Faşizm ilk anda bəzəkli şüarları ilə bir qisim cahil xalq üzərində simpatiya oyandırsa da; ağıl, məntiq və vicdanla düşünənlər üçün faşizmin vəd etdiyi gələcəyin qaranlıq olduğu, bütün səlahiyyətlərin din düşməni, zalım və təzyiqçi bir əldə toplanmasının zülm və şiddətdən başqa bir şey gətirməyəcəyi açıqca görülməkdədir. Əslində bu vəziyyət faşist ideoloqlar və liderlər tərəfindən də bilinən bir gerçək və zatən çatılmaq istənən məqsəddir. Necə ki bu gerçəyi İtalyan faşist diktator Mussolini, iqtidarının çökməyə başladığını görüncə belə dilə gətirmişdi.

"Faşizm azadlıq deyil, zalımın hakimiyyətidir. Millətin zəmanəti deyil, xüsusi mənfəətlərin müdafiə etməsidir. Bunu hər kəs bilərdi." (Mussolini and Fascism, John P. Diggins, sf.15)

Həqiqətən də faşizm kimi şiddət və təzyiq yanlısı bir düşüncənin tətbiqdə gətirəcəyi nəticə, təbii olaraq, haqlı olanın deyil, güclü olanın qazanması, güclünün haqlını əzməsidir. Digər bir deyişlə, faşist bir cəmiyyətdə pul kimin əlindədirsə, silah kimin əlindədirsə o ən güclüdür və onun dedikləri doğrudur. Bu ideologiyadan fərqli olan bütün fikirlər səhv və zərərlidir. Başqa sözlə "zərərli olan fikir", ancaq o fikirin sahibinin güc istifadə edilərək susdurulmasıyla ortadan qaldırıla bilər.

FAŞİSTLƏRİN ORTAQ NÖQTƏSİ

Gərək İtalyan faşizmində gərəksə Nazı Almaniyasında diqqət çəkən diqqətə çarpan bir xüsusiyyət vardır: Faşizm, cəmiyyətin beynini yumağı məqsəd qoyan bir sistemdir. Bunun iki təməl üsulu isə təhsil və təbliğatdır. Nazılar təbliğat silahını təsirli şəkildə istifadə etdilər. Təbliğat məqsədli nəşrlərdə Hitler, müqəddəs bir adam olaraq göstərilir, cəmiyyətə isə şiddət və döyüşçü ruh təlqin edilirdi. Faşist İtaliyada Mussolinini mükəmməl göstərməyə çalışan şəkil və yazılar çox məşhur idi. Mussolininin, tarlada cütçülərlə,

fabrikdə işçilərlə, məktəbdə uşaqlarla çəkilən şəkilləri hər yerdə nəşr olunurdu. Kənar yandan təbliğat posterleri isə faşist mədəniyyəti cəmiyyətə təlqin etmək məqsədiylə edilirdi. Faşizm, cəmiyyəti düşünməməyə yönəldər. Tək istənən, qışqırdılmış duyğular yoldaşlığında faşist liderə itaət etmək, onun üçün döyüşmək, qan tökməkdir. Mussolini dövrünə aid təbliğat posterlerine də bu mövzular hakimdir.

Kitab yandırmaq faşist rəhbərliklərin ən diqqətə çarpan xüsusiyyətlərinin bir göstəricisidir. Faşist dövlət yalnız öz ideologiyasının öyrənilməsinə icazə verər. Bunun xaricində heç bir insan hər hansı bir başqa fikirə sahib olmamalıdır. Bu fikirindən ötəri ya cəzalandırılar ya kitabı yandırılar ya da özü bir şəkildə susdurular. Hər fərd yalnız dövlətin ideologiyasına xidmət edən bir vasitə olaraq görülər. Bu ideologiyanı mənimsəməyənlərə isə çətin və təzyiq yoluyla istənilənlər etdirilməkdədir.

Yenə faşist rejimlərin tətbiq etdikləri ortaq taktikalardan biri də xalqı və də xüsusilə gəncləri təhsildə hiyləçi bir siyasətlə istiqamətləndirmələri idi. Cəmiyyətdən gerçək tarixi gizləyir, bunun yerinə özləri tərəfindən təşkil edilmiş xəyali bir tarix öyrədirdilər. Bundakı məqsəd isə xalqı faşist ideallar ətrafında birləşdirə bilmək və onları faşist siyasətlər mövzusunda şövqləndirəcək, faşizmə daha da bağlanmalarını təmin edəcək bir mədəniyyət meydana gətirmək idi. Təhsil addımlarında gərək tarix gərəksə fəlsəfə tamamilə faşist dövlət tərəfindən təşkil edilirdi. Beyinlər sezdirilmədən faşist ideologiya ilə yuyunur, bunun xaricindəki bütün fikirleresansür tətbiq olunurdu.

Faşizmdə ən əhəmiyyətli ünsür faşist liderdir və hər mövzuda ən çox onun adı ön plana çıxar. Hitler, Mussolini və ya Franco rejimləri bunun ən açıq nümunəsidir. Bu diktatorlar üçün istifadə edilən "Führer", "Duce" və "Caudillo" kimi sifətlər, "yanılmaz lider" mənasını verməkdədir.