Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Elşad Xose Berlinə niyə gedib?

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Elşad Xose Berlinə niyə gedib?

    Elşad Xose və “Eurovision 2010” mahnı müsabiqəsinin milli seçim turunun iştirakçılarından olan Elli klip çəkilişi üçün Almaniyaya yola düşüblər. Layihənin rəhbəri, bəstəkar İsa Məlikovun verdiyi xəbərə görə, cütlüyün klipi Berlin şəhərində çəkiləcək.

    Məlumata görə, “Çıx get” adlı mahnının sözləri İsa Məlikovun həyat yoldaşı Paulina Rudkovskaya-Məlikovaya və Elşad Xoseyə, musiqisi isə İsa Məlikovun özünə aiddir. Mahnının sinql şəklində 3 dildə – Azərbaycan, ingilis və alman dilində hazırlanması gözlənilir.

    Qeyd edək ki, əslən yəhudi olan Elli bu il “Eurovision” mahnı müsabiqəsinin milli seçim turlarında musiqisi İsa Məlikova, sözləri isə özünə və Paulina Məlikovaya məxsus olan “Up, up” mahnısını ifa etsə də, uğur qazana bilməmişdi. Elli hal-hazırda ailəsi ilə birlikdə Almaniyanın Dortmund şəhərində yaşayır. show-biznes.az

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.