Tesekkur bizide tansih ettiyin ucun.
3 sonuçtan 1 ile 3 arası
-
04-05-2010, 01:07 PM #1Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Əhmədiyyə Cabrayılov -tanıyırmısınız???
Kecənlərdə TV -də haqqında eşitdim.Cox cox təəssüflər olsun ki şəxsən mən tanimırdım,eşitməməşdim.Amma görün bizdə necə qəhrəmanlar yetişdirmək gücümüz var! Oğluda Azərbaycanın milli qəhrəmanıdı.Qarabağda həlak olub.Hər ikisinə allah rəhmət eləsin!!
Əhmədiyyə Cəbrayılov 22 sentyabr 1920-ci ildə Şəkinin Oxud kəndində anadan olmuşdur. 1942-ci ilin mayında Donbas uğrundakı döyüşlərdə yaralanaraq almanlara əsir düşmüş, Daxao və Elzas- Lotaringiya ölüm düşərgələrinə göndərilmişdir. 1942-ci ilin noyabrında əsir düşərgəsindən qaçaraq fransız partizanlarına qoşulmuş, "Armed Mişel", "Ryus Armed", "Xarqo" gizli adları ilə Fransa Müqavimət Hərəkatında iştirak etmiş, Şarl de Qolla çiyin- çiyinə alman faşistlərinə qarşı vuruşmuşdur. Təsadüfü deyil ki, Şarl de Qoll Fransa hökümətinin başçısı kimi Moskavaya gələndə Əhmədiyyə Cəbrayılovla görüşmüşdür.
1946-cı ildə Ordudan tərxis edildikdən sonra Şəki rayonundakı N. Nərimanov adına kolxozda işləmiş, Azərbaycan KP-nın XXIX-XXX qurultayının nümayəndəsi olmuşdur. 1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir.
Oktyabr inqilabı, Qırmızı Əmək Bayrağı ordenləri, habelə Fransanın orden və medalları (o cümlədən şəxsi igidliyə görə verilən ən yüksək "Hərbi Medal"a layiq görülmüşdür. Bu medal hərbi paradda onu alan əsgərə generaldan irəlidə addımlamaq hüququ verir) ilə təltif edilmişdir. Əhmədiyyə Cəbrayılovun qəhrəmanlığından bəhs edən povest, oçerk, pyes yazılmış, sənədli filmlər çəkilmişdir.
Əhmədiyyə Cəbrayılov 1994-cü ildə 74 yaşında vəfat etmişdir.Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
-
04-05-2010, 01:08 PM #2
Re: Əhmədiyyə Cabrayılov -tanıyırmısınız???
Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?

-
04-05-2010, 03:18 PM #3Moderator
- Üyelik tarihi
- Dec 2006
- Mesajlar
- 2.721
Re: Əhmədiyyə Cabrayılov -tanıyırmısınız???
baresinde oxumushdum,
her halda çox sagolun


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri