Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Cənnətə aparan cəhənnəm yollar…

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Cənnətə aparan cəhənnəm yollar…






    Haqqında danışacağımız yolla kimisi haqqın dərgahına, kimisi müqəddəs ziyarətgaha gedir… kimisi isə dünyadan köçən əzizini bu yolla son mənzilə yola salır. Haqqında danışdığım məkanı Beyləqanda hamı “Peyğəmbər” adlandırır - Həzrəti Cərcis peyğəmbərin türbəsi. Ətrafında dünyadan vaxtlı-vaxtsız köçənlərin məzarı sıralanıb. Şəhid məzarları da az deyil dövrəsində. Hər addım başında adamın rastına yaxınlardan - uzaqlardan gələn ziyarətçilər çıxır… O ziyarətçilər ki, peyğəmbər adına nəzir-niyaz vermək üçün “əzablı yollar”dan keçməli olurlar.

    Burada hər gün ən azı iki təzə məzar qazılır: hər gün iki nəfər əzizlərini gözüyaşlı qoyub, torpağa bükülüb haqqın dərgahına qovuşur burda. Narahat dünyamıza göz yumub əbədi rahatlıq tapanlar torpağın ağuşunda uyumaq üçün “axırıncı cəzası”nı çəkirmiş kimi, türbəyə aparan kələ-kötür, çala-çüxur yollardan keçib getməli olurlar - sanki bu yoldan ötüb gora salamat baş aparsalar, “Qıl körpüsü”ndən keçməli olmayacaqlar.

    Müqəddəs bir ünvana aparan yolun bu qədər qayğıdan kənar qalması, diqqət çəkməməsi, sözün əsl mənasında heyrət doğurur. Bu yol nə müsəlmançılığa, nə haqdan-ədalətdən, dürüstlükdən danışmağımıza, nə də müasirliyimiz haqda ağızdolusu səsləndirdiyimiz gəlişigözəl şüarlara sığır!

    Allahın evinə gedən yolumuz üz qarasından başqa bir şey deyil… Adam bu kələ-kötür yollarla gedib bəlkə də həftədə bir dəfə rənglənən, təzələnən nəzir qutularına çatanda özündən küsür… Aləmlərin Rəbbinin, onun rəsulunun adına yığılan pulları Allah yolunda xərcləməyə can çəkənlərin əlində, deyəsən, Göydən baxan kişinin özü də aciz qalıb.
    Əlində balaca “Qurani-Kərim” tutanların yanından keçməli deyil: dərhal dodaqaltı nəsə oxuyub türbəyə gələnləri “ilişdirməyə” çalışırlar. Nədi, nədi, “Quran” sədası eşidən kəsin onun yanından biganə ötməsini qabaqlamaq istəyirlər bu “mollacığazlar”…

    Adını şərafətlə çəkdikləri Allahın buradakı evinə gətirən yolları görmürlərmi, görəsən? Görəsən, onlar “Allah yolunda” ifadəsini işlədəndə vicdanları sızıldamırmı? Əslində, hər gün sübhdən türbə yoluyla “iş başına” gəlib, axşam evinə qayıdanda o qədər çala-çuxura düşən adamın vicdanı sıradan çıxar, vallah! Bir dəfə o yolu gedib qayıdan dəmir maşın dözmür heç!

    Dünyanın gözün töküb, gəlib bizim aramızda əbədiyyətə göz yuman Həzrəti Cərcis peyğəmbərin türbəsinə aparan yol ən uçuq sökük yeməkxana, restoran, “qəlyanaltı” yolundan da betərdi indi…

    Niyə biz Tanrının nurundansa, Şeytanın suyunu içməkdə daha mahirik?…
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.