İNSAN VÜCUDUNDAKI MÖCÜZƏLƏR

Biz heç fərqində deyilkən vücudumuz daxilində milyonlarla iş yerinə yetirilir. Bunların çoxu bir neçə dəqiqəliyə belə axsasa, müalicəsi mümkün olmayan xəstəliklərə, hətta ölümə səbəb ola bilər. Ancaq insan tək bir hüceyrədən yetişkən insan halına necə gəldiyini düşünmədiyi kimi, hər an gözünün önündə olan bədəninin də niyə belə qüsursuz işlədiyini araşdırmaz. Buna görə də həyatını nə dərəcədə ''tükdən asılı'' hadisələr sayəsində davam etdirdiyini bilməz. Yalnız xəstəlik və ya fiziki sıxıntı ilə qarşılaşdığı zaman nəzarəti xaricində işləyən vücud sisteminin əhəmiyyəti barədə düşünməyə başlayar. Fəqət, bu da çox uzun çəkməz, sağalan kimi hər şeyi unudar.

Lakin Allah insan üçün bədənin həm içində, həm də zahiri görünüşündə saysız iman dəlili göstərməkdədir. İnsan bədəninin təkcə zahirinə baxmaq kifayətdir ki, Allahın mükəmməl sənətini görəsən. İnsanın vücud simmetriyası- iki qolun, iki ayağın olması, gövdənin qollara, ayaqlara və başa nisbəti ilk baxışda diqqət çəkəcək şəkildə intizamlıdır. Bu nisbətlərin hər biri Allah tərəfindən tam bir harmoniya üzərində qurulmuşdur. Məsələn, hər bir insanın boyu başının uzunluğunun 8, üzü burnunun uzunluğunun 3 misli qədərdir; iki göz arasında bir göz boyu məsafə vardır; qol və ayaq nisbətləri və uzunluqları həm estetikaya, həm də tam mənası ilə ehtiyaca cavab verməkdədir.

Yuxarıda bəhs olunan simmetriya ilə əlaqədar xırdalıqları görə bilmək üçün ətrafınızdakı insanlara göz gəzdirməyiniz kifayətdir. Sadalanan xüsusiyyətləri hər bir adamda görə bilərsiniz. Hətta bütün bu xüsusiyyətlər indiyə qədər yaşamış milyardlarla insanda da olmuşdur və (Allahın istəyi ilə) bundan sonra yaşayacaq insanlarda da olacaq.

Zahiri görünüşü ilə mükəmməl bir dizayna sahib olan insanın daxilində də müəyyən hadisələr baş verir, özünün heç fərqinə varmadığı minlərlə möcüzə ardıcıl meydana gəlir. Beyindən qara ciyərə, öd kisəsindən böyrəklərə qədər hər orqan bu qüsursuz prosesə tabedir. Orqanların, vücuddaxili sistemlərin fəaliyyəti heyrətamiz bir quruluş və ahəng içində əmələ gəlir.

Vücudumuz içindəki bu quruluşu, ahəng və incəliyi anlamaq üçün yüzlərlə nümunə verilə bilər, neçə ki, bədənin Yaradıcısının elmi sonsuzdur və insanın dərk etməsinin fövqündədir. Amma bu saysız örnək içindən bir neçəsini seçib təqdim etmək insanı qüsursuz var edən Allahın varlığını, böyüklüyünü, gücünü, elmini və sənətini görə bilməyinizə kömək olacaq.
(harun yahya Allah ağılla bilinir)