Hmmm..Maraqli melumatdi...Ancaq meni sevdirmeye ehtiyac yokdu...4unki sevirem..![]()
...........R.E.A.L M.A.D.R.I.D...........
7 sonuçtan 1 ile 7 arası
-
05-11-2010, 02:22 AM #1
Qadınlara Futbolu Sevdirməyin 5 Üsulu

Futbol daha çox kişilərin sevimli oyunu hesab olunur. Buna görə də stadionda, eləcə də evdə futbolu seyr edənlərin əksəriyyətini kişilər təşkil edir. Həyat yoldaşının və ya sevgilisinin, yaxınının stadiona yollanmasından narazı qalan o qədər xanımlar var ki! Ailə televizor qarşısında əyləşərkən “Futbol, yoxsa teleserial?” mövzusu ətrafında qızğın mübahisələr getməsinə dair misallar çoxdur. Belə məqamlarda kişilər futbola, qadınlar isə seriala (yaxud xanımlara aid digər proqramlara) baxmaq istəyirlər. Bəs, qadınlara futbolu necə sevdirməli? Mütəxəssislər “idmanın şahı”nı xanımlara sevdirmək üçün 5 üsul təklif edirlər. Gəlin bunları bir-bir nəzərdən keçirək:
1. Onunla danışın
Kişilər çox danışmağı xoşlamasalar da, futbolun əsl mahiyyətini qarşı tərəfə başa salmaq üçün vaxt ayırmalıdırlar. Belə olarsa, qadınlar kişiləri dinləyər və bu idman növünü anlamağa başlayarlar, onlarda futbola qarşı rəğbət hissi oyanar.
2. Futbolun yaxşı tərəflərini açıqlayın
Matçı izləməmişdən öncə futbolun yaxşı cəhətlərini açıqlayın. Qadınlara futboldakı lap adi anlayışlar barədə məlumat vermək lazımdır. Bu informasiyaları effektli şəkildə xanımlara çatdırsanız, onlar futbola baxmaqdan əsl zövq alacaqlar. Amma bir az diqqətli olun! Əgər xanımın beynini informasiya ilə “yükləsəniz”, işlər korlanacaq. Həmin xanımda futbola nifrət yaranacaq.
3. Onun danışmasına və söz soruşmasına icazə verin
Oyuna baxarkən, xanım sizə bir çox suallar verə bilər. Buna əsla qızmayın! Kişilər başa düşməlidir ki, qadınlar maraqlandıqları üçün sual verirlər. Əgər xanıma səssiz olmasını və sual verməməsini desəniz, o, bütün marağını itirər. Qabaqlayıcı tədbirlər də var. Hər ehtimala qarşı, öncə fanatı olduğunuz komandanın görüşünü seçməyin. Xanımla birgə sıradan bir komandanın oyununa baxın. Çünki belə olan halda, zərif cins nümayəndəsinin danışması və suallar verməsi sizin sinirlərinizə toxunmayacaq.
4. Onun üçün günü özəlləşdirin
Əgər futbol matçının keçirildiyi günü xüsusi günə çevirsəniz, xanımın fikirlərində müsbətə doğru dəyişiklik olacaq. Bundan ötrü həmin gün onunla daha mehriban davranın, mətbəxdə az vaxt keçirməsi üçün yaxınlıqdakı restorandan yemək sifariş verin. Həmin gün qadının qayğılarına şərik çıxın, problemlərinin həllinə çalışın ki, o da futboldan yaxşı zövq ala bilsin.
5. Ona forma alın
Xanımların geyimə qarşı həssaslığı yəqin ki, heç kəsdə şübhə doğurmur. Bəzən günün böyük hissəsini geyim dükanlarında keçirən qadınlar var. Yaxşı olar ki, xanımla birgə alış-verişə çıxasınız və ona fanatı olduğunuz komandaya aid nəsə alasınız. Əgər ona qadınlar üçün dizayn edilmiş forma alsanız, xanımda dərhal azarkeş hissləri baş qaldıracaq.[
-
05-11-2010, 07:45 AM #2Senior Member
- Üyelik tarihi
- Apr 2010
- Mesajlar
- 128
Re: Qadınlara Futbolu Sevdirməyin 5 Üsulu
EAST or WEST HOME is BEST..!!!!!!
-
05-11-2010, 11:58 AM #3
Re: Qadınlara Futbolu Sevdirməyin 5 Üsulu
futbolu yox əziz xanımlar fenerbahceni sevin
I LOVE YOU FENERBAHCE[
-
05-11-2010, 01:41 PM #4Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Re: Qadınlara Futbolu Sevdirməyin 5 Üsulu
isterse 55 üsul olsun sevmirem vesalammmmmmmmmmmmmmmm zorla gözellik olmaz ki??
bu menim fikrim esebleşmiyin
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
-
05-11-2010, 01:52 PM #5
Re: Qadınlara Futbolu Sevdirməyin 5 Üsulu
Tərslikdən cemipoyantlar bitir yoxsa oyunlarin birinə dəvət edərdim səni orda olsan özün əsəbləşəcəksənki niyə qol vurmurlar maraq oyanacaq
[
-
05-11-2010, 01:55 PM #6Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Re: Qadınlara Futbolu Sevdirməyin 5 Üsulu
ona göre sevmirem de
AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
-
05-11-2010, 05:14 PM #7
Re: Qadınlara Futbolu Sevdirməyin 5 Üsulu
Eh ne etselerde ne usullar olsada hech vaxt ne futbolu nedeki meyxanani seve bilmeremmmmmm
Bu mumkun deyil



LinkBack URL
About LinkBacks





Alıntı ile cevapla
Yer imleri