Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Aygün Kazımova yenə konsert verəcək

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493

    Aygün Kazımova yenə konsert verəcək

    Müğənni konsertdə tamaşaçıları təəccübləndirəcəyini bildirdi
    Səhnəmizin estrada müğənnisi, əməkdar artist Aygün Kazımova bu yaxınlarda Türkiyədən qayıdıb. Bir müddət bundan əvvəl Tofiq Bəhramov adına Stadionda konsert verib tamaşaçılarını başına yığan müğənni bu konsert ətrafında gəzən müxtəlif söz-söhbətlərə əhəmiyyət vermədiyini bildirərək, yenidən daha bir konsert proqramı təşkil edəcəyini vurğuladı.
    Onun növbəti konserti "Yaşıl Teatr"da baş tutacaq. Bu konsertə xüsusi hazırlaşdığını deyən Aygün Kazımova onu gözügötürməyənlərə "mən il ərzində neçə dəfə konsert təşkil etsəm də, yenə tamaşaçı tərəfindən korluq çəkmirəm" deyə mesaj göndərdi. Konsert zamanı repertuarını zənginləşdirəcəyini bildirən müğənni yeni janrda mahnılar ifa edəcək və indiyə qədər oxuduğu mahnıları isə yeni tərzdə tamaşaçılarına təqdim edəcək. Konsertdə repertuarla yanaşı geyimi və səhnə dekorasiyasına da xüsusi diqqət yetirən Aygün Kazımova bu dəfə də hər kəsi müxtəlif geyim tərzləri ilə təəccübləndirəcəyini söylədi.
    Yeri gəlmişkən, Aygün Kazımova hazırda səsyazma studiyasında bir neçə mahnı lentə aldırır. Müğənninin Türk Hava Yolları ilə bağlı arasında yaranan münaqişəyə gəlincə isə o, "bununla bağlı proseslər gedir və vəkilim bu işlərlə məşğul olur" deyə söylədi.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.