Əsas məzmuna keç
4 sonuçtan 1 ile 4 arası

Salavat

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Salavat

    Siratın üstündəki nur
    Əziz islam peyğəmbəri (s) buyurur: “Mənə çoxlu salavat göndərin ki, mənə salam göndərən üçün qəbirdə bir nur vardır.Sirat körpüsündə bir nur var və Behiştdə bir nur var”.

    Şəfaətin vacib olması
    Allahın rəsulu (s) Əmirəl Möminin Əli (ə)-yə vəsiyyətində buyurur: “Ya Əli!Hər kim mənə hər gün və hər gecə salavat göndərsə,şəfaətim ona vacib olar,günahı günahlardan böyük olsa da”

    Behiştdə olan dostluq ağacı
    Allahın Rəsulu (s) buyurur: “Behiştdə dostluq ağacı deyilən bir ağac var.O ağacın meyvəsi nardan kiçik almadan böyükdür.Həmin meyvə süddən ağ,baldan şirin,miskdən yumşaqdır.O meyvəni yalnız davamlı olaraq “ALLAHUMMƏ SƏLLİ ƏLA MUHAMMƏDİN VƏ ALİ MUHAMMƏDİN VƏ SƏLLİM” deyən kəs dadacaqdır”.

    Behişt müjdəsi
    Allahın Rəsulu (ə) buyurur: “Hər kim mənə min dəfə salavat göndərsə behişt müjdəsi almamış ölməz” (Şəhid Saninin “Risaleyi Cümə əsərində bu min salavatın zikr olunması üçün cümə günü qeyd olunmuşdur”)

    Can verən vaxt

    Allahın rəsulu buyurur: “Hər kim mənə çoxlu salavat göndərsə can verən vaxt ölüm acılığından amanda qalar”.

    İlahi ərşin altı
    Peyğəmbər (s) buyurur: “Allahın kölgəsindən savayı başqa bir kölgə olmayacaq.Qiyamət günündə 3 şəxs İlahi ərşin altında dayanacaq”.
    Soruşdular:- Ya Rəsulallah (s)! Onlar kimlərdir?
    Buyurdu: -Mənim ümmətimdən qəm –kədəri aradan qaldıran,mənim sünnətimi diri saxlayan və mənə çoxlu salavat göndərən kəs.


    Duanın qəbul olunması
    İmam Cəfər (ə) buyurur: “Bəndə “ALLAHUMMƏ SƏLLİ ƏLA MUHAMMƏDİN VƏ ALİHİ VƏ ƏLA ƏHLİ BƏYTİN” desə ondan sonra edəcəyi dua qəbul olar”.

    Cəhənnəm odundan salavatla amanda qalmaq
    İmam Sadiq (ə) yanında olan bir şəxsə buyurdu: “İstəyirəm sənə bir şey öyrədim ki,cəhənnəm odunun istisindən qorusun.Sübh namazından sonra 100 dəfə salavat göndər”


    Bunlarla yanaşı salavatın 1 çox fəzilətləri də vardır.
    1.Allahın əxlaqı ilə əxlaqa sahib olmaq
    2.Allahın əmrinə itaət etmək
    3.Mələklər ona salavat göndərərlər
    4.Axirətdə ən yaxşı əməldir
    5.Bağışlanmağa səbəb olar
    6.Qeybətdən xilas olmağa səbəb olar
    7.Unudulmuşu yada salmağa səbəb olar
    8.Əməl tərəzisinin ağır gəlməsinə səbəbdir
    9.Siratdan keçməyə səbəbdir
    10.Bütün peyğəmbərlərin sevinməyinə səbəb olar
    Ona görə də dilimizdən Allahummə səlli əla Muhammədin və ali Muhamməd heç zaman düşməsin inşAllah.
    [

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Yer
    Baki
    Mesajlar
    357

    Re: Salavat

    Helal olsun
    Zaman daralır......

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Salavat

    Allah razı olsun
    [

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Salavat

    tşk lər
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.