5 sonuçtan 1 ile 5 arası

HEYATIN QIZIL QAYDALARI

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    HEYATIN QIZIL QAYDALARI

     Göy üzünün hər yerdə mavi olduğunu anlamaq üçün, dünyanı dolaşmağa ehtiyac yoxdur.

     Bax, eyni zamanda baxdığını görən ol.

     Gəldiyin zaman boşluq dolduran deyil, getdiyin zaman yeri doldurulmayan ol.

     Hər eşitdiyinə inanma, əlindəkinin hamısını xərcləmə və istədiyin qədər yatma!

     „Səni sevirəm“ deyərkən inanaraq de!

     „Üzr istəyirəm“- deyərkən qarşındakının gözünün içinə bax!

     İlk baxışdan sevgi`yə inan.

     Evlənməzdən əvvəl ən azı altı ay nişanlı qal.

     Heç vaxt başqalarının xəyallarıyla oynama!

     Dərindən və inancla sev!

     Sına bilərsən, amma başqa cür də həyatını tam yaşaya bilməzsən!

     Anlaşılmazlıqlarla vicdanlı mübarizə apar!

     İnsanlar haqqında deyilənlərə inanıb onlar haqqında qərar çıxartma!

     İnsanları mühakimə etsən, onları sevməyə zamanın qalmaz.

     İnsanlara gözlədiklərindən çox şey ver və bu işi edərkən kübar ol.

     Yavaş danış, amma sürətlə düşün.

     Əgər biri sənə cavablamaq istəmədiyin bir sual verərsə gülümsə və „niyə bilmək istəyirsən?“ de.

     Bunu həmişə xatırla ki, böyük eşq və böyük investisiya daima özündə böyük risk daşıyır.

     Əgər məğlub olarsan, ağlını da itirmə

     Unutma: Sevgi- hər kəsə! Hörmət- özünə və başqalarına! Cavabdehlik- bütün hərəkətlərin üçün!

     Balaca bir mübahisənin bütün dostluğu məhv etməsinə icazə vermə!

     Dostun olsun istəyirsənsə, dost ol!

     Əgər səhv etdiyini hiss etdinsə, həmin dəqiqə onu düzəltməyə başla, bilə-bilə davam etmə!

     Telefonda danışarkən gülümsə. Danışdığın adam səsindən gülümsədiyini hiss edəcək.

     Söhbət etməyi sevdiyin biriylə evlən. Yaşlandıqca söhbət hər şeydən daha çox önəm qazanacaq.

     Hərdən yalnız qalmağa səy göstər.

     Ananı say, sev və ona zəng et!

     Yeniliklərə açıq ol!

     Bunu bil ki, susmaq - bəzən ən yaxşı cavabdır.

     Daha çox kitab oxu, dostlarını arayıb-axtar, daha az televizora bax !

     Gözəl, şərəfli bir həyat yaşa ! Yaşlanıb geri baxdığında ikinci bir dəfə ləzzətini yaşayacaqsan.

     Allaha güvən, amma avtomobilin qapılarını da bağla.

     Yuvanda isti bir mühit yaratmaq üçün əlindən gələni et.

     Sevdiklərinlə mübahisə edərkən, həmin anı düşün, keçmişi qurdalama!

     Sətir aralarını da oxu. Biliklərini paylaş.

     Bilik insanı şübhədən, yaxşılıq acı çəkməkdən, qərarlılıq qorxudan qurtarar. (Konfuçi)

     Dünyaya yaxşı davran.

     Dua et. Böyük güc verər. Düşün. Daha böyük güc verər.

     İşini yaxşı gör.

     Öpərkən gözlərini bağlamayan sevgiliyə güvənmə.

     İldə bir dəfə, daha öncə getmədiyin bir yerə get.

     Əgər çox pulun olarsa, başqalarına yardım et- pulun ən ləzzətli tərəfini qaçırma.

     Bəzən istədiyin bir şeyin olmaması sənin üçün bir şansdır.

     Əvvəl qaydaları öyrən, düşün, qərar ver və bəzilərini poz.

     Ən yaxşı münasibətin- bir-birinizə olan sevginiz, bir-birinizə olan ehtiyacınızdan çox olduğu zaman olacaqdır.

     Müvəffəqiyyətin gerçək olub-olmadığını anlamaq üçün qarşılığında nələr verdiyinə bax.

     Dərs alınmış uğursuzluq uğur deməkdir.

     Bunu bil ki, xarakterin sənin taleyindir.

     Həddsiz sev, hər könüldə çiçək olmaqdansa bir könüldə buket ol.

     İnsanlığını və kimliyini heç bir dəyərə dəyişdirmə!

     Sevgi üçün qollarını bağlama, sonra özündən başqa tutmağa bir şey tapmayacaqsan.

     İçindən nə gəlirsə et. Təbii ol!

     Sənə edilən yaxşılığı mərmərə, pisliyi toza yaz…

     Xoşbəxtlik- problemsiz bir həyat demək deyil, problemləri həll etmək qabiliyyəti deməkdir.
    1. Yalan demə- sonra özün inanacaqsan!

    2. Səmimi ol- yoxsa hamı insa da, özün inanmayacaqsan!

    3. Sev- sadəcə sev!

    4. Fəlsəfədən uzaq ol!

    5. Həyata yaxın dur!

    6. Çətinləşdirmə, asanlaşdır!

    7. Mane olma, kömək et!

    8. Nifrət etmə, sev!

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: HEYATIN QIZIL QAYDALARI

    Gəldiyin zaman boşluq dolduran deyil, getdiyin zaman yeri doldurulmayan ol.


  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: HEYATIN QIZIL QAYDALARI

    tsk.

  4. #4
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: HEYATIN QIZIL QAYDALARI

    Söhbət etməyi sevdiyin biriylə evlən. Yaşlandıqca söhbət hər şeydən daha çox önəm qazanacaq
    sağ ol
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: HEYATIN QIZIL QAYDALARI

    Alıntı Damla1 Nickli Üyeden Alıntı
    Söhbət etməyi sevdiyin biriylə evlən. Yaşlandıqca söhbət hər şeydən daha çox önəm qazanacaq
    sağ ol
    səndə sağol

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.