1 sonuçtan 1 ile 1 arası
-
08-24-2011, 07:31 PM #1Senior Member
- Üyelik tarihi
- Jul 2011
- Mesajlar
- 1.499
KADİ (Hökmünü yerinə yetirən, işini bitirən)
KADİ (Hökmünü yerinə yetirən, işini bitirən)
Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar. (Bəqərə Surəsi, 117)
Allah sonsuz qüvvət və qüdrət sahibidir. Ayələrdə də bildirildiyi kimi bir şeyin olmasını istədiyi zaman ona yalnız 'OL' deyər və dilədiyi şey dərhal reallaşar. Şübhəsiz bu, Allahın əzəmətinin, kainat üzərindəki hakimiyyətinin açıq-aşkar bir təcəllisidir.
İnsanlar yer üzündə bəzi səbəb-nəticə əlaqələrindən asılı olaraq yaşayır. Məsələn: yer səthində sabit dayana bilmələri üçün cazibə qüvvəsinə, gəmilərini suda üzdürə bilmələri üçün suyun qaldırma qüvvətinə və daha saysız-hesabsız səbəbdən, qanundan asılıdırlar. Halbuki, Allah bütün bunlardan münəzzəh olandır. Çünki bütün səbəbləri və nəticələri yaradan Odur. Allah, hər şeyi müəyyən qanunlar, səbəb-nəticə əlaqələri çərçivəsində yaradır və bu şəkildə insanları sınayır, kimin həqiqətən qulluq edəcəyini, kimin də başqa ilahlar qəbul edərək Özünü inkar edəcəyini təyin edir. Heç şübhəsiz, Allah üçün səbəbsiz yaratmaq çox asandır.
Necə ki, Quranda Allahın insanlara göstərdiyi möcüzələrdən bəhs edilir. Məsələn: Hz. İsanın atasız doğumu bunlara bir nümunədir:
(Məryəm) dedi: “Ey Rəbbim! Mənə bir insan toxunmadığı bir halda necə övladım ola bilər?” (Allah) dedi: “Allah beləcə istədiyini yaradır. O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyir, o da olur”. (Ali-İmran Surəsi, 47)
Ayədən də göründüyü kimi Allah 'OL' dedikdən sonra reallaşmayacaq heç bir hadisə yoxdur. Allahın sonsuz qüdrət sahibi, bütün kainatın maliki, bütün insanların hakimi olduğu ayələrdə belə xəbər verilir:
Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir.( Allah) onu torpaqdan yaratdı, sonra isə ona “Ol!”– dedi, o da oldu. (Ali-İmran Surəsi, 59)
Göyləri və yeri haqq olaraq xəlq edən Odur. O: “Ol!”– dediyi gün (hər şey) olar. Onun Sözü haqdır. Sur üfürüləcəyi gün hökm (yalnız) Ona məxsus olacaqdır. Qeybi və aşkarı Bilən də Odur. O, Müdrikdir, (hər şeydən) Xəbərdardır. (Ən'am Surəsi, 73)
Bir şeyi (yaratmaq) istədikdə ona təkcə: “Ol!” deyər, o da olar. (Yasin Surəsi, 82)
Dirildən də, Öldürən də Odur. O, bir şeyin olmasını istədikdə ona ancaq: “Ol”– deyir, o da olur. (Mömin Surəsi, 68)
(məqalə harun yahya)


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri