə əlaqədar olaraq inkişaf etdiyinə görə, onlar da eyni ilə proletariatın azad olması üçün lazım gələn maddi şəraiti hələ tapa bilmirlər və bu şəraiti yaradacaq ictimai elm, ictimai qanunlar axtarırlar.
İctimai fəaliyyətin yerini onların şəxsi ixtiraçılıq fəaliyyəti, azad olmaq üçün lazım gələn tarixi şəraitin yerini xəyali şərait, proletariatın bir sinif halında tədricən təşkil olunmasının yerini onların uydurduqları resept əsasında cəmiyyətin təşkil edilməsi tutmalı imiş. Onların fikrincə, bütün dünyanın gələcək tarixi onların ictimai planlarını təbliğ etməkdən və əməli surətdə həyata keçirməkdən ibarət olur.
Doğrudur, onlar anlayırlar ki, bu planları ilə başlıca olaraq, ən cəfakeş bir sinif olan fəhlə sinfinin mənafeyini müdafiə edirlər. Onların fikrincə, proletariat ancaq belə bir ən cəfakeş sinif kimi mövcuddur.
Lakin sinfi mübarizənin inkişaf etməmiş forması, habelə həyatda onların öz vəziyyəti üzündən onlar özlərini bu sinfi antaqonizmdən yüksəkdə hesab edirlər. Onlar cəmiyyətin bütün üzvlərinin, hətta ən yaxşı şəraitdə olanlarının da vəziyyətini yaxşılaşdırmaq istəyirlər. Buna görə də onlar, heç bir fərq qoymadan, daim bütün cəmiyyətə, hətta başlıca olaraq hakim sinfə müraciət edirlər. Onların fikrincə, onların sistemini təkcə başa düşmək kifayətdir ki, bu sistem mümkün olan cəmiyyətlərdən ən yaxşısı haqqında düzəldilmiş ən yaxşı bir plan hesab edilsin.
Buna görə də onlar hər cür siyasi fəaliyyəti, xüsusilə hər cür inqilabi fəaliyyəti rədd edirlər; onlar öz məqsədlərinə dinc yolla çatmaq istəyirlər, xırda və əlbəttə, baş tutmayan təcrübələr vasitəsi ilə, nümunə göstərməklə yeni ictimai ehkama yol açmağa çalışırlar.
Gələcək cəmiyyətin bu xəyali təsviri proletariatın hələ çox az inkişaf etmiş olduğu və buna görə də öz vəziyyətini hələ xəyali bir şəkildə təsəvvür etdiyi zaman meydana gəlir, bu xəyali təsvir proletariatın bütün cəmiyyəti dəyişdirmək üçün böyük bir duyğu olan ilk coşqunluğundan irəli gəlir.
Lakin bu sosialist və kommunist əsərlərində tənqidi ünsürlər də vardır. Bu əsərlər mövcud cəmiyyətin bütün əsasları üzərinə hücum edir. Buna görə də həmin əsərlərdə fəhlələrin maariflənməsi üçün son dərəcə qiymətli material verilmişdir. Gələcək cəmiyyət haqqında onların çıxardıqları müsbət nəticələr, məsələn, şəhərlə kənd arasındakı əksliyin məhv edilməsi*, ailənin, xüsusi varlanmanın, muzdlu əməyin məhv edilməsi, ictimai ahənkdarlıq elan edilməsi, dövlətin sadəcə istehsalı idarə etməyə çevrilməsi, – bütün bu müddəalar yalnız sinfi əksliyin aradan qaldırılması zərurətini ifadə edir, həmin əkslik isə o zaman yenicə inkişaf etməyə başlamışdı və onlara hələ müəyyən bir şəkil almamış ancaq ilkin halında məlum idi. Buna görə də həmin müddəalar da hələ tamamilə utopik xarakter daşıyır.
* 1888-ci il ingiliscə nəşrində bu yer belə ifadə edilmişdir: «Onların təklif etdikləri əməli tədbirlər, məsələn, şəhərlə kənd arasındakı fərqin məhv edilməsi». Red.
Tənqidi-utopik sosializmin və kommunizmin əhəmiyyəti tarixi inkişafa əks nisbətdədir. Siniflər mübarizəsi inkişaf edib get-gedə daha muəyyən formalar aldıqca, həmin mübarizədən yüksəklərə qalxmaq üçün göstərilən bu xəyali səy, həmin mübarizənin bu xəyali yolla aradan qaldırılması bütün əməli mənasını və bütün nəzəri qiymətini itirir. Buna görə də həmin sistemlərin baniləri bir çox cəhətdən inqilabi əhvali-ruhiyyəli olsalar da, onların şagirdləri həmişə mürtəce təriqətlər təşkil edirlər. Bunlar proletariatın sonrakı tarixi inkişafına baxmayaraq, öz müəllimlərinin köhnə baxışlarından bərk-bərk yapışırlar. Buna görə də onlar ardıcıl surətdə sinfi mubarizəni yenidən kütləşdirməyə və əkslikləri barışdırmağa çalışırlar. Onlar hələ də öz ictimai utopiyalarını təcrübələr yolu ilə həyata keçirmək, ayrı-ayrı falansterlər duzəltmək, daxili koloniyalar («Home-colonies») təşkil etmək, yeni Yerusəlimin kiçik nüsxəsi olan balaca İkariya1 qurmaq kimi xəyallar bəsləyirlər, – və butün bu xəyali qəsrləri tikmək üçün burjua qəlblərinin və pul kisələrinin insansevərliyinə müraciət etməyə məcbur olurlar. Tədricən bunlar yuxarıda təsvir olunmuş irticaçı və ya mühafizəkar sosialistlər sırasına düşürlər və onlardan ancaq bununla fərqlənirdilər ki, daha müntəzəm bir pedantlıq göstərir və öz ictimai elmlərinin ecazkar bir qüvvəsi olmasına fanatik etiqad bəsləyirlər.
1 Furyenin nəzərdə tutduğu sosialist koloniyaları falanster adlanırdı; Kabe öz utopik ölkəsini, sonralar isə Amerikadakı öz kommunist koloniyasını İkariya adlandırırdı. (1888 ci il ingiliscə nəşrinə Engelsin qeydi).
Ouen öz nümunəvi kommunist cəmiyyətlərini «Home-colonies (ölkə daxilində koloniyalar) adlandırırdı. Furyenin nəzərdə tutduğu ictimai saraylar falanster adlanırdı. İkariya utopik-xəyali ölkəyə deyilirdi ki, bunun da kammunist müəssisələrini Kabe təsvir etmişdi. (1890-cı il almanca nəşrinə Engelsin qeydi).
Məhz buna görə də onlar bu qədər qızğınlıqla fəhlələrin hər cür siyasi hərəkatı əleyhinə çıxır və belə düşünürlər ki, bu hərəkat ancaq yeni ehkama kor-korana inanmamaqdan irəli gəlir.
İngiltərədə ouençilər çartistlərə qarşı, Fransada furyeçilər isə reformistlərə* qarşı çıxırlar.
* 1843 cü ildən 1850-ci ilədək Parisdə çıxan «Reforme» («İslahat») qəzetinin tərəfdarlarından bəhs olunur. Red.
Bir sözlə, kommunistlər hər yerdə mövcud ictimai və siyasi quruluşa qarşı yönəldilən hər cür inqilabi hərəkata kömək edirlər.
Nəhayət, kommunistlər hər yerdə bütün ölkələrin demokratik partiyalarının birləşməsinə və razılığa gəlməsinə çalışırlar.
Kommunistlər öz baxış və niyyətlərini gizlətməyi mənfur bir şey hesab edirlər. Onlar açıq bildirirlər ki, məqsədləri yalnız bütün mövcud ictimai quruluşu zorakılıqla devirmək yolu ilə əldə edilə bilər. Qoy hakim siniflər Kommunist İnqilabı qarşısında lərzəyə düşsünlər. Proletarlar bu inqilabda öz zəncirlərindən başqa heç bir şey itirməyəcəklər. Qazanacaqları isə bütün dünya olacaqdır.


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri