Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Pendirli sousda qızardılmış badımcan resepti

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Pendirli sousda qızardılmış badımcan resepti



    Mövsümün ləziz yeməyi Pendirli sousda qızardılmış badımcan.

    Tərkibi:

    2-3 porsiya üçün nəzərdə tutulub:

    1 ədəd badımcan
    1 ədəd soğan
    1 ədəd bolqar bibəri
    2-3 ədəd pomidor
    1 dilim sarımsaq
    zeytun və yaxud bitki yağı
    50 qram pendir
    duz, yeni döyülmüş istiot


    Tomat sousu üçün:

    1 banka tomat(400 qram)
    1 ədəd soğan
    1 dilim sarımsaq
    zeytun və yaxud bitki yağı
    zövqə görə şəkər tozu
    duz, yeni döyülmüş istiot


    Pendirli sous üçün:

    1 x.q. un
    300-400 ml süd (südün yarısını tərəvəzli bulyonla da əvəz edə bilərsiz)
    150 qram pendir
    50 qram kərə yağı


    Hazırlanma qaydası:

    Badımcanı yuyub xırda-xırda doğrayın. Üzərinə duz səpib, 20 dəqiqə ərzində saxlayın. Daha sonra badımcanı süzgəcdən keçirin. Bolqar bibərini yuyub tumlarını çıxararın və yarımhalqa şəklində doğrayın.Sarımsağı təmizləyib xırdalayın. Soğanı doğrayıb üzərinə duz səpərək yağda qovurun. Soğanın üzərinə sarımsağı əlavə edib qızarana qədər bişirin. Sonra qızarmış soğanla sarımsağı boşqaba tökün.
    Tavaya bir az yağ töküb doğranılmış badımcanları həmin yağda 5-7 dəqiqə ərzində bişirin. Üzərinə duz səpin. Qızardılmış badımcanları tavadan götürüb həmin boşqaba qoyun. Tavaya bolqar bibərini töküb bişirin. Sonra bişmiş bolqar bibərini tavadan götürüb boşqabdakı badımcanın üzərinə əlavə edərək yaxşıca qarışdırın.


    Tomat sousu hazırlamaq üçün:

    Soğanı xırda-xırda doğrayıb tavada bitki yağında qovurun. Üzərinə duz səpməyi unutmayın. Daha sonra tomatı əlavə edib qarışdıraraq 10-15 dəqiqə ərzində zəif odda bişirin. Bişməyinə 3-5 dəqiqə qalmış əzilmiş sarımsaq əlavə edib qarışdırın. Zövgə görə üzərinə duz, şəkər tozu, reyhan və yeni döyülmüş istiot da tökə bilərsiz.


    Pendirli sous hazırlamaq üşün:

    Tavaya kərə yağını töküb zəif odda əridin. Sonra üzərinə un əlavə edərək istilədin. Daha sonra üzərinə ilıq süd töküb qarışdırın. Sous qatılaşana qədər zəif odda bişirin. Daha sonra sousun üzərinə sürtkəcdən keçirilmiş pendir əlavə edib bişirin.

    Xüsusi forma qabın içinə nazik dilimlərlə doğranılmış pomidorları qoyub üzərinə duz səpin və tərəvəzləri düzün. Üzərinə hazırladığınız pendirli sousu töküb, sürtkəcdən keçirilən pendir də əlavə edə bilərsiz. 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə ərzində bişirin.

    Süfrəyə verərkən üzərinə tomat sousu əlavə edib reyhanla bəzəyin.
    Nuş olsun!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.