"BÜLƏND ERSOYU MƏMNUNİYYƏTLƏ QƏBUL EDƏCƏYƏM"
Müğənni Yeganə artıq bir neçə layihə reallaşdırıb. Xüsusən də Bakı-İstanbul istiqamətində tez-tez səfər edən müğənni Çeliklə olan işbirliyi ilə bağlı qəzetimizə məlumat verərək bildirdi ki, biz onunla cəmi iki mahnı hazırlamışıq. Hələ görüləsi əsas işlərin qabaqda olduğunu vurğulayan Yeganə işbirliyinin bununla bitmədiyini bildirdi. Müğənni Çeliklə olan dostluğundan da söhbət açaraq onunla bir neçə layihə hazırladığını dilə gətirdi.
Yeganə bildirdi ki, Çelikdən sonra Türkiyənin pop ulduzu Adnan Şenseslə birgə yaradıcılıq işləri quracaq. Beləliklə də, müğənni həyata keçirəcəyi layihələrin hələ bitib-tükənmədiyindən danışdı. Bundan başqa, Türkiyədə proqramlarla yanaşı, festivallara qa datıldığını açıqlayan Yeganə türkiyəli tamaşaçıların onu yüksək səviyyədə qarşıladığını bildirdi: "Mən onlardan çox razıyam, inanın heç bilməzdim ki, onlar məni bu qədər sevələr". Müğənninin dediyinə görə, Türkiyənin tanınmış müğənnisi Bülənd Ersoy Yeganəyə dəstək olmaqla ona yardım əlini uzadacaq. Yeganə isə "əgər belə bir addım atsa, məmnuniyyətlə qəbul edəcəyəm"- dəyə söylədi.
Səsyazma studiyasında bir neçə mahnı yazdıran müğənni ifa üslubunda yenilik edərək digər üsluba da müraciət etdiyini bildirdi.