1 sonuçtan 1 ile 1 arası
-
09-08-2018, 01:53 PM #1Member
- Üyelik tarihi
- Sep 2018
- Mesajlar
- 94
Astronomlar səmadakı ən parlaq 15-ci ulduzun görüntüsünü əldə ediblər

Astronomlar səmadakı ən parlaq 15-ci ulduz sayılan Antaresin tam şəkildə təsvirini əldə etməyi bacarıblar.
Çili və Almaniyadan olan astronomlar "Scorpius” ulduz qrupu içərisindəki ən parlaq, ən uzaq, qırmızı rəngli ulduz Antaresin atmosferindəki maddə sürətinin də xəritəsini çıxarıblar. Ulduz Yer kürəsindən 554 işıq ili uzaqdadır.
İlk dəfə Günəşdən kənar bir ulduzun maddə sürətinin xəritələşdirən astronomlar Antaresin xarici atmosferində gözlənilməz hərəkətlilik olduğunu aşkar ediblər.
Şimalı Çili katolik Universitetindən olan tədqiqatçı qrupu ulduzun atmosferindəki qaz hərəkətlərini birbaşa müşahidə etmək üçün Avropa Cənubi Rəsədxanasının çox böyük teleskopundan istifadə ediblər.
Astronomlar bildiriblər ki, Antares kimi ulduzların təkamülün son mərhələlərində kütlələrini bu qədər sürətlə necə itirdikləri sualına yarım əsrdir cavab tapılmır.
Tədqiqatçılar ilk dəfə Günəş xaricində bir ulduzun ikiölçülü sürət xəritəsini yaradıblar. Astronomlar Antaresdə gözləniləndən daha uzaqda dalğalı, aşağı gərginlikli qaz aşkarladıqlarını da bəyan ediblər.
Antaresin diametri Günəşin diametrindən 700 dəfə çoxdur.Burdayam...
Benzer Konular
-
Alimlər məlumatların ötürülməsində rekord sürət əldə ediblər
By Baku in forum Xəbər LentiCevaplar: 0Son Mesaj: 10-10-2013, 06:40 PM -
Azərbaycan alimləri kimya sahəsində yeni nailiyyətlər əldə ediblər
By Baku in forum Xəbər LentiCevaplar: 0Son Mesaj: 06-19-2013, 04:52 PM -
Məşhur modelin donaltı görüntüsünü çəkmək istədi
By Baku in forum Xəbər LentiCevaplar: 0Son Mesaj: 03-19-2013, 04:50 PM -
Türkiyəli ulduzun yeni imici
By Baku in forum Xəbər LentiCevaplar: 0Son Mesaj: 03-08-2013, 06:23 AM -
Tanınmış türkiyəli ulduzun Azərbaycan konserti ləğv olundu
By Baku in forum Xəbər LentiCevaplar: 0Son Mesaj: 03-05-2013, 09:43 AM


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri