Əsas məzmuna keç
5 sonuçtan 1 ile 5 arası

Quran Möcüzəsi

  1. #1
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Quran Möcüzəsi

    Həqiqətən ALLAH yanında ayların sayı, goyləri və yeri yaratdığı gundən bəri ALLAHIN kitabında 12-dir.”
    (Ət-Tovbə, 36)
    * * *
    Maraqlıdır ki “ ay” sozu butun Quranda 12 dəfə, “ gun” sozu 365 dəfə, “ gunlər” və “ 2 gun” sozləri 30 dəfə, yəni bir ay kimi istifadə edilib. Belə bir simmetriya və mutənasiblik təsadufən alınarmı? Bu təsaduf ola bilməz! Bu və buna bənzər digər rəqəmlərdəki sirləri oyrənmək ucun novbəti araşdırmalara da nəzər salmaq yerində olardı…
    “ İnsanlar ” və bunun sinonimi olan “ bəşəriyyət ” oz birləşmələri ilə birlikdə 368 dəfə işlənir, bir o qədər də ALLAHIN onlara verdiyi nemətləri xatırladılır: “ var- dovlət” sozu və torəmə sozləri 86 dəfə, “ uşaqlar” və bundan torəmə sozlər 162 dəfə, “ ruzi” və bunda torəmə sozlər 123 dəfə təkrarlanır. Maraqlıdır ki“ ruzi” sozu uc yerdə insanlara deyil heyvanlara aid edilib və bunu hesab etməyəndə qanuna uyğunluq pozulmur, yəni 86+162+120=368 olur…
    “ Cətinlik” və torəmə sozləri qarşılığında “ səbr” və torəmə sozləri eyni sayda işlənilir – 102 dəfə.
    “ O gun” sozu ALLAHIN varlıqlarını sorğu-sual ucun dirildəcəyi gun mənasında 70 dəfə təkrarlanır ki, " axirət" sozu də eyni sayda, 70 dəfə təkrarlanır.
    " Quran” sozu “ vəhy” (yəni ALLAHDAN gələn) sozu ilə eyni sayda işlənib – 80 dəfə...
    “ Şərab” və “ donuz” sozu ayrı ayrılıqda haram olaraq eyni sayda, 5 dəfə təkrarlanıb.
    “ Mələk” və “ şeytan” sozləri də eyni sayda, harasi 88 dəfə təkrarlanıb.
    “ Dunya” və “ axirət” sozləri muxtəlif ayələrdə 115 dəfə işlədilib.
    “ Yaxşı əməl” və “ pis əməl” sozləri eyni sayda, 167 dəfə təkrarlanıb.
    “ Olum” və “ Həyat” sozləri onlardan torəmə sozlərlə birlikdə eyni sayda 145 dəfə təkrarlanıb.
    “ Fayda” və “ Fəsad” sozləri də eyni saydadır – 50 dəfə.
    “ Yay” və “ isti” sozləri, “ qış” və “ soyuq” sozləri muxtəlif yerlərdi eyni sayda işləndiyi kimi hər iki soz bir yerdə, yəni “ isit” və “ soyuq” sozləri eyni
    yerdə 4 dəfə təkrarlanıb.
    “ Əxlaqsızlıq” (“ əl-fahşə”) və “ qəzəb” zoləri torəmə sozləri ilə birgə 24 dəfə təkrarlanıb.
    “ Butlər” və onlara inanıb ALLAHA şərik qoşanlara aid edilən “ şirk” sozu də eyni saydadər – 5 dəfə.
    “ Cəhənnəm” və “ cəza” sozləri muxtəlif yerlərdə eyni sayda, 26 dəfə təkrarlanıb.
    * * *
    “ De ki əgər cinlər və insanlar bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək ucun bir-birinə komək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər”
    (ƏL-İSRA 88)
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  2. #2
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Quran Möcüzəsi

    Allahin mocuzeleri coxdur.dashi da gule donderer.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  3. #3
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Quran Möcüzəsi



    Londonun məşhur Britaniya Muzeyində tamaşaçıları heyrətə gətirən bir zal vardır: Mumiyalar şöbəsi.
    Qədim Misirə və başqa antik mədəniyyətlərə məxsus onlarla mumiyalanmış cəsəd bu şöbədə nümayiş etdirilir. Qədim dünyanın şanlı hökmdarlarının cəsədləri o dövrün saray həkimlərinin səyi nəticəsində çürüməmiş halda qalaraq sanki keçmişin ab-havasını bu günə ötürür.
    Məlum olduğu kimi mumiyalanmış cəsədlərin bütün orqanları şıxarılır və onların yerinə cəsədi çürüməyə qoymayan xüsusi maddələr doldurulur. Başdan-ayağa kimi həmin maddələrlə işlənmiş cəsəd uzun əsrlər boyu çürümür.
    Lakin Britaniya Muzeyinin Mumiyalar şöbəsindəki qədim bir eksponat tamaşaçıların daha çox diqqətini cəlb edir. Məsələ bundadır ki, bu şöbədə nümayiş etdirilməsinə baxmayaraq, həmin cəsəd əslində mumiyalanmamışdır. Təqribən 3000 il bundan əvvəl yaşamış qədim Misir fironlarından birinə məxsus bu cəsəd yalnız və yalnız Allahın qüdrəti sayəsində heç bir tibbi və kimyəvi müdaxiləsiz halda qorunmuşdur. Cəsədin bütün orqanları tamdır. Hətta başındakı saralmış saçları və saqqalı belə görünməkdədir.
    Adi cəsəd adətən bir neçə həftə ərzində çürüdüyü halda, görəsən, bu firon cəsədi niyə çürüməmişdir? Hətta mumiyalanmış cəsədlər belə müəyyən müddətdən sonra təkrar kimyəvi işlənməyə möhtac olduğu halda, bu cəsəd zamanın dağıdıcı təsirləri qarşısında necə salamat qalmışdır?
    Bu sirrin cavabı müqəddəs Qurani-Kərimdədir. 1400 il bundan öncə endirilmiş Quranda Allah-təala bu qəribə cəsəd haqqında məlumat vermişdir.
    Əhvalat təqribən eramızdan 1200 il əvvəl baş vermişdir. Bəni-İsrail xalqının böyük peyğəmbərlərindən sayılan Həzrət Musa (ə) Misir fironunun sarayında böyüyüb boya-başa çatdıqdan sonra baş vermiş bir əhvalat nəticəsində Misri tərk edib qaçmalı oldu. O, Mədyən torpağında Həzrət Şueyb peyğəmbərin (ə) himayəsi altında bir neçə il yaşayır, orada ailə qurur. Allah-təala yenidən Musa peyğəmbərə (ə) əmr edir ki, Misir torpağına qayıtsın, fironu haqq yola çağırsın və çətinlikdə olan Bəni-İsraili Misirdən çıxarıb öz ata-baba torpaqlarına gətirsin.
    Həzrət Musa (ə) Allahın əmri ilə Misrə dönür, amma burada fironun güclü müqaviməti ilə qarşılaşır. Apardığı təbliğata, göstərdiyi möcüzələrə baxmayaraq, Musa (ə) allahlıq iddiasında olan fironu hidayət etməyə müvəffəq olmur. Uzun sürən cəhdlərdən sonra Musa (ə) Bəni-İsraili toplayıb gizlincə Misirdən çıxarır və Qırmızı dənizin sahili boyunca öz vətəninə doğru gətirir. Azacıq sonra əhvalatdan xəbər tutan firon qəzəblənib böyük ordu ilə onları təqib edir. Qırmızı dənizin sahilində fironun ordusu Bəni-İsraili haqlayır. Bu zaman Musa (ə) əlindəki möcüzəli çəliyi dənizin suyuna toxundurur. Allahın əmri ilə dənizin suyu iki yerə ayrılaraq ortada quru "dəhliz" əmələ gəlir. Bəni-İsrail rahatca həmin quru yolla keçib o biri sahilə çıxır. Onları təqib edən Misir ordusu "dəhliz"ə daxil olanda Musa (ə) yenidən çəliyini dənizə toxundurur. Bir an içində sular bir-birinə qovuşur. Fironun əzəmətli ordusu qaynayıb-kükrəyən dalğaların altında qərq olur. Firon ölüm ayağında peşman olub tövbə etdiyini bildirsə də, artıq gec olur. Saysız zülmlər törətmiş, özünü Allah adlandıran firon ilahi əzabdan qurtula bilmir.
    Hadisələrin gedişini Quranda izləyək. Allah-təala Quranın "Yunus" surəsinin 90-92-ci ayələrində buyurur: "İsrail oğullarını dənizdən sağ-salamat keçirtdik. Firon və əsgərləri zalımcasına və düşməncəsinə onların arxasınca düşdülər. Firon suya qərq olduğu an dedi: "Bəni-İsrailin inandığından savayı tanrı olmadığına iman gətirdim. Mən o tanrıya təslim olanlardanam!" (Allah belə cavab verdi) İndimi iman gətirdin? Halbuki əvvəllər Allaha qarşı çıxmış və fitnə-fəsad törədənlərdən olmuşdun! Səndən sonrakılara ibrət olsun deyə, bu gün sənin bədənini xilas edəcəyik (sənin bədənini sudan çıxarıb sahilə atacağıq). Həqiqətən, insanların çoxu ayətlərimizdən xəbərsizdir!".
    Əsrimizdə Misir ərazisində aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmiş bu cəsəd Quran həqiqətlərindən daha birinin kəşfi oldu. Cəsəd üzərində karbon-14 izotoplu üsulu ilə aparılmış tədqiqatlar onun yaşının 3000 ilə yaxın olduğunu aydınlaşdırdı. Tarixdən məlum olduğu kimi, Həzrət Musa (ə) da məhz həmin dövrdə yaşamışdır.
    Allah-təala fironla bağlı bu əhvalatda öz qüdrətini və ədalətini kamil şəkildə nümayiş etdirdi. Firon ölüm ayağında tövbə etdi. Belə tövbə Allah dərgahında qəbul olmaz. Amma Allah özünəməxsus ədalətlə rəftar edərək firona gecikmiş tövbəyə görə də mükafat verdi: onun bədənini çürüməyə qoymadı. Beləliklə, ömrü boyu uca Allahın qüdrətini inkar etmiş, özünü ona şərik bilmiş firon öləndən sonra özü də istəmədən Allahın sonsuz qüdrətini nümayiş etdirən sübutlardan birinə çevrildi. Bu gün Britaniya Muzeyini seyr edən milyonlarla tamaşaçı bunun şahidi olur ki, Allah istəsə təbiət qanunlarının ziddinə olaraq hər hansı cəsədi min illər boyu çürüməkdən qoruya bilər. Allahın iradəsi olan yerdə heç bir tibbi və kimyəvi müdaxilə lazım gəlməz. Ölüm qorxusundan tövbə edərək səcdəyə qapılmış firon öz cansız cəsədi ilə ilahi qüdrət hüdudundan qaçmağın qeyri-mümkünlüyünü sübuta yetirir.
    BƏNZƏRSİZ MÜKAFAT
    Dünya şöhrətli saat firmalarından biri vaxtilə yeni modelə məxsus yalnız bir nüsxə saat istehsal etmişdi. Firma öz nadir məhsuluna 100 milyon dollar qiymət qoyaraq onu bu cür reklam etmişdi: "Bu nadir saatı qoluna taxacaq şəxs ondan başqa heç kəsdə belə bir saat olmadığını düşünərək hədsiz sevinəcək. Həqiqətən, bir saatın yalnız sizə məxsus olduğunu bilmək xoş deyilmi?"
    Bir qədər dərin düşünsək, Allah-təalanın hər birimizə bu cür nadir və bənzərsiz mükafat verdiyinin şahidi olarıq. Bəli, bəşəriyyətin hər fərdində elə bir xüsusiyyət vardır ki, ondan başqa heç kimdə eynilə bu xüsusiyyət yoxdur. Bu xüsusiyyət hər birimiz üçün ilahi mükafatdır.
    Həmin mukafatın nədən ibarət olduğunu bilmək üçün səbrsizliklə gözləyirsiniz, deyilmi? Elə isə ovcunuzu açün və barmaqlarınızın ucuna baxın. İnsanın barmaqlarının ucundakı cizgilər mütləq mənada fərqlidir və təkraredilməzdir. Heç kəsin barmağının cizgiləri başqasınınkı ilə eyni deyildir. Həzrət Adəmdən (ə) başlayaraq indiyə kimi gəlib-getmiş, habelə bundan sonra yaşayacaq bütün insanların barmaq izləri müxtəlifdir.
    İnsanın bu xüsusiyyəti yalnız ötən əsrdə Qərb alimləri tərəfindən kəşf olunaraq həyatda öz tətbiqini tapmışdır. 100 ildən artıqdır ki, bəzi inkişaf etmiş ölkələrdə hər insanın şəxsiyyətini təsdiq etmək üçün nə pasport, nə fotoşəkil, nə səs testi deyil, yalnız barmaq izləri əsasında tanıma metodu tətbiq olunur. Ən dolaşıq elm sahələrindən sayılan kriminologiya və cinayət-istintaq ekspertizasında cinayətkarların tanınması üçün bu üsuldan müvəffəqiyyətlə istifadə edilir.
    Əsası isə budur ki, elm tərəfindən XIX əsrdə kəşf olunmuş bu nailiyyət vaxtilə Qurani-Kərimdə elan olunmuşdu. "Qiyamət" surəsinin 3-4-cü ayələrində buyurulur: "Məgər insan elə guman edir ki, qiyamət günü onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! Bəli, biz onu barmaqlarının ucuna kimi yenidən yaratmağa qadirik".
    Ayədən göründüyü kimi, insanın xilqətinin ən çətin mərhələsi kimi barmaqların ucunun yaradılması, yəni barmaq uclarındakı cizgilərin bənzərsizliyinin təmin edilməsi xatırlanır. Heç bir elm buna qadir deyildir. Bu, yalnız uca Yaradana müyəssər olan bir qüdrətin əlamətidir.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  4. #4
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Quran Möcüzəsi







    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  5. #5
    Senior Member
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    500

    Re: Quran Möcüzəsi

    tsk maraqli meqale ucun.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.