Əsas məzmuna keç
3 sonuçtan 1 ile 3 arası

Ramazan bayramı və bayram namazı

  1. #1
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.431

    Ramazan bayramı və bayram namazı

    Hörmətli oxucular, Ramazan ayı boyunca oruc tutandan sonra bayram namazına qatılmamaq hələ üstü örtülməmiş gözəl bir binaya bənzəyir. Heç rəvadırmı ki, bir ay boyunca bu gözəl ibadətin feyzini yaşayıb sonunda bayram namazının ləzzətindən məhrum qalasan?! Ona görə də biz bayram namazı haqqında bəzi bilgiləri sizlərlə paylaşmağı qərara aldıq. Bayram namazından sonra məsciddə və həyətdə insanların bayramlaşaraq bir-birinə necə sarıldığını görəndə adamın fərəhdən gözləri yaşarır. Allah-Təala hər birinizə bu feyzi, bu ləzzəti nəsib etsin!

    Bayram namazını unutmayın!

    1Peyğəmbər Əfəndimiz (s.ə.s.) Mədineyi-Münəvvərəni şərəfləndirərkən, xalqın ildə iki dəfə bayram edib əyləndiklərini öyrənərək belə buyurmuşdur: “Uca Allah o iki bayram əvəzinə sizə onlardan daha xeyirli iki bayram ehsan etmişdir”. Sonra Əfəndimiz (s.ə.s.) o günlərin Ramazan bayramı və Qurban bayramı olduğunu müjdələmişdir. Ramazan bayramı üç gün, Qurban bayramı isə dörd gün davam edir.

    - Cümə namazı fərz olan kəslərə Ramazan və Qurban bayramı namazları da vacibdir.

    - Bayram namazları iki rükətdir. Camaatla qılınır. Əzan və iqaməsiz imam iki rükət Ramazan və ya Qurban bayramı namazına niyyət edir. Camaat da iki rükət bayram namazı qılmaq üçün imama uymağa niyyət edir. “Allahu-Əkbər” deyə itftitah təkbiri alınır, əllər bağlanır, hamılıqla səssiz “Sübhanəkə” oxunur. Sonra imam yüksək səslə, camaat gizlicə “Allahu-Əkbər” deyə üç təkbir alır. Təkbirlərdə əllər yuxarı qaldırılır, sonra yanlara salınar. Üçüncü təkbirdən sonra əllər bağlanır. İmam gizlicə “Əuzi-Bismillah”ı oxuduqdan sonra hamının eşidəcəyi səslə Fatihə surəsi və Qurani-Kərimdən ayələr oxuyur. “Allahu-Əkbər” deyərək rükü və səcdəyə gedir. Camaat da gizlicə təkbir alıb imama uyur. Sonra ikinci rükətə qalxırlar. İmam Fatihə surəsilə Qurani-Kərimdən ayələr oxuyur. Yenə birinci rükətdə olduğu kimi əlləri qaldıraraq üç dəfə təkbir alırlar. Ondan sonra imam yenə aşkar surətdə, camaat isə gizlicə “Allahu-Əkbər” deyə rükuya və səcdəyə gedirlər. Sonra oturub Tahiyyat, Salli, Barik və Rəbbanə Atina” dualarını oxuyur və salam verərək namazı tamamlayırlar.

    - İmam bayram namazını qıldıqdan sonra xütbə oxumaq üçün minbərə çıxır, cümədə olduğu kimi iki xütbə oxuyur. Ancaq bayram xütbələrinə təkbirlə başlayırlar. Camaat da yavaş səslə bu təkbirləri təkrar edir.

    - Bayram namazına yetişməyən kəs özbaşına bayram namazı qıla bilməz. İstəsə, dörd rükət nafilə namaz qılar. Bu, səhərlə günorta arası olan bir namazı əvəz edir və böyük savabı var.

    - Bayram namazları məscidlərdə və eləcə də hər kəsin toplaşa bildiyi bir yerdə qılınır.

    - Bayram günlərində erkən qalxmaq, yuyunmaq, gül yağı və bu kimi xoş ətirlər vurmaq, ən gözəl və ən təmiz paltar geymək, rast gələn mömin qardaşlara gülər üz göstərmək, imkan olduğu qədər çox sədəqə vermək, bayram gecələrini ibadətlə keçirmək müstəhəb və gözəl hesab edilir.

    - Bayram günlərində müsəlmanların bir-birilərini təbrik etməsi, görüşüb salamlaşması, hal-əhval tutması və bir-birlərinə - “Allah bizi və sizi bağışlasın” kimi dua etmək də gözəldir.

    Zaman
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  2. #2
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.431

    Re: Ramazan bayramı və bayram namazı

    Mövzu Elif xanım terefinden açılıbmış. Üzr isteyirem üzvlerimizden.

    [
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Ramazan bayramı və bayram namazı

    Azeri Net Ailesinin Ramazan Bayramı Mübarek Olsun
    Herkese hayırlı Bayramlar...
    HaKKım heLaL,Sewqim haRam oLsun

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.