Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Fərqi fərq etməlidir insan

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Fərqi fərq etməlidir insan

    Fərqində olmalıdır insan,
    Özünün, həyatının, gedişatın fərqində olmalıdır insan...
    Fərqi fərq etməli, fərq etdiyini də fərq etdirməlidir bəzən,
    Bir damla sudan necə yaradıldığını...

    Fərq etməli,
    Ana qarnına sığarkən, Dünyaya necə sığmadını
    Və ən sonunda bir metrəlik yerə necə sığmaq məcburiyyətində qalacağını...

    Fərq etməli,
    Bu çox geniş görünən dünyanın, əslində Axirətə nisbətdə ana qarnı kimi olduğunu...

    Fərq etməli,
    Hələ uşaq ikən "Dünya mənimdir!" deyircəsinə ovuclarının bərk-bərk qapalı olduğunu, ölərkən də eyni ovucların "Hər şeyi buraxıb gedirəm!" deyərcəsinə açıq qaldığını...

    Fərq etməli,
    Və kəfənin cibinin olmadığını fərq etməli insan...

    Fərq etməli sonra...
    Əzrailin hər an sürpriz edə biləcəyini,
    Necə yaşayıbsa, elə öləcəyini...

    Fərq etməli,
    Və ölmədən əvvəl, ölə bilməli.
    Heyvanların yolda,küçədə, zibillikdə,
    Özünün isə gözəl hazırlanmış bir süfrədə yemək yediyini...

    Fərq etməli,
    Və ona görə yaşamalı
    Gülün dibindəki tikanı gördüyü kimi, tikanın yanındakı gülü fərq etməli...

    Fərq etməli,
    Evində 4 pişik, 2 it saxladığı halda,
    Uşaq sahibi olmaqdan qorxmağın məntiqsizliyini...

    Fərq etməli,
    Həyat yoldaşına "Səni çox sevirəm" deməyin xoşbəxtlik yolundakı möhtəşəm gücünü...


    Fərq etməli,
    Şkafında asılı olan 25 köynəyinin sadəcə üçünü geyindiyini, ancaq arxa küçədəki qonşusunun o bəyənilməyən köynəklərə möhtac olduğunu...

    FƏRQ ETMƏLİ,
    Ömür dediyin üç gündür...
    Dünən gəldi keçdi, sabah məçhuldur...
    O halda ömür dediyin bir gündür, O, DA BU GÜNDÜR...

    P.S- yoxsa sən hələ də dünyanı tutub yaşayacağınımı düşünürsən?! Bir gün o gün gələcək...Bəlkə də elə bu an... Ehtiyatlı ol...
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.