Əsas məzmuna keç
5 sonuçtan 1 ile 5 arası

Insanlar vardır....

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Insanlar vardır....

    İnsanlar vardır üstü su zambağılarla bağlı, bulanıq bir göl kimi, nə qədər çalışsanız da görünməz dibi, uzaqtan görünüşü cazibədar, aldatıcı içinə daldığınızda nə qədər yanıldıcı. Nə vaxt nə gələcəyini bilə bilməzsən o insandan,ona yaxınlaşmaqdan qorxarsınız, güvənə bilməzsiniz ...

    İnsanlar vardır dərin bir okean kimi ilk anda ürküdər, qorxudar sizi dərinliklərində gizlədər, sirrini içinə daldıqca anlarsınız, daldıqca tanıyarsınız. Yanında özünüzü içi boş sanarsınız.

    İnsanlar vardır coşğun.... bir axar su, bənd, maneə tanımaz, axar dayanar su kimidir,yaxınlaşmaq mümkün deyil ,alıb sürüyər , yapışacaq yer göstərməz. Ağ köpüklər nə vaxt ,harada buraxacağı bilinməz ,bu tip insanla bir ömür dolmaz.

    İnsanlar vardır sakit axan bir çay, insanı rahatlaşdırar, dinclik verər könüllərə, yanında olmaq başlı başına bir xoşbəxtlik, səsində, görünüşündə şirin bir durğunluq...

    İnsanlar vardır aydın tərtəmiz bir dəniz, boşa getməz nə qədər güvənsəniz ,dibini görərsiniz, hər şey meydanda qorxmadan yaxınlaşarsız, sizi bürüyər bir anda ,daxili və zahiri birdir .Çəkinmə ondan, hər sözü içdəndir hər davranışı candan...

    İnsanlar vardır növ-növ ,tip-tip hər biri başqa bir xarakterə sahib, görməli, araşdırmalı, doğrunu tapmalı, hər şeydən əhəmiyyətlisi insan, insan olmalı...

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Insanlar vardır....

    İnsanlar vardır aydın tərtəmiz bir dəniz, boşa getməz nə qədər güvənsəniz ,dibini görərsiniz, hər şey meydanda qorxmadan yaxınlaşarsız, sizi bürüyər bir anda ,daxili və zahiri birdir .Çəkinmə ondan, hər sözü içdəndir hər davranışı candan...


    men belelerini isteyirem

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Insanlar vardır....

    istədiyinizə nail olarsınız.

  4. #4
    Senior Member
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    500

    Re: Insanlar vardır....

    insanlari tanimaq olmur

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Insanlar vardır....

    bəzilərini tanımaq olmur amma əksəriyyətini tanımaq olur, insan var ki adama baxan kimi bilir nəyin nəsidir.Amma bəzilərini tanımaq olmur

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.