5 sonuçtan 1 ile 5 arası
-
03-18-2010, 08:04 PM #1Senior Member
- Üyelik tarihi
- Jul 2009
- Mesajlar
- 1.149
Sevgiylə qal!...

.
Özümlə döyüşüm və duyğularımla verdiyim o çoxsaylı mübarizə sanıram bu gecə sona çatdı.
Və mən ilk dəfə dəmir qapıların ardında gizli günəşimin sənin ürəyinə doğulmasına icazə verdim...
Heç belə olmamışdım mən,bilməm, bəlkə də olmuşdum...
Səmanı izlədim bütün gün...
Və ağacları...
Və quşları...
Və səni...
Elə hüzur dolu və elə xoşbəxtdim ki....
Içimdə daşıdığım və ağır deyə xarakterizə etdiyim bu sonsuz sevginin
əslində məni yeniləyən tək duyğu olduğunun fərqinə vardım hər təbəssümdə....
Çünki, gözlərimdə sənin dərinliyin,
Əllərimdə sənin istiliyin və ruhumdakı varlığınla məni sən,
Yalnız sən yaşadırdın...
Və artıq ağır gəlmirdi bu eşq mənə....
Özümdə idi və bir parçam idi eynilə sənin kimi...
Aşiq olmaqdan utanmadım bu gecə...
Köhnədən yüngül deyərdim bu uca duyğuya, yalnız yüngül...
Bəlkə də gərəksiz olduğunu düşünərdim, bilmirəm...
Ürəkdə dərin, qoparması çətin və davamlı içərilərə işləyən qorxunc
bir yara olduğunu düşünərdim sevginin.
Bəlkə də doğru idi...
Yara idi.
Amma inkişafını izlədiyin və öz əllərinlə sağaltdığın bir yara idi bu...
İndi, ürəyimdəki yaranın ağrısı, o ürək yanması daha da böyüyür...
Bu çəkdiyim acı, sənə olan sevgimi ucaldır, sonsuzlaşdırır sanki...
Bilməzdim duyğuların ən ucasını bu dərdə düşmədən əvvəl
Və hiss etməzdim heç bir insanı belə ürəyimdə,səni sevmədən əvvəl...
Bu gecə otağımın divarları qışqırdı mənə,
"Axmaq! Bunun adı eşq." deyə.
Və susdura bilmədim ürəyimin qışqırıqlarını...
Deyərkən gözyaşlarım və hıçqırıqlarım pozdu gecənin bütün o gözəl səssizliyini
Və oyandırdı məni şirin yuxumdan...
Sən yuxu idin, mən yuxu idim və həyat böyük bir yuxu idi yalnız...
Məni sənə bağlayansa gördüyüm yuxunun ən cadulu, ən unudulmaz anı idi yalnız...
Bilirəm, sən məni heç tanıya bilməyəcəksən...
Bəlkə, heç bir zaman cəsarətimi yığıb danışa bilməyəcəyəm səninlə...
Amma sənin o sehirli sevginlə yaşayacağam....
Kim bilər...
Bəlkə də bir gün, bir yerdə görüşmək ümidiylə...
Sonsuz Sevgiylə Qal...
Sevgini ürəyindən heç,amma heç əskik etmə...
...
-
03-19-2010, 11:37 AM #2
Re: Sevgiylə qal!...
[
-
03-19-2010, 11:44 AM #3
Re: Sevgiylə qal!...
Allah komeyin olsun baji.
Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?

-
03-19-2010, 01:02 PM #4Senior Member
- Üyelik tarihi
- Mar 2010
- Yer
- Baki
- Mesajlar
- 357
Re: Sevgiylə qal!...
Yasamaq yanmaqdir Yanasan gerek
Heyatin menasi yalniz bundadir
Sham eger yanmirsas yasamir demek
Onun da menasi YanmagindadirZaman daralır......
-
03-19-2010, 04:17 PM #5Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Dec 2009
- Yer
- Türkiye
- Mesajlar
- 2.269
Re: Sevgiylə qal!...
HaKKım heLaL,Sewqim haRam oLsun


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla

Yer imleri