Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Doğramac susuzluğu yatırır

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Doğramac susuzluğu yatırır



    Hazırlanma qaydası

    Doğramac- tərkibində xırda doğranmış tərəvəz məshulları, ətirli göyərtilər, suda bişirilmiş qatı yumurta və ət olan soyuq şorbadır. Sadaladığımız məhsullar hamısı qatıqla qarışdırılaraq süfrəyə soyuq halda təqdim olunur.
    Doğramac susuzluğu çox yaxşı yatırır. Bundan başqa tərkibində çoxlu sayda faydalı tərəvəzlər və vitaminlər də var.


    Tərkibi

    3 litr qaynadılmış soyuq su
    400 qram qaynadılmış mal əti
    4-5 ədəd təzə xiyar
    5-6 ədəd suda qaynadılmış kartof
    4 ədəd qaynadılmış yumurta
    50 qram göy soğan
    Zövqə görə şüyüd, cəfəri, reyhan, duz
    Limon cövhəri ( bir çimdik)
    500 qr qatıq

    Hazırlanması:

    Ovdux hazırlamaq üçün qaynadılıb soyudulmuş su qatıqla qarışdırılır.
    Kartof, mal əti, qabığı soyulmuş xiyar kub formasında doğranıldıqdan sonra soğan, yumurta və şüyüd xırda doğranılaraq onların üzərinə əlavə edilir. Zövqə görə duz vurulur. Bunların hamısının üzərinə ovdux əlavə olunur və qarışdırılır. Budur artıq sizin doğramacınız hazırdır, onu süfrəyə təqdim edə bilərsiniz.
    Doğramaç mal əti və yumurtasız da hazırlana bilər.
    Nuş olsun.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.