Astronomlar səmadakı ən parlaq 15-ci ulduz sayılan Antaresin tam şəkildə təsvirini əldə etməyi bacarıblar.
Çili və Almaniyadan olan astronomlar "Scorpius” ulduz qrupu içərisindəki ən parlaq, ən uzaq, qırmızı rəngli ulduz Antaresin atmosferindəki maddə sürətinin də xəritəsini çıxarıblar. Ulduz Yer kürəsindən 554 işıq ili uzaqdadır.
İlk dəfə Günəşdən kənar bir ulduzun maddə sürətinin xəritələşdirən astronomlar Antaresin xarici atmosferində gözlənilməz hərəkətlilik olduğunu aşkar ediblər.
Şimalı Çili katolik Universitetindən olan tədqiqatçı qrupu ulduzun atmosferindəki qaz hərəkətlərini birbaşa müşahidə etmək üçün Avropa Cənubi Rəsədxanasının çox böyük teleskopundan istifadə ediblər.
Astronomlar bildiriblər ki, Antares kimi ulduzların təkamülün son mərhələlərində kütlələrini bu qədər sürətlə necə itirdikləri sualına yarım əsrdir cavab tapılmır.
Tədqiqatçılar ilk dəfə Günəş xaricində bir ulduzun ikiölçülü sürət xəritəsini yaradıblar. Astronomlar Antaresdə gözləniləndən daha uzaqda dalğalı, aşağı gərginlikli qaz aşkarladıqlarını da bəyan ediblər.
Antaresin diametri Günəşin diametrindən 700 dəfə çoxdur.
Burdayam...
Yer imleri