Əsas məzmuna keç
2 sonuçtan 1 ile 2 arası

Şşşt...Ağlarkən səssiz olun...

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Şşşt...Ağlarkən səssiz olun...



    Birinin şəkilinə baxırsınız.
    O; indi O nu düşünür olduğunuzu bilmir.
    Həsrət quşları qanadlanır sinənizdən.
    Hökmən onun çiyininə qonub qalmaq istəyir.


    Çətin olur təkərləri qırılmış bir çək-çeklə yoxuş yuxarı dırmaşmaq.
    Çətin olur, tək qanadla qalmışkən həsrət dağlarını aşmaq.
    Ondan ötrü ən çox darıxdığınız zamanda,
    ağılınız bir komandir olub, əmr verir qorxu adlı əsgərlərinə:
    Səssizlik keşiyinizi axsatmayın deyə.
    Şəkilinə baxırsınız ...

    Darıxdığınız aydındır amma ağılınıza qarşı gəlin , çıxın qarşısına asansa ....
    Deyin ki - DARIXDIM SƏNİN ÜÇÜN –
    İstədiyim şəklin deyil ki...
    Deyə bilmirsiniz ....
    Danışa bilməyəcək qədər aciz q; dilsiz, əlsiz, qolsuz bir qarabasma kimi dolanırsınız
    Hökmünüzün keçmədiyi dünyasında.

    Buyurun...
    Qucaq dolusu xatirə və xəyal sizin üçün.
    Nəyinizə çatmır?
    Diləsəniz keçmişə peşmanlıq duymaq sərbəst....
    Üsyanlar içinizdə qaldığı müddətcə sərbəst...


    Ağlamalar sərbəst
    Şişşştt amma ağlarkən səssiz olun...
    Gecə boyu şəklinə baxdığınız adam bu anda yatmış ola bilər...

    Yoxluğunu yazıram , sətirlərimə sığmayan o lənət olası yoxluğunu...!
    Bir yanım tükənmək bilməyən həsrətim,
    Digər yanımda səni unutdurar düsüncesiyle qurduğum xəyallarım..!

    Neyləyim sənsiz gecələri, sənsiz yuxuları, sənsiz yuxularımı. ..
    Sitem qalmadı dilimdə, fəryadım bütün şəhəri boğdu,
    Fəryadlarımı eşitməyən qalmadı...
    Amma sən yoxsan..!

    Bir şeir yazdım sevdamıza, hər oxuduğumda bıcak batırdı ürəyimə...
    Ürəyim sanki ağrını örtmüştü üzərinə...
    Elə ağırkı yükü gücüm çatmır qaldırmağa...
    Mənə inad qalxmır ürəyimdən bu ağrı örtüsü...

    Tale mənə inad , mənsə taleyə etiraz edirdim...
    Amma məğlub olan da, itirən də sevdamız olurdu hər dəfəsində...
    Olmur axı gecə gözlüm...
    Sənsiz bacara bilmirəm yaşamağı...
    Mərhəmətsiz tale yenə susdururdu bütün səsləri...
    Sanki dünyada həyat durmuş kimi qadağan edilmişdi hər şey yoxluğunda..!

    Neçə xain bıçaq deşdi keçdi ürəyimi...
    Daşıya bilmirəm artıq, bədənim düşdü düşəcək ,görmür gözlərim, qulaqlarım eşitmir heç bir sözü...
    Heç bir şey çatmayacaq ruhumu diriltməyə...
    Çünki mən tükəndim, çünki mən bitdim...
    Çünkü sən yoxsann...
    ...

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Şşşt...Ağlarkən səssiz olun...

    seirle sekil eladir
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.