Biz insana ata-anasına yaxşılıq etməyi (valideynlərilə gözəl davranmağı, onlara yaxşı baxmağı) tövsiyə etdik. Çünki anası onu (doqquz ay bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur. Onunla (ana bətnində) daşınma və (süddən) kəsilmə müddəti otuz aydır. Nəhayət, (insan) kamillik həddinə yetişib qırx yaşa çatdıqda belə deyər: “Ey Rəbbim! Mənə həm mənim özümə, həm də ata-anama əta etdiyin nemətə şükür etmək və Sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi əməlisaleh et. Mən (günahlardan) Sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam! (Özümü cani-dildən Allaha təslim edənlərdənəm!)” (Əl-Əhqaf,15)
7 sonuçtan 1 ile 7 arası
-
05-27-2009, 09:34 PM #1
Ata-anaya hörmət
Uşaqlar hər zaman ata-anaya yaxşılıq edəcək, ona itaət göstərəcəklər. Onların buyurduqlarına hirslənməyəcək, "of" belə deməyəcəklər. Həzrəti Əli də Qurani-Kərimdə "of" kəlməsini oxuyunca, əgər ata-anaya "of" kəlməsindən daha yüngül bir kəlmə olsaydı, Allah-Təala bizə onu məsləhət görərdi " demişdir. Beləliklə hər bir övlad ata-anaya çox hörmətli və incə davraranmalı, onlara "of" kəlməsi belə deyilməməlidir.
Ananın uşaqlar üzərindəki haqqı böyükdür. Bunun üçün Peyğəmbərimiz də daima anaya atadan əvvəl ikraqm edilməsini buyurmuşdur. Birisi:
- Ya Rəsulullah! Mən kimə yaxşılıq edim?
Rəsulullah da 3 kərə:
- Anana " dedi.
- Sonra kimə edim? " dedi.
- Sonra Atana " buyurdu.
Daima ata-anaya itaət, Allaha itaət kimidir. Amma əgər ata-ana səni pis yola sürükləyərsə, o zaman itaət etməzsən.
-
05-28-2009, 08:27 AM #2Moderlər
- Üyelik tarihi
- Sep 2007
- Yer
- Azerbaycan
- Mesajlar
- 2.061
Re: Ata-anaya hörmət
Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.


-
05-28-2009, 08:47 AM #3Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Re: Ata-anaya hörmət
Təşəkürlər. Böyüklərimizə hörmət etməsək gələcəkdə kiciklərimizdə bizə etməzlər.Hər şey qarşılıqlıdır.
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
-
05-28-2009, 10:04 AM #4Moderlər
- Üyelik tarihi
- May 2009
- Yer
- Amerika United States
- Mesajlar
- 2.811
Re: Ata-anaya hörmət
büyüklerimiz bizim başımızın tacıdır!

-
05-28-2009, 12:41 PM #5Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Ata-anaya hörmət
Ana Qezebi qar kimidir -yagar da , eriyer de, ata qezebi ildirim kimidir- caxar da , dolu da toker , adami da vurar, evi de yandirar , amma , hadiseye telesen de ilk ozu olar , sonraki pesmanciligi cekende ve ozunu qetre- qetre eridende . Qocada olende "AY ANA " deyir. ANALIQ boyuk mesuliyyetdir , pak ve muqeddes , ulvi , beseri vezifedir
-
05-31-2009, 06:52 PM #6Senior Member
- Üyelik tarihi
- Sep 2007
- Mesajlar
- 342
Re: Ata-anaya hörmət
Ata, ana başımızın tacıdır. Zatən onlara xidmətlə açar qapıları Allah bizim üçün. Allah buyurub Ana və atana xidmət et. Onların halallığın al. Həmişə mənə rast gəlib ki, ata analar övlada söz deyəndə övladlar öz xeyirlərinə olan işə gedib valideyinlərinə qulaq asmayıb. Amma sonra valideyinlərinin haqlı olduğunu sonradan dərk edib. Böyüksüz həyatda insan əziyyət çəkər. atalsız yetim olmaz, anasız yetim olar. Ana və Atanın hakkını isə bütün yaşam boyu ödəyib qurtara bilmirik.
Bəzən ata və anaları əməllərinə görə qınayırlar. Amma yenə də səhvdir. Peyğəmbər (s.a.s) vaxtında möminlərin dəstəsində olan bir oğul əfəndimizə deyir ki, icazə ver gedim müşriklərin içərisində olan Atamın başını özüm kəsim. Ondan utanıram.
İnsanlığın incisi, bəşərin xilaskarı vəı ən gözəl insan olan Məhəmməd Peyğəmbrə (s.a.s) deyib ki, xeyir olmaz. Çünki o sənin atandır. Nə olur olsun, onu incitmə."Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"
-
07-05-2009, 11:03 AM #7
Re: Ata-anaya hörmət
Vaaildeyinlerimiz bashimizin tacidir.Allah onlari bashimizin ustunden eskik etmesin.


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla

Yer imleri